KOBUDLUQ

 
KOBUDLUQ


KOBUDLUQ, QABALIQ

İnsanın xasiyyətində kobudluğu müəyyənləşdirmək çətin deyil. Lakin onun səbəbini başa düşmək çox çətindir. Belə ki, kobudluq ən müxtəlif səbəblərdən törənə bilər.
KOBUDLUQ
Birinci tip kobudluq qəribə də olsa, müdafiədir. İnsan hücumdan qorxur, bu səbəbdən də özü hücuma keçir. Bu hərəkət xüsusən də hansısa fiziki qüsuru olan və uşaqlıqda məsxərəyə qoyulan adamlara xasdır.
KOBUDLUQ
İkinci tip kobudluq zəif və sentimental görünmək qorxusudur. Bu cür insanlar köməyə gələrkən ən pis söyüşlər söyür ki, onları mehribanlıqda şübhələndirməsinlər.
KOBUDLUQ
Üçüncü tip kobudlar sadəcə olaraq tərbiyəsiz və yönsüz insanlardır. Lakin onlar ürəklərində heç kimə kin bəsləmirlər. Adətən onlara özlərində yumor hissi olan adamlar maraq göstərirlər.
KOBUDLUQ
Nəhayət, dorduncü və ən ağır növ tamamilə şüurlu şəkildə başqalarını təhqir edib alçaldan və öz üstünlüyünü sübut etmək istəyənlərdir.
KOBUDLUQ
Kobudluğu müalicə etməzdən qabaq əvvəlcə onun növünü müalicə etmək lazımdır. Bunun üçün “müayinə eksperimenti” mütləqdir. Əgər küsəyən və müəyyən aktyorluq qabiliyyətlərinə malik adamsınızsa, sizdə asanlıqla ölümcül düşkünlük yarana bilər. Bəzi kobudlar bir qayda olaraq dəfələrlə başqasının xətrinə dəyir və bundan sonra yönsüz şəkildə üzr istəməyə başlayırlar. Tərbiyəsizlər çətin məqamda, dar macalda bir-birinin əlini sıxar, ən kobud insanlarsa incitdiyi şəxslərin ağrılarını görməkdən həzz almaqda davam edərlər.
KOBUDLUQ
Digər vasitə daha asan olsa da, uzun müddət müşahidə tələb edir. Bu, bir neçə həftə ərzində həmin fərdin davranışının analizidir. Bunun üçün onun zəif və güclü adamlarla davranışına xüsusi diqqət yetirmək lazımdır. Həyətdəki itlərə və pişiklərə, ümumiyyətlə, heyvanlara qayğı göstərən, lakin rəhbərliklə ağız-ağıza verənlər əsasən birinci və ya ikinci növə aid olurlar. Özündən güclülərin yanında quzuya dönənlər isə dördüncü növdür.
KOBUDLUQ
Kobudluq zahirən mehriban və qayğıkeş münasibətlə də müalicə oluna bilir. Əgər insan başa düşəndə ki, ona nəinki gülmürlər, hətta onunla məsləhətləşirlər, onda o, özünü yığışdırır. Əgər ona başa salsaq ki o, başqasını təhqir edib və ya incidib, inciyən şəxs də bundan bərk kədərlənib, onda kobud fərd öz danışıq və davranışlarına hakim olmağa başlayır.
KOBUDLUQ
Təəssüflər olsun ki, zahiri aqressivlik nifrət və qəzəb hissi də doğura bilir. Adama elə gəlir ki, xəstə artıq sağalıb. Lakin ətrafdakılar nəinki özlərini, hətta başqalarını da xoşagəlməz mövzulara toxunmaqdan çəkindirməlidirlər. Çünki bu mövzular xəstəliyin yenidən ortaya çıxmasına səbəb ola bilər. Hər halda yüngül kobudluq kiçik cəmiyyətlərdə (ailə, kollektiv, qohumluq) tamamilə aradan qaldırıla biləndir.
KOBUDLUQ
Yönsüzük və tərbiyəsizliklə mübarizə aparmaq güclü iradə tələb edir. Belə ki, insan nə dediyini özü də anlamır. O, bəzən gülə-gülə həmsöhbətini təhqir də edə bilər. Bu cür hadisələrin qarşısını almaq üçün həmin kobudlara xüsusi yanaşmaq lazımdır. Ən yaxşısı odur ki, onlarla əvvəlcədən şərtləşəsiniz ki, məsələn, hər hansı bir işarə verəndə söhbəti saxlamalı və müsahibinə danışmağa imkan verməlidir. Bəzi hallarda bizi maraqlandıran növə aid insanla rastlaşanda əvvəlcədən müəyyən ədəb qaydalarına riayət etməli və onunla söhbət zamanı qadağan olunmuş mövzuları daima nəzarətdə saxlamalıyıq. Əgər kimsə xaraktercə kinli deyilsə, hər hansı bir mübahisə aparmırsa, öz yoldaşlarına tam etibar edirsə, onda o, tamailə öz dilini acı söz deməkdən çəkindirə bilər. Tamamilə şüurlu şəkildə kobudluq edən insanları həmişə müəyyən çərçivəyə salmaq olur ki, onlar ətrafdakılara xələl yetirməsinlər. Əlbəttə ki, onları başa salmaq lazımdır ki, hər gün kiçik də olsa, bir neçə xoşagəlməz karmik telləri düyünləyirlər - bu, çox çətindir.
KOBUDLUQ
Kobud insandan yaxa qurtarmaq üçün ən asan vasitə sadəcə olaraq ona fikir verməməkdir. Qoy özü üçün nə qədər kobudluq edirsə, etsin. Əgər ondan tamamilə qurtulmaq istəyirsinizsə, onun fəaliyyət göstərdiyi cəmiyyəti birdəfəlik tərk edin. İşdir, əgər bunu da bacarmırsınızsa, yaxşı olar ki, konkret işlə məşğul olub başınızı qata və ona fikir verməyəsiniz, yaxud da ona zooloq və ya rəssam gözü ilə baxasınız. Həmmişə ona yuxarıdan aşağı baxın (Fikir verin görün, onun saçları biz-biz dayanır, burnu qızarır, qolları əsir və s.). Yeri gəlmişkən onu da qeyd edək ki, bəzi kobudlar öz həmsöhbətlərini tarazlıqdan çıxara bilməyəndə susub kənara çəkilirlər. Kobud adamı yerində oturtmağın digər növü onun özündən güclü və ağıllı olmağınızı nümayiş etdirməkdir, heç vaxt onun səviyyəsinə düşməyin. Səsinizi yüksəltmək və onunla özü kimi rəftar etmək məsləhət görülmür. Yaxşı olar ki, onu gözlənilməz, qəribə bir sözlə məhv edəsiniz. Çünki onlar bu cür sözlərdən yaman qorxurlar. Məsələn, “Dostum, deyəsən sənin Merkuri planetin Mars tərəfindən zədələnib”. Bu cür səhnə məşhur Şerlok Holms və Doktor Royllot arasında da olmuşdu.
KOBUDLUQ
Bu kateqoriyadan olan adamlar bir qayda olaraq zor gücünə məruz qalanda da geri çəkilirlər. Lakin burada da tədbirli olmaq vacibdir. Çünki belələri ilə əlbəyaxa döyüşə çıxanda heç də həmişə qələbəyə ümid etmək lazım deyil. Ona endirilən zərbə son dərəcə güclü olmalıdır. Bu zərbə birinci və axırınca olsa, yaxşı olar. Hamılıqla kobudluğa qarşı mübarizə aparmaq daha asan olur. Məsələn, görürük ki, bir kollektivdə hansısa kobud hamıya zərər yetirir, bir sözlə, “terrorçuluq” edir, başqaları isə bilərəkdən buna fikir vermirlər. Boykot bu cür kollektivdə ən uğurlu addımdır.
KOBUDLUQ
Kobudluq bir qayda olaraq, nə xarakter gücünə, nə də iradəyə malik deyil və güclü müqavimətlə rastlaşanda asanlıqla geri çəkilirlər. Əgər az və ya çox stabil olan kollektivlərdə kobud insanı “özünə qaytarırlarsa”, bir qayda olaraq bu, cəzasız qalır, ya da ki, hamı vulqar münaqişəyə yuvarlanır. Bu halda bütün üstünlük kobud insanın üzərində olur. O, vampir kimi öz tərəfdaşının enerjisini sorur. Bu cür xəstəliyi yalnız nifrət, soyuqqanlılıq və məntiqlə məhv etmək olar..
KOBUDLUQ


Geri dön

CandyGirl

  • 11 iyul 2011 15:15
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
tewekkurler maraqlidi

--------------------

::..ONSLAUGHT::..

  • 11 mart 2011 19:04
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
gec de olsa tebrik edirem.

gec de olsa tebrik edirem.

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

R_O_M_A

  • 30 may 2010 09:37
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
{awards}
tew

--------------------

Ulya

  • 23 may 2010 21:55
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tewekkur

Mr_Unlimited

  • 22 may 2010 23:51
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
maraqli melumatdi. tewekkurler

Sitat: nn_nn
Hec vaxt hec kimi tanimadan bilmeden ona kobud sozunu demeyin belke kobud dediyiniz insan hec buna layiq deyil,belke bawqa bir sebebi var daniwiqinda .Ona gore hec kimle daniwanda sebebini bilmeden o insana kobud sozunu iwletmeyin caliwin onun sebeblerini axtarin belke onunda bir dosta bir nevaziwe ehtiyaci var.

sen raziyam)))

Love_you

  • 22 may 2010 00:13
  • Məqalə: 0
  • Şərh: 83
  • Bal:
{awards}
kobud olmaq pisdi

--------------------
Men +Sen=Birik
Men -Sen=Hecneyik
Men/Sen=Bolunmerik

Crazy_Girl

  • 21 may 2010 22:31
  • Məqalə: 1
  • Şərh: 2
  • Bal:
{awards}
tesekkurlerrrrrrrrr blum3

OK

  • 21 may 2010 21:32
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
teshekkurler

--------------------

VESNA

  • 21 may 2010 20:18
  • Məqalə: 0
  • Şərh: 758
  • Bal:
{awards}
teshekkurler hec lazimsiz bir sheydir

nn_nn

  • 21 may 2010 20:15
  • Məqalə: 53
  • Şərh: 784
  • Bal:
{awards}
Ilk onceden rey yazan her kese tewekkur edirem.Ama ilk once ozum rey yazacam.Ele insanlar var hec insani tanimadan bilmeden ona kobud deyirler ama bilmirlerki kiminse qelbini qira biler.Hec vaxt hec kimi tanimadan bilmeden ona kobud sozunu demeyin belke kobud dediyiniz insan hec buna layiq deyil,belke bawqa bir sebebi var daniwiqinda .Ona gore hec kimle daniwanda sebebini bilmeden o insana kobud sozunu iwletmeyin caliwin onun sebeblerini axtarin belke onunda bir dosta bir nevaziwe ehtiyaci var.Deyesen men cox yazdim ele ise buyurun dostlar sizde oz fikirlerinizi bildirin mene maraqlidi sizin fikirleriniz.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}