Qorxunu qorxuyla götürərlər?

 
Qorxunu qorxuyla götürərlər?

Qorxu kiçikdən böyüyə bütün canlıların canında olur. Bu, insan fiziologiyasının ayrılmaz bir parçasıdır. Qorxu insanı qarşıdakı təhlükələrdən qorumağa, onun daha ehtiyatlı olmasına yardım edən bir hissdir. Bəzən bu hissin qurbanı olanlar da olur. Dil tutulmaları, diksinmələr, hətta qorxulu və arzuolunmaz xəstəlik sayılan şəkərə tutulmalar da qorxunun təsirindəndir. Məhz buna görə, qorxmağın yaxşı tərəfləri olduğu qədər pis tərəfləri də var.

Çarələr tükənmir deyirlər. Tibbə aid olan bu deyim zaman-zaman xalq təbabətinə də səslənir. Qorxunun qarşısını müxtəlif yollarla almaq olur. Kimisi qorxan insanın məhz qorxduğu yerə mismar vurur, kimisi yastığının altına çəngəl- bıçaq qoyur, kimisi isə "qorxunu qorxu götürər" deyib mümkün qədər qorxutmağa çalışır. Xülasə, insan istədikdən sonra qorxunu aradan qaldırmaq üçün müxtəlif yollar tapır. Bunlarıın işə yararlılığı hər nə qədərdir bilinmir, amma real budur ki, bu gün insanlar bu türkəçarələrdən əl çəkmir.

Qorxunun qarşısını çildağla da almaq mümkündür. Bu adı çoxları eşitsə də, onun mahiyyətini az adam başa düşür. Keçirilmə prosesinə gəlincə, "yanmaq" qorxusundan çoxları çildaqlardan uzaq durur.

Çildağ - dağ deməkdi. İnsanı diksindirmək üçün bədəninə dağ-yanar od basırlar. Deyilənə görə, insanın müəyyən nöqtələri var ki, həmin nöqtələrə od basanda bədən ayılır. Çildağ kürək nahiyəsində başlayıb, sinə, qollar, dizlər və ayaqlarda qurtarır.

Biz də çildağın necə olduğunu, hansı proseslərdən keçdiyini bilmək üçün yolumuzu Maştağa kəndindən salırıq. Kənddə hamı bizə birbaş çildaqçı Şükufənin ünvanını göstərir. Nəhayət, məkana çatırıq. İlk baxışda insana xoş təsir edən, daim qapısı açıq olan bir həyət evidir. Həyətdə oturmaq üçün skamyalar və tək-tük gül ağacları var. Əslində gedişdə bu qədər canında qorxu olan insanın ola biləcəyini düşünməmişdik, amma həyət demək olar ki, qadın, kişi, uşaqla dolu idi. Gözləmə müddəti ərzində aradakı söhbətdən başa düşmək olurdu ki, Şükufə xanımın əli çox düşərlidir və bura kənd əhalisindən başqa kənardan gələn insanlar da olur.

Növbə bizə çatır. İçəridən bir xanım "kimsən gəl" deyir. Şükufə xanım gözümüzün içinə baxır. İlk sualı isə belə olur: "Az, bu qız sənin nəyindi?" Bir-birimizin üzünə baxırıq. Deyirik, iş yoldaşıyıq.

- Harda işləyirsiz siz?

- Ofisdə.

- Ofis haradı? Neynirsiz orda?

Jurnalist olduğumuzu bilib bizimlə danışmaz deyə düşündük və ofisdə tələbələri universitetə hazırladığımızı dedik. Qadın rahat nəfəs aldı və işinə başladı. Bükülmüş əski parçalarını kibritlə yandırdı. Əski tüstüləyəndə isə söhbətin məğzi dəyişdi:

- Sənin yolunda bağlılıq var. Bu bağlılıq da nəfisdəndi. Arxanca gözləri qalmış insanların nəfsidir. İstəsən, bu bağlılığı da açaram, 14 manata.

Nə deyəcəyimizi bilmədən çaşmış halda bir-birimizə baxırıq. Qadın səs gəlmədiyini görüb yandırdığı əski parçasını alın, bilək, dirsəyə yapışdırır. Hər nə qədər can ağrısa da susuruq və mümkün qədər qadının danışmasına çalışırıq. Lakin daşdan səs çıxır, ondan yox. İşini görür. Axırda iki yumruq da əməkdaşımızın kürəyinə vurur və bununla da proses tamamlanır. "Qorxunu qorxuyla çıxararlar" deyiminə uyğun olaraq bu yumruqla qorxumuz canımızdan çıxmalı idi. Amma biz yumruğun əhvalatını bilirdik deyə, iştahla kürəyimizə enəcək zərbəni gözlədik. Qadından bir az daha artıq məlumat almaq məqsədilə bu dəfə ikinci əməkdaşımızı çildağ üçün əyləşdiririk. Nəhayət, yenidən söhbət açılır. Şükufə xanım diqqətlə əməkdaşımıza baxır və ona da məsləhət xarakterli sözlər deyir:

- Qızım, gözəlsən, qəşəngsən, arxanca danışan çoxdu. Gecə ay çıxanda aya bax, əllərini qaldır. De ki, ayım sənə baxıb ağlaram, arxamca danışanların dilini bağlaram. Saçından tel qır və düyünlə. Bununla da hər şeyin qaydasına düşəcək.

Beləcə, eyni yandırma üsulu davam edir. Sonda yenidən iki yumruq da növbəti əməkdaşımızın payına düşür. Çildağ tamamlanır. Pul ödəyib çıxdıqda isə arxamızca səslənir: "Bəs xanımın bağlanmış yolu? 14 manat..."

Ailəmizlə məsləhətləşməmiş edə bilmərik deyib qapıdan çıxırıq. Qapıda, sözün əsl mənasında, bizi ordu qarşıladı. Həyət qapının ağzına kimi insanla doludur. Hər kəsdən də eyni sual gəlir: "Sənə nə dedi?" Bu qənaətə gəldik ki, əlavə deyilən sözlərdən hamının xəbəri var. Bəlkə də, əksəriyyəti çildağdan çox əlavə deyimlər üçün gəlir. Sağollaşıb qapıdan çıxırıq. Yolboyu əlimizin-qolumuzun yanıqları nə qədər ağrısa da, beynimizdə bir sual gəzir. Həqiqətən də, çildağ insanı qorxudan qurtarırmı?

Psixoloq Aynur Əlibəylinin fikrincə, insan sağlamlığı üçün inam böyük rol oynayır. Yəni sağlam olduğuna inanan insan bütün xəstəliklərdən uzaq ola bilir. Bir insan bu gün möhkəm xəstələnəcəyini düşünsə, onun bütün orqanizmi bu düşüncələrə tabe olur: "Ən azından əhvalı pozulur, qanı qaralır, özünü pis hiss etməyə başlayır. Bütün bunlar sırf inancla bağlıdır. Yəni insan nəyə özünü daha çox inandırırsa, o da baş verir. Bəzən qarşılaşdığımız hadisələrdən qanımız qarala bilir. Belə anlarda qorxu, nəzər və bu kimi şeylər ağlımıza gəlir. Düşünürük ki, yəqin nədənsə qorxmuşuq və ya kiminsə bəd nəzəri ilə qarşılaşmışıq. Əslində isə bu bizim mənfi düşüncələrimizin nəticəsində bədənimizə yığılan mənfi enerjidir".

Psixoloqun dediyinə görə, bəzi insanlar elə düşünür ki, çildağ, nəzərçi kimi el təbibçiləri onları sağaltmağa qadirdir. Bu səbəblə də onlara müraciət edirlər: "Əslində çildağa, nəzərçiyə və ya falçıya gedən insan inamla gedir. Düşünür ki, qarşısındakı insan onun problemlərini aradan qaldırmağa qadirdi. Özünü yandırtdırır, acıya dözür və düşünür ki, qorxuluğu, nəzəri bu yanma ilə canından çıxacaq. Əslində isə bədən yanır, ağrı ilə insanın düşüncələri oyanır, inamı artır ki, onun problemi keçdi".

A.Əlibəyli bildirir ki, hər şey insan düşüncəsinə bağlıdır. Daim yaxşı düşünmək, pozitiv olmaq insanları bütün problemlərdən qoruyur. İnsan problemin də yaxşı tərəflərini görməyi bacarsa, onun nə çildağa, nə də falçıya ehtiyacı qalmaz.

İlahiyyatçı Səriyyə Saminin sözlərinə görə, çildağın dinlə heç bir əlaqəsi yoxdur. "Ümumiyyətlə, odla müalicəni peyğəmbərlərimiz də qəbul etməyib. Belə ki, hələ qədim dövrlərdə yarada qanı dayandırmaq üçün dəmiri yandırıb yara üzərinə basardılar. Bu isə insan orqanizminə, insan bədəninə zərər vermək deməkdir".

Çildağla qorxuluğun götürülməsi inancının daha çox yayıldığını deyən S.Sami bunun doğru olmadığını bildirir. "İnsan onu Yaradana inanmalıdır. Bu kiçik inanclar isə cahilliyin, mövhumatın əlamətidir
".

Bioenergetik Rafiq Rəhimovun sözlərinə görə, çildağın uşaqlara əks təsiri də ola bilər. Onlar daha çox qorxa bilərlər: "Çildağ fizioterapiyanın bir növüdür, insan qorxanda, nəzərə gələndə bədənin energetik sahəsi sıxılır. Əslində bədənin nöqtələrini yandırmaq olmaz, onları sadəcə ayıltmaq lazımdır. Bəzən çildağda odu çox vururlar ki, bu yanğının yeri də qalır. Dağlama üsulu ilə müalicə elə aparılmalıdır ki, insan onu çox hiss etməsin. Mən düşünürəm ki, insanlar çildağdan çox bioenergetiklərə müraciət etsələr daha yaxşı olar".


Geri dön

Roya_____

  • 19 iyun 2013 22:27
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
tesekkurler

..:Crystal:..

  • 3 iyun 2013 19:38
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
★♥★♥★♥★♥★♥TƏŞƏKKÜRLƏR★♥★♥★♥★♥★

--------------------

GuNaY_83

  • 3 iyun 2013 14:18
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
TESEKKURLER.......

--------------------

Воровской

  • 3 iyun 2013 01:22
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
{awards}
TESEKKURLER......................)))

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

★NuTeLLa★

  • 2 iyun 2013 07:33
  • Məqalə: 278
  • Şərh: 5715
  • Bal:
{awards}
Qorxu kiçikdən böyüyə bütün canlıların canında olur. Bu, insan fiziologiyasının ayrılmaz bir parçasıdır. Qorxu insanı qarşıdakı təhlükələrdən qorumağa, onun daha ehtiyatlı olmasına yardım edən bir hissdir. Bəzən bu hissin qurbanı olanlar da olur. Dil tutulmaları, diksinmələr, hətta qorxulu və arzuolunmaz xəstəlik sayılan şəkərə tutulmalar da qorxunun təsirindəndir. Məhz buna görə, qorxmağın yaxşı tərəfləri olduğu qədər pis tərəfləri də var.

Re►PLay

  • 1 iyun 2013 18:33
  • Məqalə: 11
  • Şərh: 2923
  • Bal:
{awards}
Tesekkurler

surawka

  • 1 iyun 2013 17:39
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
tesekkurler

=SpartakuS=

  • 1 iyun 2013 17:36
  • Məqalə: 1
  • Şərh: 208
  • Bal:
{awards}
Çox maraqlıdı.. winked

--------------------
Heç kimə güvənmə.!
Ağ gülün belə kölgəsi qaradı !

★NuTeLLa★

  • 1 iyun 2013 16:06
  • Məqalə: 278
  • Şərh: 5715
  • Bal:
{awards}
Qorxu kiçikdən böyüyə bütün canlıların canında olur. Bu, insan fiziologiyasının ayrılmaz bir parçasıdır. Qorxu insanı qarşıdakı təhlükələrdən qorumağa, onun daha ehtiyatlı olmasına yardım edən bir hissdir. Bəzən bu hissin qurbanı olanlar da olur. Dil tutulmaları, diksinmələr, hətta qorxulu və arzuolunmaz xəstəlik sayılan şəkərə tutulmalar da qorxunun təsirindəndir. Məhz buna görə, qorxmağın yaxşı tərəfləri olduğu qədər pis tərəfləri də var.

Roya_____

  • 1 iyun 2013 13:18
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkk

angels friends

  • 1 iyun 2013 12:34
  • Məqalə: 6
  • Şərh: 638
  • Bal:
{awards}
Oooooooooooooooo..............ne uzundu.vaxtim olanda oxuyub werh yazacam canik

--------------------

HUSEYN ASHIQI

  • 1 iyun 2013 11:35
  • Məqalə: 84
  • Şərh: 2550
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------



Eger menim Şie olmağim kimise narahat edirse------>Men bu narahatciliğa göre fexr edirem (Alhamdul'illah)

^^Nazli^^

  • 1 iyun 2013 11:24
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
.......................................twk................................

--------------------

^^KuKuLKa^^

  • 1 iyun 2013 11:23
  • Məqalə: 765
  • Şərh: 11543
  • Bal:
{awards}
.....::::TEWEKKURLER:::.....

--------------------

★Украду Девушку★

  • 1 iyun 2013 11:11
  • Məqalə: 100
  • Şərh: 3646
  • Bal:
{awards}
Qorxu kiçikdən böyüyə bütün canlıların canında olur. Bu, insan fiziologiyasının ayrılmaz bir parçasıdır. Qorxu insanı qarşıdakı təhlükələrdən qorumağa, onun daha ehtiyatlı olmasına yardım edən bir hissdir. Bəzən bu hissin qurbanı olanlar da olur. Dil tutulmaları, diksinmələr, hətta qorxulu və arzuolunmaz xəstəlik sayılan şəkərə tutulmalar da qorxunun təsirindəndir. Məhz buna görə, qorxmağın yaxşı tərəfləri olduğu qədər pis tərəfləri də var.

--------------------

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 1 iyun 2013 10:43
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
Bioenergetik Rafiq Rəhimovun sözlərinə görə, çildağın uşaqlara əks təsiri də ola bilər. Onlar daha çox qorxa bilərlər: "Çildağ fizioterapiyanın bir növüdür, insan qorxanda, nəzərə gələndə bədənin energetik sahəsi sıxılır. Əslində bədənin nöqtələrini yandırmaq olmaz, onları sadəcə ayıltmaq lazımdır. Bəzən çildağda odu çox vururlar ki, bu yanğının yeri də qalır. Dağlama üsulu ilə müalicə elə aparılmalıdır ki, insan onu çox hiss etməsin. Mən düşünürəm ki, insanlar çildağdan çox bioenergetiklərə müraciət etsələr daha yaxşı olar".

--------------------

DontGiveUp

  • 1 iyun 2013 09:13
  • Məqalə: 13
  • Şərh: 256
  • Bal:
{awards}
.....::::TEWEKKURLER:::.....

--------------------
SevDiyiɴ qızlα üzвəüz ɢələɴdə, qαrdαş dedιyιɴ doѕтlαrıɴ ѕəɴι тəĸərə ѕαlırѕα. -хoşвəхтѕəɴ qαqαşιм ..

★NuTeLLa★

  • 1 iyun 2013 08:41
  • Məqalə: 278
  • Şərh: 5715
  • Bal:
{awards}
Qorxu kiçikdən böyüyə bütün canlıların canında olur. Bu, insan fiziologiyasının ayrılmaz bir parçasıdır. Qorxu insanı qarşıdakı təhlükələrdən qorumağa, onun daha ehtiyatlı olmasına yardım edən bir hissdir. Bəzən bu hissin qurbanı olanlar da olur. Dil tutulmaları, diksinmələr, hətta qorxulu və arzuolunmaz xəstəlik sayılan şəkərə tutulmalar da qorxunun təsirindəndir. Məhz buna görə, qorxmağın yaxşı tərəfləri olduğu qədər pis tərəfləri də var.

classic_guiter_girl

  • 1 iyun 2013 07:49
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
tesekkurler

sebnem98

  • 1 iyun 2013 05:10
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
Mən düşünürəm ki, insanlar çildağdan çox bioenergetiklərə müraciət etsələr daha yaxşı olar".

--------------------

Ghost of legend

  • 1 iyun 2013 01:27
  • Məqalə: 13
  • Şərh: 1199
  • Bal:
{awards}
tesekkurler xebere gore

Roya_____

  • 1 iyun 2013 01:27
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tesekkurler

: Sensizde Babatdi :

  • 31 may 2013 22:59
  • Məqalə: 38
  • Şərh: 3283
  • Bal:
{awards}
Twkler meqale ucun..

--------------------

★NuTeLLa★

  • 31 may 2013 22:52
  • Məqalə: 278
  • Şərh: 5715
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkkkkk

LeLLi

  • 31 may 2013 22:51
  • Məqalə: 166
  • Şərh: 3306
  • Bal:
{awards}
Tewekkurler xebere gore

--------------------

lady anna

  • 31 may 2013 22:46
  • Məqalə: 26
  • Şərh: 2973
  • Bal:
{awards}
twkkkkk............

--------------------

GUNI

  • 31 may 2013 22:45
  • Məqalə: 0
  • Şərh: 6492
  • Bal:
{awards}
ilk serh menden.........

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 11
Cəmi: 24

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}