Azərbaycanın strateji valyuta ehtiyatı 30 milyard dollara çatıb

 
Azərbaycanın strateji valyuta ehtiyatı 30 milyard dollara çatıb

Azərbaycanın strateji valyuta ehtiyatları 2010-cu ilin dekabrın 1-nə olan tarixinə qədər 30 milyard dollar təşkil edib. Bu barədə bu gün Mərkəzi Bankın (MB) 2011-ci il üçün pul-kredit siyasəti barədə yaydığı bəyanatında deyilib.

Bəyanatda deyilir ki, dünya iqtisadi böhranın təsirlərinin sovuşması fonunda Azərbaycanın xarici mövqeyində yaxşılaşma davam edir. Bu ilin 9 ayında bu əməliyyatlar hesabının profisiti ötən ilin eyni dövrünə nəzərən 69 faiz yüksələrək 12 milyard. dollara çatıb. Bu da kapital hesabının kəsirini örtərək valyuta ehtiyatlarını 9,7 milyard dollardan çox artırıb.

Qlobal böhranın neqativ təsirlərinin neytrallaşdırılması şəraitində iqtisadi artımın mənbələri daha da canlanmağa başlayıb. Nəticədə, ötən 11 ayda iqtisadi artım 4,5 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 5,9 faiz olub. Sənayedə faktiki istehsal indeksinin və istehsal güclərindən istifadə səviyyəsinin yüksəlməsi müşahidə olunub. Mikroiqtisadi monitorinqlərə görə, istehsalı və dövriyyəsi çoxalan müəssisələrin sayı ötən illə müqayisədə artıb. Bu şəraitdə iqtisadiyyatda məşğul olanların sayı artıb, sənaye, xidmət, ticarətdə məşğulluq gözləntiləri ötən illə müqayisədə yaxşılaşıb.

Ötən dövr ərzində inflyasiya tək rəqəmli səviyyədə qalıb. Bu ilin 11 ayının yekunu üzrə orta illik inflyasiya 5,5 faiz, son bir ildə isə 7,4 faiz təşkil edib. Tərəfdaş ölkələrdə inflyasiyanın sürətlənməsi, xüsusən də ərzaq istehsalının azalması inflyasiyaya artırıcı təsir göstərən önəmli amil olub. Əlverişsiz təbii mühit kənd təsərrüfatı istehsalının azalmasına səbəb olub, nəticədə kənd təsərrüfatında istehsalçı qiymətləri indeksi 11 ayda 3,7 faiz yüksəlib. Bütün bunlara baxmayaraq, bu ilin sonuna inflyasiyanın tək rəqəmli səviyyədə qalacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycanın strateji valyuta ehtiyatları üç mənbədən - Mərkəzi Bankın ehtiyatları, Dövlət Neft Fondunun (ARDNF) aktivləri və Maliyyə Nazirliyinin vəsaitlərindən formalaşır.


Geri dön

_RONALDO_

  • 14 may 2011 10:37
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
HAMISI MENIM PULUMDU

--------------------

L_SimuS

  • 17 yanvar 2011 22:22
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler yaziya gore
.........................../

Ulya

  • 17 yanvar 2011 12:40
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
melumata gore twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 33
Cəmi: 51

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}