İsti qış nə problemlər yadadır? (Mütəxəssislərin rəyi)

 
İsti qış nə problemlər yadadır? (Mütəxəssislərin rəyi)


Qışın ilk ayı mülayim keçdi. Rəsmi proqnozlara görə, yanvar ayında da müsbət temperatur üstünlük təşkil edəcək. Mütəxəssislər havanın mövsümə uyğun keçməməsinin kənd təsərrüfatına və adamların səhhətinə təsirsiz ötüşmədiyini deyir.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzinin rəhbəri Əsəd Musayev bildirir ki, qış aylarında temperaturun normadan artıq olması məhsuldarlığa zərbə vuracaq: “Qış olduqca əlverişsiz keçir. Yağıntıların miqdarı normadan azdır, qarın olmaması isə taxıl istehsalına mənfi təsir göstərir. İndidən proqnoz vermək mümkündür ki, 2011-ci ildə məhsuldarlıq 30-40 faiz aşağı düşəcək. Lakin hələ cücərməyən taxıl sahələri çoxdur, qar yağsa, vəziyyət qismən düzələ bilər. Qar çox vacibdir.

Havanın normadan isti keçməsi gəmiricilərin və həşəratların aktivləşməsinə də səbəb olub. Fermerlərin problemləri birə-beş artıb. Xüsusilə taxıl sahələrinə siçanların verdiyi ziyan böyükdür.

Yüksək temperatur və yağmursuz hava ağacların və bitkilərin vaxtından əvvəl inkişafına gətirir. Ağac, bitki müsbət temperatura aldanır, ardınca kəskin şaxtalar olsa, onlar ziyan görəcək”.

Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının direktoru Oruc İbadlı bildirir ki, havanın anomal keçməsi bitkiləri aldadır: “Bitki yanvarda qara adət etdiyi təqdirdə müsbət temperaturla qarşılaşır və orqanizmində anormal inkişaf başlayır. Belə iqlim dəyişkənliyi zamanı bitkiləri mütəmadi dərmanlamaq lazımdır ki, zərərverici həşəratlar bitkiləri tələf etməsin. Belə havada qarğaların bitki toxumlarına hücumu da çoxalır”.

Oruc İbrahimli hesab edir ki, anomal hava şəraiti məhsuldarlığa ciddi ziyan vurmayacaq: “Əgər anomal hava şəraiti payız və yaz aylarında olsaydı, bu, ciddi fəsadlara yol açardı. Məhsuldarlığa ciddi ziyan bitkinin mayalanma, çiçəkləmə dövründə küləkdən, şaxtadan dəyə bilər”.

Azərbaycan Fermerlər İttifaqının sədri Sadıq Murtuzayev bildirir ki, qışlaqrda otlaqlar yararsız vəziyyətə düşüb: “Olduqca ağır vəziyyətdir. Qışlaqlar bərbad, yararsız haldadır. Çünki heyvanların qidalanması üçün yaşıllıq yoxdur. Xüsusilə qoyunçuluğa ağır ziyan dəyib.

Əkinçilikdə də vəziyyət ürəkaçan deyil. Sahələrin az qala 70 faizində bitmə heç yoxdur. Bundan sonra qar yağsa belə, vəziyyət düzəlməyəcək. Çünki indiyə kimi taxıl göyərməliydi ki, üstünü qar örtsün. Birdən-birə şaxtalar düşəcək və taxılın yeni cücərtilərini şaxta vuracaq. Bir sözlə, çox təhlükəli vəziyyət yaranıb”.

Havaların anomal keçməsi insan səhhətində də müxtəlif fəsadlar yaradır. Respublika Perinatal Mərkəzinin həkim-neantoloqu Aygün İbadullayeva deyir ki, havaların mövsümə uyğun keçməməsi ürək-damar, ağciyər, astma, oynaq, allergik xəstəlikləri olanlara və hipertoniklərə daha mənfi təsir göstərir: “İnsan orqanizmi xarici mühitlə qarşılıqlı əlaqədə olur və özünü xarici mühitə uyğunlaşdırır. İnsanlarda maddələr mübadiləsi, o cümlədən metabolizm həyatın əsasını təşkil edir. Xarici mühitdə baş verən bütün fiziki və kimyəvi proseslər orqanizmin hüceyrələrində struktur dəyişikliklərinə səbəb olur. Temperaturun birdən yuxarı qalması və ya aşağı düşməsi həyat fəaliyyətini pozur. Orqanizmin daxili mühitinin sabitliyi qan dövranından, ifrazat orqanlarının fəaliyyətindən və hidrogen ionlarının qatılığından asılıdır. Temperatur, rütubət, atmosfer təzyiqi metroloji amillər kompleksinə aiddir. Bunlar ayrılıqda və ya bir yerdə orqanizmə ciddi təsir göstərmək iqtidarındadır.

Məsələn, soyuq havanın uzun və ya qısa müddətli təsiri orqanizmdə ümumi və ya yerli reflektor dəyişikliklər əmələ gətirir. Yəni qış fəslində olduqca mülayim hava şəraiti və yaxud əksinə, yazda sərt hava şəraiti hökm sürdükdə insan orqanizminin yoluxucu xəstəliklərə qarşı müqaviməti aşağı düşür. Belə hava xüsusilə ürək qüsuru olan, damar sklerozu, ağciyər, oynaq xəstəlikləri keçirmiş şəxslər üçün daha təhlükəlidir. Bu tip anomal hava şəraiti həmin xəstəliklərin ağırlaşmasına səbəb olur.

Uzun müddətdir temperatur iqlimə uyğun deyil, yüksəkdir, bu isə ürək-damar sisteminin kompensator qabiliyyətinin, mədə-bağırsaq sisteminin funksional fəaliyyətinin zəifləməsi ilə müşahidə olunur. Belə şəraitdə tez yorulma, zehni və fiziki əmək qabiliyyətinin aşağı düşməsi baş verir. Burada günəş radiasiyasının orqanizmə təsiri amilini də nəzərə almaq lazımdır. Günəşin aktivliyi yüksəldikcə elektromaqnit sahəsinin gərginliyi artır və bir sıra xroniki xəstəliklər kəskinləşir. Anomal hava əsəb sistemi xəstəliklərinə də öz ciddi mənfi təsirini göstərir. Belədə qrip və başqa yoluxucu xəstəliklər daha da əl-qol açır. Yəni əlavə radiasiya maddələr mübadiləsinə, immun sisteminə təsir göstərir”.


Geri dön

CandyGirl

  • 9 yanvar 2011 18:59
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
qisda ne isti qar yaqsin

--------------------

Sergio Ramos

  • 8 yanvar 2011 03:13
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
Oxumadım

--------------------

MuslimGirl

  • 7 yanvar 2011 18:41
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Mutexessise ehtiyac yoxdur, sebebleri cox aydindir. Tesekkurler

-=EFSANE-XANIM=-

  • 7 yanvar 2011 15:17
  • Məqalə: 8
  • Şərh: 844
  • Bal:
{awards}
MENE ISE BELE HAVA XOWDUR,QAR ISTEMIREM

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !

L_SimuS

  • 7 yanvar 2011 15:03
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler xebere gore...,

Morning_Star

  • 7 yanvar 2011 14:08
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
{awards}
Təşəkkürlər

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 38

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}