Ruhi öz mağazasının siması olacaq

 
Ruhi öz mağazasının siması olacaq

Bir müddət əvvəl səhnəni tərk edən və şəxsi biznesini quran Ruhinin briliant mağazası “Emerald”in (“Zümrüd”) fəaliyyətinin bir ili tamam olub. Müğənni təmtəraqlı ad günü keçirtməsə də bir sıra məlumatlar verib. O, mağazasının bir illik fəaliyyətindən, həyata keçirmək fikrində olduğu yeniliklərdən danışıb. Mağazasının nə açılışını, nə də bir yaşını təmtəraqla qeyd etməməsinin səbəbini Ruhi belə əsaslandırıb: “Hay-küy istəmirəm. Həm də bu ay ağır aydır. Keçən il də belə oldu. Sakitliyə daha çox üstünlük verirəm”.

Geridə qoyduğumuz 2010-cu il ərzində mağazasının fəaliyyətini o qədər də yüksək qiymətləndirməyən Ruhi işlərinin çox da pis getmədiyini deyib: “Artıq bir ildir ki, mağazamız fəaliyyətdədir. Bu müddət ərzində şəhərin sayılıb-seçilən butikləri arasına qoşulan mağazamızın işləri nə çox pis keçdi, nə də əla. Şükür edirəm ki, hər şey normal oldu. Fikrimcə, bu, bir il üçün yaxşı göstəricidir. Düzdür gözlədiyimi ala bilmədim. İnşallah, 2011-ci il daha uğurlu olar”.

Fəaliyyətinin bir ilini qeyd edən mağaza bu müddət ərzində dizayn dəyişikliyində yeniliklər edib. Hazırda “Emerald” butiki dizayn fərqi ilə seçilir: “Mağaza açılandan 4-5 ay sonra dizaynerimizi dəyişmək qərarına gəldik. Gənc cütlüklə işbirliyinə başladıq. İndi mağazanın görünüşündən razıyam. Bizim mağazada qiymətlər başqa dükanlara baxanda xeyli sərfəlidir. Çünki mən özüm hacı xanımam. Qazanc gözləsəm də, acgözlük etmirəm. Hər şeyi halallıqla etməyə çalışıram. Bu elə işdir ki, haram qatmaq olmaz. Çünki buradan mən də, işçilərim də çörək pulu qazanırıq. Ona görə də heç kimin çörəyinə haram qatmaq istəmirəm”. Rəhbərlik etdiyi mağazasından ağız-dolusu danışan Ruhi, mağazasının üstünlüklərini də sadalayıb: “Bizim mağazada əl işlərindən ibarət mallar, eksklüziv zinət əşyaları var. Bunların hər biri bir neçə aya hazırlanan işlərdir. Biz öz brendimizi yaratmışıq. İtaliyada bizim sertifikatlar mallarımıza görə alınır. Daşların hamısına rəy alırıq. Hansındasa problem olsa, o sertifikatla pulumuzu tələb edə bilərik. Ona görə də çox arxayınıq. Mallarımızın 99 faizinin sertifikatı var. Mağazamızda hər bayram ərəfəsində güzəştlər olur. Eyni zamanda özüm butikdə olan vaxt xüsusi endirim edirəm. Demək olar ki, hər gün saat 2-dən sonra burada oluram”.

Ruhi eksklüziv olaraq bir yeniliyi də açıqlayıb. Belə ki, uzun müddətdir butikinə sima axtaran mağaza rəhbəri nəhayət ki, öz seçimini edib: “Mağazanın siması barədə çox fikirləşdim. Düşünürəm ki, sima olaraq seçiləcək insan həm zinət əşyalarına dəyər verməli, həm də gözəlliyi duymalıdır. Əslində sima olaraq bir neçə nəfəri nəzərdə tutmuşduq. Sonra işçilərimizlə məsləhətləşdik. Ola bilsin mart ayından etibarən butikin siması elə mən özüm oldum. Bir şeyi də açıqlayım ki, mənə çox şirkətlərin, estetik klinikaların siması olmaq təklif olunub. Ancaq heç bir təklifə razılıq verməmişəm”. Ruhi onu da bildirib ki, mağazasının siması olması ilə bağlı xüsusi təqdimat mərasimi keçirməyi və bunu ilk dəfə orada açıqlamaq niyyətində olduğunu vurğulayıb.
Sonda isə Ruhi onu səhnədə görməyi arzulayan tamaşaçılara bir müjdə verib: “Səhnədə yenidən görünmək fikrim var. Amma tamaşaçıların qarşısına ifaçı kimi yox, televiziyada yeni layihə ilə çıxmağı düşünürəm”.


Geri dön

_RONALDO_

  • 15 may 2011 17:43
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
tesekkur maragli

--------------------

Sergio Ramos

  • 10 yanvar 2011 19:48
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
Maraqlı deyil mənə
Bəyənmirəm bu xanımı
Müəllifə təşəkkür

--------------------

CandyGirl

  • 9 yanvar 2011 20:08
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
qudurub eeeeee bunnar

--------------------

Humay16

  • 9 yanvar 2011 14:19
  • Məqalə: 0
  • Şərh: 309
  • Bal:
{awards}
ruhiden xosum gelmir ,teze qalsin

--------------------
Əgər günəşi gözdən qaçırdım deyə göz yaşı töksən onda ulduzları da qaçırdarsan

gul_93

  • 9 yanvar 2011 12:46
  • Məqalə: 56
  • Şərh: 1867
  • Bal:
{awards}
allah xeyir versin twk

boginya

  • 9 yanvar 2011 10:07
  • Məqalə: 18
  • Şərh: 161
  • Bal:
{awards}
Xeyirli olsun. Teşkkürler maraqlı xebere göre.

MiYasKa KrEoZi

  • 9 yanvar 2011 03:40
  • Məqalə: 35
  • Şərh: 695
  • Bal:
{awards}
OxuMadIm aMa gOzeL xanImdIr uGuRLaR winked

--------------------

Asiyan

  • 9 yanvar 2011 01:44
  • Məqalə: 0
  • Şərh: 653
  • Bal:
{awards}
XEYİRLİ OLSUN smile

L_SimuS

  • 9 yanvar 2011 01:03
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkur eziyyete gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 47
Cəmi: 74

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 59
Cəmi: 235
 
NIGAR
Xəbərləri: 56
Cəmi: 877
 
Limon qoxusu
Xəbərləri: 53
Cəmi: 75
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 24
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 281
 
Lmzade
Xəbərləri: 22
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}