Dezodorantların xeyirdən çox zərəri var

 
Dezodorantların xeyirdən çox zərəri var

Dezodorantların ziyanı haqqında çox eşitsək də, onu gündəlik istifadə etdiyimiz kosmetik vasitələrin siyahısından çıxara bilmirik. Belə ki, onu əvəzləyən başqa kosmetik vasitə icad olunmayıb, pis qoxu və tərin qarşısını almamaq isə etik qaydalara ziddir. Dezodorantların satışda müxtəlif çeşidlərdə olmasına baxmayaraq, mütəxəssislər əksər dezodorantların sağlamlığa ciddi ziyan vurduğunu, allergik reaksiyalara, hətta bədxassəli şişlərin yaranmasına da səbəb olduğunu bildirirlər.

Dermatoloq Fəridə İsmayılovanın sözlərinə görə, dezodorantların sprey, antiprespirant, qələm, krem, gel və pudra kimi növləri var: "Sprey və gellər paltarda iz qoyduğu üçün elə də çox alınmır. Bu səbəbdən də daha çox şəffaf gel-dezodorantlara üstünlük verirlər. Gel-dezodorantların əsasını qliserin təşkil etdiyi üçün rəngsiz olur və geyimi ləkələmir. Pudra şəklində olan dezodorantlar bədəndə yüngül xoşagələn iy saxlayır. Lakin onlar da müəyyən qədər paltarda ləkə qoyur, istifadə zamanı ətrafa səpələnə də bilər".

Dezodorantların sağlamlığa ziyanının olduğunu deyən həmsöhbətimizə görə, bu vasitələrin müsbət cəhəti yalnız mənfi qoxunu aradan götürməkdir. Tərkibində spirt olan dezodorantlar pis qoxu ilə mübarizə aparmaqla yanaşı, mikrob və bakteriayaların çoxlamasının da qarşısını alır. Bu vasitələr həm müxtəlif zövqə uyğun gələn iylərdə, həm də iysiz olur. Dezodorantlar xüsusilə də fiziki güc tətbiq etdikdə, aktiv fəaliyyətdə olduqda çox lazım olur. Belə ki, bu vaxt ən az tərləyən adam belə adi hala nisbətən daha çox tərləyir və tərin iyi daha da pisləşir. Bu halla isə dezodorantlar daha effektiv mübarizə aparır. "Lakin bu vasitələrdən ifrat istifadə sağlamlığımızda da iz buraxır. Belə ki, tərkibində güclü təsirə malik kimyəvi maddələr olan dezodorantlar nəinki xoşagəlməz iyi yaradan mikrob və bakteriaları, hətta xeyirli mikroorqanizmləri də məhv edir. Dərinin dermatoloji balansı pozulduğundan xırda səpkilər və irinli sızanaqlar əmələ gəlməyə başlayır. Dəridə bu cür sızanaqlar yaranandan sonra isə dərhal həmin vasitədən istifadəni dayandırmaq, müalicəvi kosmetik vasitələrdən istifadə etməyə başlamaq lazımdır".

F.İsmayılova bildirir ki, tək tərkibi deyil, dezodorantların kəskin iyi də insana pis təsir edir. Kəskin iy bəzi insanlarda allergik reaksiyaların yaranmasına səbəb olur. Kəskin iyə qarşı allergiya isə səpkilər, şişkinlik, gözlərin yaşarması kimi özünü göstərə bilər. Dezodorantlar eləcə də, tərin ifrazının qarşısını alaraq dərialtı iltihabların yaranmasına da gətirib çıxarır. Nəticədə qoltuq altında irinlər, müxtəlif şişlər də yarana bilər.

Müsahibimiz məsləhət görür ki, dezodorant tər iyinin, tərin ifrazının qarşısını alsın deyə təmiz dəriyə nazik layla çəkilməlidir. Əks halda ətrin iyi ilə tərin iyi qarışıb kəskin iyin yaranması ilə nəticələnəcək. "Əgər dərini təmizləmək üçün münasib yerdə deyilsinizsə, nəm salfetlərdən istifadə etmək olar. Dezodarantı dəriyə çəkdikdən sonra isə 2-3 dəqiqə qurumağını gözləyin. Onda dezodorant həm geyimdə ləkə qoymayacaq, həm də tərin ifrazını daha çox azaldaraq pis qoxu ilə effektiv mübarizə aparacaq".

Dermotoloqun dediyinə görə, dezodarantları tam əvəz edə bilən vasitə olmasa da, nəm salfetlərlə silinməklə dərini tərdən təmizləmək, iylə mübarizə aparmaq olar. Lakin bu vasitənin təsiri uzun sürmür. Və insanın tərləmə dərəcəsindən asılı olaraq, vaxtaşırı istifadə olunmalıdır. Az tərləyən adamlara hər gün iki dəfə nəm salfetlə silinmək kifayət edir ki, gün ərzində təravətli qalsınlar. Çox tərləyən adamlara isə 2-3 saatdan bir istifadə etmək məsləhətdir. "Həm də onu da nəzərə almaq lazımdır ki, tez-tez yuyunmaq, gigiyena qaydalarına əməl etmək də tərləmənin qarşısını alır. Belə ki, insan yuyunandan sonra iki saat tərləmir və ondan sonra da zəif tərləməyə başlayır. Tərlə mübarizə üçün başqa bir vasitədə təklif etmək olar. Misal üçün, qoltuq nahiyəsini spirtlə yaxşıca silmək. Lakin bu, qoltuq altının zədələnərək tədricən qaralmasına da gətirib çıxarır. Bundan başqa, müxtəlif iyli efir yağları olur ki, onlar da dərinin daha təravətli ətir saçmasına kömək edəcək".

Qeyd edək ki, dünyada dezodorantların insan orqanizminə olan təsiri ilə bağlı aparılan müxtəlif təcrübələrə əsasən alimlər bu qənaətə gəliblər ki, dezodorant və antiprepirantlar süd vəzilərində düyünlərin, kistlərin, şişlərin əmələ gəlməsinə və inkişaf etməsinə səbəb olur. Xüsusilə də bu vasitələrin istehlakçılar tərəfindən geniş istifadəsindən sonra süd vəzilərində xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı artır. Dezodorantlar tərin ifrazının qarşısını alır, bununla da orqanizmə özünü təmizləməyə imkan vermir. Bu vasitələrinin əksəriyyətinin tərkibində tər vəzilərinin ifrazı ilə mübarizədə effektiv olan alüminium duzları var. Alüminium duzlarının sağlamlığa olan ziyanını isə dünyada aparılan bir çox təcrübələr təsdiq edir. Britaniya alimlərinin gəldiyi qənaətə görə, belə kremlərdən istifadə xərçəng şişlərinin və Altsheymer xəstəliyinin inkişafında öz mənfi rolunu oynaya bilər. Bu vasitələrin tərkibində olan kimyəvi maddələr immun sisteminin zəifləməsinə, miqrenin yaranmasına da gətirib çıxarır.


Geri dön

GuNaY_83

  • 21 iyun 2013 19:21
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
cox sag ol....

--------------------

lady anna

  • 20 iyun 2013 12:40
  • Məqalə: 26
  • Şərh: 2973
  • Bal:
{awards}
twkkkkkkkkkkkkk

--------------------

sebnem98

  • 16 iyun 2013 00:00
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
bilirdim yenede twk

--------------------

Roya_____

  • 15 iyun 2013 20:30
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
bılmırdım twk belay

: Sensizde Babatdi :

  • 14 iyun 2013 17:09
  • Məqalə: 38
  • Şərh: 3283
  • Bal:
{awards}
Neyin xeyri varki fellow

--------------------

★Alison MicCan★

  • 13 iyun 2013 19:24
  • Məqalə: 4
  • Şərh: 1389
  • Bal:
{awards}
TWK...................

--------------------
''Ben'' kattım sana biraz, öyle sevdim seni. Çünkü sen de bensiz; o kadar güzel değilsin hani..'':)))

Alone_But HAPPY

  • 13 iyun 2013 15:50
  • Məqalə: 2
  • Şərh: 1192
  • Bal:
{awards}
melumata gore twk......

--------------------
Aşk, sakızdan çıkan sözler kadar basit olmaya devam ettikçe, insanlar da onu çiğneyip tükürmeye devam edecekler

Silent_ Night

  • 13 iyun 2013 15:30
  • Məqalə: 647
  • Şərh: 5280
  • Bal:
{awards}
tewekkurler

--------------------

so_sad

  • 13 iyun 2013 14:34
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
tewekkurler

mariana

  • 13 iyun 2013 14:08
  • Məqalə: 9
  • Şərh: 834
  • Bal:
{awards}
tewekkurler......

Aysel_

  • 13 iyun 2013 13:36
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
{awards}
Tewekkurler.. Melumata gore..

lady anna

  • 13 iyun 2013 12:58
  • Məqalə: 26
  • Şərh: 2973
  • Bal:
{awards}
tewekkurler bilirdim

--------------------

pessimistka hebibe

  • 13 iyun 2013 12:29
  • Məqalə: 8
  • Şərh: 5629
  • Bal:
{awards}
melumata gore twkkkkkkkkkkkkkkk

Gözlüklü

  • 13 iyun 2013 12:28
  • Məqalə: 216
  • Şərh: 9553
  • Bal:
{awards}
Tewekkurler

^^Nazli^^

  • 13 iyun 2013 12:25
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
tesekkurlerrrrr

--------------------

Nara huseynova

  • 13 iyun 2013 12:04
  • Məqalə: 21
  • Şərh: 2418
  • Bal:
{awards}
Xebere görə Tşk)

✰ ♥..Золушка..♥ ✰

  • 13 iyun 2013 11:56
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
aaa xebere gore sagol

★Angelocka★

  • 13 iyun 2013 11:45
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
tesekkurler xebere gore smile

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

ZeHRa AsİQi

  • 13 iyun 2013 11:34
  • Məqalə: 5
  • Şərh: 478
  • Bal:
{awards}
Xebere gore tesekkurler

--------------------
asiqem candan ELI kelmesine,can ELIDIR
ol sebebden bu konul,mulkune sultan-ELIDIR!
haqqa iman edene qibleyi iman ELIDIR,
Kebedi-qible,feqet,Kebede unvan-ELIDIR!

Nara Neznakomka

  • 13 iyun 2013 11:33
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Dezodorantların ziyanı haqqında çox eşitsək də, onu gündəlik istifadə etdiyimiz kosmetik vasitələrin siyahısından çıxara bilmirik. Belə ki, onu əvəzləyən başqa kosmetik vasitə icad olunmayıb, pis qoxu və tərin qarşısını almamaq isə etik qaydalara ziddir. recourse Dezodorantların satışda müxtəlif çeşidlərdə olmasına baxmayaraq, mütəxəssislər əksər dezodorantların sağlamlığa ciddi ziyan vurduğunu, allergik reaksiyalara, hətta bədxassəli şişlərin yaranmasına da səbəb olduğunu bildirirlər.

super))))

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

★KaRaMeLKa★

  • 13 iyun 2013 11:17
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Xebere gore twkkk

Victorious

  • 13 iyun 2013 11:13
  • Məqalə: 62
  • Şərh: 1327
  • Bal:
{awards}
Xebere gore tesekkurler

--------------------

Dikaya_Kavkazka

  • 13 iyun 2013 11:11
  • Məqalə: 0
  • Şərh: 2791
  • Bal:
{awards}
Tewekkurler Bilirem...

ღKiRaZ MeVsİmCiღ

  • 13 iyun 2013 10:54
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
twkkkkkkkkkkkk

EnD of TiMe

  • 13 iyun 2013 10:39
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
bilirdim eslinde...tesekkurler

Roya_____

  • 13 iyun 2013 10:26
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
melumata gore tesekkurler

GuNaY_83

  • 13 iyun 2013 10:15
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
cox sag ol......

--------------------

Adsiz yazici

  • 13 iyun 2013 09:56
  • Məqalə: 15
  • Şərh: 3015
  • Bal:
{awards}
twkler..............

☮★Azerbaijan Boy★☮

  • 13 iyun 2013 09:54
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}
buyurun!...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 40
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 505
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♔Hе важно∞
Xəbərləri: 17
Cəmi: 63
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}