Nəzir və əhd

 
Nəzir və əhd

Nəzir və əhdin şərtləri və hökmləri

- İnsanın Allaha xatir xeyir bir işi öz öhdəsinə götürməsi və ya bəyənilməyən bir işi tərk etməsi nəzir adlanır.

- Nəzirin iki növü var: şərtlə yerinə yetirilən nəzir (məsələn, bir şəxs deyir ki, xəstəm sağalsa, Allaha xatir filan işi öhdəmə götürürəm; belə bir nəzir şükür nəziri adlanır; ya da insan pis işi yol verəcəyi təqdirdi Allaha xatir xeyir bir iş görəcəyini öhdəsinə götürür); ikinci növ nəzir mütləq nəzirdir. Mütləq nəzir edən şəxs heç bir qeyd-şərtsiz deyir: “Mən Allaha xatir nəzir edirəm ki, gecə namazı qılım.”

- Nəzir bu işdən ötrü siğə oxunduğu vaxt düzgün sayılır. Bu siğə həm ərəbcə, həm də başqa dillərdə ola bilər. Əgər bir şəxs “filan istəyim yerinə yetsə Allaha xatir fəqirə filan qədər mal verməyi öhdəmə götürürəm” söyləsə, onun nəziri düzgündür. Nəzir edən şəxs söyləsə ki, filan istəyim yerinə yetsə Allaha xatir filan işi yerinə yetirərəm, kifayət edər.

- Nəzir o zaman düzgün sayılır ki, nəzir edən büluğ həddinə çatmış, ağıllı şəxs olsun. Məcburi şəkildə, əsəbi halda edilən nəzir düzgün deyil.

- Malını boş yerə sərf edən səfeh adamın, eləcə də, müflis olduğu üçün şəri hakim tərəfindən malına qadağa qoyulmuş şəxsin həmin maldan nəzir etməsi düzgün sayılmır.

- Əgər qadının nəzri onun ərinin hüquqlarını pozarsa, onun icazəsiz nəzri batildir. Əgər ərinin hüquqlarını pozmazsa, müstəhəb ehtiyat budur ki, ərinin icazəsi ilə nəzir etsin.

- Əgər qadın lazım gəldiyi halda ərinin icazəsi ilə nəzir edərsə, əri vacib ehtiyata əsasən onun nəzrini poza bilməz və ya bu nəzirin qarşısını ala bilməz.

- Övlad nəzir etmək üçün atasından icazə almaya bilər. Amma ediləcək nəzir ataya əziyyət olarsa, belə bir nəzir düzgün sayılmaz.

- Yalnız yerinə yetirilməsi mümkün olan işləri nəzir etmək mümkündür.

- İnsanın nəzir etdiyi iş şərən bəyənilməlidir. Beləcə, haram və ya məkruh işlərin görülməsini, vacib və ya müstəhəb işlərin tərk edilməsini nəzir etmək düzgün deyil.

- Nəzir ediləcək işini bütün xırdalıqlarının bəyənilməsi zəruri deyil. Əgər iş özü şərən bəyənilirsə, bu bəs edir. Məsələn, nəzir edilərsə ki, hər ayın ilk gecəsi gecə namazı qılınacaq, bu nəzir düzgündür və ona əməl edilməlidir. Əgər nəzir edilsə ki, yoxsullara müəyyən bir yerdə təam veriləcək, həmin nəzirə deyildiyi şəkildə əməl olunmalıdır.

- Yerinə yetirilməsi və ya tərk olunması eyni dərəcədə mübah olan bir işi nəzir etmək mümkün deyil. Amma həmin işi yerinə yetirmək və ya tərk etmək müəyyən bir baxımdan daha yaxşıdırsa, həmin məqsədlə nəzir etmək olar. Məsələn, nəzir edilsə ki, ibadətə qüvvə olması üçün bir şey yeyiləcək və ya ibadətdə süstlük yaranan bir qida tərk olunacaq, bu nəzir düzgündür.

- Bir şəxs nəzir etsə ki, oruc tutacaq, amma onun vaxtını və miqdarını müəyyənləşdirməsə, bir gün oruc tutsa bəs edər. Eləcə də, miqdarı və necəliyi müəyyənləşdirilmədən namaz qılmaq nəzir edilsə, iki rəkət namaz qılmaq bəs edər. Digər xeyir işlərin nəziri də belədir.

- Bir şəxs nəzir etsə ki, müəyyən bir gün oruc tutacaq, vacib ehtiyat budur ki, həmin gün səfərə çıxmasın və orucunu tutsun. Əgər həmin gün səfərə çıxsa nəzir etdiyi orucun qəzasını tutması vacibdir. Vacib ehtiyat budur ki, kəffarə də versin.

- Bir şəxs imkan olan halda nəzirini yerinə yetirməsə günaha yol vermişdir və kəffarə də ödəməlidir. Nəzirin kəffarəsi 60 fəqiri doyurmaq, ya iki ay ardıcıl oruc tutmaq, ya da bir qul azad etməkdir.

- Əgər bir şəxs müəyyən bir əməli müəyyən vaxtadək tərk edəcəyini nəzir edərsə, həmin müddət ötdükdən sonra həmin işi yerinə yetirə bilər. Vaxt tamam olmamış yaddan çıxardığı üçün və ya məcburi şəkildə həmin işi görsə, günah etməmişdir. Amma nəzərdə tutulan vaxtadək həmin işi görməməsi lazımdır. Bir şəxs üzürsüz səbəbdən nəzirini pozub həmin işi görərsə, ötən məsələdə deyildiyi kimi kəffarə verməlidir.

- Bir şəxs müəyyən bir əməli daimi olaraq tərk edəcəyini nəzir edərsə və vaxt müəyyənləşdirməzsə, ixtiyari şəkildə nəzrini pozduqda birinci dəfə kəffarə verir. Əgər nəziri elə bir şəkildə olarsa ki, hər dəfə uyğun əməli yerinə yetirdikdə nəzirdən sayılsın, hər dəfə kəffarə ödəmək vacib ehtiyatdır. Belə bir məqsəd olmasa və ya bu işi məqsədlə gördüyünə şəkk etsə, bir kəffarə bəs edir.

- Əgər hər həftənin müəyyən günü (məsələn, cümə günü) oruc tutmaq nəzir edilərsə, cümələrdən biri fitr və qurban bayramına düşdükdə, eləcə də, heyz kimi bir üzür olduqda, oruc tutmamalı, ehtiyatən, həmin orucun qəzasını yerinə yetirməlidir.

- Əgər bir şəxs müəyyən miqdarda pul sədəqə verməyi nəzir edərsə, sədəqəni verməmiş öldükdə onun malından həmin miqdarda sədəqə verilməlidir.

- Əgər müəyyən bir fəqirə sədəqə vermək nəzir olunarsa, həmin sədəqəni başqa fəqirə vermək olmaz və həmin fəqir ölərsə, ehtiyata əsasən, sədəqə onun varisinə verilməlidir.

- Əgər imamlardan birinin, məsələn, imam Hüseynin (ə) ziyarətinə getmək nəzir olunsa, başqa bir imamın ziyarətinə getmək bəs etmir. Üzürlü səbəbdən imamın ziyarətinə gedə bilməsə, eybi yoxdur.

- Ziyarətə getməyi nəzir etmiş şəxs ziyarət qüslü verməyi və namaz qılmağı nəzir etməmişsə, bu işləri görməsi vacib deyil.

- Əgər imam və ya imamzadələrdən birinin hərəmi üçün bir şey nəzir edilərsə, həmin şey hərəmə sərf olunmalıdır. Təmir işləri, xalı-xalça, işıqlandırma, hərəmə xidmət bu qəbildəndir. Amma hərəmin adını çəkmədən imam və ya imamzadə üçün bir şey nəzir olunarsa, həmin şeyi adı çəkilən işlərlə yanaşı əzadarlıq və anım mərasimlərinə, həmin şəxslərlə bağlı əsərlərin nəşrinə, onların ziyarətçilərinə sərf etmək olar.

- Nəzir olunmuş qoyunun yunu, çəkisindəki artım da nəzirdən sayılır. Nəzir olunmuş qoyun balalayarsa və ya süd verərsə, vacib ehtiyata əsasən balası və südü də nəzirə sərf olunmalıdır.

- Bir şəxs xəstəsinin sağalması, səfərdə olan yaxın bir insanın sağ-salamat geri qayıtması üçün xeyir bir iş nəzir edərsə, nəzir edənədək xəstəsi sağalsa və ya səfərdə olan yaxın adamı qayıtsa, həmin nəzirə əməl etməsi vacib deyil.

- Ata və ya ana qızını seyidə ərə verməyi nəzir edərsə, bu nəzir etibarlı sayılmır. Büluğ həddinə çatmış qızın ixtiyarı özündədir.

- Nəziri yerinə yetirmək vacib olduğu kimi əhdə də əməl etmək vacibdir. Bir şərtlə ki, əhd siğəsi oxunmuş olsun. Məsələn, deyilir: “Allahla əhd edirəm ki, filan xeyir işi görüm.” Amma siğə oxunmasa və ya nəzərdə tutulan iş şərən bəyənilməsə, əhd etibarsız sayılır.

- Əgər bir şəxs yuxarıda qeyd olunan şərtlər daxilində əhdinə əməl etməsə, kəffarə verməlidir. Əhdin də kəffarəsi nəzirin kəffarəsi kimidir. Yəni 60 fəqiri doyurmaq, 2 ay ardıcıl oruc tutmaq və ya bir qul azad etmək. (2 ay orucun 31 günü ardıcıl tutulur).


Geri dön

★Love Pearl★

  • 12 iyul 2013 18:38
  • Məqalə: 335
  • Şərh: 4368
  • Bal:
Allah razı olsun

--------------------
Azerbaijan Medical University smile

ShoKKi_MoKKi

  • 23 iyun 2013 10:48
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
AllaH RaZı oLsuN...

--------------------

★Angelocka★

  • 19 iyun 2013 18:26
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

✰ ♥..Золушка..♥ ✰

  • 19 iyun 2013 18:12
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

^^Nazli^^

  • 18 iyun 2013 20:01
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

★KaRaMeLKa★

  • 18 iyun 2013 10:16
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Allah razi olsun....

colkali ayka

  • 18 iyun 2013 08:30
  • Məqalə: 0
  • Şərh: 1188
  • Bal:
{awards}
Allah razi olsun

: Sensizde Babatdi :

  • 17 iyun 2013 22:32
  • Məqalə: 38
  • Şərh: 3283
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Nara Neznakomka

  • 17 iyun 2013 22:03
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
- Nəzir o zaman düzgün sayılır ki, nəzir edən büluğ həddinə çatmış, ağıllı şəxs olsun. Məcburi şəkildə, əsəbi halda edilən nəzir düzgün deyi...........l............

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

★Alison MicCan★

  • 17 iyun 2013 20:06
  • Məqalə: 4
  • Şərh: 1389
  • Bal:
{awards}
tewekkuler...

--------------------
''Ben'' kattım sana biraz, öyle sevdim seni. Çünkü sen de bensiz; o kadar güzel değilsin hani..'':)))

мυsLiмαηκα

  • 17 iyun 2013 20:05
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Allah razi olsun twk

pessimistka hebibe

  • 17 iyun 2013 20:00
  • Məqalə: 8
  • Şərh: 5629
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkkkkkkkkkkkkk

so_sad

  • 17 iyun 2013 19:07
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
ALLAH Razi olsuN...

..:Crystal:..

  • 17 iyun 2013 19:06
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN

--------------------

surawka

  • 17 iyun 2013 18:45
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TEWEKKURLER

Adsiz yazici

  • 17 iyun 2013 18:44
  • Məqalə: 15
  • Şərh: 3015
  • Bal:
{awards}
ALLAH Razi olsuN....

--------------------

lady anna

  • 17 iyun 2013 18:15
  • Məqalə: 26
  • Şərh: 2973
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Roya_____

  • 17 iyun 2013 17:55
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

GuNaY_83

  • 17 iyun 2013 17:46
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
ALLAH Razi olsuN....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 26
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}