
“Chevrolet” şirkəti yeddinci nəsil sportkar “Corvette”-in məhsuldarlıq göstəricilərini rəsmi surətdə səsləndirdi. Onlar amerika istehsalçısının Detroytda, avtomobilin təqdimat mərasimində bildirdiyi məlumatlardan fərqlənir.
“Corvette Stingray”-ə quraşdırılan 6,2 litrlik LT1 güc qurğusunun faydalı iş əmsalı qazçıxma sistemindən asılı olacaq. Məlumdur ki, baza modeli 455 a.g. olan ilxı və bu modelin tarixində ilk dəfə ən az yanacaq sərfi ilə öyünə bilər.

6,2 litr həcmli V-şəkilli “səkkizlik” 455 a.g. və 624 Nm maksimal fırlanma anı verir. Daha effektli səs müşayəti əldə etmək iştəyənlər, opsional idman qazçıxma sistemi sifariş verib, mühərrikin məhsuldarlığını 6000 d/dəqiqədə 460 a.g., 4600 d/dəqiqədə 630 Nm artıracaqlar.

Qeyd etmək lazımdır ki, 90% pik fırlanma anı göstəriciləri artıq 3000 d/dəqiqədə əlverişlidir. Avtomobilin trassda hərəkət zamanı orta yanacaq sərfi 100 km yola 9 litr olmalıdır.

Sürət göstəriciləri hələlik məlum deyil, lakin məlumdur ki, 0-dan 96 km/saata kupe və kabriolet “Chevrolet Corvette Stingray” 4 saniyədən az vaxta sürətlənə bilir.