Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin anım günüdür

 
Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin anım günüdür

Milli Qəhrəman 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən şəhid olub.

Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimir rayonunda hərbçi ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçüb. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirib. 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olan Çingiz Mustafayev 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirir. Təhsilini başa vuran gənc Çingiz təyinatla Dəvəçi rayonunda üç il həkim işləyir. 1983-cü ildə dünyada ilk dəfə olaraq türkcə rep janrlı mahnını Çingiz Mustafayev səsləndirmişdir.

1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu, Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynamağa başladığı rol Çingiz Mustafayevi islahatçı-novator lider simasında təqdim etməkdə idi.
Çingiz həkim olsa da, jurnalistikaya böyük həvəsi vardı. 1990-cı il 20 Yanvar hadisələri zamanı bu fikir özünü bir daha göstərdi.

Sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri Çingiz lentə almışdır. 1991-ci ildən isə həyatını jurnalistikaya tam bağladı.

Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başladı. Ancaq yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona gərə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.

Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əskərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O, cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.

Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədədə həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi.

Bu gün Azərbaycanda Çingiz Mustafayev adına radiostansiya, Çinfiz Mustafayev adına fond fəaliyyət göstərir. Amma Çingizin özü yoxdur - 21 il bundan əvvəl o, bizi əbədi olaraq tərk edib.


Geri dön

Roya_____

  • 1 iyul 2013 23:30
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
Allah rehmet elesın

surawka

  • 16 iyun 2013 22:36
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
Allah rehmet elesin...

Roya_____

  • 16 iyun 2013 06:52
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
RUHU ŞAD OLSUN

come back

  • 16 iyun 2013 01:12
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
Allah rehmet elesin...

мυsLiмαηκα

  • 16 iyun 2013 00:41
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Allah rehmet elesin...

GUNI

  • 15 iyun 2013 23:43
  • Məqalə: 0
  • Şərh: 6492
  • Bal:
{awards}
ALLAH REHMET ELSIN....

--------------------

Adsiz yazici

  • 15 iyun 2013 23:08
  • Məqalə: 15
  • Şərh: 3015
  • Bal:
{awards}
ALLAH rehmet elesin.......

Gulka Genceli

  • 15 iyun 2013 22:41
  • Məqalə: 0
  • Şərh: 129
  • Bal:
{awards}
Allah rehmet elesin.

--------------------
"Yoxluğunuzu hiss etməyəni varlığınızla narahat etməyin."
-Bob Marley

✰ ♥..Золушка..♥ ✰

  • 15 iyun 2013 21:48
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
ALLAH REHMET ETSIN...

★Alison MicCan★

  • 15 iyun 2013 21:35
  • Məqalə: 4
  • Şərh: 1389
  • Bal:
{awards}
ALLAH REHMET ELESIN :(

--------------------
''Ben'' kattım sana biraz, öyle sevdim seni. Çünkü sen de bensiz; o kadar güzel değilsin hani..'':)))

HUSEYN ASHIQI

  • 15 iyun 2013 21:20
  • Məqalə: 84
  • Şərh: 2550
  • Bal:
{awards}
ALLAH REHMET ELESIN MEKANI CENNET OLSUN

--------------------



Eger menim Şie olmağim kimise narahat edirse------>Men bu narahatciliğa göre fexr edirem (Alhamdul'illah)

Sudan Bikmis Balik

  • 15 iyun 2013 21:05
  • Məqalə: 38
  • Şərh: 574
  • Bal:
{awards}
Çingizin özü yoxdur - 21 il bundan əvvəl o, bizi əbədi olaraq tərk edib.

-chanel-

  • 15 iyun 2013 21:04
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
Allah rehmet elesin mekani cennet olsun.



love time

  • 15 iyun 2013 20:56
  • Məqalə: 34
  • Şərh: 745
  • Bal:
{awards}
tewekkurler............

--------------------

lady anna

  • 15 iyun 2013 20:35
  • Məqalə: 26
  • Şərh: 2973
  • Bal:
{awards}
ALLAH REHMET ELESIN

--------------------

: Sensizde Babatdi :

  • 15 iyun 2013 20:31
  • Məqalə: 38
  • Şərh: 3283
  • Bal:
{awards}
Allah rehmet elesin

--------------------

Roya_____

  • 15 iyun 2013 20:28
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
ALLAH REHMET ELESIN ONA

legend sun girl

  • 15 iyun 2013 20:27
  • Məqalə: 89
  • Şərh: 1623
  • Bal:
{awards}
ALLAH RƏHMƏT ELƏSİN sad

^^Nazli^^

  • 15 iyun 2013 20:26
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
ALLAH rehmet elesin

--------------------

colkali ayka

  • 15 iyun 2013 20:25
  • Məqalə: 0
  • Şərh: 1188
  • Bal:
{awards}
Allah rehmet elesin((

sebnem98

  • 15 iyun 2013 20:24
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
Allah rehmet elesin

--------------------

★KaRaMeLKa★

  • 15 iyun 2013 20:22
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
ALLAH rehmet elesin...

so_sad

  • 15 iyun 2013 20:21
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Allah rehmet elesin recourse

GuNaY_83

  • 15 iyun 2013 20:19
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
ALLAH rehmet elesin.......

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 25

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}