DƏYİŞİB HƏR ŞEY..
Deyir gözlərinin parıltısı yox,
Sevinci azalıb daha qəmi çox.
Gözlərin aləmdi, bir cüt yanardı,
Gözlərin gözümə işiq saçardı.!
Gözünü gözümdən çəkəndən bəri,
Sevincə həsrətdir, daha qəm yeri.
Bir vaxtlar sənin üçün yanan çıraqdı,
İşığı söndürdün zülmət otaqdı.
Deyir qəlbindəki mərhəmət hanı?!
Daşlaşıb o qəlbin, bu qədər yani?!
Böyüyü, kiçiyi sən cox sevərdin,
Zülmə yox deyərdin, çıxış edərdin.
Qəlbimə mərhəmət etmədin mənim,
Alışsın qoy yansın, o, qəlbin sənin.
Mərhəmətsiz qəlbə tamaşa elə,
Mərhəmət itibdir axtarma belə.!
Deyir soyuqlaşıb əllərin yaman,
İstisi itibdir, buzlaşıb tamam.
Əllərin əlimdə olduğu zaman,
Deyərdim mən vaxta, sən getmə dayan.!
Əlini əlimdən özün çəkmisən,
Bu isti əllərdən özün keçmisən.
Lazım olan anda özün itmisən,
Başqa əllər üçün özün getmisən.
Deyir sözlərinin qayğısı itib,
Daha soraqlamır, o ,sözlər bitib.
Niyə zaman belə beləcə keçib?!
Səbrim tükənibdir, axıra yetib.
Qayğılı sözlərim o vaxtda qaldı,
Yaddaşın yadına indimi saldı?!
Başqasının sözü sənin üçün baldı,
Nə oldu? nə səni həvəsdən saldı?!
Deyir nəfəsinin istisi yoxdur,
Nəfəsin dəyməyir xeyli bir vaxtdir.
Dəyişməz bu taleh, dəyişməz baxtdır,
Sevirsən yoxsaki, nifrətin coxdur?!
Sənə hisslərimin nə önəmi var?!
Dəyişdi bu insan, yanar kül olar.
Unut sən bunları çox gecdir artıq,
O vaxt dogma idik, indisə yadıq.
Deyir gözlərinin parıltısı yox,
Sevinci azalıb daha qəmi çox.
Gözlərin aləmdi, bir cüt yanardı,
Gözlərin gözümə işiq saçardı.!
Gözünü gözümdən çəkəndən bəri,
Sevincə həsrətdir, daha qəm yeri.
Bir vaxtlar sənin üçün yanan çıraqdı,
İşığı söndürdün zülmət otaqdı.
Deyir qəlbindəki mərhəmət hanı?!
Daşlaşıb o qəlbin, bu qədər yani?!
Böyüyü, kiçiyi sən cox sevərdin,
Zülmə yox deyərdin, çıxış edərdin.
Qəlbimə mərhəmət etmədin mənim,
Alışsın qoy yansın, o, qəlbin sənin.
Mərhəmətsiz qəlbə tamaşa elə,
Mərhəmət itibdir axtarma belə.!
Deyir soyuqlaşıb əllərin yaman,
İstisi itibdir, buzlaşıb tamam.
Əllərin əlimdə olduğu zaman,
Deyərdim mən vaxta, sən getmə dayan.!
Əlini əlimdən özün çəkmisən,
Bu isti əllərdən özün keçmisən.
Lazım olan anda özün itmisən,
Başqa əllər üçün özün getmisən.
Deyir sözlərinin qayğısı itib,
Daha soraqlamır, o ,sözlər bitib.
Niyə zaman belə beləcə keçib?!
Səbrim tükənibdir, axıra yetib.
Qayğılı sözlərim o vaxtda qaldı,
Yaddaşın yadına indimi saldı?!
Başqasının sözü sənin üçün baldı,
Nə oldu? nə səni həvəsdən saldı?!
Deyir nəfəsinin istisi yoxdur,
Nəfəsin dəyməyir xeyli bir vaxtdir.
Dəyişməz bu taleh, dəyişməz baxtdır,
Sevirsən yoxsaki, nifrətin coxdur?!
Sənə hisslərimin nə önəmi var?!
Dəyişdi bu insan, yanar kül olar.
Unut sən bunları çox gecdir artıq,
O vaxt dogma idik, indisə yadıq.