Kimin ruzisi çoxdur: möminin, ya dinsizin?

 
Kimin ruzisi çoxdur: möminin, ya dinsizin?


Belə bir deyim var: “Qanana da qurban olum, qanmaza da. Dad alayarımçıq əlindən!” Bu deyimdəki mənanı izah etməyə ehtiyac yoxdur, zatən hər kəs kifayət qədər sadə dildə ifadə olunmuş bu fikri gözəl anlayır. Söhbət “Dad, aman!” deyə fəryad çəkən dədəmizin dərdini anlamaqdan gedir.

“Alayarımçıq” kəlməsi təxminən “nə ətdir, nə balıq”, “nə dəlidir, nə ağıllı”, “nə heyvandır, nə insan”, “nə kafirdir, nə mömin” kimi deyimlərə yaxındır. Belə ki, ət də olmaq normal haldır, dəli də, heyvan da, kafir də və onların antonimləri də. İndi təsəvvür edin ki, bunların heç biri deyilsən, üstəlik, nə və kim olduğunu heç özün də anlamırsan. Yəni, alayarımçıqsan.

Hər bir millətin içərisində ən müxtəlif düşüncəli, ən müxtəlif beyin həcmli, ən müxtəlif fiziki və əqli ölçülü, ən müxtəlif maddi durumlu, ən müxtəlif inanclı və daha bir çox müxtəlifliklərə malik övladlar olur. Bu, Yaradanın idarəetmə sisteminin özəlliyi və balans prinsipinin qorunmasıdır. Xalçanın üzərindəki hansısa vacib naxış yerində olmayan zaman necə bir boşluq yaranırsa, bu fərqliliklərdən hansısa birinin yoxluğu da o dərəcədə boşluq yaradardı. Bu səbəbdən İlahi hikmətdən həqiqətən sual olunmaz.

Qayıdırıq alayarımçıq məsələsinə. Doğrusu, son günlərdə elə bir durumla qarşılaşdım ki, anında beynimdə iki qəribə fikir oyandı: ya biz Allahın sistemindən kənarda fırlanan fövqəlmillətik, ya da Yaradan bizi bilərəkdən başqa millətlərə görk olaq deyə yaradıb. Niyə? Çünki bu torpağa 5 toxum səpsən, 3-ü alayarımçıq cücərir. Və həmin alayarımçıqlar normalları anormallıqda ittiham edərək, bütün məmləkəti anormal mənzərəyə çevirirlər.

Bildiyiniz kimi, son vaxtlar ölkədə din mövzusunda kəskin diskussiyalar gedir. Normaldır, belə də olmalıdır. Diskussiyalar olmayan yerdə inkişaf da olmaz. Doğrudur, bəzən antidin və antiAllah kampaniyasında da dünyanı heyrətə salacaq “məharət” nümayiş etdiririk, amma yenə də “Bəlkə bu da Allahın hikmətidir” deyib, boş verirsən. Çünki, əcnəbi ölkələrdə də həm inanan, həm də atesit təbəqə var. Lakin, həmin kəsimlərin nümayəndələri öz mövqelərini normal məntiq və yüksək intellekt əsasında ifadə edirlər. Hətta bəzən inanmayanların intellektinə o qədər valeh olursan ki, mövqeyi ilə razılaşmasan belə, yüksək ağlına görə ona hörmətin birə min qat artır və “Allahım Özünü o ağıllı bəndənə tanıt, qoy imanı ağlını tamamlasın!” deyə dua edirsən.

Və bu yerdə sosial internet şəbəkələrindən birində əsl azərbaycanlıdan oxuyursan: “Bu gun bir daha Allahın olmadığına əmin oldum. Nə az nə çox, durduğum yerdə düz 400 euro pul tapdım. Allah varsa, niyə Onu inkar edənin, Onu tanımayanın, yəni mənim qarşıma bu qədər pul çıxarır ki, mən də gedib o pula şeytan əməli işlər görüm? Hay?!”

Bunu oxuduqca köynəyinin yaxasını cırıq-cırıq edib, “Qanana da qurban olum, qanmaza da. Dad alayarımçıq əlindən!” deyə fəryad etməyə başlayırsan. Deyirsən ki, Allah, bizi cəzalandıracaqdınsa, bari dəliylə, heyvanla, kafirlə, nə bilim başqa məxluqlarla cəzalandırardan, daha niyə alayarımçıq edib atdın dünyaya? Bir millətin heçmi normal məntiqli ağıllısı, dəlisi, dindarı, kafiri olmaz? Yenə də ürəyin dözmür və “alayarımçıq da olsa, öz soydaşımdır” deyə bildiyini paylaşmağa çalışırsan:

“Özünü Allah sayan Fironla "Allahdan başqa Allah yoxdur" deyən Musa Peyğəmbər mübahisə edirlər. Firon iddia edir ki, mən Nil çayını tərsinə axıdaram və qərara gəlinir ki, sabah səhər bütün əhali Nil nəhrinə toplaşsın və Firon öz gücünü sınasın. Səhər açılır və hamının gözü önündə Nil çayına üz tutan Firon "Ey Nil çayı, sənə əmr edirəm, tərsinə ax!" deyən kimi çayı öz istiqamətini dəyişib, geriyə doğru axmağa başlayır. Fironun üzündə sonsuz təkəbbür, qarşısında isə minlərlə əyilmiş baş. Musa Peyğəmbər məğlub addımlarla evinə dönür və Allahdan bu olayın hikmətini, kafir birinin onu nədən məğlub etdiyini, Allahın buna niyə icazə verdiyini soruşur. Qəfil Allahdan belə bir səda gəlir: "Ya Musa, sən sabahından əmin halda gecə evində rahat yatarkən, Firon səhərədək yatmayıb bizə dua etdi və biz də qəbul etdik. Çünki biz təkcə möminin deyil, həm də kafirin Rəbbiyik".

Başqalarının yanında öz soydaşının məntiqindən utanıb izah etməyə çalışırsan ki, Allah azərbaycanlı idarə müdiri deyil ki, özünə qarşı olanları işdən qovsun! Narahat olmayın, ömrünüzün sonunadək Ona düşmən olsanız da, sizi ac buraxmaz. Əgər Onun gözündə bu dünyanın zərrə qədər dəyəri olsaydı, kafirə milçəyin qanadı qədər su verməzdi. Axı O, yaratdıqlarını çörəklə Özünə bağlamaz, insanı bunun üçün yaratmadı, axı. Demək ki, Allaha imanından asılı olmayaraq, kimsə ac-susuz qalacağından, kor-şil olacağından qorxmalı deyil. Amma gün gələr, Öz haqqını da sorar!

Çatdırmaq istəyirsən ki, ay alayarımçıq varlıq, ateist də olsan, bari vicdanın olsun, məntiqin olsun! Bu qədər cılız və primitiv məntiqlə dünyaya nə çatdırmağa çalışırsan? Niyə bu toplum sənin kimi kütbeyinlərin timsalında tanınmalıdır? Axı sənin ağlını bir qaba töküb, pişiyin qabağına qoysan, zavallı heyvan acından gəbərər.

Bu yerdə başqa bir alayarımçıq azərbaycanlının hücumuna məruz qalırsan: “Sən cümləndəki təzadı görmürsən? “Firon səhərədək yatmayıb bizə dua etdi və biz də qəbul etdik” Bəs Musanın Allahı tək idi, nə oldu, çoxaldı?” Sən demə, bu alayarımçıq həmvətənim mətndəki “Biz” kəlməsini dinin səhvi və yazanın “korluğu” kimi anlayaraq, qabağına arqument atmaq istəyirmiş. İlahi, bu insanlar heçmi kitab oxumaq, araşdırmaq, hansısa elmin mütəxəssisi olmaq fikrində deyil? Bunlar əllərinə kitab alıb, bir cümlə oxumadan fəlsəfə savaşına girirlər, dindəki “mən” və “biz” fəlsəfəsinin sirrini “faş” etməyə çalışırlar. Bu da azmış kimi, təkəbbürləri yüz arşın. Hər kəs özünü bir şey zənn edir. Ən üstün zəkanın və ən doğru yolun onlara məxsus olduğunu düşünürlər. Amma unudurlar ki, onların olan sadəcə bir şeydir, o da...

Azərbaycan burjuaziyasının ilk kapitanı, Bakının yarısına sahib olmuş milyonçumuz Hacı Zeynalabdin Tağıyev öz qızı ilə faytonda gəzirmiş. Uşaq qarşılarına çıxan hansı binanı, tikilini, imarəti, müəssisəni göstərir və kimin olduğunu soruşursa, atası “bizimdir” cavabını verir. Axırda qızı heyrət və sevinc içində “Ata, bütün bunlar hamısı bizimdir?” deyə soruşur. Hacı köks ötürüb deyir: “Xeyr qızım, sadəcə dövran bizimdir”.


Geri dön

CandyGirl

  • 8 yanvar 2011 12:35
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
maraqlidi.............

--------------------

Irane

  • 8 yanvar 2011 00:21
  • Məqalə: 8
  • Şərh: 648
  • Bal:
{awards}
Müəllifə təşəkkür

--------------------

Sergio Ramos

  • 7 yanvar 2011 03:13
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
Müəllifə təşəkkür

--------------------

L_SimuS

  • 6 yanvar 2011 21:47
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkur eziyyete gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 46
Cəmi: 73

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 43
Cəmi: 146
 
The Shield
Xəbərləri: 40
Cəmi: 302
 
Darling
Xəbərləri: 37
Cəmi: 924
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 76
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 580
 
❤Queen❤
Xəbərləri: 15
Cəmi: 74
 
Jesicca
Xəbərləri: 14
Cəmi: 55
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}