Qadınla kişi arasındakı ən mühüm fərqlər

 
Qadınla kişi arasındakı ən mühüm fərqlər


Oxuyun və əks cinsə qarşı daha dözümlü olmağa çalışın…

Adəmlə Həvvanın yaranışından bəri dünya kişi-qadın arasındakı fərqləri və üstünlüklərini tapmaq üzərində baş sındırır. Kim daha emosional, kim daha qısqanc, kim daha enerjilidir? Ümumiyyətlə, insan övladının cinsinə görə fərqli xüsusiyyətləri nələrdir və bu fərqlər nə üçündür? Milli.Az xəbər portalı Türkiyə mətbuatına istinadən bu suallara aydınlıq gətirəcək.

Zaman-zaman müxtəlif araşdırmalarda bəzi fərqlər üzə çıxsa da, son olaraq amerikalı alimlər bunları ümumiləşdirərək, ortaya maraqlı nəticələr çıxarıblar. Beləliklə, qadın-kişi arasındakı 50 mühüm fərq aşağıdakılardır.

Kim daha cinlidir?

- Aqressivlik: Kişilər qadınlardan daha aqressiv olub, problemləri fiziki güc hesabına həll etməyə meyllidilər. Bunun səbəbi isə kişi orqanizmindəki testosteronun çoxluğudur. Halbuki qadınlar dava-dalaşda daha çox sözlərin köməyindən istifadə edir və sözlü dartışmalara üstünlük verir.
- Yeniyetməlik sızağı: kişilərdə bu problem daha çoxdur. Bu da onların yuxarıda da qeyd etdiyimiz kimi, testosteron hormonundan qaynaqlanır. Bu hormon yağ vəzilərinə xəbərdarlıq edir və dəridəki vəzilərin tıxanmasına, beləliklə, sızaqların yaranmasına səbəb olur.
- QİÇS: bu xəstələrin 75%-ni kişilər, 25%-ni isə qadınlar təşkil edir. Qadınların bu xəstəliyə daha az yoluxmasının səbəbi xəstəliyi daşıyan X xromosomundan cəmi ikisinə sahib olmasıdır. Beləcə, bir xromosom xəstəliyə yaxalansa da, digəri orqanizmin ona yoluxmasının qarşısını alır.
- Qışqırıqçılıq: qadınlar hündürdən danışmağı və səsli düşünməyi sevirlər. Kişilərsə danışanda da, düşünəndə də bunu ürəklərində etməyə üstünlük verir. Elə məhz bu səbəbdən qadınlar kişiləri “duyğusuz eqoist varlıqlar” kimi gördükləri halda, kişilər də qarşı cinsi “dayanmadan danışıb, baş-beyni xarab edən baş bəlaları” adlandırır.
- Bədən qoxusu: Kişilərin bədən qoxusu qadınlarınkından çox daha güclüdür.
- İdman: İdman məsələsində kişilər qadınlardan daha sürətlidir, amma qadınlar daha dayanıqlı və dözümlü sayılır.
- Qan: Kişilərin bədənində 4.5, qadınlarda isə 3.6 litr qan var. Kişinin qanı daha qatıdır, bir damcısında 1 milyon qan hücrəsi var. Kişilərin qan təzyiqi də qadınlarınkından yüksəkdir: 140/88. Bu göstərici qadınlarda 130/80-dir.
- Üzmə bacarığı: Qadınlar dərilərinin altıdakı yağ təbəqəsinə görə daha yaxşı üzə bilirlər.
- Yaş dəyişimi: Qadınlar menopoz dönəmində (xüsusən, 50 yaşdan sonra özünü göstərir) temperatur artımı, yuxusuzluq, kökəlmə, gecə tərləmələri kimi hallardan əziyyət çəkir. Kişilər isə onlar üçün andropoz adlanan həmin dönəmdə demək olar ki, heç bir fiziki dəyişiklik yaşamırlar.

Kim daha çox pul qazanır?

- Uğur əmsalı - Müvəffəqiyyətli bir kişi xanımının xərcləyə biləcəyindan daha çox pul qazanan kişidir. Əksinə, müvəffəqiyyətli bir qadın isə belə bir kişini tapa bilən qadındır.
Duyğu organları - Qadınların eşitmə və iyləmə qabiliyyəti daha güclüdür. Buna qarşılıq olaraq, kişilər işığa daha həssasdır. Kişi gözü təfərrüatları daha yaxşı seçir.
- Bədən temperaturu - Kişilərin bədən temperaturu qadınlardan daha yüksəkdir. Bundan başqa, kişi bədəninin 60-70 faizi sudan ibarətdir. Qadınlarda isə bu rəqəm 50-60-dır.
- Skelet - Kişilərin çiyinləri daha geniş, qol və ayaqları daha uzun, sümükləri daha ağırdır. Buna qarşılıq olaraq, qadınların yançaq sümükləri daha geniş, amma bədənləri daha elastikdir.
- Səs telləri - Qadınların səs telləri qısa olduğu üçün səsləri daha incədir.
- Bədənin ağırlıq nöqtəsi - Çiyin və yançaq skeletləri fərqli olduğu üçün qadınların orta bədən ağırlığı da kişilərinkindən daha aşağı olur.

Kim güclüdür?

- Yağ - Kişilərdə qadındakının yarısı qədər yağ vəzisi var. Belə ki, qadınlarda yağ vəzisi bədənin 27 faizini təşkil etdiyi halda, kişilərdə bu göstərici 15 faizi göstərir. Qadın bədənində kişilərdən 3.5 kilo daha artıq yağ var. Yağ kişilərdə qarın bölgəsində toplandığı halda, qadınlarda daha çox yançaq, baldır və göbək qismində olur.
- Xəstəliklər - Kişilər həyatları boyunca qadınlardan orta hesabla 40 gün daha az xəstələnirlər.
- Dirsək - Qadınlar kişilərlə müqayisədə qollarını dirsəkdən 6 dərəcə daha çox aça bilirlər.
- Xromosomlar - Kişi və qadınlarda ümumilikdə 46 xromosom var. Bunların yarısı atadan, yarısı isə anadan alınıb. Bu 46 xromosomun içərisində iki ədəd cinsiyyət hormon var ki, bu, kişidə XY, qadında isə XX adlanır.
- Saçlar - Qadınların saçları daha sıx və möhkəmdir. Saç kökləri iki millimetr daha dərində olduğu üçün kişininki qədər tez tökülmür.
- Əzələlər - Kişilər qadınlardan 50 faiz daha artıq gücə sahibdir. Yeniyetməlik dövründə kişilərdə əzələ hüceyrələrinin sayı 20 dəfə, qadınlarda isə 10 dəfə artır. Kişilər qadınlardan 3 dəfə daha artıq gücə sahibdir.
- Dəri - Kişilərin 1.8 kvadrat metr, qadınların isə 1.6 kvadrat metr dəriləri var. Qadının dərisi daha incə və quru, bu səbəbdən də daha həssasdır. Kişidə isə tər vəziləri və dəri vəziləri daha çox olduğu üçün dərisi yağılıdır və daha çox tərləyir.
- Ağciyərlər - Kişilərin ağciyəri qadınlarınkından 50 faiz daha geniş həcmə sahibdir.

Kim çox yeyir?

- Yemək - Eyni çəkili kişi və qadın arasında daha çox yemək ehtiyacını hiss edən tərəf kişilərdir. Çünki kişilərin həzm qabiliyyəti və yemək ehtiyacı daha güclüdür.
- Ağlamaq - Qadınlar kişilərdən 5 dəfə daha çox ağlayırlar. Alimlərin araşdırmasına görə, bu ağlama krizisləri də daha çox saat 19.00-22.00 arasında baş verir.
- Enerji sərfi - Kişilər hərəkətsiz halda, bədənlərinin hər kvadrat metrinə orta hesabla 39.5 kalori sərf etdikləri halda, qadınlarda bu rəqəm 37 kaloridir. Kişilərin gündəlik kalori ehtiyacı 2700, qadınınkı isə 2000 kaloridir.
- Beyin - Kişi beyni qadınınkından 14 faiz daha ağırdır. Buna qarşııq qadınlarda beynin iki yarımkürəsi arasında ünsiyyət daha yaxşıdır.
- Ürək döyüntüsü - Kişilərin ürəyi daha böyükdür və daha yavaş vurur. Daha dəqiq desək, kişi ürəyi dəqiqədə 72 dəfə vurduğu halda, qadınlarda bu rəqəm 80-dir.
- İstiyə həssaslıq - Qadınlar qalın yağ örtüklərinə görə soyuğa daha dözümlüdülər.

Kim tez qocalır?

- Yaşlanmaq - Kişilər qadınlardan daha sürətli yaşlanırlar. 55 yaşındakı bir qadın bədən gücünün 90 faizinə sahibdir. Halbuki eyni yaşdakı bir kişi həmin gücün 70 faizinə sahibdir. 35 yaşındakı bir kişinin qan-damar sistemi 50 yaşındakı bir qadınınkına bərabərdir. Buna qarşılıq olaraq, qadında dəri daha incə olduğu üçün yaşlanıb qırışır. Qadınlar yaşlanma hadisəsini kişilərdən çox daha asan qəbul edirlər.
- Keçid yaş - Kişilər keçid dövrünü 10-15, qadınlar isə 9-14 yaşlarda yaşayırlar.
- Orta yaş həddi - Kişilərin ömür həddi 71.5, qadınlarınkı isə 78 ildir.
Bədən ölçüləri - Kişilər orta hesabla 175 sm boyunda və 73.5 kilo ağırlığındadır. Döş çevrəsi 98,5 sm, beli isə 80,4 sm-dir. Qadın orta hesabla 160 sm uzunluğunda olub, 61,2 kilodur. Döş çevrəsi 90,1, yançaqıarı 96,5 sm, beli isə 74,3 sm-dir.
- Ayaqlar - Kişilərin ayaqları daha uzun və əzələlidir. Buna görə də qadınlardan daha sürətli qaçır, daha uzağa hoppanırlar.
- Tənəffüs - Kişilər bir dəqiqə ərzində orta hesabla 16 dəfə nəfəs alıb verir. Qadınlar isə dəqiqədə 20-22 dəfə nəfəs alıb verir. Amma bununla belə, hər iki cinsin gündə alıb-verdikləri nəfəsin miqdarı eynidir – 12 min litr.
- İnkişaf - Yeniyetməlik dövrünə qədər qızlar oğlanlardan daha sürətli böyüyürlər. Oğlanlar 14-15 yaş arasında inkişafa başlayırlar və 20 yaşına qədər bu inkişaf davam edir. Qızlarda isə ən sürətli inkişaf dönəmi 12-13 yaşlarına təsadüf edir və 17-18 yaşında bu inkişaf dayanır.

Bəs kim daha çox ağıllıdır?

Kişilər məntiqli, analitik olduğu halda, qadınlar intuisiyalı, yaradıcı və bütünləşdiricidir.
Kişilərin qadınlarla bağlı ən çox şikayət etdiyi məqam: qadınların onları dəyişdirməyə çalışması.
Qadınların kişilərlə bağlı ən şikayət etdiyi məqam: kişilər onlara qulaq asmır.

Daha bir fərqli məqam: qadınlar kişilərdən 3 dəfə artıq baş ağrısı çəkir.

- Evlilik qərarları - Kişi yorulduğu üçün evlənir. Qadın isə marağından belə bir addım atır. Son nəticədə isə hər ikisi xəyal qırıqlığına uğrayır.
- Stil - Kişilər səhər oyandıqları vaxtdan axşam yatağa girənə qədər eyni formada görünürlər. Qadınlar isə hansısa səbəbə görə gecə boyunca çirkinləşirlər.
- Evlilik və gələcək - Qadın özünə ər tapana qədər gələcəyi ilə bağlı narahatçılıq keçirir. Kişi isə evlənəcək qadın tapana qədər gələcəyi ilə bağlı narahat olmaz.
- Evlilikdən gözləntilər - Bir qadın bir kişi ilə evlənərkən onun dəyişəcəyinə, onu dəyişdirəcəyinə ümid edər, amma qarşı tərəf dəyişməz. Bir kişi isə bir qadınla evlənəndə xəyal edir ki, qadın dəyişməyəcək. Baxmayaraq ki, qadınlar evlilikdən sonra dəyişir.

Qadınlar nə istəyir?

- İnsanın öz xanımını xoşbəxt görməsi üçün iki şeyə ehtiyacı var. Qadının öz istədiyi kimi hərəkət etməsinə icazə vermək və özünün də qadının istədiyi kimi davrandığını düşünməsinə imkan vermək.
- Xətalar - Evli bir kişi səhvlərini unutmalıdır. İki nəfərin birdən eyni şeyi xaırlamasına ehtiyac yoxdur.
- Uzun həyat - Evli kişilər subaylardan daha uzun yaşayırlar. Amma evil kişilər ölümü daha çox arzulayırlar.
- Ünsiyyət - Qadınlar ünsiyyət qurmaq üçün gündə 20.000 söz, mimika və jestdən istifadə edirlər. Halbuki kişilərdə bu rəqəm cəmi 7.000-dir.

Və sonda… Qarşı cinslə aranızda bu qədər fərq olduğunu bilirdinizmi? Üstünlüklər, fərqlər, dəyişikliklər… Bütün bunları təhlil edəndən sonra sevgilinizə, həyat yoldaşınıza daha diqqətlə baxın. Bəlkə onda hər şey daha gözəl görünəcək gözünüzə? Axı kişi ilə qadının bu qədər fərqi təbiətin hökmüdür...
Həm də ki, aranızda bu qədər fərq olmasa, həyat da darıxdırıcı ola bilər…


Geri dön

-KoR-ReSSaM-

  • 19 fevral 2012 09:47
  • Məqalə: 0
  • Şərh: 283
  • Bal:
deyerli fikirlere gore tesekkur......

--------------------
sevgi :/

babyzz

  • 4 iyun 2011 22:05
  • Məqalə: 0
  • Şərh: 116
  • Bal:
{awards}
Siz oldum (ruben_shara@yahoo.com)
My name Miss Shara, mən profil gün gördüm və maraqlı oldu, mən də daha çox bilmək kimi olacaq və sizə kimə bilmək üçün mənim şəkil verə bilər ki i, mənim e-poçt ünvanına e-poçt göndərmək istəyirəm i am.Here mənim e-mail (ruben_shara@yahoo.com) Shara above.Miss biz (mənim e-mail poçt gözləyirəm here.I dən hərəkət edə bilər və ya məsafə unutmayın rəng fərqi yoxdur, lakin sevgi məsələləri bir çox inanırsınız həyatında.
My gəldikdə
Miss Shara.
ruben_shara@yahoo.com

;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
Nice to meet you,( ruben_shara@yahoo.com)
My name is Miss Shara,i saw your profile today and became interested in you,i will also like to know you more,and i want you to send an email to my email address so i can give you my picture for you to know whom i am.Here is my email address ( ruben_shara@yahoo.com) believe we can move from here.I am waiting for your mail to my email address above.Miss Shara(Remember the distance or color does not matter but love matters a lot in life.
My regards
Miss Shara.
ruben_shara@yahoo.com

RRRR

  • 16 aprel 2011 12:09
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
coooox maraqliydi.tesekkurler tongue

only-girl

  • 6 aprel 2011 16:15
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
tewekkurler

--------------------

lola

  • 13 yanvar 2011 18:33
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
cox sag olun amma hamsi bildiklerim idi

CandyGirl

  • 9 yanvar 2011 19:20
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
yaxsi hazirlamisiz tesekkurler/.......

--------------------

Sergio Ramos

  • 8 yanvar 2011 03:47
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
Belə xəbərlərin çoxu eyni olur deyə oxumadım
Müəllifə təşəkkür

--------------------

Irane

  • 8 yanvar 2011 00:17
  • Məqalə: 8
  • Şərh: 648
  • Bal:
{awards}
cox sagol.ellerine sagliq

--------------------

Irane

  • 7 yanvar 2011 19:15
  • Məqalə: 8
  • Şərh: 648
  • Bal:
{awards}
Teesekkur xebere gore

--------------------

YazYamuru

  • 7 yanvar 2011 18:50
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
belay belay belay belay belay belay belay belay

--------------------



MuslimGirl

  • 7 yanvar 2011 18:31
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
Kişilər məntiqli, analitik olduğu halda, qadınlar intuisiyalı, yaradıcı və bütünləşdiricidir.

Ona gore de qizlarin coxu savadsiz olur. Cox duz qeyd edilib. Tesekkurler

nilayka

  • 7 yanvar 2011 18:24
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
cox maraqsiz xeber idi am

--------------------

Cowardly

  • 7 yanvar 2011 16:33
  • Məqalə: 0
  • Şərh: 149
  • Bal:
{awards}
KISI XEYLAGINDAN ZEHLEM GEDIR
SORRY...............

-=EFSANE-XANIM=-

  • 7 yanvar 2011 15:41
  • Məqalə: 8
  • Şərh: 842
  • Bal:
{awards}
- İnsanın öz xanımını xoşbəxt görməsi üçün iki şeyə ehtiyacı var. Qadının öz istədiyi kimi hərəkət etməsinə icazə vermək və özünün də qadının istədiyi kimi davrandığını düşünməsinə imkan vermək. bunla razi deyilem!

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !

L_SimuS

  • 7 yanvar 2011 15:37
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkur maraqli xeber ucun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 17
Cəmi: 36

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}