Övladım, məni nə qədər sevirsən?

 
Övladım, məni nə qədər sevirsən?


Dəyərlər sistemimizdə “Valideyn haqqı” konsepsiyasına bir neçə prizmadan yanaşa bilərik.Övladlar prizmasından. Əgər valideynə qarşı münasibətlər sisteminə diqqət haqq olaraq irəli sürülürsə, deməli, burada münasibətlərin hər iki tərəfində duran iştirakçıları (valideynlər və övladlar) üçün dəyərlər vardır. Təbii ki, bir sosial öhdəlik kimi baxsaq, haqq ikinci tərəfin üzərindədir. Şübhəsiz ki, bütün ilahi haqlarda onu yerinə yetirməyə borclu olanlar üçün xeyir vardır. Beləliklə, övlad bu haqqa cavab verməklə bilavasitə özü ilahi rəhmətin obyektinə çevrilmiş, geniş anlamda faydalanmış olur.

Valideynlər prizmasından. Əslində burada valideynlər üçün də bir öhdəlik vardır. Belə ki, valideynlər övladlarının bu haqqa sahib çıxmalarına təkcə öz mənafeləri baxımından maraqlı deyillər. Onlar övladlarına ali dəyərlərdən birini - valideyn haqqını təlqin etməklə və son nəticədə ona əməl etmələrinə vəsilə olmaqla bu mexanizmin cəmiyyətdə bir dəyər kimi yaşamasını və inkişaf etməsini təmin etmiş olurlar. Beləliklə, valideyn əslində özündən də çox övladının və son nəticədə cəmiyyətin (digər valideynlərin və övladların) “qazancına” töhfə vermiş olur.

Bir çox hallarda övlad valideyni ilə heç bir birbaşa təmas və münasibətdə olmadığı əməlləri ilə belə, cəmiyyətdə ləyaqətli və kamil insan kimi mövcud olmağı ilə valideynə fərəh verir, onu xoşbəxt edir. Deməli, məsələyə daha yuxarı rakursdan baxsaq, insanın kamilliyi onun təkcə ilahi dərgah qarşısında borcu deyil, həm də valideyn qarşısında gözləntisidir, borcudur. Əslində cəmiyyətin inkişafı da bu istiqamətdə baş verir: hər sonrakı nəsil özündən əvvəlkindən daha öndə durur. Başqa sözlə, kamil insan, həm də ləyaqətli övlad kimi valideyninin xoşbəxtliyinin səbəbinə çevrilir. Bu da onun valideyn haqqı qarşısında borclu olduğu ən önəmli nöqtələrdən biridir. Müqəddəs Peyğəmbərimiz (s) buyurduğu kimi: “Ləyaqətli övladın olması kişinin xoşbəxtliyidir.”

Valideynə itaət şüuru: bunun bir sərhədi varmı?


Çox maraqlıdır ki, valideyni həqiqi mənada məmnun edən övlad nə yüksək biliyə malik Nobel mükafatı laureatı bir övladdır, nə də yüksək maddi imkana sahib milyoner biridir. Ancaq heç nəyi olmadığı halda belə, valideyninə yüksək sevgidən və mərhəmətdən doğan itaət şüuru olan övlad valideynin sevinci ola bilər. Bu məsələ barəsində çox bariz mövqe nümayiş etdirənlərdən biri də İmam Əlidir (ə). O buyurur ki: “Mən öz Allahımdan nə xoş sima övladlar istədim, nə də boylu-buxunlu uşaq. Allahımdan Allaha itaət edən, Ondan qorxan övladlar istədim ki, ona baxanda Allaha itaət etdiklərini görüm və gözlərim işıqlansın”.

İnsan yaradılış etibarilə yaşamadığını, təcrübə etmədiyini tam başa düşə, anlaya bilmir. Bəzən anamıza, atamıza cavab qaytarır, onların istəklərini yerə salırıq. Amma özümüz valideyn olduqdan sonra isə valideynlik hisslərini yaşadıqca, övlad qarşısında məsuliyyətimizi anladıqca öz valideynlərimizə itaətimiz də artır. Hətta bəzən insana elə gəlir ki, valideynim nə deyir-desin, nə edir-etsin, bu etdikləri, dedikləri xoşumuza gəlməsə belə, vicdanımız bir nöqtədə bizə şikayət etməyə, “of” belə deməyə haqqın yoxdur söyləyir. Bu məqamda sənin itaət etməyin, valideyni incitməməyin səni, həqiqətən də, xoşbəxt edir.

Artıq özün üçün bu vəziyyəti özünü doğrultmaq fürsəti kimi görürsən. Nə qədər paradoksal olsa da, valideynin hətta bəzən “haqsız” mövqeyi qarşısında üsyan yox, səbirli davranış insanın vicdanını rahatladır, onu xoşbəxt edir. Eyni zamanda unutmaq lazım deyil ki, əgər valideyn və övlad arasında hansısa ziddiyyətli məqam ortalığa çıxıbsa, hətta bəzən valideynin həmin məsələdə mövqeyi adekvat deyilsə, bu halda qarşımıza məntiqi bir sual çıxır: Bəs bu ziddiyyəti necə aradan qaldırmaq olar? Valideyni yanlışlıqlardan necə çəkindirmək olar? Sualın cavabı, əlbəttə ki, onlarla münasibətdə heç bir zaman kəskinliyə yol verməmək, səbirlə, itaətlə məsələyə yanaşmağı bacarmaqdır.

Əmin olmaq lazımdır ki, valideyn və övlad arasında bu münasibətlər zəminində heç bir ziddiyyət öz həllini tapmadan qala bilməz. Bir çox hallarda mücərrəd düşünmək faydalıdır. Olmayan, baş verməyən hadisələr üzərindən düşünüb yekun qənaətə gəlmək, hadisələrin faydasını duymaq, görmək, sonrakı peşmançılıqla qarşılaşmamaq üçün mücərrəd düşünmək faydalıdır. Nə qədər də kəskin olsa da, gəlin bir anlıq düşünək ki, dünyamızı dəyişmişik, axirətə köç etmişik. Və bərzəx aləmindən olanları izləmək imkanımız var.

Görürük ki, ən yaxınlarımız, ən çox sevənlərimiz aglayır, qəm, kədər içindədirlər. Amma onların içərisində biri var ki, onun acısı, fəryadı tamam başqadır. O şəxs bizim anamızdır. Anadolu türklərinin dediyi kimi, “ağlarsa, anam ağlar, gerisi yalan ağlar”. Hadisələrə belə baxdıqda anamızın bəyəndiyimiz bütün tərəfləri gözümüzdə böyüyür, bəyənmədiyimiz tərəfləri isə kiçilir. Hansı xoş olmayan tərəfi varsa belə, onun bizi dünyada ən çox sevən insan olduğu faktını dəyişmir.

Niyə insan öldükdə anasının ayağının altında basdırılmaq istəyir? Ana bətnindən dünyaya gələn insanın axirətə köç edərkən bunu istəməsi həm fizioloji, həm də instiutiv olması baxımından məntiqlidir. Bəlkə də insan üçün bu dünyaya gələrkən duyduğu istilik, güvən və əmin-amanlığın axtarışıdır?

İtaətin sərhədi varmış. Ata-anaya itaətin yeganə sərhədi ilahi əmrlərdən çıxmamağa qədərdir. Hətta övlad üçün faydalı olacaq və ilahi dərgahdan tövsiyə olunan, lakin əmr olunmayan bir əmələ valideyn razılığı yoxdursa, tərk olunmalıdır. O əməldə xeyir yoxdur. Bu sərhədin bu qədər genişliyi valideynin övlad üzərində haqqının nə qədər ali olduğunun göstəricisidir.

Ana-ataya şərtsiz itaətin bəzi hallarda “məntiqlə” toqquşması

Atam laqeyddir, mən ona necə tam itaət edim?” və sair bu kimi suallar. O halda ana-ataya şərtsiz itaət “məntiqlə” toqquşur ki, övlad hər hansı bir hadisə və ya obyekt barəsində malik olduğu mövqeyi öz valideyninin mövqeyindən daha rasional (doğru) hesab edir. Bu hal tez rast gəlinəndir. Xüsusilə də, övlad valideynindən fərqli olaraq, təqva əhli olduğu halda. Əgər bu halda valideynin mövqeyi ilahi əmrdən çıxmağı tələb etmirsə, övlad mütləq itaət etməyə borcludur. Yox, əgər çıxmağı tələb edirsə, onda hörmət saxlanılır, itaət isə olunmur. Bu o deməkdir ki, hətta zəruri halda valideynə itaət olunmadığı halda belə, ona hörmət və nəzakətlə yanaşmaq birmənalı şəkildə övladın borcudur.

Ən xeyirli övlad belə, ana-ata haqqını geri ödəyə bilmir. Valideynin övlad üzərində haqqı 2 növdür: təbii haqq və subyektiv haqq. Birincisinin mahiyyəti ondan ibarətdir ki, valideynin əməli övlad üzərində haqq qoyur. Məsələn, ata övladının həyatının təməlini qoyur, ana övladını doğur. Subyektiv haqq isə valideyn tərəfindən övlad üzərində şüurlu şəkildə çəkilən zəhmətlərdir. Bu ona görə təbii haqq deyil ki, valideyn bu zəhməti çəkməyə bilər. Necə ki, bir çox üzdəniraq valideynlər bu yolu seçirlər, məsələn, övladı atır və ya ondan bu və ya digər mənada imtina edir və s.

Məntiqi baxımdan övlad valideyninin onun üzərində olan subyektiv haqqını qaytara, hətta artıqlaması ilə qaytara bilər. Lakin təbii haqları isə nə ölçə bilmək, nə də qaytarmaq mümkündür. Bu baxımdan ən xeyirli övladın belə, ana-ata haqqını tam geri ödəyə bilməsi məntiqi baxımdan mümkünsüzdür.

Ata və ananın özəllikləri

Onların dərəcələri arasında nisbət aydın bəlli edilmişdir. Analar atalardan yeddi dəfə artıq itaətə və hörmətə layiqdir. Yanaşma isə belədir: övlad ata haqqını dərk etməyə və onun qarşısında öz borcunu bilməyə çalışacaq. Anaya gəldikdə isə, ata qarşısında borcunun yeddi mislini düşünəcək!

Son söz əvəzi: bəyəm bu mümkündürmü?


Valideyn haqqı məsələsində cildlərlə kitablar yazılsa belə, bu mövzuda istənilən halda son söz yoxdur. Bu mövzuda bütün yazılar ancaq ilk sözlərdir: Valideynə sevgi, mərhəmət, minnətdarlıq həyatda xoşbəxt yaşamağımızın əsas zəminlərindən biridir. Hər birimiz həyatımızla valideynlərimizə onları nə qədər çox sevdiyimizi bildirməliyik. Onu da yaddan çıxarmamaq lazımdır ki, həm də onlara olan münasibətimiz də həyatımıza yön verir.


Geri dön

GuNaY_83

  • 20 iyun 2013 19:42
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
Sitat: ★ღAfter_Life★ღ
twkler.........

--------------------

love emo

  • 11 iyun 2013 12:53
  • Məqalə: 30
  • Şərh: 2601
  • Bal:
{awards}
Tewekkurlerrrr

--------------------
Bəzən müdrik olman belə yetməz onu anlamağa.

^^Nazli^^

  • 10 iyun 2013 22:52
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
tesekkurler

--------------------

VitamiN_Ka

  • 10 iyun 2013 20:15
  • Məqalə: 160
  • Şərh: 2123
  • Bal:
{awards}
Sitat: ★ღAfter_Life★ღ
twkler.........

--------------------

Silent_ Night

  • 10 iyun 2013 15:37
  • Məqalə: 647
  • Şərh: 5280
  • Bal:
{awards}
twkler.........

--------------------

Nara Neznakomka

  • 10 iyun 2013 15:28
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
twwwwwwwwwwkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

ღKiRaZ MeVsİmCiღ

  • 10 iyun 2013 12:59
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
tesekkurlerrrrrrrrr

--------------------

GuNaY_83

  • 10 iyun 2013 11:44
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Tewekkurrr

--------------------

Bash Belası

  • 10 iyun 2013 09:15
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Xəbərə görə təşəkkür...

sebnem98

  • 10 iyun 2013 09:03
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
Onu da yaddan çıxarmamaq lazımdır ki, həm də onlara olan münasibətimiz də həyatımıza yön verir.

--------------------

siyah gozlum

  • 10 iyun 2013 08:39
  • Məqalə: 1
  • Şərh: 2172
  • Bal:
{awards}
TEWKKURLERRRRR..........

=TALIS=

  • 10 iyun 2013 01:54
  • Məqalə: 0
  • Şərh: 441
  • Bal:
{awards}
xebere gore twk amma bizde bilirik ki, usaq valideyn ucun onemli bir varliqdir

--------------------
TI VE QEWENQIM AZ TINI PIDEM !!!!!!!!!!!!!!!

MISS Nayka

  • 10 iyun 2013 00:43
  • Məqalə: 0
  • Şərh: 664
  • Bal:
{awards}
xebere gore tesekkur edirem

★Alison MicCan★

  • 9 iyun 2013 23:46
  • Məqalə: 4
  • Şərh: 1389
  • Bal:
{awards}
tewekkurler..

--------------------
''Ben'' kattım sana biraz, öyle sevdim seni. Çünkü sen de bensiz; o kadar güzel değilsin hani..'':)))

Aysel_

  • 9 iyun 2013 22:52
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
{awards}
Tewekkurler..

Angry Boy

  • 9 iyun 2013 22:04
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
Son söz əvəzi: bəyəm bu mümkündürmü?

pessimistka hebibe

  • 9 iyun 2013 22:02
  • Məqalə: 8
  • Şərh: 5629
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrrrrrrrrrrrrr

surawka

  • 9 iyun 2013 21:54
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
twkler............

: Sensizde Babatdi :

  • 9 iyun 2013 21:35
  • Məqalə: 38
  • Şərh: 3283
  • Bal:
{awards}
Twkler...........

--------------------

LeLLi

  • 9 iyun 2013 21:32
  • Məqalə: 166
  • Şərh: 3306
  • Bal:
{awards}
Tewekkur edirem... :)

--------------------

pervis

  • 9 iyun 2013 21:31
  • Məqalə: 68
  • Şərh: 4366
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrrrrrrrrr

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

classic_guiter_girl

  • 9 iyun 2013 21:25
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
tewekkurler

lady anna

  • 9 iyun 2013 21:23
  • Məqalə: 26
  • Şərh: 2973
  • Bal:
{awards}
tewekkur.....

--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 9 iyun 2013 21:12
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
tewekkur....

★Angelocka★

  • 9 iyun 2013 21:09
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
tesekkur edirem

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

Roya_____

  • 9 iyun 2013 20:50
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tesekkurler

Dikaya_Kavkazka

  • 9 iyun 2013 20:48
  • Məqalə: 0
  • Şərh: 2791
  • Bal:
{awards}
Tewekkurrr

★KaRaMeLKa★

  • 9 iyun 2013 20:47
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
................Tesekkurler ))

✰_DeLNoLiNi_✰

  • 9 iyun 2013 20:40
  • Məqalə: 155
  • Şərh: 6036
  • Bal:
{awards}
tesekkur edirem..

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 39
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}