Quran və hədisdə nəfslə cihad

 
Quran və hədisdə nəfslə cihad

İnsanın, adi hal olan yalnız özünü düşünməsi və başqalarının fikrində olmaması kimi ibtidai və heyvani «öz»ündən əlavə, hərislik və tamahkarlıq kimi hisslərə malik olmasında da heç bir şəkk-şübhə yoxdur və bu çox təəccüblü bir xəstəlikdir. İnsan, digər gizli xəstəlik və ruhi düyünlərə də düçar olur. Bunların hamısı öz yerində düzgün mətləblərdir, amma onların nəticəsi nədir? Nəticə budur ki, nəfs tamahkarlıq, hərislik, batində yatmış itlər formasında olan meyllər və əfi ilan şəklinə düşdükdə aradan aparılmalıdır və nəfslə cihad edilməlidir. Yəni Quranın «pisliklərə əmr edən nəfs» adlandırdığı hisslə mübarizə aparılmalıdır. Bir tikə çörək yemək istəyən nəfs, birinci mərhələdə pis işlər görülməsinə fərman vermir. Bu meyl, təbii və bəyənilən bir məsələdir. Amma təbii olan bu hiss hərislik, tamahkarlıq, paxıllıq, həsəd, kin, qəzəb və bu kimi şəkillərə düşdükdə «pis işlərə əmr edən» olur. Quran da pis əməllərə əmr edən nəfslə mübarizə aparılmasının zəruriliyini bildirib. «Kim (dünyada) azğınlıq etmişsə, dünyanı (axirətdən) üstün tutmuşsa, şübhəsiz ki, onun məskəni Cəhənnəmdir! Amma kim Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini, şəhvəti qadağan etmişsə, həqiqətən onun yurdu Cənnətdir.» Quran nəfsin qarşısının alınması zəruriliyini vurğulayaraq, onun, öz istəklərinin dalınca getməsinə mane olmağı təkid edir. Başqa bir yerdə isə belə buyurur: «[Ya Peyğəmbər!] Nəfsini özünə tanrı edən və Allahı bilərəkdən [onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün] yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü?...» (“Casiyə”,23). Digər bir yerdə isə həzrət Yusifin dilindən belə nəql edir: «Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs [insana] pis işlər görməyi [şəhvətə uymağı] əmr edər...» (“Yusif”,53). Siz həzrət Yusifin bu sözlərinə diqqət edin. O, özündən arxayın olmasına baxmayaraq yenə də «nəfs pis işlər görməyi əmr edər» deyir.
Yusif demək istəyir ki, insanın nəfsi həddindən artıq çox dolaşıq bir sistemə malikdir və onun onuncu qatında insanın onun mövcudluğundan xəbərsiz olduğu şeylər ola bilər. O, buna görə də «mən özümü təmizə çıxartmıram» deyir. Möminin xüsusiyyətlərindən biri də budur ki, o, heç vaxt nəfsinə, pis işlər görməyəcəyi baxımından etimad göstərmir.

Buna görə də islam, nəfslə cihad edilməsi məsələsini təsdiq edir. Ümumiyyətlə nəfslə cihad kəlməsi islama məxsus olan terminlərdəndir. Bu kəlmənin tarixçəsi belədir ki, səhabələrdən bir qrupu çətin döyüşlərdən birindən qayıdanda cəm şəkildə Peyğəmbərin (s) hüzuruna getmişdilər. Siz peyğəmbərin vəziyyətdən necə düzgün istifadə etməsi və sözü nə qədər yerində deməsinə diqqət edin. O həzrət müharibədən qayıtmış əsgər və döyüşçülərə afərin demək istəyir, amma bununla bərabər onlara böyük əxlaq dərsi də verir. Peyğəmbər (s) həmin dəstəyə üz tutaraq belə buyurur: «Afərin! Kiçik cihaddan qayıdan, amma boyunlarında böyük cihad etmək vəzifəsi qalmış insanlara eşq olsun!» Onlar deyirlər: «Ey Allahın peyğəmbəri, böyük cihad nədir? Peyğəmbər (s) buyurur: «Nəfslə cihad!» Bəli, pis işlərə əmr edən nəfslə cihad etmək başqa insanla döyüşməkdən daha böyük və çətindir. Deməli, nəfslə cihad məsələsini islam da qəbul edir və ürfan məktəbinin bura kimi olan mətləbləri onunla uyğundur.

Amma biz, ürfan və sufilik adlandırdığımız bu məktəbdə nəfslə cihad, eqoistlik və xudbinliklə mübarizə və «öz»ü cəzalandırmaq mərhələsindəki mətləblərdə bəzən islamın təsdiq etmədiyi məsələlərlə də rastlaşırıq. Əlbəttə bu, istisna hallara şamil olur və mən bu məktəbin böyük şəxsiyyətlərinin belə səhv etdiklərini demək istəmirəm. Amma hər halda bu məktəb əhlinin sözlərində bu cür səhvlər çoxdur.

Mərhələlərdən biri də, çətin və məşəqqətli ruhi məşğələlərdir (riyazət). Onlar bu mərhələyə çatanda, islam onların müqabilində dayanaraq bədənin insanın boynunda haqqa malik olduğunu bildirir. Peyğəmbərin (s) səhabələrindən bəziləri bu cür məşəqqətli riyazətlərlə məşğul olmaq istəyirdilər. Amma, o həzrət həmin şəxslərlə kəskin şəkildə mübarizə aparırdı. Bütün bunlara baxmayaraq, bəzən belə şəxslərin islamın icazə vermədiyi dərəcədə çətin riyazətlərlə məşğul olduqlarına rast gəlinir. Bu çox da mühüm olmayan əngəllərdən biridir.

Nəfslə mübarizə və cihad iki cürdür. Bəzən nəfslə aparılan bu mübarizə riyazət çəkmək formasında olur. Belə ki, onlar çox az yemək və yuxularını həddindən artıq azaltmaqla bədənlərinə əziyyət verirlər. İnsanın bədəni elə bir xüsusiyyətə malikdir ki, şəxs onu necə formalaşdırırsa, o da həmin şəraitə alışaraq onu qəbul edir. İnsan çoxlu təkrar və vərdiş nəticəsində, doğrudan da gün ərzində bir neçə badam ləpəsi ilə keçinmək və on beş dəqiqə yuxu ilə kifayətlənmək həddinə çata bilər. Yəni bədənini məşəqqətli vəziyyətdə saxlaya bilər. Əlbəttə bu iş daha çox hindililər arasında geniş hal alıb və islam bu işin yayılmasına icazə vermədiyi üçün müsəlmanlar arasında belə işlərə az təsadüf edilir.

Amma nəfslə cihadın digər bir növü bədənlə deyil, nəfs və ruhun özü ilə mübarizədir. Yəni nəfsin meyl və istəklərinin əksinə əməl etməkdir. Bu da müəyyən qədər düz bir işdir. Amma burada da bəzən elə şeylərə rast gəlinir ki, onlar islam məntiqinə uyğun deyildir və bu din kamil insanı bu şəkildə təsvir etməmişdir.


Geri dön

ShoKKi_MoKKi

  • 23 iyun 2013 10:54
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
Allah razı olsun

--------------------

^^Nazli^^

  • 18 iyun 2013 20:20
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

: Sensizde Babatdi :

  • 17 iyun 2013 21:08
  • Məqalə: 38
  • Şərh: 3283
  • Bal:
{awards}
Allah razı olsun...........

--------------------

so_sad

  • 17 iyun 2013 19:22
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Allah razı olsun

..:Crystal:..

  • 17 iyun 2013 18:50
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
♥T♥Ə♥Ş♥Ə♥K♥K♥Ü♥R♥L♥Ə♥R♥

--------------------

Dikaya_Kavkazka

  • 17 iyun 2013 17:42
  • Məqalə: 0
  • Şərh: 2791
  • Bal:
{awards}
ALLAH razi olsun

✰ ♥..Золушка..♥ ✰

  • 17 iyun 2013 17:14
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

colkali ayka

  • 17 iyun 2013 17:07
  • Məqalə: 0
  • Şərh: 1188
  • Bal:
{awards}
Allah razi olsun

surawka

  • 17 iyun 2013 17:01
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
Allah razi olsun

Gözlüklü

  • 17 iyun 2013 15:55
  • Məqalə: 216
  • Şərh: 9553
  • Bal:
{awards}
Allah razi olsun

Nara Neznakomka

  • 17 iyun 2013 15:32
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Kim (dünyada) azğınlıq etmişsə, dünyanı (axirətdən) üstün tutmuşsa, şübhəsiz ki, onun məskəni Cəhənnəmdir! Amma kim Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini, şəhvəti qadağan etmişsə, həqiqətən onun yurdu Cənnətdir.» Quran nəfsin qarşısının alınması zəruriliyini vurğulayaraq, onun, öz istəklərinin dalınca getməsinə mane olmağı təkid edir. Başqa bir yerdə isə belə buyurur: «[Ya Peyğəmbər!] Nəfsini özünə tanrı edən və Allahı bilərəkdən [onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün] yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü?...» (“Casiyə”,23). Digər bir yerdə isə həzrət Yusifin dilindən belə nəql edir: «Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs [insana] pis işlər görməyi [şəhvətə uymağı] əmr edər...» (“Yusif”,53). Siz həzrət Yusifin bu sözlərinə diqqət edin. O, özündən arxayın olmasına baxmayaraq yenə də «nəfs pis işlər görməyi əmr edər» deyir.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

GuNaY_83

  • 17 iyun 2013 15:02
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

lady anna

  • 17 iyun 2013 14:53
  • Məqalə: 26
  • Şərh: 2973
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Adsiz yazici

  • 17 iyun 2013 14:49
  • Məqalə: 15
  • Şərh: 3015
  • Bal:
{awards}
Allah razı olsun

✰_DeLNoLiNi_✰

  • 17 iyun 2013 14:19
  • Məqalə: 155
  • Şərh: 6036
  • Bal:
{awards}
_Allah _Razi _Olsun_

--------------------

★Angelocka★

  • 17 iyun 2013 14:15
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

GunesGunes

  • 17 iyun 2013 14:12
  • Məqalə: 34
  • Şərh: 926
  • Bal:
{awards}
Allah razi olsun...

★Alison MicCan★

  • 17 iyun 2013 14:11
  • Məqalə: 4
  • Şərh: 1389
  • Bal:
{awards}
TEWEKKURLER...

--------------------
''Ben'' kattım sana biraz, öyle sevdim seni. Çünkü sen de bensiz; o kadar güzel değilsin hani..'':)))

Roya_____

  • 17 iyun 2013 13:44
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 47
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 28
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 23
Cəmi: 65
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1143
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}