Ən böyük günah - nadanlıq

 
Ən böyük günah - nadanlıq

Artıq mübarək Üçaylıqdan birinci ayın xeyli hissəsi arxada qalıb. Əslində Rəcəb-Şəban-Ramazan ayından ibarət bu Üçaylığın birinci ayının bu günləri durumlarımızı, vəziyyətlərimizi təftiş etmək, rəftarlarımızı düzəlmək üçün fövqəladə imkanlar yaradır. Allah Təaladan istəyək ki, qalan günlərimizi daha da mənalı, gözəl, tutumlu keçirək.

Əziz məsumlarımızın (ə) insanın rəftarı, davranışları, hərəkətləri ilə bağlı aydın və dəqiq buyuruşları var. Bu buyuruşlara nəzər salan və həyatında tətbiq edən insan, özündə olan çatışmazlıqları, naqislikləri rahat şəkildə görə bilər. Həzrət Əmirəlmöminin (ə) bu anlamda insanın naqisliyi ilə bağlı çox dəyərli buyuruşu var. İmam (ə) buyurur: “Bir insanın öz eyblərinə nisbətdə nadanlığı onun ən böyük günahlarındandır”.

Gördüyümüz kimi, Həzrət bizləri çox böyük bir günahdan xəbərdar edir. Ümumiyyətlə, insan iki cür vəziyyətdə ola bilər. Birinci hal budur ki, insan öz çatışmazlıqlarına, eyblərinə münasibətdə nadan, onlardan xəbərsiz olur. İnsan bəzən ümumiyyətlə özünün etdiyi mənfi işlərin, bəzən isə nə boyda böyük naqisliklər etdiyinin fərqinə varmır. Məhz belə bir vəziyyəti, bu cür nadanlığı Həzrət Əmirəlmöminin (ə) insanın ən böyük günahı adlandırır. Nəyə görə belə bir nadanlıq böyük günahlardan hesab olunur?

Çünki insanın tövbəsi, istiğfarı və peşmançılığı onun öz səhvlərini dərk etməsindən başlayır. Əgər insan hansı pis işləri gördüyünü anlamasa, hansı eyblərin sahibi olduğunu dərk etməsə, əlbəttə ki, onlara görə peşman olmayacaq. Buna görə də, tövbənin ən ciddi müqəddiməsi ilk öncə günahı anlamaqdır. Əgər fərqində olmasa, insan yerindən belə tərpənməyəcək. Məhz buna görə Həzrət Əmirəlmöminin (ə) eyblərə nadan olmağı, onların fərqində olmamağı ən böyük günah hesab edir.

Günahda israr

İnsanın ikinci vəziyyəti isə budur ki, günah etdiyinin fərqində olur. O, günahını dərk edir, amma ki, həmin günahı etməkdə israr edir. Bu anlamda İmam Əli (ə) buyurur: “Allah qatında ən böyük günah o günahdır ki, o günaha mürtəkib olan onda israr edə”.

Göründüyü kimi, bəzən insan günah etdiyinin fərqində olur və bu günahlarında israr edir. Məhz bu halda da, birincidə olduğu kimi, insan tövbə yoluna üz tutmur. Çünki, artıq bu günah onun üçün israrlı hala keçib. Bu günah onun üçün adiləşib. Bu günah onun şəxsiyyətinin bir hissəsinə çevrilib. Bu günah onun vücudunda həll olur. Bir var yaxşı xüsusiyyətlər insanın vücudunun bir hissəsi olsun, onu səciyyələndirsin. Bir də var mənfi xislətlər, eyblər insan üçün ayrılmaz bir duruma gəlsin. Belə olan halda bu xislətlərdən qurtulmaq, onlardan təmizlənmək mümkünsüzə yaxın bir işə çevrilir.

Buna görə də müqəddəs dinimiz bu günahları da ən böyük günahlardan hesab edir. Bir tərəfdən eyblərə münasibətdə nadan olmağı, digər tərəfdən isə onlardan xəbərdar olub, amma bunlarda israr etməyi Rəbbimiz ən böyük günahlardan hesab edir. Bunların hər ikisinin yanında tövbə olmur. Tövbə olmayan yerdə isə tənəzzül olur, inkişaf, vücudi yüksəliş olmur. İnsan məhz durumundan narazı olaraq, inkişaf edə bilər, təkamül mərhələlərini qət edə bilər.

Həyatımızın bütün sahələrində etdiyimiz günahları məhz bu iki müstəvidə araşdırmalıyıq. Birdən elə günahlar edərik ki, heç onların fərqində belə olmarıq. Və ya günahı etmək bizim üçün o qədər adiləşər ki, artıq onu etmədə israr da edərik. Bunu bilmək üçün, gərək insan hər gün özünü sorğu-sual etsin. İnsan gərək hər gün mühasibə etsin, öz durumu ilə bağlı hesab-kitabı olsun. Xüsusilə, mübarək Üçaylığın dönəmində insan öz durumundan xəbərdar olmalıdır.

İşlərin xeyri var

Hər mənada mürəkkəb bir zamanda, dönəmdə yaşayırıq. Belə başa düşülür ki, dönəmimizin özünəməxsus hadisələrlə zəngin olması ictimai mühitdə də, dini mühitdə də vəziyyəti daha da çətinləşdirir. Belə bir dönəmdə hər bir insan, o cümlədən inanclı gərək ilk növbədə öz nəfsinə sahib çıxa bilsin. Nəfsinə sahib çıxa bilməyən, dərin uçurumlara yuvarlanacaq və bu uçurumdan qurtulmaq artıq çox çətin olacaq. Xüsusilə gənclik etiqadı ilə bağlı öz üzərinə düşənləri dərk etməli və həyata keçirməlidir. Vaxt var idi ki, bir ovuc insan fürsət axtarırdı ki, milli-mənəvi dəyərlərin təbliği ilə bağlı bir iş görsün, maarifçilik etsin, cəmiyyətə xidmət etsin. Günümüzdə isə təəssüflər olsun ki, bəzən bunun əksini görürük. Fürsətlər də var, imkanlar da genişdir, lakin fədakarlıq çatmır, ixlaslı, təvazökar xidmət defisiti var. Bu fədakarlıq yalnız gənclikdə deyil, bütün toplumda azalıb. Şeytanın (lən) işi budur ki, insanları bu işlərdən bezdirir, onların qulağına sanki “bu işlərin bir xeyri yoxdur” pıçıldayır. İnsan əgər iblisin (lən) bu vəsvəsələrinə qulaq versə, əlbəttə ki, özünü zəlalətə aparar. Nicat ixlaslı, səmimi, təvazökar xidmətdədir.

Prinsipiallığı qorumaq

Başqa bir böhran isə prinsipiallıqla bağlıdır. Bu prinsipiallıq ölkə insanının durumunda da xeyli azalıb, itib getməyin astanasındadır. Ölkə insanı qısa vaxt ərzində rəng verib, rəng alır. Məhdud zaman çərçivəsində bir vəziyyətdən başqa bir vəziyyətə düşür. Bir tərəfdən bir şeylərə görə deyinir, narazılıq edir, digər tərəfdən həmin o şeyləri özü həyata keçirir. Artıq münasibətlər də prinsiplər əsasında qurulmur. İnsanlar arasında mənəvi korrupsiya münasibətləri güclənib. Sanki bir-birinin eyblərinə göz yummaqla bağlı, bir-birini tənqid etməməklə bağlı korrupsion razılaşmalar var. Belə hallar cəmiyyətdə mənəvi erroziyaya rəvac verir.

Həmin bu vəziyyət dini mühitə də sirayət edib. İnanclının da prinsipiallığı azalıb. Bunlar dini mühitdə yaşananda, xüsusilə eybəcər formalar alır. Çünki burada baş verənlər dini qiyafə ilə örtülür.

Vəzifələri unutmamaq

Çox təəssüfedici hallardan biri də budur ki, inanclıların bir çoxu sanki yaxşılığa dəvət və pisliklərdən çəkindirmə ilə bağlı vəzifələrini unudub. Bunun başqa adı budur ki, hər kəs hər kəslə “yaxşı olmağa” çalışır. Heç kim heç kimlə münasibətlərini “korlamaq” istəmir. Münasibətlərə əhəmiyyət vermək əlbəttə ki, çox önəmli və vacibdir. Lakin bunun yanında insan öz İslami kimliyini, dininin buyuruşlarını da gözardı etməməlidir. İnsan kiminlə dost olmasına, kiminlə düşmənçilik etməsinə önəm verməlidir.

Bəzən biriləri biriləri ilə münasibətlərinin korlanacağından ehtiyatlanaraq, ona doğru olanı göstərmir. Sanki kiminləsə münasibəti korlamaq istəmir, amma Allat Təala ilə rabitəsini pozmaqdan çəkinmir. Allahla özü arasında zülmani pərdələr çəkməkdən usanmır. Bu, çox yalnış yanaşmadır və İslamın mahiyyətinə ziddir. İnsanın bu məsələlərdə qurtuluşu yalnız özünə qayıtmasında və Allah dərgahında olmasını başa düşməsindədir.

Bəzən Allah Təala insana inayət edir və o, Allaha xatir bir işlər görür. Bir müddət keçəndən sonra isə nəzər salanda görürük ki, artıq bu durumun, etdiyi xidmətlərin heç həndəvərində də deyil. Başı özünə, maddi aləminə o qədər qarışır ki, özünü unudur və baxanda görür ki, əvvəlki vəziyyətindən əsər-əlamət qalmayıb. Bu da əvvəldə qeyd olunan iki formalı vəziyyətə qayıdır. Ya insan eyblərindən xəbərsizdir, ya da onlarda israr edir. Üçüncü hal da var. Bu da ondan ibarətdir ki, hər kəsin belə olduğunu düşünür. Düşünür ki, hamı belədir, buna görə də özünə tələbkarlığı azalır, standartları endirir. İnsan gərək öz durumunu, özünün hansı işlər gördüyünü hər zaman düşünsün.

Orta vəziyyət yox dərəcəsindədir

Keçən mövlud günlərinə bir nəzər salaq. İldən-ilə İmam Əlinin (ə) mövludu daha əzəmətli, daha təmtaraqlı keçirilməlidir. Təəssüflər olsun ki, toplumun vəziyyəti bu məsələlərdə də özünü göstərir. Problem yenə də İmamın (ə) mövludunu daha yaxşı keçirmək imkanının olmamasında deyil. Problem ondandır ki, Həzrət Əli (ə) dühasının mövludunu bundan daha yaxşı keçirməyə insanımızın sanki ləyaqəti yoxdur.

Xatırlayırıq ki, bir zamanlar əksər işlər istənilən şəraitdə əlindən gələni etməyə hazır olan az sayda insanın əməyi sayəsində həyata keçirilirdi. İndi isə insanlar ən münbit şəraitlərdə belə müəyyən xırda işləri görməkdə büdrəyir. İnsanlar ya ən ekstremal şəraitdə fədakarlıq etməyə, ya da adi şəraitdə əriyib getməyə doğru gedirlər. Orta vəziyyət yox dərəcəsindədir. İnsanlar adi şəraitdə öz etiqadları uğrunda sistemli, əzmkar, ləyaqətli iş görməyə, çalışmağa çətinlik çəkirlər. Ona görədir ki, Peyğəmbərimiz (ə) müharibədən qayıdanları müjdələdikdən sonra onlara böyük döyüşün qabaqda olduğunu və bu müharibənin nəfs üzərinə müharibə olduğunu bildirir. Nəfslə, daxili çatışmazlıqla mübarizəni “cihadi-əkbər” - “böyük savaş” adlandırır dinimiz. İnsanlar fraqmental, bir il, beş il müddətinə səfərbər ola bilirlər. Lakin axı bir ömür Allaha bəndə olmaq vəzifəsi var hər birimizin qarşısında. Həyatın hər səhnəsində Allahın razılığını axtarmaq vəzifəmiz var. Mühüm olanı davamlı şəkildə Allaha bəndə olmağı bacarmaqdır.

Öz durumunu nəzarətdə saxlamaq

Şeytanın (lən) oyunlarının, tələlərinin forması rəngi dəyişə bilər, amma mahiyyət eyni mahiyyət olaraq qalır. Yenə də insanları məşğul edən puldur, məqamdır, gündəlik qaçaqaçdır, irili-xırdalı problemlərdir. İnsanın məşğuliyyəti heç bir zaman dəyişmir. Dəyişən bir tək şey var, o da insanın öz durumudur. İnsan nə zaman ki, öz durmunun fərqində olmayacaq, bu məşğuliyyətlər içərisində əriyib gedəcək. Yenə də özünü hesaba çəkməyə qayıdır mövzu.

İnsanı fərqləndirən bəzi xüsusiyyətlər var. Bunlardan ən önəmlisi fədakarlıqdır. Fədakarlıq Allaha bəndə olmaq istəyən insanı ən ciddi fərqləndirən xüsusiyyətlərdəndir. Əmirəlmöminin İmam Əli (ə) buyurur: “Fədakarlıq ibadətlərin ən üstünü və ağalığın ən böyüyüdür”. Hansı insanın həyatında fədakarlıq var, deməli o, Allah bəndəsi olmaq yolunda düzgün inkişafdadır. Hansı toplumda fədakarlıq ruhiyyəsi var, deməli, o toplumda vəziyyət normaldır. Bir toplumun dindarlığını, mütədəyyinliyi ölçmək istəyəndə, onun fədakarlığına baxmaq lazımdır. Fədakarlıq bir toplumda nə qədər inkişaf edibsə, o toplumun mütədəyyinliyi də ona münasib olacaq. Bundan əlavə, insanlararası münasibətdə də ibadət dinimizin tələblərindəndir. Peyğəmbərimizdən (s) belə nəql edirlər: “Uca Allaha xatir sevdiyin qardaşının üzünə baxmaq - ibadətdir”. Dünya vərdişləri bunu öyrətmir. Əksinə pula görə, məqama görə, işin düşübsə ona görə və s. məsələlərə görə insanlar münasibtətlərində buna uyğun davranış və rəftar ortaya qoyurlar. İnancımızın məntiqində isə Allaha xatir qardaşının üzünə baxmaq ibadətdir. Allah Təala bizləri bu mətləbləri dərk edib, əməl edənlərdən qərar versin, inşallah!

Allahım, bizlərə öz nöqsanlarımızın, öz eyblərimizin fərqində olmağı nəsib et!

Allahım, bizləri günah və xətalarda israrlı olmaqdan uzaq et!

Allahım, bizim elmimizi, zəkamızı artır! Amin!


Geri dön

★Love Pearl★

  • 1 iyul 2013 16:05
  • Məqalə: 335
  • Şərh: 4367
  • Bal:
Allah razi olsun

--------------------
Azerbaijan Medical University smile

Mr. Positive

  • 3 iyun 2013 15:44
  • Məqalə: 2
  • Şərh: 304
  • Bal:
{awards}
...:::Rəbbim bizi günahlardan uzaq etsin:::...

--------------------
MəN DediYiM SöZə CavaBdeHəM SəNiN NeCə Başa DüŞdüYüvə YOX..!

..:Crystal:..

  • 3 iyun 2013 14:36
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
★♥★♥★♥★♥★♥TƏŞƏKKÜRLƏR★♥★♥★♥★♥★

--------------------

GuNaY_83

  • 3 iyun 2013 11:04
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

PSIXOPATKA

  • 2 iyun 2013 22:31
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLA RAZI OLSUN

--------------------

ღLovelyღ

  • 2 iyun 2013 08:20
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

★Miss_Alekss★

  • 2 iyun 2013 04:51
  • Məqalə: 11
  • Şərh: 1269
  • Bal:
{awards}
TewekkuRleeeR....

--------------------

★Украду Девушку★

  • 1 iyun 2013 22:20
  • Məqalə: 100
  • Şərh: 3646
  • Bal:
{awards}
Əziz məsumlarımızın (ə) insanın rəftarı, davranışları, hərəkətləri ilə bağlı aydın və dəqiq buyuruşları var. Bu buyuruşlara nəzər salan və həyatında tətbiq edən insan, özündə olan çatışmazlıqları, naqislikləri rahat şəkildə görə bilər. Həzrət Əmirəlmöminin (ə) bu anlamda insanın naqisliyi ilə bağlı çox dəyərli buyuruşu var. İmam (ə) buyurur: “Bir insanın öz eyblərinə nisbətdə nadanlığı onun ən böyük günahlarındandır”.

--------------------

Roya_____

  • 1 iyun 2013 20:13
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkkkkkkkkkkk

classic_guiter_girl

  • 1 iyun 2013 20:01
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
Allah razi olsun

_Violetta_

  • 1 iyun 2013 19:51
  • Məqalə: 1
  • Şərh: 13
  • Bal:
{awards}
duzdu twk.....................

--------------------
I love Rock

Dikaya_Kavkazka

  • 1 iyun 2013 19:24
  • Məqalə: 0
  • Şərh: 2791
  • Bal:
{awards}
Bir insanin oz eybinlerine nisbetde nadanligi onun En boyuk gunahlardandir...

^_^

  • 1 iyun 2013 19:23
  • Məqalə: 2
  • Şərh: 3316
  • Bal:
{awards}
tewekkurler :)
(¯`v´¯)
`•.¸.•´
¸.•´¸.•¨) ¸.•¨)
(¸.•´ (¸.•´ (¸.•¨¯`♥

Angry Boy

  • 1 iyun 2013 18:55
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
Allah razi olsun

Al-Shia313

  • 1 iyun 2013 18:44
  • Məqalə: 72
  • Şərh: 214
  • Bal:
{awards}
Allah (c.c.) razı olsun qardaş...Sağ olasız bu gözəl və dəyərli məqaləyə görə...

--------------------

pessimistka hebibe

  • 1 iyun 2013 18:30
  • Məqalə: 8
  • Şərh: 5629
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkkkkkkkkk

: Sensizde Babatdi :

  • 1 iyun 2013 18:07
  • Məqalə: 38
  • Şərh: 3283
  • Bal:
{awards}
Twkler...............

--------------------

LeLLi

  • 1 iyun 2013 18:04
  • Məqalə: 166
  • Şərh: 3306
  • Bal:
{awards}
İmam Əli (ə) buyurur: “Allah qatında ən böyük günah o günahdır ki, o günaha mürtəkib olan onda israr edə”.

--------------------

Roya_____

  • 1 iyun 2013 17:55
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Re►PLay

  • 1 iyun 2013 17:55
  • Məqalə: 11
  • Şərh: 2923
  • Bal:
{awards}
Tesekkurler

surawka

  • 1 iyun 2013 17:48
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 66
Cəmi: 82

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}