Kökəlmək bəzən ən böyük arzudur

 
Kökəlmək bəzən ən böyük arzudur

İndi çoxları üçün artıq piydən əziyyət çəkmək, sözün əsl mənasında, böyük problemə çevrilib. Piylənmə insanların istəmədikləri, amma məruz qaldıqları bir prosesdir. Hələ 10 il bundan qabaq artıq çəkini həkimlər daha çox xarici görünüşün kosmetik deffektinə aid edirdilərsə, indi ÜST piylənməni maddələr mübadiləsinin xroniki xəstəlikləri kateqoriyasına daxil edib. Hətta onun dəqiq beynəlxalq tərifi də verilib. Piylənmə, piyin artıq yığılması ilə xarakterizə olunan, digər sistem və orqanların ciddi ağırlaşmasına gətirib çıxaran xroniki xəstəlikdir.

Bu gün dunyada 1,7 milyard insan piylənmədən əziyyət çəkir. Narahatçılığa səbəb olan tibbi proqnozlara görə, 2025-ci ildə kişilərin 40%-i, qadınların 50%-i dünyada piylənmədən əziyyət çəkəcəklər. 14 yaşa qədər hər il artıq çəkili uşaqların sayı 7% artır. Bu məsələnin bir tərəfidirsə, digər tərəfində həddən artıq arıq olan insanların kökələ bilməməsi dayanır.

Arıq olmaq nə qədər gözəl olsa da, insanlar bundan zövq və rahatlıq alsa da zaman-zaman arıqlıqdan şikayət də edənlər olur. Passiv həyat tərzi keçirməsinə, gündə normadan daha artıq yeməsinə baxmayaraq, 100 qram belə kökəlməyən insanlar qədər gülməli görünsə də həkimə müraciət edirlər. Kökəlmək arıqlamaq qədər yorucu və üzücü bir prosesdir.

Dietoloq Tahir Cabbarovun sözlərinə görə, kökəlmə ilə nisbətdə arıqlıq elə də çox rast gəlinən bir hal deyil. Bu, dünyanın bütün ölkələrində belədir. Kök insanlar arıq insanlara nisbətən daha çox üstünlük təşkil edir. Arıq olmağın da bir çox səbəbi var. Bunlardan birincisi hər hansı bir xəstəlikdən əziyyət çəkməkdir: "Ümumiyyətlə, xəstəlik bədənin bir neçə addım geri düşməsidir. Adi qrip tutmaq belə insanın arıqlamasına səbəb ola bilir. İkincisi, AİDS və bu kimi ağır xəstəlikdən əziyyət çəkənlər, üçüncüsü isə immun sistemin zəif olması və hormonal problemlərdən qaynaqlanır. Heç bir xəstəlikdən əziyyət çəkməyən insanların arıq olma səbəbi onların immun sisteminin çox güclü olmasıdır. Amma təəssüf ki, belə sağlam arıq olan insanlar çox azdır. Hər 100 insandan 4-5-i belə normal arıq yaşaya bilir. Belə insanların da özlərinə xas olan bir yaşam tərzi olur. Birincisi, çox hərəkətli olurlar, yerlərində dura bilmirlər. İkincisi, belə insanlar nadir hallarda passiv həyat sürərlər. Kök insanlarla müqayisədə daha ətrafa yönəlik insanlardır".

Kökəlmək üçün həddindən artıq qida qəbul edənlər də var. Buna baxmayaraq, kilo ala bilməyən insanların şikayəti "dünyanı yesəm də, artmıram" olur. El arasında belə insanlara paxıl, qurdlu insanlar deyirlər. Guya kökəlməmək səbəbi budur, amma bu, tamamilə yanlış bir fikirdir. Kilo almaq üçün insanlar bəzən yediklərinin ikiqatını yeməyə çalışır, istəməsə belə özünü məcbur edir. Halbuki normadan artıq qəbul edilən qida həzm olunmada problem yaradır, mədə genişlənməsinə səbəb olur. Birdən birə qidanı artırıb digər problemlər yaşamaqdansa qidanı yavaş-yavaş artırmaq lazımdır. Çox yemək yediyi halda kökəlməyən insanın artmama səbəblərindən biri həddindən artıq çay və qəhvə istifadə etməsidir. Çay insanın arıqlamasına səbəb olan faktorlardan biridir.

Dietoloqa görə, necə ki, bir həftədə insan 4-5 kilo arıqlaya bilmir, arıqlasa belə bunun fəsadları ortaya çıxır, kökəlmək də onun kimi bir şeydir. İnsan bir həftə ərzində bu qədər çəki ala bilməz. 250-500 qram arası alınan çəki normal sayılır. Əgər bir müddət çəki elə aldığı 500 qramda qalarsa bu, normal haldır. Bədən yeni çəkisinə alışmağa başlayır. Daha sonra yenidən artım başlayacaq. Ən sağlam kökəlmə yolu da budur: "Belə alınan çəki sonradan tez bir zamanda da itirilmir. Edilən səhvlərdən biri də kökəlmək məqsədi ilə xəmirli qidalara, şirniyyatlara üstünlük verilməsidir. Bu yolla kökələn insanlar sağlam kökəlmir, əksinə piylənmə yaranır. Arıq olmasına baxmayaraq piylənən insanlar daha sallaq, daha yöndəmsiz görünür. Halbuki sağlam kökəlmək insanı sadəcə olduğundan daha fərqli və gözəl göstərər".

Həmsöhbətimizin dediyinə görə, normal kökəlmə yolu ilə insan 1 ayda 2 kilodan artıq almamalıdır. Bunun üçün isə əgər heç bir xəstəliyi yoxdursa və qurddan əziyyət çəkmirsə, normal qidalanmaq kifayət edəcək: "Hər gün 3 əsas, 3 ara yemək yeyin. Yeməkləri ötürməyin. Yeməkdən öncə idman edin, gəzin, qaçın. Bu, həm iştahı açır, həm də sağlam kökəlməyə kömək edir. Süd və süd məhsulları, ət və ət məhsullarına üstünlük verin. Qəbul edilən karbohidratın miqdarını artırın. Südə bal, bəhməz, mürəbbə əlavə edərək için. İçkiləri yemək zamanı deyil, qida qəbulundan ya 30 dəqiqə öncə, ya da sonra için. Yeməkdən sonra şirniyyat qəbul edin. Əridilmiş yağ əvəzinə duru yağlara üstünlük verin. Sağlam qidalanma ilə kökəlmək də arıqlamaq da mümkündür".

Kökəlmənin qarşısını alan, insanı daha da zəiflədən səbəblərdən biri də insanın yaşam tərzi, hissləridir. Həddindən artıq əsəbi və daim təlaş içində yaşayan insanlar da zəiflikdən əziyyət çəkənlər sırasındadır. Buna görə qidadan əvvəl insan daxilən bütün sıxıntıları və problemləri kənara qoymalıdır. Bir də genetik faktor var ki, ailəsi arıq olan insanların kökəlmək sahəsində elə də şansı yoxdur.


Geri dön

★Angelocka★

  • 5 iyul 2013 14:22
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:
Tewekkurler

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

★Love Pearl★

  • 1 iyul 2013 01:14
  • Məqalə: 335
  • Şərh: 4258
  • Bal:
{awards}
Sitat: ✰gul beceren✰
ne kokelmek istiyirem ne de ariqlamaq hele bele yaxsidi

lady anna

  • 20 iyun 2013 12:49
  • Məqalə: 26
  • Şərh: 2910
  • Bal:
{awards}
twk............

--------------------

GuNaY_83

  • 16 iyun 2013 16:44
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
təşəkkürlər

--------------------

^^Nazli^^

  • 9 iyun 2013 14:41
  • Məqalə: 134
  • Şərh: 7629
  • Bal:
{awards}
ne kokelmek istiyirem ne de ariqlamaq hele bele yaxsidi

--------------------

surawka

  • 6 iyun 2013 17:42
  • Məqalə: 123
  • Şərh: 7029
  • Bal:
{awards}
Tewekkurler

Roya_____

  • 6 iyun 2013 17:16
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk

ForeveR_SweeT

  • 6 iyun 2013 16:44
  • Məqalə: 3
  • Şərh: 263
  • Bal:
{awards}
təşəkkürlər

PSIXOPATKA

  • 6 iyun 2013 12:40
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}
tewekkkkuuuur

--------------------

GuNaY_83

  • 6 iyun 2013 11:18
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
TewekkuRleeeR

--------------------

★KaRaMeLKa★

  • 6 iyun 2013 10:40
  • Məqalə: 166
  • Şərh: 6629
  • Bal:
{awards}
Tesekkurler melumata gore...

✰ ♥..Золушка..♥ ✰

  • 6 iyun 2013 09:26
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
xebere gore sagol.......

: Sensizde Babatdi :

  • 5 iyun 2013 23:02
  • Məqalə: 38
  • Şərh: 3255
  • Bal:
{awards}
he azda olsa kokelmek isderdim cunki bele getsen iyneye ip olacam...

--------------------

pessimistka hebibe

  • 5 iyun 2013 22:49
  • Məqalə: 8
  • Şərh: 5507
  • Bal:
{awards}
ne kokelmek nede ariqlamaq isteyirem...neyse twkkkk

-Kralica-

  • 5 iyun 2013 20:21
  • Məqalə: 696
  • Şərh: 8591
  • Bal:
{awards}
tttwwkkkkkkkkkkk

--------------------




Roya_____

  • 5 iyun 2013 20:15
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkkkkkkkkkkkkk

★Miss_Alekss★

  • 5 iyun 2013 19:52
  • Məqalə: 11
  • Şərh: 1214
  • Bal:
{awards}
TewekkuRleeeR

--------------------

Bash Belası

  • 5 iyun 2013 19:47
  • Məqalə: 158
  • Şərh: 4873
  • Bal:
{awards}
Təşəkkür xəbərə görə...

Cimbom3

  • 5 iyun 2013 19:24
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
men cox ariqam kokelmek en boyuk arzularimdan biridir recourse

Zehra Awiqi

  • 5 iyun 2013 19:06
  • Məqalə: 39
  • Şərh: 2948
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------
http:// [?] Загрузить с интернета:

LeLLi

  • 5 iyun 2013 19:03
  • Məqalə: 166
  • Şərh: 3223
  • Bal:
{awards}
Sag olun xebere gore ;)

--------------------

Angry Boy

  • 5 iyun 2013 18:47
  • Məqalə: 348
  • Şərh: 6152
  • Bal:
{awards}
men de cox arigam

★Alison MicCan★

  • 5 iyun 2013 18:46
  • Məqalə: 4
  • Şərh: 1371
  • Bal:
{awards}
Kokelmek fikrim yoxdu,bele yaxwidi her wey)))

--------------------
''Ben'' kattım sana biraz, öyle sevdim seni. Çünkü sen de bensiz; o kadar güzel değilsin hani..'':)))

sebnem98

  • 5 iyun 2013 18:43
  • Məqalə: 0
  • Şərh: 6592
  • Bal:
{awards}
Sağlam qidalanma ilə kökəlmək də arıqlamaq da mümkündür".

--------------------

★CaNdy GiRL★

  • 5 iyun 2013 18:30
  • Məqalə: 32
  • Şərh: 1528
  • Bal:
{awards}
kokelmek pis olmaz ama yox tongue

--------------------

Host denizi

  • 5 iyun 2013 18:29
  • Məqalə: 0
  • Şərh: 15
  • Bal:
{awards}
men hec olmasa 2 3 kilo kokelmek isderdim fellow xebere gore twk

Banned456

  • 5 iyun 2013 18:09
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
Təşəkkürləərr.....

HUSEYN ASHIQI

  • 5 iyun 2013 17:59
  • Məqalə: 84
  • Şərh: 2501
  • Bal:
{awards}
tewekkurler cekimden raziyam

--------------------



Eger menim Şie olmağim kimise narahat edirse------>Men bu narahatciliğa göre fexr edirem (Alhamdul'illah)

Banned456

  • 5 iyun 2013 17:58
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
Azacig mende kokelsem yaxsi olardi)

Roya_____

  • 5 iyun 2013 17:50
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
tesekkurler ele mende cekımden razıyamrequest

<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 26
Cəmi: 42

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 84
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}