Qadın da dünyaya günahsız gəlir !

 
Qadın da dünyaya günahsız gəlir !

İslamın ilk gəldiyi coğrafiyada qadın sadəcə bədəni ilə dəyər qazanırdı. Şəxsiyyəti və mənliyi ilə heç bir şeyə yaramayan bir varlıq idi qadın. Öz həyat yoldaşını seçmə, “hə” və “yox” demə haqqından da məhrum idi. Bir kölə, ehtiras və istismar vasitəsi kimi tanınırdı. Hamı elə zənn edirdi ki, qadın sadəcə kişi üçün yaradılıb.

Bu acı mənzərə yalnız Məkkənin deyil, Roma və İranın da taeleyi idi.
“Çünki, kişi qadından aslı deyil, ancaq qadın kişidən aslıdır. Kişi qadın üçün yaradılmayıb. Ancaq qadın kişi üçün yaradılıb”
(Pavelin Korinflilərə məktubu, fəsil 11, 8-9)

Quranın “Oxu!” deyə, nazil olan ilk ayəsi qadın və kişi ayrıseçkilyinin sona çatacağından xəbər verirdi. İlk nazil olan ayə Hz.Həvvanın diri-diri basdırlan qızlarının İslam tərəfindən himayə ediləcəyini insanlara çatdırırdı.

Qurani-Kərim bəzi məsələlərdə qadın və kişiyə eyni haqları verir. İndi də xristianlara görə, ilk günahkar sayılan Hz.Həvva və onun timsalında bütün qadınları günah töhmətindən xilas edir. İslam Hz.Adəmin Hz.Həvva tərəfindən deyil, hər ikisinin də şeytan tərəfindən aldadıldığını insanların şüuruna həkk etməyə çalışır.

Qadına iman etmək azadlığını çox görən Məkkə sakinlərinə Quran xəbərdarlıq edir. İmanda, ibadətdə, halal-haramda kişi və qadının bərabər hüquqa sahib olduğunu bildirir. Qadının ata və anasından qalma mirasının yalnız ona aid olduğunu çatdırır.

Hz.Məhəmməd peyğəmbərliyini elan etdikdə qadınlardan belə, beyət almışdı.Qadınlar ona iman etdiklərini elan etmişdilər. Ancaq əvvəllər sadəcə kişilərin bütlərə iman gətirmələri kifayət edirdi. Çünki qadınların dini ərlərinin və atalarının dini idi.

Ərləri tərəfindən zorakılığa məruz qalanlar şikayətə onun yanına gələrdilər. Hz.Məhəmməd (s.ə.v) isə məsciddə kişiləri azarlayar və onlara deyərdi:
“Gündüz onları döyür, gecə isə utanmadan yanlarınamı gedirsiniz?”.

Bu cəmiyyətimizdə hələ də sağalmayan bir xəstlik mövcuddur. İnsanlar arasında belə bir deyim var:
“Qadınla məsləhətləş, ancaq dediyinin əksini et!”.

Evlilikdə, cəmiyyəti maraqlandıran bəzi məsələlərdə, hətta qadının özü ilə bağlı məsələlərdə onun fikrinə baş vurulmadan bir çox qərarların verildiyini görürük.
Hz.Məhəmməd (s.ə.v) bəzi qərarlarında bu anlayışın səhv olduğunu bir neçə dəfə sübut edib.

Buna misal olaraq aşağıdakı hadisəni misal göstərə bilərik:

Hz.Məhəmməd 1500 nəfərlə həccə ziyarətinə çıxmışdı. Silahsız, əliyalın müsəlmanlar həm ibadətlərini yerinə yetirmək, həm də məkkəlilərlə sülh danışıqları aparmaq üçün səfərdə idilər. Ancaq məkkəlilər buna icazə vermədilər. Məhz məşhur Hüdeybiyyə sülhü də həmin gün imzalandı. Şərtləri ağır olsa belə, bu müqavilə qəbul edildi.

Hz.Məhəmməd (s.ə.v) ilk görünüşdə məğlubiyyət hesab edilən, sonralar isə böyük bir zəfərin müjdələyicisi olan bu sülhü qəbul etdi. Mədinəyə geri dönmə zamanı səhabələr getməkdən imtina edirlər. Kəbəni təvaf etmək üçün Məkkəyə getmək istəyirdilər. Hz.Məhəmməd (s.ə.v) öz səhabələrinə olduqları yerdə qurban kəsmələrini və ehramdan çıxmalarını bildirir. Səhabələr isə Hz.Məhəmməd (s.ə.v) fikrindən vaz keçməsi üçün israrlarında davam edirlər.

Ancaq Məkkəyə zorla daxil olmaq, həm razılaşmanın şərtlərini pozmaq, həm də müharibənin başlanması mənasına gəlirdi. Hz.Məhəmməd (s.ə.v) qəmgin vəziyyətdə öz çadırına qayıdır. Hətta Hz.Ömər kimi səhabələr belə bu məsələdə israr edirdilər. Bu zaman xanımı Ümmü Sələmə peyğəmbərimizin yanına yaxınlaşır və nə baş verdiyini soruşur. Hz.Məhəmməd (s.ə.v) məsələni ona danışır. Ümmü Sələmə (Allah ondan razı olsun!) bu çətin anda öz həyat yoldaşına yol göstərir və deyir:
“Ey Allahın rəsulu! Səhabələrin səni fikrindən döndürmək üçün belə edirlər. Əgər sən fikrindən vaz keçməyəcəyini sübut etsən, səhabələr əmrini yerinə yetirəcəklər. Mən belə düşünürəm ki, sən qurban kəsib saçını qısaldasan”.

Hz.Məhəmməd (s.ə.v)) xanımının dediyi kimi edir. Həqiqətən də bütün səhabələr Hz.Məhəmməd (s.ə.v)-in sözündə qəti olduğunu görüb qurban kəsir və ehramdan çıxırlar. İslam tarixində ən çətin və ağır bir dövr hesab edilən bir vaxtda peyğəmbərimiz həyat yoldaşının tövsiyəsini bir çıxış yolu kimi həyat keçirmişdi.

Qadın anadır.
Qadın sirdir.
Qadın ailədir.
Qadın qız uşağıdır.
Qadın nənədir.
Qadın var-dövlətdir.
Qadın iffətdir.
Qadın cənnətdir.

***

Qadın sirat körpüsündə yol yoldaşıdır.
Qadın lövbər salınacaq bir limandır.
Qadın peyğəmbəri dünyaya gətirəndir.

***

Qadın Hz.Asiyədir.
Qadın Hz.Məryəmdir.
Qadın Hz.Aminədir.
Qadın Hz.Xədicədir.
Qadın Hz.Aişədir.
Qadın Hz.Fatimədir.

***

Nəhayət, qadın övladı tərəfindən bu duaya layiq görülən bir insandır:
“Ey Rəbbim! Axirət günündə anamı, atamı və bütün möminləri bağışla. Məni kiçik yaşlarımdan böyüdüb boya-başa çatdırdıqları üçün Sən də ata-anama rəhm et, onları bağışla!”


Geri dön

_RONALDO_

  • 18 mart 2011 00:10
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
Müəllifə təşəkkür

--------------------

nilayka

  • 19 fevral 2011 21:35
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Tewekkurler

--------------------

ELIYEV_NURAN

  • 23 yanvar 2011 00:03
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
ilk once tewekkurler ediremki cavanlara bunu catdirirsiz!Halal olsun!
sonraki sozum istifadecimiz bir xanim var niki Emo_girl_98 xanim siz burda serh yazirsiz eceb edirsiz amma nikinizin menasini bilirsizmi?niye cox cavanlar ozunu emo adlandirir?hec bilirsizmiki emo seytan emelidir?emo biri uzu gulen bir uzu aglayan demekdir emo seytana itaet edendir!emo gunesi sevmeyen geceni sevendir!!!indi emo nkinde qalmaq veya emo olmaq isteyirsizmi????iki uzlu insan seytan deyilmi??xanim xahis edirem incimeyin sozumden belke menasini basa dusmeyerek bu niki secmisiz bunu demek menim borcumdur!!!

CandyGirl

  • 7 yanvar 2011 16:06
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
choooooox qozel yazidi

--------------------

L_SimuS

  • 5 yanvar 2011 20:47
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tewekkurler

butun qadinlar deyerlidi.sadece qadinin bunu bilmesi vacibdi

Lindo

  • 5 yanvar 2011 17:59
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
twk ela xeberdi .

MiYasKa KrEoZi

  • 5 yanvar 2011 17:15
  • Məqalə: 35
  • Şərh: 699
  • Bal:
{awards}
ChoOoox goZeL yazIdIr... ALLAH razI oLsunN... TeshEkkuR... smile

--------------------

SerSeRi_RuzGaR

  • 5 yanvar 2011 17:05
  • Məqalə: 67
  • Şərh: 656
  • Bal:
{awards}
TeweKkur cANIM mARAqLIDI

--------------------
<<<$aLunKa>>>

Cowardly

  • 5 yanvar 2011 13:50
  • Məqalə: 0
  • Şərh: 149
  • Bal:
{awards}
MARAQLI IDI

MuslimGirl

  • 5 yanvar 2011 13:29
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Allah razı olsun! Təşəkkürlər

damla15

  • 5 yanvar 2011 12:54
  • Məqalə: 3
  • Şərh: 232
  • Bal:
{awards}
COX SAQOLUN HEQIQETEN MARAQLI IDI

Sergio Ramos

  • 5 yanvar 2011 12:01
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
Müəllifə təşəkkür

--------------------

only-girl

  • 5 yanvar 2011 11:57
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
ALLAH razi olsun[i][/i]

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 16
Cəmi: 35

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}