Girəndə ayaqqabılarınızı çıxarın

 
Girəndə ayaqqabılarınızı çıxarın


Buralarda salam Allahdan çox, Əzrayılın adıdır

Azərbaycanın birini yola verdik. Belinə Qarabağı yükləyib Elnur Məmmədlidən öyrəndiyimiz priyomla başımızın üstündən dala atdıq o ölkəni. Növbəti Azərbaycan döyür qapımızı. Açaq, yoxsa elə bilsin evdə heç kim yoxdu dala qayıtsın? Deyirsiz qapını sındırar? İnanmıram. Hələ təzədi, əvvəl-əvəl özünü yola verdiyimiz Azərbaycana oxşadacaq. Başına dəyən qapazlara cavab verməyəcək. Onu evin bir küncünə atanların üzünə gülümsəyəcək. Şairlər Azərbaycanı gəlinə bənzədirlər. Gəlin evin süpürgəsidi, harda qoydun orda durmalıdır. Bizdə şair sözü əlbəttə doğrudur. Bir şərtlə ki, qoca şair olasan.

Heç inanmıram ki, biz birinci Azərbaycana piryom atmağa hazırlaşanda üst-başına daraşan mənasız qoca şairləri, ağzının danışığını bilməyən qoca bələdiyyə sədrlərini, elmi kəşfləri bayatılardakı "əzizim" sözünü əzizləmək olan qoca professorları arvad obrazlarını həyatdakı kişi rolundan daha məharətlə oynayan qoca aktyorları, çiyinlərimiz üzərində tikilən körpüləri, tüpürmək üçün münasib yer bildiyimiz ekranlardan evimizə soxulan televiziyaları, prezidentin qəzetlərə verdiyi pulu seçkiqabağı təbliğatlarına xərcləyən baş redaktorları, şeirimizdəki bülbülü, nəsrimizdəki əsər başlayanda yazıçının 10 səhifəlik çıxardığı, əsər bitəndə isə 8 səhifəlik batırdığı günəşi, azərbaycanlıların yalnız salavat çəkmək üçün tanıdığı ayı, Firudin Qurbansoyun çörək ağacı etdiyi ulduzu, çox uzatdım eləmi, qoy axırı belə qurtarsın, görməmişləri növbəti, təzə Azərbaycanın üstünə sancaqlamamışıq.

-Sakit ol, o qapını döyür.

- Açaq gəlsin içəri?

- Olmaz, yoxlamamış içəri buraxa bilmərik.

- İndi durub, öz vətəninin üst-başını yoxlayacaqsan? Ayıb deyil?!

- Bəs onun özüylə gətirdikləri içəri doluşsa, bizi tapdayıb yuxarı başa keçsələr, sonra millətin böyüklüyündən, xalqın əzəmətindən danışsalar, dolmanı ilk dəfə Qaçaq Nəbinin arvadı Həcərin əri üçün bişirdiyini "sübut" etsələr, boz-bulanıq gözlərini bərəldib, təbiətin insan ruhunu durultuduğundan danışsalar, hərə bir tərəfdə şeir desə, mahnı oxusa, dumbul çalsa, qoca aktyorlardan biri eyvana çıxaraq, oxuyub oynayanların telefon nömrəsini bəyan edib, SMS yalvarışına başlasa, divanın altından Murad, şkafın içindən Qaraçuxurlu, qapının arxasından Nisə çıxsa, Vətən püsgürən şeirlər dizə çıxsa, beş-altı güləşçi, hə lap elə səni başına qaldırıb yerə çaxsa, neyləyəcəksən?

-Gəl əvvəl qapının arxasında dayanan Azərbaycanla şərt kəsək. Deyək ki, üstündə olanları blokda qoyandan sonra içəri keçə bilər.

- Yox, onda deyəcəklər ki, vətənlə şərtlə danışır. Bizi vətənə xəyanət etməkdə günahlandıracaqlar.

- Tutub birdən polisə də apararlar e...

- Əlbəttə aparacaqlar. Özü də yol polisinə.

- Biz maşınıq məgər?

-Hələ sən bunun fərqində deyilsən? Şəxsən mən belimdə o qədər adam daşımışam ki... Boynuma alıram, bəzən şəhərdə bərkgedən maşınların yoluna çıxıb, qəza vəziyyəti də yaratmışam. Sürücülük vəsiqəmi bir neçə dəfə deşiblər də. Əllərində bəhanə var: deyəcəklər Azərbaycanın yoluna çıxmısan, etiraz edəndə üstünə qışqırmısan da. Hələ mən el qınağını demirəm. "Qonağı qapıda saxlamazlar", Ev yeyəsi qonağın nökəridir" kimi atalar sözünü başımıza qaxacaqlar.

- İndi neyləyək?

- Get aç qapını gəlsin. Salam versə, alma. Buralarda kimin salamını alırsan elə bilir ondan qorxursan, kimə salam vermirsən, səndən qorxur. Buralarda salam Allahdan çox, Əzrayılın adıdır. Ona xatırlat ki, biz vətənə orda doğulduğumuz üçün yox, orda yaşadığımız üçün hörmət edirik. Adam balası kimi yaşamağa imkan verməsə...

- Dayan-dayan. Bu da şantaj olur axı.

- Hə, düz deyirsən. Yazıq Həmid də belə deyirdi: "Konstitusiyada Vətənə xəyanət maddəsi olduğu halda niyə vətənin vətənadaşına xəyanət maddəsi yoxdu?" Get aç qapını. Qarşısında baş əy. Denən ki, onunla işimiz yoxdu. Amma üstündə gətirdikləri qapının ağzında ayaqqabılarını soyunsunlar. Yüz ilin palçığını evə daşımasınlar. Onsuz da nəfəsləri ilə havanı korlayacaqlar.

- Neyləyək, dözməliyik, bura vətəndir.

Qapı yenə döyüldü. Bu dəfə daha ərklə. Yəqin "bura vətəndir" etirafını eşidib, ayağı yer aldı. Üst-başı da ömrümüzü güllələyənlərlə doludu. Açmaq lazımdır. Yoxsa qapını sındıracaq.


Geri dön

CandyGirl

  • 8 yanvar 2011 12:20
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
maarqlidi tesekkur

--------------------

ISPANKA_ADIU

  • 6 yanvar 2011 17:27
  • Məqalə: 0
  • Şərh: 15
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

MuslimGirl

  • 6 yanvar 2011 14:54
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Tesekkurler meqaleye gore. Vaxt tapan kimi oxuyacam

Lindo

  • 6 yanvar 2011 13:59
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
maraqli movzudu twk

Morning_Star

  • 6 yanvar 2011 11:22
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
{awards}
Təşəkkürlər

only-girl

  • 6 yanvar 2011 10:23
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
Təşəkkür

--------------------

L_SimuS

  • 6 yanvar 2011 08:29
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler maraqli idi

Sergio Ramos

  • 6 yanvar 2011 03:38
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

Asiyan

  • 6 yanvar 2011 03:15
  • Məqalə: 0
  • Şərh: 655
  • Bal:
{awards}
ehhh ay vətəəəən feel thanks dosi recourse

YazYamuru

  • 6 yanvar 2011 02:47
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
HƏƏƏƏƏƏƏƏƏƏ NƏYSƏƏƏƏƏƏƏ belay

--------------------



Made_In_Bakinka

  • 6 yanvar 2011 02:43
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
tesekkurler ilk rey menden

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 24
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}