Çinin Oppo şirkəti 720×1280 piksel təsvir ölçülü 4.7 düymlü sensor displeylə təchiz edilmiş R809T smartfonunu təqdim edib.
Şayiələrin əksinə olaraq, aparatın korpusunun qalınlığı 6.13 mm deyil, 6.93 mm təşkil edir. Müqayisə üçün, ötən ilin yazında təqdim edilmiş Oppo Finder smartfonunun qalınlığı 6.65 mm-dir.
Oppo R809T adlanan smartfonun əsasını Mediatek MT6589 çipi təşkil edir. Əməli yaddaşın həcmi 1 QB-dır. Sözügedən smartfon 2 və 8 meqapiksel matrisli kamera, Wi-Fi və Bluetooth simsiz rabitə adapterləri, həmçinin standart sensorlar dəsti ilə təchiz edilib. Aparata Android 4.2 Jelly Bean mobil əməliyyat sistemi quraşdırılıb.
Qiymət və çıxarılma tarixi haqqında məlumat hələ ki yoxdur.

Milli.Az