Quran'i Kərim 29.Ənkəbut ('Hörümçək') surəsi

 
Quran'i Kərim 29.Ənkəbut ('Hörümçək') surəsi


Mərhəmətli və Rəhmli Allahın adı ilə!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

1. Əlif. Ləm. Mim.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ الم

2. İnsanlar elə güman edirlər ki, təkcə: "İman gətirdik!"- demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?
أَحَسِبَ النَّاسُ أَنْ يُتْرَكُوا أَنْ يَقُولُوا آمَنَّا وَهُمْ لَا يُفْتَنُونَ

3. Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır.
وَلَقَدْ فَتَنَّا الَّذِينَ مِنْ قَبْلِهِمْ ۖ فَلَيَعْلَمَنَّ اللَّهُ الَّذِينَ صَدَقُوا وَلَيَعْلَمَنَّ الْكَاذِبِينَ

4. Bəlkə yaramaz işlərə yol verənlər Bizdən gizlənib özlərini xilas edəcəklərini zənn edirlər? Onlar nə yarıtmaz düşüncələrə dalırlar.
أَمْ حَسِبَ الَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ أَنْ يَسْبِقُونَا ۚ سَاءَ مَا يَحْكُمُونَ

5. Kim Allahla qarşılaşacağına ümid bəsləyirsə, qoy bilsin ki, Allahın müəyyənləşdirdiyi zaman hökmən gələcəkdir. O, Eşidəndir, Biləndir.
مَنْ كَانَ يَرْجُو لِقَاءَ اللَّهِ فَإِنَّ أَجَلَ اللَّهِ لَآتٍ ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ

6. Cihada gedən məhz öz xeyri naminə bunu edər. Allahın aləmlərə qətiyyən ehtiyacı yoxdur.
وَمَنْ جَاهَدَ فَإِنَّمَا يُجَاهِدُ لِنَفْسِهِ ۚ إِنَّ اللَّهَ لَغَنِيٌّ عَنِ الْعَالَمِينَ

7. İman gətirərək yaxşı əməl işlədənlərin, əlbəttə ki, təqsirlərindən keçərik və onları etdikləri əməllərdən daha üstün olanı ilə mükafatlandırarıq.
وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَنُكَفِّرَنَّ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلَنَجْزِيَنَّهُمْ أَحْسَنَ الَّذِي كَانُوا يَعْمَلُونَ

8. Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara güzəştə getmə. Dönüşünüz Mənə olacaq, Mən də bütün etdikləriniz barədə sizə xəbər verəcəyəm.
وَوَصَّيْنَا الْإِنْسَانَ بِوَالِدَيْهِ حُسْنًا ۖ وَإِنْ جَاهَدَاكَ لِتُشْرِكَ بِي مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ فَلَا تُطِعْهُمَا ۚ إِلَيَّ مَرْجِعُكُمْ فَأُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ

9. İman gətirib yaxşı işlər görənləri əməlisalehlərə qovuşduracağıq.
وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَنُدْخِلَنَّهُمْ فِي الصَّالِحِينَ

10. İnsanların arasında: "Allaha iman gətirdik!"- deyənləri də vardır. Amma Allah yolunda əziyyətə məruz qaldıqda insanların fitnəsini Allahın əzabı ilə eyni tuturlar. Əgər Rəbbindən bir zəfər gəlmiş olsa, mütləq: "Biz də sizinlə idik!"- deyərlər. Məgər Allah yaradılmışların kökslərində olanları ən yaxşı bilən deyilmi?
وَمِنَ النَّاسِ مَنْ يَقُولُ آمَنَّا بِاللَّهِ فَإِذَا أُوذِيَ فِي اللَّهِ جَعَلَ فِتْنَةَ النَّاسِ كَعَذَابِ اللَّهِ وَلَئِنْ جَاءَ نَصْرٌ مِنْ رَبِّكَ لَيَقُولُنَّ إِنَّا كُنَّا مَعَكُمْ ۚ أَوَلَيْسَ اللَّهُ بِأَعْلَمَ بِمَا فِي صُدُورِ الْعَالَمِينَ

Quran'i Kərim 29.Ənkəbut ('Hörümçək') surəsi

11. Allah iman gətirənləri də, münafiqləri də aşkar edəcəkdir.
وَلَيَعْلَمَنَّ اللَّهُ الَّذِينَ آمَنُوا وَلَيَعْلَمَنَّ الْمُنَافِقِينَ

12. Kafirlər möminlərə: "Bizim yolumuzla gedin, günahlarınızı öz üstümüzə götürək"- deyirlər. Halbuki onların heç biri heç kimin günahının altına girən deyillər. Şübhəsiz ki, onlar yalançıdırlar.
وَقَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا اتَّبِعُوا سَبِيلَنَا وَلْنَحْمِلْ خَطَايَاكُمْ وَمَا هُمْ بِحَامِلِينَ مِنْ خَطَايَاهُمْ مِنْ شَيْءٍ ۖ إِنَّهُمْ لَكَاذِبُونَ

13. Onlar həm öz günah yüklərini və həm də onlarla yanaşı, neçə-neçə yükləri də daşıyacaqlar. Qiyamət günü onlar uydurduqları şeylər barəsində mütləq sorğu-suala çəkiləcəklər.
وَلَيَحْمِلُنَّ أَثْقَالَهُمْ وَأَثْقَالًا مَعَ أَثْقَالِهِمْ ۖ وَلَيُسْأَلُنَّ يَوْمَ الْقِيَامَةِ عَمَّا كَانُوا يَفْتَرُونَ

14. Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O, min ildən əlli il az bir müddət ərzində onların arasında qaldı. Tufan onları zülm etdikləri zaman yaxaladı.
وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ فَلَبِثَ فِيهِمْ أَلْفَ سَنَةٍ إِلَّا خَمْسِينَ عَامًا فَأَخَذَهُمُ الطُّوفَانُ وَهُمْ ظَالِمُونَ

15. Biz onu və gəmidə olanları xilas edib bu möcüzə ilə aləmlərə ibrət dərsi verdik.
فَأَنْجَيْنَاهُ وَأَصْحَابَ السَّفِينَةِ وَجَعَلْنَاهَا آيَةً لِلْعَالَمِينَ

16. İbrahimi də xatırla! Bir zaman o öz qövmünə demişdi: "Allaha ibadət edin və Ondan qorxun! Heç bilirsinizmi bu sizin üçün nə qədər xeyirlidir?
وَإِبْرَاهِيمَ إِذْ قَالَ لِقَوْمِهِ اعْبُدُوا اللَّهَ وَاتَّقُوهُ ۖ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ

17. Siz Allahı qoyub ancaq bütlərə ibadət edir və yalan uydurursunuz. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Elə isə ruzini Allahdan diləyin, Ona ibadət edin və Ona şükür edin. Siz ancaq Ona qaytarılacaqsınız".
إِنَّمَا تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ أَوْثَانًا وَتَخْلُقُونَ إِفْكًا ۚ إِنَّ الَّذِينَ تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ لَا يَمْلِكُونَ لَكُمْ رِزْقًا فَابْتَغُوا عِنْدَ اللَّهِ الرِّزْقَ وَاعْبُدُوهُ وَاشْكُرُوا لَهُ ۖ إِلَيْهِ تُرْجَعُونَ

18. Əgər onu yalançı hesab etsəniz, bilin ki, sizdən əvvəlki xalqlar da öz peyğəmbərlərini yalançı saymışdılar. Peyğəmbərin vəzifəsi isə sadəcə olaraq dini anlaşıqlı tərzdə təbliğ etməkdir.
وَإِنْ تُكَذِّبُوا فَقَدْ كَذَّبَ أُمَمٌ مِنْ قَبْلِكُمْ ۖ وَمَا عَلَى الرَّسُولِ إِلَّا الْبَلَاغُ الْمُبِينُ

19. Məgər onlar Allahın yaradılmışları əvvəlcə necə xəlq etdiyini, sonra da onları yenidən təkrarladığını görmürlərmi? Həqiqətən, bu, Allah üçün asandır.
أَوَلَمْ يَرَوْا كَيْفَ يُبْدِئُ اللَّهُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ ۚ إِنَّ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرٌ

20. De: "Yer üzünü gəzib dolaşın və Allahın məxluqatı ilk dəfə necə yaratdığına baxın. Sonra Allah ölüləri dirildəcəkdir. Allah hər şeyə qadirdir.
قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ بَدَأَ الْخَلْقَ ۚ ثُمَّ اللَّهُ يُنْشِئُ النَّشْأَةَ الْآخِرَةَ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

Quran'i Kərim 29.Ənkəbut ('Hörümçək') surəsi

21. O, istədiyinə əzab verir, istədiyinə də rəhm edir. Siz yalnız Ona qaytarılacaqsınız.
يُعَذِّبُ مَنْ يَشَاءُ وَيَرْحَمُ مَنْ يَشَاءُ ۖ وَإِلَيْهِ تُقْلَبُونَ

22. Siz nə yerdə, nə də göydə Ondan gizlənib yaxa qurtara bilməyəcəksiniz. Allahdan başqa sizin nə bir himayədarınız, nə də bir yardımçınız olacaq".
وَمَا أَنْتُمْ بِمُعْجِزِينَ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ ۖ وَمَا لَكُمْ مِنْ دُونِ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ

23. Məhz Mənim mərhəmətimdən ümidlərini kəsənlər Allahın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edənlərdir. Elə onlar üçün ağrılı-acılı bir əzab vardır.
وَالَّذِينَ كَفَرُوا بِآيَاتِ اللَّهِ وَلِقَائِهِ أُولَٰئِكَ يَئِسُوا مِنْ رَحْمَتِي وَأُولَٰئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ

24. Qövmünün cavabı isə ancaq: "Ya onu öldürün, ya da yandırın!"- demələri oldu. Lakin Allah onu oddan qorudu. Doğrudan da, bunda mömin adamlar üçün mənimsəməli bir ibrət vardır.
فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَنْ قَالُوا اقْتُلُوهُ أَوْ حَرِّقُوهُ فَأَنْجَاهُ اللَّهُ مِنَ النَّارِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ

25. İbrahim dedi: "Siz aranızda ancaq dünya həyatına bəslədiyiniz vurğunluğa görə Allahı qoyub bütlərə pərəstiş etdiniz. Sonra isə Qiyamət günü bir-birinizi kafir adlandırıb lənətləyəcəksiniz. Sığınacağınız Od olacaqdır. Sizə yardım edə bilən kəslər də tapa bilməyəcəksiniz".
وَقَالَ إِنَّمَا اتَّخَذْتُمْ مِنْ دُونِ اللَّهِ أَوْثَانًا مَوَدَّةَ بَيْنِكُمْ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ ثُمَّ يَوْمَ الْقِيَامَةِ يَكْفُرُ بَعْضُكُمْ بِبَعْضٍ وَيَلْعَنُ بَعْضُكُمْ بَعْضًا وَمَأْوَاكُمُ النَّارُ وَمَا لَكُمْ مِنْ نَاصِرِينَ

26. Lut ona iman gətirdi. İbrahim dedi: "Mən Rəbbimin yanına (əmr etdiyi Şam diyarına) hicrət edirəm. Həqiqətən, O, Qüdrətlidir, Müdrikdir".
فَآمَنَ لَهُ لُوطٌ ۘ وَقَالَ إِنِّي مُهَاجِرٌ إِلَىٰ رَبِّي ۖ إِنَّهُ هُوَ الْعَزِيزُ الْحَكِيمُ

27. Biz ona İshaqı və Yəqubu bağışladıq. Onun nəslinə peyğəmbərlik və Kitab verdik. Dünyada onun mükafatını verdik. Şübhəsiz ki, o, axirətdə əməlisalehlərdən olacaqdır!
وَوَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ وَجَعَلْنَا فِي ذُرِّيَّتِهِ النُّبُوَّةَ وَالْكِتَابَ وَآتَيْنَاهُ أَجْرَهُ فِي الدُّنْيَا ۖ وَإِنَّهُ فِي الْآخِرَةِ لَمِنَ الصَّالِحِينَ

28. Lutu da xatırla! Bir zaman o öz qövmünə belə demişdi: "Doğrudan da, siz özünüzdən əvvəlki aləmlərdə heç kəsin etmədiyi iyrənc bir iş tutursunuz.
وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِ إِنَّكُمْ لَتَأْتُونَ الْفَاحِشَةَ مَا سَبَقَكُمْ بِهَا مِنْ أَحَدٍ مِنَ الْعَالَمِينَ

29. Həqiqətən, siz kişilərin yanına şəhvətlə gedir, yol kəsir və məclislərinizdə bir-birinizlə murdar işlər görürsünüz?" Qövmünün cavabı isə ancaq: "Əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir!"- demələri oldu.
أَئِنَّكُمْ لَتَأْتُونَ الرِّجَالَ وَتَقْطَعُونَ السَّبِيلَ وَتَأْتُونَ فِي نَادِيكُمُ الْمُنْكَرَ ۖ فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَنْ قَالُوا ائْتِنَا بِعَذَابِ اللَّهِ إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ

30. Lut dedi: "Ey Rəbbim! Fitnə-fəsad törədən qövmün əleyhinə mənə kömək et!"
قَالَ رَبِّ انْصُرْنِي عَلَى الْقَوْمِ الْمُفْسِدِينَ


Geri dön

GuNaY_83

  • 17 iyun 2013 18:13
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:

5. Kim Allahla qarşılaşacağına ümid bəsləyirsə, qoy bilsin ki, Allahın müəyyənləşdirdiyi zaman hökmən gələcəkdir. O, Eşidəndir, Biləndir.
مَنْ كَانَ يَرْجُو لِقَاءَ اللَّهِ فَإِنَّ أَجَلَ اللَّهِ لَآتٍ ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ

--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 17 iyun 2013 10:38
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

: Sensizde Babatdi :

  • 16 iyun 2013 22:16
  • Məqalə: 38
  • Şərh: 3255
  • Bal:
{awards}

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

--------------------

lady anna

  • 16 iyun 2013 19:05
  • Məqalə: 26
  • Şərh: 2910
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

pessimistka hebibe

  • 16 iyun 2013 16:30
  • Məqalə: 8
  • Şərh: 5507
  • Bal:
{awards}
Allah razi olsun

surawka

  • 16 iyun 2013 15:24
  • Məqalə: 123
  • Şərh: 7029
  • Bal:
{awards}
O, istədiyinə əzab verir, istədiyinə də rəhm edir. Siz yalnız Ona qaytarılacaqsınız.
يُعَذِّبُ مَنْ يَشَاءُ وَيَرْحَمُ مَنْ يَشَاءُ ۖ وَإِلَيْهِ تُقْلَبُونَ

sebnem98

  • 16 iyun 2013 14:18
  • Məqalə: 0
  • Şərh: 6592
  • Bal:
{awards}
4. Bəlkə yaramaz işlərə yol verənlər Bizdən gizlənib özlərini xilas edəcəklərini zənn edirlər? Onlar nə yarıtmaz düşüncələrə dalırlar.
أَمْ حَسِبَ الَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ أَنْ يَسْبِقُونَا ۚ سَاءَ مَا يَحْكُمُونَ

--------------------

GuNaY_83

  • 16 iyun 2013 13:57
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
7. İman gətirərək yaxşı əməl işlədənlərin, əlbəttə ki, təqsirlərindən keçərik və onları etdikləri əməllərdən daha üstün olanı ilə mükafatlandırarıq.

--------------------

..:Crystal:..

  • 16 iyun 2013 13:26
  • Məqalə: 61
  • Şərh: 7144
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN ALLAH KÖMEYİNİZ OLSUN

--------------------

love time

  • 16 iyun 2013 13:23
  • Məqalə: 34
  • Şərh: 727
  • Bal:
{awards}
4. Bəlkə yaramaz işlərə yol verənlər Bizdən gizlənib özlərini xilas edəcəklərini zənn edirlər? Onlar nə yarıtmaz düşüncələrə dalırlar.

--------------------

★Alison MicCan★

  • 16 iyun 2013 12:50
  • Məqalə: 4
  • Şərh: 1371
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
''Ben'' kattım sana biraz, öyle sevdim seni. Çünkü sen de bensiz; o kadar güzel değilsin hani..'':)))

мυsLiмαηκα

  • 16 iyun 2013 12:29
  • Məqalə: 0
  • Şərh: 8834
  • Bal:
{awards}
Allah razi olsun..

Gül Əliyeva

  • 16 iyun 2013 12:15
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}
Allah razı olsun menim şipşirin bacişim feelr...

...Yene men...

  • 16 iyun 2013 11:41
  • Məqalə: 0
  • Şərh: 66
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN....

Feat Deniz

  • 16 iyun 2013 11:35
  • Məqalə: 10
  • Şərh: 1950
  • Bal:
{awards}
allah sizi saxlasin teüekkurler

--------------------

JOKER_GIRL

  • 16 iyun 2013 11:22
  • Məqalə: 0
  • Şərh: 73
  • Bal:
{awards}
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ


--------------------
# həyatda hər şey ola bilərsən.
** muhum olan 'İNSAN' olmaqdır !!!!!

★KaRaMeLKa★

  • 16 iyun 2013 11:16
  • Məqalə: 166
  • Şərh: 6629
  • Bal:
{awards}
Allah razi olsun...

Nara Neznakomka

  • 16 iyun 2013 11:04
  • Məqalə: 174
  • Şərh: 10792
  • Bal:
{awards}
2. İnsanlar elə güman edirlər ki, təkcə: "İman gətirdik!"- demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?
أَحَسِبَ النَّاسُ أَنْ يُتْرَكُوا أَنْ يَقُولُوا آمَنَّا وَهُمْ لَا يُفْتَنُونَ

3. Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır.
وَلَقَدْ فَتَنَّا الَّذِينَ مِنْ قَبْلِهِمْ ۖ فَلَيَعْلَمَنَّ اللَّهُ الَّذِينَ صَدَقُوا وَلَيَعْلَمَنَّ الْكَاذِبِينَ

4. Bəlkə yaramaz işlərə yol verənlər Bizdən gizlənib özlərini xilas edəcəklərini zənn edirlər? Onlar nə yarıtmaz düşüncələrə dalırlar.
أَمْ حَسِبَ الَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ أَنْ يَسْبِقُونَا ۚ سَاءَ مَا يَحْكُمُونَ

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

so_sad

  • 16 iyun 2013 10:54
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
Allah razi olsun

^^Nazli^^

  • 16 iyun 2013 10:06
  • Məqalə: 134
  • Şərh: 7629
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

colkali ayka

  • 16 iyun 2013 09:40
  • Məqalə: 0
  • Şərh: 1176
  • Bal:
{awards}
Allah razi olsun twk))))))))))))

Roya_____

  • 16 iyun 2013 08:47
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Allah razı olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 31
Cəmi: 46

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 60
Cəmi: 78
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}