Yanlış edilən hipnozun acı nəticələri

 
Yanlış edilən hipnozun acı nəticələri

Belə hipnozlar isə bizə mistik filmləri xatırladır. Göz önündə sağa, yaxud sola sallanan saat, bu saatın təsirindən yumulan gözlər insanda qəribə qorxu və hiss yaradır. Edilən hipnoz sayəsində qəhrəmanın danışdırılması, beyninin silinib yenidən yüklənməsi və bu kimi hadisələr xüsusən azyaşlıların diqqətini çəkir. Daha sonra isə bu hipnozların tətbiqinə can atılır. Halbuki hipnoz hər kəs tərəfindən edilən sadə və bəsit proses deyil. Bilmədən edilməyə çalışılması isə tamamilə yanlışdır.

Hipnozun ən sadə izahı insanın yuxu ilə real aləm arasında qalmasıdır. Hər bir insan hipnoz ola bilər. Bunun qarşısını yalnız insanın yanlış bilgiləndirilməsi və hipnozdan qorxması ala bilər. Belə insanların hipnoz təsirinə düşməsi çətin olur. Hipnoz zədə almış insanların müalicəsində istifadə edilə bilər. Digər tərəfdən, hipnozdan istifadə edilərək yaddaşın yenidən konfiqurasiya edilməsi və gerçəklə xəyalın qarışa biləcəyi də unudulmamalıdır. Hipnozun depressiyada istifadəsi təhlükəlidir. Araşdırmalar göstərir ki, orta və ağır dərəcə depressiya yaşayan insanların hipnoz edilməsi elə də təsirli olmur və əksər hallarda təhlükə yaradır. Hipnoz şəxsiyyət pozuqluqlarında da istifadə edilə bilər, amma hipnozu edən adam bu sahədə təcrübəli olmalıdır.

Psixoloq Gülnarə Vəliyevanın sözlərinə görə, hipnoz insan yaşamı boyu bir çox sahələrdə işə yarayır. Hipnoz kəlməsi insanlar tərəfindən ağır qəbul edilsə də, əslində bir çox narahatlıqların aradan qaldırılması üçün gərəklidir. Hipnozun bir müalicə üsulu olaraq istifadə edilib-edilməyəcəyinə psixiatrlar və klinika psixoloqları qərar verə bilər. Çünk, yalnız bu iki qrup qanuni olaraq hipnozla müalicə etmək səlahiyyətinə malikdir: "Hipnoz bəzi xəstəliklərin müalicəsində ön plana çıxsa da, bir çoxlarının iddia etdiyi kimi hər xəstəliyin müalicəsində istifadə edilə bilməz. Hipnozu istifadə edənlər çox təcrübəli və etibarlı olmaq məcburiyyətindədir. Çünki hipnoz insanın şüur altına təsir edə və onun iç dünyasına daxil ola bilir. Müraciət etdiyiniz şəxslərin psixiatr, ya da klinika psixoloqu olub-olmadığını mütləq öyrənin. Ruh sağlamlığınız çox əhəmiyyətlidir, buna laqeyd yanaşmayın. Hipnozla müalicəyə gəldikdə isə anoreksiya nevroza və bulumuya nervoza hipnoz çox az fayda verir. Onsuz da bu narahatlıqlar ən müqavimətli psixiatrik pozğunluqlar sayılır və iddia edildiyi kimi hipnozla tamamilə müalicə edilmir. Ağrılı vəziyyətlərdə də hipnozdan faydalanıla bilər. Ağrının sürətli ortaya çıxdığı və qısa sürdüyü vəziyyətlərdə çox təsirli ola bilər. Amma uzun, davamlı və keçməyən ağrılarda daha əhatəli bir psixiatrik müalicəyə ehtiyac duyulur. Uzun davamlı ağrılar psixoloji qaynaqlıdırsa və gərginliklə əlaqəlidirsə hipnozun faydası o zaman artır".

Psixiatr Fidan Hümbətli bildirir ki, hipnoz bu gün hər kəsin dilinə düşən, bacarıb-bacarmamasından asılı olmayaraq biznes nöqtəsi olan bir hal olub. Şamlarla, saatlarla, zəncirə keçirilmiş qəlpələrlə və bu kimi fərqli və xürafat sayıla biləcək yollarla hipnoz edilməsi insanların inamından sui istifadədir, qətiyyən yolverilməzdir: "Hipnoz, süni hərəkətlərlə meydana gətirilən bir ruh halıdır. Başlıca xarakteri, yalnız bu hal əsnasında arzu edilən hər hansı bir təlqinin yerinə yetirilməsidir. Hipnoz, yuxu halı olmadığı kimi bir oyanıqlıq halı da deyil. Ancaq hər iki halı da əhatə edən bütöv bir anlayışdır. İki yolla təmin edilir; maqnetizma yolu ilə və hipnoz texnikaları ilə. Maqnetik hipnoz halı təlqinlə meydana gəlməz və təlqinlə ortadan qalxmaz. Hipnoz altındakı adam yalan söyləyə bilməz. Metapsixikçilər kifayət qədər məlumat, baxış və təcrübəyə sahib olunmadan hipnoz təcrübələrinə cəhd edilməməsini, əks halda təhlükəli və zərərli nəticələrlə qarşılaşmanın çox olabiləcək olduğunu ifadə edirlər. Bu da o deməkdir ki, qarşımıza çıxan və hipnoz edirəm deyən, bu yolla sağaltma xidmətləri təklif edən insanlardan ehtiyat etmək lazımdır. Psixiatriyada hipnozdan istifadə olunur, amma müalicə üsulu kimi".

Onun sözlərinə görə, hipnoz psixi xəstəliklərdə istifadə oluna bilər, amma bu, geniş yayılmış bir hal deyil. Müxtəlif tiklər, kəkələmək, alkoqolizmə meyllilik və bu kimi problemləri hipnozla aradan qaldırmaq mümkündür. Bu gün müxtəlif insanlar bu yolla pul qazanmaq istəyir. Buna görə də, hipnoz insanlar trəfindən inamla qarşılanmır və birmənalı şəkildə rədd edilir.

İlahiyyatıı Kamil Əhmədovun sözlərinə görə, dinimizdə hipnozla müalicənin günah olub-olmaması haqqında bir məlumat yoxdur. İslam dini insana faydalı olan, maddi və mənəvi qadağan edilməmiş üsullarla bütün müalicələrə icazə verir. Lakin hipnozla insan həyatına müdaxilə etmək, onun fikirlərini oxumağa alışmaq, yanlış yönləndirmək düzgün deyil: "Hipnoz islam dininin yaranışından sonra ortaya çıxan bir məsələdir. Buna görə, kitabımızda hipnozla bağlı bir məlumat yoxdur. Hipnoz zamanı insan iradəsi zəifləyər və bu üsulla bir insanı cinayətə də yönəltmək mümkündür. Pis məqsədlərlə istifadə olunduqda ən az cadu qədər günah sayıla bilən bir əməldir və edilməməsi arzu olunandır".

Qeyd edək ki, doğru və müalicə məqsədi ilə edilən hipnozlar təhlükəli deyil, təhlükə hipnozun kim tərəfindən həyata keçirilməsi və onun bu sahədə nə qədər təcrübəli olmasıdır.


Geri dön

★Love Pearl★

  • 2 iyul 2013 21:40
  • Məqalə: 335
  • Şərh: 4367
  • Bal:
xebere gore cox saqolun...

--------------------
Azerbaijan Medical University smile

GuNaY_83

  • 21 iyun 2013 10:53
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
.Çox təşəkkürlər

--------------------

Roya_____

  • 16 iyun 2013 06:49
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
oyyyy twkler belay

sebnem98

  • 16 iyun 2013 00:43
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
Qeyd edək ki, doğru və müalicə məqsədi ilə edilən hipnozlar təhlükəli deyil, təhlükə hipnozun kim tərəfindən həyata keçirilməsi və onun bu sahədə nə qədər təcrübəli olmasıdır.

--------------------

Adsiz yazici

  • 11 iyun 2013 23:08
  • Məqalə: 15
  • Şərh: 3015
  • Bal:
{awards}
xebebre gore sagol....

surawka

  • 11 iyun 2013 18:17
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
xeber ucun tesekkurler

: Sensizde Babatdi :

  • 11 iyun 2013 16:44
  • Məqalə: 38
  • Şərh: 3283
  • Bal:
{awards}
Twkler xeber ucun.......

--------------------

^^Nazli^^

  • 11 iyun 2013 16:23
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
tesekkurler

--------------------

pessimistka hebibe

  • 11 iyun 2013 16:11
  • Məqalə: 8
  • Şərh: 5629
  • Bal:
{awards}
maraqlidir nece olur

come back

  • 11 iyun 2013 15:29
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
Hipnozdan qorxuram da bele seyler cox esitdiyime gore lap qorxuram.

★Украду Девушку★

  • 11 iyun 2013 13:06
  • Məqalə: 100
  • Şərh: 3646
  • Bal:
{awards}
Belə hipnozlar isə bizə mistik filmləri xatırladır. Göz önündə sağa, yaxud sola sallanan saat, bu saatın təsirindən yumulan gözlər insanda qəribə qorxu və hiss yaradır. Edilən hipnoz sayəsində qəhrəmanın danışdırılması, beyninin silinib yenidən yüklənməsi və bu kimi hadisələr xüsusən azyaşlıların diqqətini çəkir. Daha sonra isə bu hipnozların tətbiqinə can atılır. Halbuki hipnoz hər kəs tərəfindən edilən sadə və bəsit proses deyil. Bilmədən edilməyə çalışılması isə tamamilə yanlışdır.

--------------------

★Angelocka★

  • 11 iyun 2013 12:48
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
Tesekkurler

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

Roya_____

  • 11 iyun 2013 11:50
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
twklerrrrr

Nara Neznakomka

  • 11 iyun 2013 11:47
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Belə hipnozlar isə bizə mistik filmləri xatırladır. Göz önündə sağa, yaxud sola sallanan saat, bu saatın təsirindən yumulan gözlər insanda qəribə qorxu və hiss yaradır. Edilən hipnoz sayəsində qəhrəmanın danışdırılması, beyninin silinib yenidən yüklənməsi və bu kimi hadisələr xüsusən azyaşlıların diqqətini çəkir. Daha sonra isə bu hipnozların tətbiqinə can atılır. Halbuki hipnoz hər kəs tərəfindən edilən sadə və bəsit proses deyil. Bilmədən edilməyə çalışılması isə tamamilə ................yanlışdır.................................................

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

Angry Boy

  • 11 iyun 2013 11:31
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
hipnozu ede bilirem

love emo

  • 11 iyun 2013 11:29
  • Məqalə: 30
  • Şərh: 2601
  • Bal:
{awards}
hipnozdan qorxurame

--------------------
Bəzən müdrik olman belə yetməz onu anlamağa.

paradise and devil

  • 11 iyun 2013 11:27
  • Məqalə: 2
  • Şərh: 728
  • Bal:
{awards}
tewekkurler

--------------------
1-ci qayda Teslim olmamag..
2-ci ise 1-cini unutmamag

EnD of TiMe

  • 11 iyun 2013 11:24
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
mənə maraqlıdır hipnoz nətər olur wink ..Çox təşəkkürlər

..:Crystal:..

  • 11 iyun 2013 11:23
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
★♥★♥★♥★♥★♥TƏŞƏKKÜRLƏR★♥★♥★♥★♥★

--------------------

Dikaya_Kavkazka

  • 11 iyun 2013 10:48
  • Məqalə: 0
  • Şərh: 2791
  • Bal:
{awards}
Tewekkrurrrr...

✰ ♥..Золушка..♥ ✰

  • 11 iyun 2013 10:46
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
xebebre gore sagol....

mariana

  • 11 iyun 2013 10:42
  • Məqalə: 9
  • Şərh: 834
  • Bal:
{awards}
coox saqolunn....

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 62
Cəmi: 79

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}