Hz.Fatime (s.e) Həyatına Bir Baxış

 
Hz.Fatime (s.e)  Həyatına Bir Baxış

Fatime (s.e.) Dunyaya Gelmemisden

İnsan talehində, onun səadət və bədbəxtliyində əbi-əcdadın, xüsusi ilə ata və ananın necəliyi tə?sirli amillərdəndir. Övladın talehində ata-ananın iki rolu vardır. Bunun biri genetik (vərasət) amilidir. Valideynin cismi və ruhi xüsusiyyətləri gen yolu ilə övlada ötürülür. İkinci amil isə övladın formalaşmasında ata-ananın birbaşa təmas yoludur.

Övladın talehində ananın rolu hamıya aydındır. Çünki hamiləlik dövründə körpənin mayası (cənin) ananın bir üzvü kimi qida və ana ruhiyyəsindən faydalanır. Uşaqlıq dövrü də ardıcıl şəkildə ananın himayəsində keçir. Buna görə də dini yazılarda ananın əhəmiyyətli rolu gözəl və dəqiq ibarələrlə vurğulanır.

Həzrət Peyğəmbərdən (s) nəql olunmuşdur: �Hər kəsin səadət və xoşbəxtliyi ana bətnində müəyyənləşir.� (�Bəhar� cild 5). Yenə buyurulur: �Övladın dünya və axirət səadətinin müəyyənləşməsində öz tərbiyəvi rolunu ifadə edən anadır.� (�Vəsail� cild 15).

Ananın diqqətsizliyi övladın azğınlığı və bədbəxtliyi ilə nəticələnir. Dini yazılarda valideynin əhəmiyyətli roluna əsasən göstərişlər verilir və haram tikənin təhlükəsi qeyd edilir. Yaxınlıq, hamiləlik, çağalıq, hətta nütfənin formalaşması dövrünə aid göstərişlər vardır ki, övlad cismən və ruhən sağlam doğulsun, cəmiyyətə düzgün tərbiyə ilə qədəm qoysun.

Fatimenin (s.e.) Anasi Ve Atasi

Fatimənin anası qaranlıq cahiliyyət şəraitində islam Peyğəmbərinə iman gətirmiş ilk müsəlman qadın idi. O, bütün sərvətini islamın genişlənməsi üçün Peyğəmbərin (s) ixtiyarında qoydu. Həmin bu pak və düşüncəli qadın bütün insanların həqiqətlə vuruşduğu cəhalət və xurafat dövründə risalətə, vəhyə, Qur?ana iman gətirdi. Bu qadının haqqında həzrət Peyğəmbər (s) buyururdu: �Xədicənin misli harada tapılar! O məni elə bir vaxtda təsdiq etdi ki, hamı təkzib edirdi.� (�Səfinətül-bihar� cild 1). Həmin bu qadındır ki, dünya qadınlarının nümunəvi və böyük xanımlarından biri və Allahın seçilmişi. �Bəhar�-ın 43-cü cildində deyilir: �Sübhan Allah qadınlar arasından dördünü (Məryəm, Asya, Xədicə, Fatimə) seçdi.


Fatimənin (s) atası bəşəriyyətin ən şərəflisi, rəhbəri və müəllimi, hətta ülul-əzm peyğəmbərlərin üstünüdür.

İlk yaranmış o həzrətdir. (�Bəhar� cild 15). Varlıq aləmi ona xatir xəlq edilmişdir. (�Bəhar� cild 15). Bütün insanlar, hətta peyğəmbərlər onun rəhmət və kamal bayrağı altındadır. (�Bəhar� cild 39). Həzrət ilk və son peyğəmbərdir. (�Bəhar� cild 16).

Fatimənin (s) atası o şəxsdir ki, adı və fəziləti aləmi bürümüşdür. Həmin şəxsdir ki, xarkteri sübhan Allah tərəfindən imzalanmışdır. Həmin şəxsdir ki, yaranmış üçün mümkün olan son yaxınlıq dərəcəsinə yüksəlmişdir. Bu həmin məqamdır ki, müqərrəb vəhy mələyi Cəbrəil (ə) onunla yoldaşlığa dözmür və �bir az da yaxınlaşsam qanadların kül olar� deyə e?tiraf edir. (�Bəhar� cild 18).

Fatimenin (s.e.) Vucuda Geldiyi Zaman

Məhəmməd (s) kimi ata, Xədicə (s) kimi anadan, Peyğəmbərin (s) həssas nübuvvəti dövründə, yə?ni qırx gün ev və ailədən uzaqlıqdan, ibadətə vardıqdan, qeybi feyzlərdən faydalandıqdan, me?racda behişt meyvələrini daddıqdan sonra Zəhra (s) nütfəsi yoğruldu. Bəli, Zəhra (s) behişt meyvələrindən bir şirədir ki, yer aləminə qədəm qoymuşdur.

Həzrət Peyğəmbər (s) buyurur: �Me?raca getdiyim zaman Cəbrail (ə) məni behiştə daxil edəndə behişt xurmalarından daddım. Meyvələr nütfəyə döndü. Yerə qayıtdıqdan sonra Xədicə ilə yaxınlıq etdim və Fatimənin nütfəsi yoğruldu. Fatimə insan simasında bir huridir. Behişt qoxusu arzulayanda onu Fatimədən alıram�.

Bəli, Fatimə (s) behişt meyvələrinin şirəsidir. Orada meyvələrin qəbulu, burada Fatimənin yaranışı! Həzrət Peyğəmbərin (s) qeybi və ilahi elm və maarifə vardığı həssas bir dövrdə Zəhranın (s) nütfəsi yoğrulur. Bu xüsusiyyətlər dünya qadınlarının tacı olan fərdin tərbiyəsinə şərait yaradır. Bu Fatimə vücudunun özünəməxsusluğudur ki, mə?na aləminə bir belə bağlıdır. Amma Fatimə (ə) xilqətinin həqiqəti və nuru zaman, məkan tanımır.

Fatimenin (s.e.) Anadan Olmasi Ve Ya Ebedi Guneshin Dogmasi

Be?sətdən (peyğəmbərliyə çatandan) beş il sonra Cəmadiüs-sani ayının iyirmisində qeybi ruzilərin bəhrəsi yer üzündə təcəlli etdi, Zəhra ulduzu doğuldu. Məhəmməd (s) və Xədicə (s) evi Fatimənin mələkuti nuru ilə işıqlandı. Pak və oxşarsız atadan, pakizə bir anadan bir körpə dünyaya gəldi ki, aləmi sahilsiz kamillik dəryasında qərq etdi. Qısa və bərəkətli ömründə bəşəriyyəti təəccüb və heyrətə gətirdi. Əgər mələklər insan xilqətinin əsrarından xəbərdar olsaydılar, bilsəydilər ki, Adəm nəslindən belə bir əxlaqi fəzilətli, ilahi sifətli insan ərsəyə gələcək, ilahi məhzərdə �Adəmi nə üçün yaratdın?� deyə sual verməzdilər. (�Bəqərə� surəsi, ayə 30). Çünki mələklər insan deyildikdə yalnız günahkar və fəsad törədən adamları təsəvvür edirdilər. Onlar insanın Fatimə sayaq uca məqamından xəbərsiz idilər. Qarşısında səcdə qıldıqları Zəhra (s) indi də mələklərin sevimlisidir.
Bu gün söhbət Məhəmməd (s) �kövsərinin� cari olmasından, sahilsiz kamal dəryasının sədasından, nəhayətsiz mələkut rəhmətindən, daim yaşıl qol-budaqlı, dərin kök atmış paklıq şəcərəsinin (ağacının) yüksəlməsindən gedir. �Xoş bir söz kökü yerdə möhkəm olub, budaqları səmaya ucalan gözəl bir ağac kimidir�. (�İbrahim� surəsi, ayə 24). Bütün bəşəriyyət onun səmərəsindən faydalanır.



Zəhranın (s) doğum günü kamil insan simasının parladığı, islamın nümunəvi xanımının doğulduğu gündür. İmamətin on bir parlaq ulduzunun anası odur. Bə?zi rəvayətlərə görə Zəhra Qədr gecəsidir. Ustadların tə?birincə, axı necə də Qədr gecəsi olmasın, məgər on bir natiq, danışan Qur?an bu gecədə (Fatimədə) nazil olmadımı!

Bu gün söhbət fəzilətlər anasının, dünya qadınlarının tacı, Məhəmmədin (s) gözünün nuru, yarı canı, qəlb meyvəsi Zəhranın viladətindən gedir. Həzrət onun haqqında buyurub: �Atan sənə fəda olsun�. Bu gün söhbət əbədi parlaq fəzilət günəşindən, imamət ulduzlarının mehvərindəndir. Zəhra nuru zaman və məkana sığmadığından bu doğulmuş hansı il, hansı günə düşdüyünü araşdırmağa ehtiyac görmürük. Bu tarixçilərin işidir. Buna görə də bu viladətlə bağlı yalnız bə?zi nöqtələri xatırlayırıq.

Fatime (s.e.) Nece Doguldu?

İmam Sadiq (ə)-dan nəql olunub: Xədicə (s) həzrət Məhəmmədə (s) ərə gedəndə Məkkənin varlı qadınları tərəfindən məzəmmət olundu. Çünki cahiliyyət ən?ənələrinə görə Xədicə kimi varlı bir qadın Məhəmməd (s) kimi kasıb bir şəxsə uyğun deyildi. Bu səbəbdən də Xədicə (s) tənha qaldı.
Xədicə (s) Fatiməyə hamilə oldu. Fatimə ansının bətndə olan vaxtlarda, anası ilə danışardı, onu səbirli olmağa ruhlandırardı. Xədicə bu məsələni həzrət Məhəmməddən gizlətsə də, bir gün həzrət otağa daxil olanda Xədicənin kiminləsə danışdığını gördü. Peyğəmbərin sualı qarşısında Xədicə məsələni açdı. Həzrət (s) buyurdu: �Cəbrail mənə xəbər verib ki, bu körpə qızdır və mənim nəslim onun vasitəsi ilə davam edəcək. O, imamların, mənim canişinlərimin anası olacaq�.

Hamiləlik dövrü başa çatdıqdan sonra doğum məqamı yaxınlaşdıqda Xədicə bə?zi Qureyş qadınlarından kömək istədi. Amma müsbət cavab almadı. Bu onu kədərləndirdi. Bu vaxt Xədicə dörd qadın müşahidə etdi. Onlardan biri dedi: �Biz sənin bacılarınıq ? Sarə, Asya, Məryəm, Gülsüm (Musa (ə)-ın bacısı). Allah bizi sənə yardım üçün göndərib�. Bəli, dünyanın ən pak qadınları Xədicəyə yardıma gəldi. (�Bəhar�)

Fatimə (s) doğulanda Məkkənin, eləcə də dünyanın bütün evlərində nuranilik vardı. Zəhra nurunun saçılmadığı guşə yox idi. Əlində teştlər, kovsər dolu qablar on huri otağa daxil oldu. Fatiməni (s) kovsər suyunda çimirib, ağ və ətirli parçalara bürüdülər. Zəhra dilə gəlib, şəhadət kəlmələrini dedi: �Şəhadət verirəm ki, bir Allahdan başqa mə?bud yoxdur və atam onun peyğəmbəridir�.

Fatimə (s) belə doğuldu. Bir günəş doğdu ki, bütün dünyanı nura boyadı və heç zaman qürub etməyəcək.

Hz.Fatime (s.e) � Həyatına Bir Baxış

Fatimeye (s.e.) Ad Qoyulmasi

İmam Sadiq (ə)-dan nəql olunub ki, Allah yanında Fatimənin doqquz adı vardır: �Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Rəziyyə, Muhəddəsə, Zəhra.�

İmam Rza (ə)-dan nəql olunub ki, Allah-təala onu Fatimə adlandırdı. Bəli, ilahi insanların bütün şə?ni, hətta adları da ilahidir. Necə ki, həzrət Məhəmməd (s), həzrət Yəhya (s), həzrət Məsihin (s) adları Allah tərəfindən buyuruldu. Rəvayətlərdə həzrət Fatimə (ə) üçün başqa adlar da nəql olunmuşdur. O cümlədən Bətul, Hisan, Hürrə, Səyyidə, Üzra, Hura, Ünsiyyə, Məryəm, Kübra, Səmaviyyə, Ümmül Hüseyn, Ümmül Möhsin və s. ən gözəli isə, Fatimə �Ümmül-fəzail�dir.



Nə üçün Fatimə adlanıb?

Bunun səbəbi müxtəlif cür izah edilib. İmam Sadiq (ə)-a görə, xalq onu tanımaqda aciz olduğu üçün Fatimə adlanıb.

Əli (ə) həzrət Peyğəmbərdən nəql edir ki, Fatimənin belə adlanmasının səbəbi onun və övladlarının təkallahçı olması, mənə nazil olana iman gətirməsinə görə oddan amanda qalmasıdır.

Yenə o həzrətdən nəql olunur: �Qızım ona görə Fatimə adlanıb ki, Allah onu və onu sevənləri atəşdən ayırıb�.

İmam Sadiq (ə)-dan nəql olunur ki, bunun bir səbəbi onun şərdən ayrılmasıdır. �Zəhra sevənlər müvəhhid olsalar, Cəhənnəm əzabından amandadırlar� tə?biri Zəhranın şəfaət məqamına işarədir. Bu şəfaət ona şərait yaradanlara şamildir.

Nə üçün �Tahirə� adlanıb?

İmam Baqir (ə)-dan rəvayət olunub ki, Fatiməni Tahirə də adlandırıblar. Çünki o, bütün nöqsan və çirkinliklərdən uzaq idi. Fatimə (ə) heç zaman heyz və nifas qanı görməmişdi.

Nə üçün �Mühəddəsə� adlanıb?

Fatimə Mühəddəsə də adlanmışdır. Çünki mələklər Məryəmə (s) nazil olduqları kimi Fatiməyə də nazil olub, onunla danışmışlar.

Nə üçün �Bətul� adlanıb?

Fatimə (ə) oxşarsız olduğu üçün �Bətul� da adlandırılıb. Bu onun mübarək və mə?na dolu adlarındandır.

Qızlarımıza Zəhranın (ə) adlarını qoyaq. Zəhranın adlarını daşıyan qızlarla kobudluq etmək, onları sıxıntıya salmaq olmaz. Bu Fatimə ilə eyni adda olmağın bərəkətidir.


Fatimenin (s.e.) Terbiyesinde Se?y

Əvvəldə qeyd olundu ki, övlad tərbiyəsində ata-ananın vərasət (gen), ünsiyyət yolu ilə mühüm rolu vardır. Uşağın formalaşmasında başqa amillər də vardır. Məsələn, uşaqların ünsiyyətdə olduğu başqa bir ailə üzvləri, mədrəsə mühiti, müəllimlər, cəmiyyətə hakim quruluş. Amma ən tə?sirli amil ata və xüsusi ilə anadır. Valideyn o zaman müvəffəqiyyət qazanır ki, ailə məsələləri, tərbiyə üsulu ilə tanış olsun, əməli nümunələr göstərsin. Çünki əməlin tə?siri sözün tə?sirindən daha çoxdur. Tərbiyəçinin sözü ilə əməli uyğun gəlməlidir.

Əgər maarif, elm və tərbiyə üsulu ilə tanışlıq nəzərindən bəşəriyyətə müəllim, tərbiyəçi olan islam Peyğəmbəri (s) atadırsa (onun əməl və rəftarı nümunədirsə), nümunə və mö?minə Xədicə anadırsa, onların qoynunda layiq bir qız yetişər. Bu övlad uca, ilahi, insani kamilliklər və əxlaqi fəzilətlərdən faydalanmış olacaq. Xüsusilə, o zaman ki, ata bu qızı adi bir fərd kimi görmür. Onda kamal və ləyaqət əsərləri əvvəlcədən aşkardır. Ona görə də Peyğəmbər (s) Zəhranın (s) tərbiyəsində çox sə?y göstərər, daima ondan muğayat olardı. Hər gün Zəhranın üzünə elm və fəzilətindən yeni bir qapı açılırdı. Həzrət Peyğəmbər (s) onun qeyb elmi, islami maarif, Qur?anla daha yaxından tanış olması üçün hər bir fürsətdən istifadə edirdi. Fatimə (s) atasının yanına gəlib ev işlərində kömək üçün xidmətçi götürməyə icazə istəyəndə həzrət onun bu istəyi müqabilində ona yeni bir fəzilət - �Təsbiahti Zəhra� adı ilə məşhur olan bir zikr öyrədir. Bu ata tərəfdən qızına ən yaxşı hədiyyə idi. (�Kafi� cild 3).

Bu təsbihatdan gözəl hədiyyə olsaydı, həzrət onu Fatiməyə təqdim edərdi. Həzrət (s) qızının tərbiyəsindən heç zaman ayrılmaz, onunla ünsiyyəti qənimət bilərdi. Səfərə çıxarkən sonuncu ayrıldığı, səfərdən qayıdarkən ilkin görüşdüyü kəs Fatimə olardı.

Həzrətin (s) Fatiməylə görüşmədiyi bir gecə yox idi. (�Bəhar� cild 43).

Fatimə (s) Peyğəmbərin ən əziz, ən sevimli yaxını idi. (�Bəhar� cild 43).

Fatimə Peyğəmbərin gözünün nuru, qəlb meyvəsi idi. (�Bəhar� cild 43).


Peyğəmbərin (s) başqa övladları da vardı. Amma onların haqqında bu sözlər deyilməmişdi ? deyilənlər Fatiməyə aid idi.


Geri dön

::..ONSLAUGHT::..

  • 26 aprel 2011 21:50
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
tesekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 17 mart 2011 20:44
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
TWK MARAQLIDIR

--------------------

nilayka

  • 8 fevral 2011 20:36
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
gozel xebere gore twk

--------------------

CandyGirl

  • 9 yanvar 2011 19:22
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
allah razi olsun;

--------------------

MuSlIm_55

  • 8 yanvar 2011 19:02
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
Kim bu xəbəri salıbsa çççççççççççççççççççoooooooooooooooooxxxxxxxxxxxxxxxxxxxxx sağ olsun

MuslimGirl

  • 7 yanvar 2011 18:24
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Allah razi olsun gozel xebere gore

CrazyGirl

  • 7 yanvar 2011 16:14
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
tesekkur.....

--------------------
Sən varsansa həyat çox gözəl!

L_SimuS

  • 7 yanvar 2011 16:06
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}


Hz.Fatime alemlerin en gozel 4 qadinindan biridir....

18 yawinda oldurulub sehv elemiremse

tewekkur xebere gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 34
Cəmi: 54

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}