Şah oğlunun həyat yolu və şəkilləri

 
Şah oğlunun həyat yolu və şəkilləri


İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin kiçik oğlu Əlirza Pəhləvinin intiharından sonra Pəhləvilər ailəsi bəyanatla çıxış edib.

“Media forum” saytının məlumatına görə, bəyanatda deyilir: “Əlirza milyonlarla iranlı gəncdən biri kimi vətənində baş verən acınacaqlı olaylardan son dərəcə narahat və qəmgin idi. Əlirza atasının ölümündən, bacısı Leylanın intiharından sonra çox çalışırdı ki, psixoloji böhrana qalib gəlsin. Lakin sonda dözməyib təslim oldu və özünə qəsd edərək bütün ailə üzvlərinin, dostlarının dərin kədərinə səbəb oldu”.

44 yaşlı Əlirza Pəhləvi yanvarın 4-də ABŞ-ın Boston şəhərindəki evində intihar edib. O özünü tapançadan açdığı güllə ilə öldürüb.

Mərhumun böyük qardaşı Rza Pəhləvi öz saytında yerləşdirdiyi məlumatda Əlirza Pəhləvinin intiharını vətəni İranı cənginə alan şərin iztirabları ilə bağlayıb: “Əlirza illər boyu bu kədəri dəf etməyə çalışdı, ancaq sonda ona təslim oldu”.

Əlirza Pəhləvi 1966-cı ildə doğulub. İlk və orta təhsilini İran və ABŞ-da alıb. Ali təhsilə İrandakı islam inqilabından sonra ABŞ-da (Harvard Universitetində) yiyələnib. Burada o, iranşünaslıq və fəlsəfə üzrə ixtisaslaşıb. Harvard Universitetini bitirəndən sonra doktorluq elmi dərəcəsi alıb. Fars, fransız və ingilis dillərini bilirdi.

Bir neçə il qız dostu Sara Təbatəbayi ilə birgə vətəndaş nikahında yaşayıb. Son illərdə isə Əlirza Pəhləvi tənha həyat sürüb, ailəsinin Sara Təbatəbayi ilə evlənməsi təklifini rədd edərək deyib ki, o, ata olmaq niyyətində deyil, çünki uşaqlarının özü kimi qürbətdə əsir-sərgərdan yaşamasını istəmir.

Əlirza Pəhləvinin intiharı şah ailəsində ikinci belə faciədir. 2001-ci ildə şahın kiçik qızı Leyla Pəhləvi Londondakı bir hoteldə özünə qəsd etmişdi.

1979-cu ildə devrilən Məhəmməd Rza Pəhləvi 1980-ci ildə Qahirədə ölüb.
Şah oğlunun həyat yolu və şəkilləri

Şah oğlunun həyat yolu və şəkilləri

Şah oğlunun həyat yolu və şəkilləri

Şah oğlunun həyat yolu və şəkilləri


Geri dön

CandyGirl

  • 9 yanvar 2011 19:20
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
bu kimdi???????????

--------------------

Sergio Ramos

  • 9 yanvar 2011 16:28
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
Müəllifə təşəkkür
Amma
Bu xəbər məni maraqlandırmadığı üçün oxumadım

--------------------

L_SimuS

  • 8 yanvar 2011 00:24
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Sitat: boginya
Azeri deyil Azerbaycanlı ifadesini işletmeye çalışaq çünki bir çox alimler Azeri ifadesinin yanlış olduğunu qeyd edibler ve mende bu fikirle razıyam neye göre Türkler, amerkanlılar ve s. işledirik özümüze ise qısaca AZERİ deyirik? Biz AZERBAYCANLIYIQ bunuda olduğu kimi qısaltmadan işletmek lazımdır.


))
cox sagol....mubahise elemeyi xowlamiram

YazYamuru

  • 7 yanvar 2011 18:48
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
TŞK belay

--------------------



MuslimGirl

  • 7 yanvar 2011 18:27
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Allah rehmet elesin! Tesekkurler

boginya

  • 7 yanvar 2011 17:53
  • Məqalə: 18
  • Şərh: 161
  • Bal:
{awards}

L_SimuS ( ) »

Menim wexsen mehemmedrza pehlevi waha munasibetim pisdi...cunki o hakimiyyete gelenden sonra ve sonralar ise amerikanin siyasetine qulluq edirdi....amma onun oglunun intiharina inanmiram...mence oldurulub

tewekkur xebere gore



Bu melumatı hardan oxuduğunu bilmirem ama yanlış bir münasibetin var. Çünki, senin sadaladığın şeyleri Pehlevi şah deyil Xomeyniye mexsus cehetlerdi. Xomeyni Pehlevi şahı devirdikden sonra İranı farslaşdırdı ve Azerbaycanlıların her an ezmeye çalışırdı. Pehlevi ise çox merhemetlı şah idi. Amerikaya geldikde Xomeyn onu devirdikden sonra ailesi ile birlikde oraya getmişler ve hetta Pehlevini qızı London otellerinin birinde intihar edib. Oğluda depresiyadan eziyyet çekdiyi üçün özünü öldürüb

Ve bir de her kesden çox xahiş edirem biz gencler ölkemizi temsil edirik (Azerileri awagi sayaraq farslara ustunluk verirdi) ve Azeri deyil Azerbaycanlı ifadesini işletmeye çalışaq çünki bir çox alimler Azeri ifadesinin yanlış olduğunu qeyd edibler ve mende bu fikirle razıyam neye göre Türkler, amerkanlılar ve s. işledirik özümüze ise qısaca AZERİ deyirik? Biz AZERBAYCANLIYIQ bunuda olduğu kimi qısaltmadan işletmek lazımdır.
Her kese bir daha teşekkürler.

L_SimuS

  • 7 yanvar 2011 16:03
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Menim wexsen mehemmedrza pehlevi waha munasibetim pisdi...cunki o hakimiyyete gelenden sonra Azerileri awagi sayaraq farslara ustunluk verirdi ve sonralar ise amerikanin siyasetine qulluq edirdi....amma onun oglunun intiharina inanmiram...mence oldurulub

tewekkur xebere gore

LOVE IS DEAD

  • 7 yanvar 2011 16:00
  • Məqalə: 0
  • Şərh: 1374
  • Bal:
{awards}
xebere gore teshekkurler Allah rehmet elesin

--------------------
Он игрок, ты -- мишень, и любовь, как тир...
Он обещал тебе в подарок целый мир.
Но сказки о принце на белом коне всего лишь миф.

-=EFSANE-XANIM=-

  • 7 yanvar 2011 15:49
  • Məqalə: 8
  • Şərh: 844
  • Bal:
{awards}
cox teessuf...

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 24
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}