Günün qoroskopu (15.06.2013)

 
Günün qoroskopu (15.06.2013)

Qoç - Sürətlə və enerji ilə çalışsanız, çox işlər görə bilərsiniz. Aktual problemin həllində sizə kimsə yardım etməyəcək.
Pərişan olmayın. Əsas məsələ fəaliyyət azadlığı, asudəlikdir. Mübahisələr yaranarsa, narahat olmayın. Müzakirələrdə xeyir var.
Fiziki iş və ya idman xeyirlidir. Həyat potensialınızın səviyyəsi yüksəkdir. Fəal olun, başladığınız işləri bitirin.
Şəxsi münasibətlər müstəvisində təşəbbüskarlıq edin. Səyləriniz layiqincə dəyərləndiriləcək.

Buğa - Gün uğurludur. Yeni ideyalar yaranacaq. Həmin ideyaların bəzilərini reallaşdırmağa sizə dostlar və qohumlar kömək edəcəklər.
Birgə fəaliyyət mübahisələr və fikir ayrılıqlarını unutmağa yardım edəcək. Gün səfərlər, dövlət qurumlarındakı məsələlərin çözümü və ailə üzvlərindən birinin probleminin həlli üçün əlverişlidir.
Maliyyə məsələlərinin həlli çətin olmayacaq. Bir şərtlə ki, sayıq olun, sərvaxt davranın. Yaxınlarınızla münasibətlər günün ikinci yarısında kiçik mübahisə və anlaşılmazlıqla sərinləşə bilər.
Fəqət, ciddi problem olmayacaq. Mübahisə az sonra səngiyəcək.

Əkizlər - İnadkarlıq və qətiyyət məqsədə çatmağa yardım edəcək. Ətrafdakı insanlar "Bu, mümkün deyil!" söyləsələr də, geri çəkilməyin, ruhdan düşməyin.
Mümkünsüz təsir bağışlayan işin öhdəsindən gələcəksiniz. Çoxdan planlaşdırdığınız məqamı gerçəkləşdirmək imkanı var.
Köhnə dostların dəstəyinə və yardımına bel bağlaya bilərsiniz. Yeni müttəfiqlər də yanınızda olacaqlar.
Səfərlər, şəraitin dəyişməsi üçün əlverişli vaxtdır. Yeni təəssüratlar sizi sevindirəcək. Maraqlı tanışlıq istisna deyil.
Alış-veriş uğurlu olacaq. Yaradıcı potensial yüksəkdir. Parlaq ideyalar yaranır.

Xərçəng - Ciddi və ya iri miqyaslı işdə uğur qazanmaq asan deyil. Hər şeyə rəğmən, ruhdan düşməyin, aktiv olun. Məqsədə çatmayınca, sakitləşməyin.
Maliyyə məsələlərində ehtiyatlı olun. Pul itirmək, mənasız xərc və ya fırıldaqla qarşılaşmaq riski böyukdür. Alış-veriş etmək fikrinə düşsəniz, qənaətli olun.
Səfər ideyasından imtina edin. Yeni layihə və ya sifarişin reallaşdırılmasına başlamaq üçün uğurlu gün deyil.
Qərar və addımlarınızın motivlərini heç də həmişə izah edə bilmirsiniz, çünki əksər hallarda intuisiya ilə hərəkət edirsiniz.
Bu isə yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə müəyyən problemlər yaradır. O insanlar sizin gözləntiləri doğrultmadığınızı düşünürlər.
Axşam saatları gəzinti üçün xoşdur. Açıq havada istirahət əhvalınızı yaxşılaşdıracaq.

Şir - Günün ilk yarısı yeni ideyalar, maraqlar və planlar yarana bilər. Yaşamınızda müsbət dəyişikliklərə nail olmaq üçün görülməli işləri və atılmalı addımları müəyyənləşdirin.
Təmirə başlamaq, yaşam arealınızı qaydaya salmaq olar. Gün köç, yerdəyişmə üçün əlverişlidir.
Günün ikinci yarısı o qədər də uğurlu deyil.
Ciddi problemlə qarşılaşacaq, ya da özünüz belə problem yaradacaqsınız. Ani hisslərin əsiri olmayın. Belə davranış mənasız məsrəflər və vaxt itkisi ilə sonuclanacaq.
Axşam saatlarında ağrı yarana bilər. Yuxusuzluq istisna deyil.

Qız - Birmənalı olmayan gündür. Neqativ təmayüllərin təsirləri çox güclüdür. Niyyət və ya planınızı reallaşdırmaq üçün əlverişli situasiyanı tapın.
Tələsməyin. Nə zaman konkret addım atmağın gərəkdiyini intuisiyanız sizə deyəcək.
Təhsil, tədris, bilik və təcrübənin artırılması üçün əlverişli gündür.
Ailədəki problem təcili müzakirə tələb edir. Məsləhətləşmə olmadan həmin problemi təkbaşına həll etməyə çalışmayın.
Günün ikinci yarısında travma riski var. Ağır iş, ekstremal fəaliyyət, sinir, nevroz, mübahisələr ağrılar yarada bilər. Yolda və nəqliyyatda ehtiyatlı olun.
Məişət texnikası və ya mebel ala bilərsiniz.

Tərəzi - Yaxın ətrafınızdakı insanlar sizdən yardım və dəstək gözləyirlər.
Ona görə də öz işlərinizlə müqayisədə başqalarnın problemlərinin həlli ilə daha çox məşğul olacaqsınız. Bununla belə, planlarınızı reallaşdırın, məqsədə çatmağa can atın. Köhnə dostlardan birindən təklif alınması istisna deyil.
Şəxsi problemlərin həlli üçün əlverişli vaxtdır.
Günün ikinci yarısı maliyyə baxımından əlverişlidir.
İmkanınız varsa, alış-veriş edə bilərsiniz. Səfər və ya ezamiyyət uğurla başa çatacaq. Lakin xərclər planlaşdırdığınız məbləğdən bir qədər çox olacaq.

Əqrəb - Gün uğurlu alınır. Yeni işlərə şövqlə başlayın və onların öhdəsindən gəlin. Birmənalı olmayan situasiyalardan çıxış yolu tapmaqda intuisiya sizə kömək edəcək. Gümanlarınızı təhlil edin. Belədə yanılmazsınız.
İmkan varsa, alış-veriş etmək olar.
Təmir, yaşam arealının qaydaya salınması üçün əlverişli gündür.
İnsanlarla asanlıqla dil tapır, çətinlik çəkmədən tanışlıq edir, əvvəllər münasibətləriniz mürəkkəb olduğu şəxslə normal ünsiyyət qurursunuz.
Romantik hisslərə aldanmayın.

Oxatan - Günün ilk yarısında ehtiyatlı olun. Sınaq zamanıdır və xoşagəlməz sürprizlər az olmayacaq. Lakin vaxt keçdikcə müsbət təmayüllərin təsiri tədricən artacaq. Yığılan problemlərin həlli yollarını arayın.
İşlərinizin çox olmasına çalışmayın.
Günün ikinci yarısında yorulacaqsınız. Adi günlərlə müqayisədə gərginlik daha artıqdır.
Ailədə münasibətlər harmonikdir.
Ailə üzvləri və qohumlarla ünsiyyət pozitiv emosiyalar bəxş edəcək.
Axşam saatlarında istirahət edin. Həmkarlar və ya işgüzar tərəfdaşla qeyri-rəsmi şəraitdə vaxt keçirə bilərsiniz.

Oğlaq - Qüvvə və imkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Təkbaşına öhdəsindən gələ bilməyəcəyiniz işə başlamayın.
Ağır işi tənha bitirmək praktiki olaraq mümkün deyil. Dostlar və ya qohumların təklif etdiyi yardımdan boyun qaçırmayın. Ehkamlara, ənənələrə və adətlərə tam riayət etmək imkanlarınızı, potensialınızı məhdudlaşdırır.
Məqsədə doğru daha asan, daha qısa yolun tapılacağı yerdə uzun və dolanbac cığırla irəliləyirsiniz.
Kiçik fikir ayrılıqlarına rəğmən, dostlar və qohumlarla yaxşı münasibətləri qoruyun.
Axşam saatlarında maraqlı görüş, tanışlıq, sürpriz ola bilər.

Dolça - Xırdalıqlara və gördüyünüz işin əhəmiyyətsiz təfərrüatlarına həddən ziyadə diqqət verməyin. Gün uğurludur.
Məqsədə çatmaq üçün bundan yararlanın. Sağlam məntiqə əsaslanın. Sizə sərfəli olan məsləhətlərə qulaq asın, ağıllı və fəndgir olun.
Belədə kimsə sizi yolunuzdan sapdıra bilməz.
Ünsiyyət üçün yaxşı gündür. Çətin məsələlərin müzakirəsi sakit, konstruktiv keçir. Səfər və ya səyahət yaxşıdır, amma əşyalarınızı nəzarətdə saxlayın.
Səhhətinizə fikir verin. Pəhriz saxlayın.

Balıqlar - Bütün hadisələri bədbin fonda görməyin. Gün sizə uğursuz təsir bağışlaya bilər, amma belə deyil.
Qəti və ciddi qərar qəbul etməyə tələsməyin. Yaranmış şəraiti dəyərləndirmək, etibar ediləsi adamla etimad göstərilməyəcək şəxsi müəyyənləşdirmək asan deyil.
Yaxşı tanış olmadığınız insanlarla ehtiyatla və səlis davranın. Münaqişə riski çoxdur.
Hesabat və ya məruzə hazırlamaq, sənədləşdirmə ilə məşğul olmaq əlverişli deyil. Günün ikinci yarısında kiçik alış-veriş etmək olar.
Allergiya riski var.

Milli.Az


Geri dön

GuNaY_83

  • 21 iyun 2013 20:47
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
Dolça - Xırdalıqlara və gördüyünüz işin əhəmiyyətsiz təfərrüatlarına həddən ziyadə diqqət verməyin. Gün uğurludur.
Məqsədə çatmaq üçün bundan yararlanın. Sağlam məntiqə əsaslanın. Sizə sərfəli olan məsləhətlərə qulaq asın, ağıllı və fəndgir olun.
Belədə kimsə sizi yolunuzdan sapdıra bilməz.
Ünsiyyət üçün yaxşı gündür. Çətin məsələlərin müzakirəsi sakit, konstruktiv keçir. Səfər və ya səyahət yaxşıdır, amma əşyalarınızı nəzarətdə saxlayın.
Səhhətinizə fikir verin. Pəhriz saxlayın.

--------------------

surawka

  • 16 iyun 2013 20:58
  • Məqalə: 123
  • Şərh: 7029
  • Bal:
{awards}
tewekkurler winked

sebnem98

  • 16 iyun 2013 02:18
  • Məqalə: 0
  • Şərh: 6592
  • Bal:
{awards}
tesekkurler

--------------------

so_sad

  • 15 iyun 2013 20:48
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
Oxatan - Günün ilk yarısında ehtiyatlı olun. Sınaq zamanıdır və xoşagəlməz sürprizlər az olmayacaq. Lakin vaxt keçdikcə müsbət təmayüllərin təsiri tədricən artacaq. Yığılan problemlərin həlli yollarını arayın.
İşlərinizin çox olmasına çalışmayın.
Günün ikinci yarısında yorulacaqsınız. Adi günlərlə müqayisədə gərginlik daha artıqdır.
Ailədə münasibətlər harmonikdir.
Ailə üzvləri və qohumlarla ünsiyyət pozitiv emosiyalar bəxş edəcək.
Axşam saatlarında istirahət edin. Həmkarlar və ya işgüzar tərəfdaşla qeyri-rəsmi şəraitdə vaxt keçirə bilərsiniz.

Roya_____

  • 15 iyun 2013 20:42
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
twkler (ekızler)

★Angelocka★

  • 15 iyun 2013 20:41
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:
{awards}
tesekkurler....

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

Gun--ka

  • 15 iyun 2013 20:38
  • Məqalə: 3
  • Şərh: 3016
  • Bal:
{awards}
Dolça - Xırdalıqlara və gördüyünüz işin əhəmiyyətsiz təfərrüatlarına həddən ziyadə diqqət verməyin. Gün uğurludur.
Məqsədə çatmaq üçün bundan yararlanın. Sağlam məntiqə əsaslanın. Sizə sərfəli olan məsləhətlərə qulaq asın, ağıllı və fəndgir olun.
Belədə kimsə sizi yolunuzdan sapdıra bilməz.
Ünsiyyət üçün yaxşı gündür. Çətin məsələlərin müzakirəsi sakit, konstruktiv keçir. Səfər və ya səyahət yaxşıdır, amma əşyalarınızı nəzarətdə saxlayın.
Səhhətinizə fikir verin. Pəhriz saxlayın.

--------------------

BƏZƏN deyirəm ki ÇıXıM gedim buralardan sonra fikirləşirəmki hara qacib getsəmdə yenə özümdən qaça bilmərəmki(((((((

lady anna

  • 15 iyun 2013 20:38
  • Məqalə: 26
  • Şərh: 2910
  • Bal:
{awards}
BUGA-Bir az uyqunluq var

--------------------

Sudan Bikmis Balik

  • 15 iyun 2013 20:38
  • Məqalə: 38
  • Şərh: 562
  • Bal:
{awards}
Buğa - Gün uğurludur. Yeni ideyalar yaranacaq. Həmin ideyaların bəzilərini reallaşdırmağa sizə dostlar və qohumlar kömək edəcəklər.
Birgə fəaliyyət mübahisələr və fikir ayrılıqlarını unutmağa yardım edəcək. Gün səfərlər, dövlət qurumlarındakı məsələlərin çözümü və ailə üzvlərindən birinin probleminin həlli üçün əlverişlidir.
Maliyyə məsələlərinin həlli çətin olmayacaq. Bir şərtlə ki, sayıq olun, sərvaxt davranın. Yaxınlarınızla münasibətlər günün ikinci yarısında kiçik mübahisə və anlaşılmazlıqla sərinləşə bilər.
Fəqət, ciddi problem olmayacaq. Mübahisə az sonra səngiyəcək.

Silent_ Night

  • 15 iyun 2013 20:38
  • Məqalə: 647
  • Şərh: 5114
  • Bal:
{awards}
Əkizlər - İnadkarlıq və qətiyyət məqsədə çatmağa yardım edəcək. Ətrafdakı insanlar "Bu, mümkün deyil!" söyləsələr də, geri çəkilməyin, ruhdan düşməyin.
Mümkünsüz təsir bağışlayan işin öhdəsindən gələcəksiniz. Çoxdan planlaşdırdığınız məqamı gerçəkləşdirmək imkanı var.
Köhnə dostların dəstəyinə və yardımına bel bağlaya bilərsiniz. Yeni müttəfiqlər də yanınızda olacaqlar.
Səfərlər, şəraitin dəyişməsi üçün əlverişli vaxtdır. Yeni təəssüratlar sizi sevindirəcək. Maraqlı tanışlıq istisna deyil.
Alış-veriş uğurlu olacaq. Yaradıcı potensial yüksəkdir. Parlaq ideyalar yaranır.

--------------------

GuNaY_83

  • 15 iyun 2013 20:37
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
Dolça - Xırdalıqlara və gördüyünüz işin əhəmiyyətsiz təfərrüatlarına həddən ziyadə diqqət verməyin. Gün uğurludur.
Məqsədə çatmaq üçün bundan yararlanın. Sağlam məntiqə əsaslanın. Sizə sərfəli olan məsləhətlərə qulaq asın, ağıllı və fəndgir olun.
Belədə kimsə sizi yolunuzdan sapdıra bilməz.
Ünsiyyət üçün yaxşı gündür. Çətin məsələlərin müzakirəsi sakit, konstruktiv keçir. Səfər və ya səyahət yaxşıdır, amma əşyalarınızı nəzarətdə saxlayın.
Səhhətinizə fikir verin. Pəhriz saxlayın.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 38
Cəmi: 62

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 581
 
♔Hе важно∞
Xəbərləri: 19
Cəmi: 110
 
MiSS HaPPy)
Xəbərləri: 12
Cəmi: 21
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 8
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 7
Cəmi: 672
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
Dəlishka
Xəbərləri: 3
Cəmi: 3
 
 
{slinks}