Qorxu məqami

 
Qorxu məqami

Rəhman və Rəhim Allahın adı ilə.
“أَلا إِنَّ أَوْلِياءَ اللَّهِ لا خَوْفٌ عَلَيْهِمْ وَ لا هُمْ يَحْزَنُون” (Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.) (1)

Ruhaniliyin sərmayəsi elm və təqvadır. Əgər ruhani bu ikisinə malik olsa, varlıdır. Əgər belə olmasa, mal, vəzifə və başqa şeylər din tələbəsi üçün sərmayə sayılmır. Bu sərmayəni əldə etmək üçün İlahi əzabdan qorxumuz olmalıdır. Çünki, Allah “أَشَدُّ الْمُعَاقِبِينَ فِي مَوْضِعِ النَّكَالِ وَ النَّقِمَة” yəni, cəza və intiqam məqamında ən şiddətlə cəzalandırandır (2). Buna görə də, Allaha doğru seyr edən şəxslərin məqamlarından biri də “Xovf”, yəni qorxu məqamıdır.

Qorxunun dərəcələri var. Onun birinci dərəcəsi budur ki, insan günah və onun əzabından qorxsun. Həzrət Əli (ə) buyurur: “لَا يَرْجُوَنَّ أَحَدٌ مِنْكُمْ إِلَّا رَبَّهُ وَ لَا يَخَافَنَّ إِلَّا ذَنْبَه” (3) Yəni, “Sizlərdən heç kəs Allahdan başqasına ümidli olmasın. Öz günahından başqa bir şeydən qorxmasın”. Ümid yalnız Allaha, qorxu yalnız günahdan olmalıdır. Çünki, Allahdan uzaqlaşmağın yeganə səbəbi bu günah və üsyanlardır.

Allahdan qorxu “xəşiyyət” anlamında səhihdir. Lakin, Allah-taala qorxulu varlıq deyil ki, insan ondan qorxsun. Çünki, insan qaranlıqdan qorxur. Hal bu ki, Allah elə bir nurdur ki, Onda heç bir qaranlıq yoxdur: “اللهُ نُورُ السَّماواتِ وَ الأَرْض” (Allah göylərin və yerin nurudur.) (4) Belə ki, insan işıq və aydınlıqdan qorxmur.

Xovf və qorxu, Allahın cəlal və heybətindən qaynaqlanır. Allah cəlal və cəmal sifətlərinə malikdir: “جَمالک في کلِّ حقائق سَائر وَ ليس لهُ إلا جَلالک ساتِر” (Sənin cəmalın bütün həqiqətlərdə seyrdədir. Onu cəlalından başqa bir şey pərdələyə bilməz.) Əzəmətli varlıq lütf və qəhr sahibi olmalıdır.

Onun lütfünə aşiqəm, qəhrinə də ayrıca
Təəccüblü budur ki, mən bu iki ziddiyyətə aşiqəm.

Allah-taalanın cəlal sifətləri cəmal sifətlərinə qayıdır. Həqiqətdə Onun bütün sifətləri cəmaldır.

Dualarda belə deyilib: “اللَّهُمَّ إِنّي أَسْألكَ بِرَحْمَتِكَ الَّتِي وَسِعَتْ كُلَّ شَيْ‏ء” (İlahi! Mən Səndən hər şeyi əhatə etmiş rəhmətinə görə istəyirəm!) Habelə, bir rəvayətdə gəlmişdir: “رَحْمَتِي سَبَقتْ غَضَبِي” (Mənim rəhmətim qəzəbimdən öndədir) (5) Bunları bir mənada belə demək olar: Əgər qəzəbi bir şeyin nümunələrindən saysaq, onda Allah-taalanın geniş rəhməti onu da bürüyür. Nəticədə, qəzəb rəhmətə qayıdır. Çünki, Allahın qəzəb və qəhri insanın ruhunun paklanması və onun təkamülü üçün faydalıdır.

Qorxunun ikinci dərəcəsi, İlahi məkr və istidrac (tədrici olaraq bəlalara düçar etmə) qorxudur: “سَنَسْتَدْرِجُهُمْ مِنْ حَيْثُ لا يَعْلَمُون وَ أُمْلي‏ لَهُمْ إِنَّ كَيْدي مَتين” (Haradan olduğunu özləri də bilmədən tədriclə məhvə yaxınlaşdıracağıq! Mən onlara möhlət verirəm. Lakin dolaşdırıb bəla toruna salmağım da, sözsüz ki, çox ağırdır!) (6) Bəzən insan günah edir və çirkaba batır, amma onunun ruzisi artır yaxud camaat yanında şan-şöhrəti artır. Hətta günah edir, lakin dərsləri yaxşılaşır. Bunlar İlahi məkr və istidracdır. Bundan mütləq qorxmaq lazımdır: “وَ مَكَرُوا وَ مَكَرَ اللَّهُ وَ اللَّهُ خَيْرُ الْماكِرين” (Onlar hiyləyə əl atdılar. Allah da onların hiyləsinə əvəz verdi. Allah hiyləgərlərdən tədbirlidir.) (7)

Allah-taala bəzi vaxtlar insana bir möhlət verir ki, günahları çoxalsın və nəticədə daha ağır əzaba düçar olsun: “وَ لا يَحْسَبَنَّ الَّذينَ كَفَرُوا أَنَّما نُمْلي‏ لَهُمْ خَيْرٌ لِأَنْفُسِهِمْ إِنَّما نُمْلي‏ لَهُمْ لِيَزْدادُوا إِثْماً وَ لَهُمْ عَذابٌ مُهينٌ” (Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar alçaldıcı bir əzab görəcəklər!) (8)


Ali məqamlarda seyr edənlər üçün heç bir qorxu yoxdur. Yəni, keçmiş və gələcək üçün kədərlənməzlər: “أَلا إِنَّ أَوْلِياءَ اللَّهِ لا خَوْفٌ عَلَيْهِمْ وَ لا هُمْ يَحْزَنُونَ” (Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.) (9) Onlar “xəşyət” məqamındadırlar. Bu məqamda qorxu və kədər yoxdur, əksinə, xəşyət var. Xəşyət Allah-taalanın mütləq əzəmətinə mərifətdən bir şaxədir. Buna görə də, İlahi mərifətə malik olan şəxslər xəşyət və xüşu sahibi olurlar: “إِنَّما يَخْشَى اللَّهَ مِنْ عِبادِهِ الْعُلَماء” (Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar.) (10)

Bir qism mələklər var ki, həmişə heyrət və heyranlıqda olurlar. Allah-taalanın əzəməti onları o qədər özlərindən çıxarıb ki, heç özləri də bilmirlər. O şəxs ki, İlahi əzəmətdən onun üçün heyrət hasil olub, yəni, aləmi Allahın məhzəri, hətta hüzuru bilirsə, buna görədir ki, Allah-taala aləmə və aləmdəki mövcudata aləmin özündən yaxındır: “وَ نَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَريد” (Biz ona şah damarından da yaxınıq!) (11), “أَنَّكَ لَا تَحْجُبُ عَنْ خَلْقِكَ إِلَّا أَنْ تَحْجُبَهُمُ الْأَعْمَالُ دُونَك” (Həqiqətən Sən öz məxluqatından pərdələnməzsən. Yalnız, Sənsiz olan əməllər Səni onlardan pərdələyər.) (12) Allah-taala məxluqatdan pərdələnməz. Çünki, o zahirdir: “هُوَ الْأَوَّلُ وَ الْآخِرُ وَ الظَّاهِرُ وَ الْباطِن” (Əvvəl də, axır da, zahir də, batin də Odur.) (13) Ona görə, bu mübarək ayədə buyurur: “لَقَدْ كُنْتَ في‏ غَفْلَةٍ مِنْ هذا فَكَشَفْنا عَنْكَ غِطاءَكَ فَبَصَرُكَ الْيَوْمَ حَديد” (“Sən bundan qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!”) (14) Hicaba bürünən bəşərdir. Allahın ki, hicabı yoxdur. “Ey salik (İlahi seyrə çıxan şəxs) sən özün özünə hicabsan!” (Hafizin şeri) Aradan qalx. Aşiqlə məşuq arasında heç bir fasilə yoxdur. Əgər bu bəyənilmiş qorxu ona hasil olsa, Allah bütün şeyləri ondan qorxudar.

“عَنِ الْهَيْثَمِ بْنِ وَاقِدٍ قَالَ سَمِعْتُ أَبَا عَبْدِ اللَّهِ (علیه السلام) يَقُولُ مَنْ خَافَ اللَّهَ أَخَافَ اللَّهُ مِنْهُ كُلَّ شَيْ‏ء” Heysəm ibn Vaqidi deyib: İmam Sadiq belə buyurdu: “Kim Allahdan qorxsa, Allah bütün şeyləri ondan qorxudar”.

Kim Allahın məkr və istidracından qorxsa, Allah bütün şeyləri ondan qorxudar. Yəni, elə bir heybət və cəlala sahib olar ki, başqaları ona qarşı xüsusi hörmət bəsləyərlər. “وَ مَنْ لَمْ يَخَفِ اللَّهَ أَخَافَهُ اللَّهُ مِنْ كُلِّ شَيْ‏ءٍ” (Kim Allahdan qorxmasa, Allah onu bütün şeylərdən qorxudar.) (15)

Kim Allahdan qorxmasa, Allah onu hər bir şeydən qorxudar. Xırda bir təhdidlə qorxan bəzi şəxslər kimi. Amma, möminin öz günahı və Allahın məkr və istidracından başqa, heç bir şeydən qorxusu yoxdur. Haqq yolunda hərəkət etdiyi zaman qarşısına çıxan hər bir şey iki yaxşıdan biridir.

İnşa Allah, Allah-taala bizi öz vəzifələrimizlə tanış etsin. Allahın salam, rəhmət və bərəkəti sizlərə olsun.


Geri dön

GuNaY_83

  • 21 iyun 2013 19:11
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
ALLAH RAZI OLSUN.....

--------------------

Roya_____

  • 16 iyun 2013 06:21
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

sebnem98

  • 16 iyun 2013 04:46
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
İnşa Allah, Allah-taala bizi öz vəzifələrimizlə tanış etsin. Allahın salam, rəhmət və bərəkəti sizlərə olsun.

--------------------

: Sensizde Babatdi :

  • 14 iyun 2013 15:36
  • Məqalə: 38
  • Şərh: 3283
  • Bal:
{awards}
Allah Razi Olsun

--------------------

^^Nazli^^

  • 14 iyun 2013 15:22
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

★Alison MicCan★

  • 13 iyun 2013 21:00
  • Məqalə: 4
  • Şərh: 1389
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
''Ben'' kattım sana biraz, öyle sevdim seni. Çünkü sen de bensiz; o kadar güzel değilsin hani..'':)))

mariana

  • 13 iyun 2013 20:00
  • Məqalə: 9
  • Şərh: 834
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.....

so_sad

  • 13 iyun 2013 14:49
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Allah razi olsun

^^Nazli^^

  • 13 iyun 2013 13:26
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

lady anna

  • 13 iyun 2013 13:26
  • Məqalə: 26
  • Şərh: 2973
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

pessimistka hebibe

  • 13 iyun 2013 12:58
  • Məqalə: 8
  • Şərh: 5629
  • Bal:
{awards}
Allah razi olsun....

Dikaya_Kavkazka

  • 13 iyun 2013 12:48
  • Məqalə: 0
  • Şərh: 2791
  • Bal:
{awards}
ALLAH razi olsun.Twk

✰ ♥..Золушка..♥ ✰

  • 13 iyun 2013 12:42
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

★Angelocka★

  • 13 iyun 2013 12:25
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

ZeHRa AsİQi

  • 13 iyun 2013 12:04
  • Məqalə: 5
  • Şərh: 478
  • Bal:
{awards}
ALLAH razi olsun... )

--------------------
asiqem candan ELI kelmesine,can ELIDIR
ol sebebden bu konul,mulkune sultan-ELIDIR!
haqqa iman edene qibleyi iman ELIDIR,
Kebedi-qible,feqet,Kebede unvan-ELIDIR!

ღ★Yağmur★ღ

  • 13 iyun 2013 11:57
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

ღKiRaZ MeVsİmCiღ

  • 13 iyun 2013 11:54
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

Nara Neznakomka

  • 13 iyun 2013 11:46
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Xovf və qorxu, Allahın cəlal və heybətindən qaynaqlanır. Allah cəlal və cəmal sifətlərinə malikdir: “جَمالک في کلِّ حقائق سَائر وَ ليس لهُ إلا جَلالک ساتِر” (Sənin cəmalın bütün həqiqətlərdə seyrdədir. Onu cəlalından başqa bir şey pərdələyə bilməz.) Əzəmətli varlıq lütf və qəhr sahibi olmalıdır.

Onun lütfünə aşiqəm, qəhrinə də ayrıca
Təəccüblü budur ki, mən bu iki ziddiyyətə aşiqəm.

Allah-taalanın cəlal sifətləri cəmal sifətlərinə qayıdır. Həqiqətdə Onun bütün sifətləri cəmaldır. fellow

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

★KaRaMeLKa★

  • 13 iyun 2013 11:29
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Allah razı olsun

GuNaY_83

  • 13 iyun 2013 10:50
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Allah Razi Olsun

--------------------

Roya_____

  • 13 iyun 2013 10:36
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

Adsiz yazici

  • 13 iyun 2013 10:23
  • Məqalə: 15
  • Şərh: 3015
  • Bal:
{awards}
coh saolun)))

Allah Razi Olsun

★Украду Девушку★

  • 13 iyun 2013 09:42
  • Məqalə: 100
  • Şərh: 3646
  • Bal:
{awards}
Rəhman və Rəhim Allahın adı ilə.
“أَلا إِنَّ أَوْلِياءَ اللَّهِ لا خَوْفٌ عَلَيْهِمْ وَ لا هُمْ يَحْزَنُون” (Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.) (1)

--------------------

surawka

  • 13 iyun 2013 09:33
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
tewekkurler Allah Razi Olsun

colkali ayka

  • 13 iyun 2013 09:31
  • Məqalə: 0
  • Şərh: 1188
  • Bal:
{awards}
ilk rey mennen))))coh saolun)))))))))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 44
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}