Hansı əməllərin savabı ikiqat olur?

 
Hansı əməllərin savabı ikiqat olur?


Qurani-Kərimin ayələrində bəzi xüsusiyyətlər tanıdılır ki, hər bir insanda onlar olarsa, savab və mükafatı ikiqat olar.
“(İki səmavi kitaba iman gətirib əməl etməyə) səbir etdikləri üçün onlara iki dəfə əcr veriləcəkdir. Onlar (danışıqda və əməldə) yaxşılıq etməklə (insanların) pisliyi(ni) və əziyyətləri(ni) uzaqlaşdırarlar və onlara ruzi olaraq verdiklərimizdən (ehtiyacı olanlara) sərf edərlər” (“Qəsəs” 54).

Çətinliklərdə səbir etmək

Abdullah ibni Məsud nəql edir: “Bir gün mən və məndən başqa beş nəfər Həzrət Peyğəmbərin (s) xidmətinə getdik və biz çox ac idik. 4 ay idi ki, sudan, süddən və ağac yarpağından başqa heç nə yeməmişdik. Dedim: “Ya RəsulALLAH! Səbrimiz tükənib, nə qədər ac qalacağıq?”. Həzrət (s) buyurdu: “Belə fikirləşməyin ki, bir gün naz-nemət içərisində yaşayacaqsınız, bəlkə səbriniz olsun. ALLAHa şükür edin. İslamın əvvəllərində Qureyşin bu qədər əziyyətinə baxmayaraq, onlar necə səbir edirdilər?”.

Həzrət (s) başqa yerdə buyurur: “Mən Quran və başqa səma kitablarını qiraət etdim və behiştə səbir edənlərdən başqasının daxil olmayacağını gördüm. ALLAH səbir nemətini bizə də mərhəmət etsin”.
Bu hədislərdən məlum olur ki, səbrin savabı ikiqat olur. Yəni, ALLAH fəzilətli əmələ mükafat verməklə yanaşı, bir mükafat da səbrə görə verər.
Abdullah İbni Məsud nəql edir: “Dedim: “Ya RəsulALLAH! Səbredənlər kimlərdir?” Buyurdu: “O kəslərdir ki, ibadətdə, itaətdə, ALLAHın əmrlərini yerinə yetirən zaman, günahdan çəkinən zaman səbir edərlər. O kəslər ki, halal ruzi ardınca gedərlər. Xərcləyən zaman da mötədildirlər. Həmişə elmin fəzilətini başqa şeylərdən üstün bilirlər. Onlar xilas olmuş və nicat tapmışlardır. Ey ibni Məsud! Səbir edənlər təvazökarlığa, vüqara, rahatlığa, təfəkkürə xoş əxlaqa və ədalətə malikdirlər. Bildiklərini başqalarına öyrədər və ibrət alarlar. Uzaq düşüncəli, təqvalı, yaxşı əməl sahibidirlər. Özlərini ALLAH yolunda xərcləyərlər. Onların dostluq və düşmənçiliyi ancaq ALLAH razılığı üçündür. Əmanətə əda edər, ədalətlidirlər. Hökm verən zaman da ədalətə riayət edərlər. Əgər bir şeydən xəbərləri varsa, şəhadət verərlər. Haqq əhli ilə həmkardırlar. Günahkarın qarşısını alarlar. Onlara zülm edənlərə güzəşt edərlər. İbni Məsud! Səbir edənlər o kəslərdir ki, əgər bir bəlaya düşsələr, səbir edərlər. Əgər onlara bir şey əta olunarsa, ALLAHa şükür edərlər. Danışan zaman düz danışarlar. Əgər söz versələr və ya əhd bağlasalar, vəfa edərlər. Əgər onlar günah işlədərlərsə, istiğfar edərlər. Nə zaman xidmət və ya ehsan etsələr. sevinərlər. “Rəhman (olan ALLAH)ın (həqiqi) bəndələri yer (üzün)də sakit və təvazökarlıqla yol gedən və nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman «salam» (xoş və yumşaq söz) deyən kəslərdir. Və o kəslər(dir) ki, gecəni Rəbblərinin qarşısında səcdə edən və dayanan halda gündüz edərlər”. (“Furqan” 63-64). İbni Məsud! Məni məbus edən ALLAHa and olsun ki, bunlar səbredənlərdir”.

Pisliyə yaxşılıqla cavab vermək

Bu insanlar kafirlərdən nalayiq söz eşidən zaman, onlara gözəl və bəyənilmiş cavablar verərlər. Onlar nalayiq rəftar və danışıqları bəyənilmiş sözlərlə cavab verirlər. İmam Cəfər Sadiq (ə) buyurur: “Onlar nadan insanların əziyyətini səbir və mülayimlik və sevgi ilə özlərindən uzaqlaşdırırlar”.

Mallarından infaq edərlər

İnsanların bir çoxu güman edir ki, infaq etmək daha çox infaq alan insana fayda gətirər. Halbuki, bu, belə deyildir. Ən çox mənfəət, infaq edənə aid olur. İnsan həqiqətdə ixtiyarında olan şeyləri ehsan edərək, ALLAHa yaxınlaşar və həsəddən, tamahdan uzaq olar. Belə bir insan ixtiyarında olan və ən çox sevdiyi şeyləri başqasına verər. Bu hiss insanda ALLAH sevgisini artırar, insanı dünyaya bağlanmaqdan uzaqlaşdırar. Ona görə də infaq insana dünya və axirət səadəti bəxş edər.

Yersiz sözlərdən çəkinmək

ALLAH insanın ixtiyarında elmə, biliyə və agahlığa çatmaq nemətini qərar vermişdir. ALLAH insana heç bir fayda gətirməyən sözlərdən uzaq olmağı tövsiyə edir. Belə ki, yersiz söz danışmaq insanı kamala çatmaqdan saxlayar. Yersiz söz danışmaqdan uzaq olmağı isə kəramətin nişanəsi hesab edir. “(Onlar) boş bir söz (məsxərə, söyüş, qeybət) eşitdikləri zaman, ondan üz döndərərlər və (bu hərəkətləri ilə) deyərlər: «Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam (Salamat qalın) olsun! Biz cahilləri (dostluq və yoldaşlıq üçün) istəmirik»”. (“Qəsəs” 55).

Beləliklə, səbir edənlər, pisliyə yaxşılıqla cavab verənlər, infaq edənlər və yersiz sözdən uzaq olanların mükafatı ikiqat olar.


Geri dön

GuNaY_83

  • 20 iyun 2013 19:46
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
Allah razı olsun

--------------------

^^Nazli^^

  • 19 iyun 2013 19:05
  • Məqalə: 134
  • Şərh: 7629
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

★Alison MicCan★

  • 14 iyun 2013 17:41
  • Məqalə: 4
  • Şərh: 1371
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
''Ben'' kattım sana biraz, öyle sevdim seni. Çünkü sen de bensiz; o kadar güzel değilsin hani..'':)))

ღKiRaZ MeVsİmCiღ

  • 11 iyun 2013 09:48
  • Məqalə: 316
  • Şərh: 5421
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

^^Nazli^^

  • 10 iyun 2013 22:56
  • Məqalə: 134
  • Şərh: 7629
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

=TALIS=

  • 10 iyun 2013 21:28
  • Məqalə: 0
  • Şərh: 434
  • Bal:
{awards}
kimin eyibin ortsen seni ALLAH o dunyadada eyibivi orter

--------------------
TI VE QEWENQIM AZ TINI PIDEM !!!!!!!!!!!!!!!

VitamiN_Ka

  • 10 iyun 2013 20:18
  • Məqalə: 160
  • Şərh: 2060
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

Nara Neznakomka

  • 10 iyun 2013 15:31
  • Məqalə: 174
  • Şərh: 10792
  • Bal:
{awards}
Çətinliklərdə səbir etmək
Abdullah ibni Məsud nəql edir: “Bir gün mən və məndən başqa beş nəfər
Həzrət Peyğəmbərin (s) xidmətinə getdik və biz çox ac idik. 4 ay idi ki, sudan, süddən və ağac yarpağından başqa heç nə yeməmişdik. Dedim: “Ya RəsulALLAH! Səbrimiz tükənib, nə qədər ac qalacağıq?”. Həzrət (s) buyurdu: “Belə fikirləşməyin ki, bir gün naz-nemət içərisində yaşayacaqsınız, bəlkə səbriniz olsun. ALLAHa şükür edin. İslamın əvvəllərində Qureyşin bu qədər əziyyətinə baxmayaraq, onlar necə səbir edirdilər?”. no

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

tinker bell

  • 10 iyun 2013 14:43
  • Məqalə: 0
  • Şərh: 3806
  • Bal:
{awards}
Pisliyə yaxşılıqla cavab vermək

--------------------

ZeHRa AsİQi

  • 10 iyun 2013 13:56
  • Məqalə: 5
  • Şərh: 471
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
asiqem candan ELI kelmesine,can ELIDIR
ol sebebden bu konul,mulkune sultan-ELIDIR!
haqqa iman edene qibleyi iman ELIDIR,
Kebedi-qible,feqet,Kebede unvan-ELIDIR!

GuNaY_83

  • 10 iyun 2013 11:50
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
Beləliklə, səbir edənlər, pisliyə yaxşılıqla cavab verənlər, infaq edənlər və yersiz sözdən uzaq olanların mükafatı ikiqat olar.

--------------------

sebnem98

  • 10 iyun 2013 09:07
  • Məqalə: 0
  • Şərh: 6592
  • Bal:
{awards}
Beləliklə, səbir edənlər, pisliyə yaxşılıqla cavab verənlər, infaq edənlər və yersiz sözdən uzaq olanların mükafatı ikiqat olar.

--------------------

Attention

  • 10 iyun 2013 08:37
  • Məqalə: 11
  • Şərh: 918
  • Bal:
{awards}
tesekkur gozel

siyah gozlum

  • 10 iyun 2013 08:26
  • Məqalə: 1
  • Şərh: 2140
  • Bal:
{awards}
xebere gore allah razi olsun sizden

gunahsiz_gunahkaram

  • 9 iyun 2013 23:37
  • Məqalə: 0
  • Şərh: 531
  • Bal:
{awards}
bezilerine gore sukr edirem

diablos

  • 9 iyun 2013 23:33
  • Məqalə: 0
  • Şərh: 197
  • Bal:
{awards}
Allahımdan razıyam ki,məni belə səbrli yaradıb.

--------------------
Bu dünyada nəyi çox istəsən, o sənin imtahanındı...
Əgər bu dünyada nəyi unutduğunu bilirsənsə,deməli heç nəyi unutmamısan...

Aysel_

  • 9 iyun 2013 23:08
  • Məqalə: 15
  • Şərh: 1612
  • Bal:
{awards}
Allah Razi Olsun..

Nara huseynova

  • 9 iyun 2013 22:54
  • Məqalə: 21
  • Şərh: 2358
  • Bal:
{awards}
Allah razi olsun

Deniz97

  • 9 iyun 2013 22:19
  • Məqalə: 0
  • Şərh: 118
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

pessimistka hebibe

  • 9 iyun 2013 22:05
  • Məqalə: 8
  • Şərh: 5507
  • Bal:
{awards}
Allah razi olsun...

Angry Boy

  • 9 iyun 2013 22:02
  • Məqalə: 348
  • Şərh: 6152
  • Bal:
{awards}
ALLAH KOMEYINIZ OLSUN

surawka

  • 9 iyun 2013 21:50
  • Məqalə: 123
  • Şərh: 7029
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

pervis

  • 9 iyun 2013 21:34
  • Məqalə: 68
  • Şərh: 4257
  • Bal:
{awards}
Pisliyə yaxşılıqla cavab vermək
Bu insanlar kafirlərdən nalayiq söz eşidən zaman, onlara gözəl və bəyənilmiş cavablar verərlər. Onlar nalayiq rəftar və danışıqları bəyənilmiş sözlərlə cavab verirlər. İmam Cəfər Sadiq (ə) buyurur: “Onlar nadan insanların əziyyətini səbir və mülayimlik və sevgi ilə özlərindən uzaqlaşdırırlar”.

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

: Sensizde Babatdi :

  • 9 iyun 2013 21:31
  • Məqalə: 38
  • Şərh: 3255
  • Bal:
{awards}
Çətinliklərdə səbir etmək

bax bunu ede bilmirem.......
sad

--------------------

classic_guiter_girl

  • 9 iyun 2013 21:27
  • Məqalə: 37
  • Şərh: 5440
  • Bal:
{awards}
tewekkurler

LeLLi

  • 9 iyun 2013 21:26
  • Məqalə: 166
  • Şərh: 3223
  • Bal:
{awards}
Allah razi olsun..!

--------------------

★Angelocka★

  • 9 iyun 2013 21:20
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:
{awards}
tesekkurler

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

✰ ♥..Золушка..♥ ✰

  • 9 iyun 2013 21:14
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Roya_____

  • 9 iyun 2013 20:53
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Dikaya_Kavkazka

  • 9 iyun 2013 20:53
  • Məqalə: 0
  • Şərh: 2740
  • Bal:
{awards}
Tewekkurrrr
ALLAH razi olsun

<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 68
Cəmi: 92

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 40
Cəmi: 143
 
The Shield
Xəbərləri: 37
Cəmi: 299
 
Darling
Xəbərləri: 37
Cəmi: 922
 
aytc.sza
Xəbərləri: 27
Cəmi: 73
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 580
 
❤Queen❤
Xəbərləri: 14
Cəmi: 74
 
Jesicca
Xəbərləri: 14
Cəmi: 55
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}