Meyvə şirələri

 
Meyvə şirələri


Şirələr qida maddələri ilə zəngindirlər Meyvə şirələri orqanizm üçün meyvənin özündən daha faydalıdır. Belə ki, şirələr daha tez, bir neçə dəqiqəyə həzm olunur və həzmetmə sistemi yüklənmir. Qida maddələri ilə zəngin olan şirələrin faydası:

Alma şirəsi
Qanazlığına, böyrəklərdən daşların düşməsinə kömək edən alma şirəsində minimal miqdarda kalori və çox miqdarda dəmir var. Almanın tərkibində orqanizmi şlaqlardan təmizləyən pektin maddələri olduğundan pəhriz saxlayanlara və fitneslə məşğul olanlara məsləhətdir. Tənəffüs orqanlarının işinin yaxşılaşması üçün gündə stəkan yarım alma şirəsi içilməlidir. Alma şirəsi kök, çuğundur və portağal şirəsi ilə qarışdırıldıqda daha da faydalı olur.

Armud şirəsi
Qan dövranı sistemi və böyrək problemi olanlara məsləhət görülən armud şirəsi əla sidikqovucu təsirə malikdir. Bu şirədə bağırsaq və həzmetmə sisteminin işini yaxşılaşdıran pektin birləşməsi var. Armud şirəsi piylənmədən əziyyət çəkənlərə məsləhətdir, belə ki, o, həzmetməni tənzimləyir, antiseptik, antibakterial və ağrıkəsici təsirə malikdir.

Portağal şirəsi
Portağal şirəsi vitamin C mənbəyidir, ona görə bu şirəni əsasən ilin soyuq aylarında soyuqdəymənin müalicəsi və prafilaktikası məqsədilə içirlər. Portağal avitaminoz problemi olan insanlara da çox faydalıdır. Bu şirə tonusu artırır, yorğunluğu aradan qaldırır və qan damarlarını möhkəmləndirir. Həkimlər portağal şirəsini böyrək xəstəlikləri, ateroskleroz və hipertoniya zamanı içməyi məsləhət görürlər. Bu şirəni mədə xorası, onikibarmaq bağırsaq, bağırsaq pozğunluğu və qastrit zamanı içmək olmaz.

Ananas şirəsi
Ananas şirəsi bromelayn adlanan təbii maddə ilə zəngindir ki, bu da piyləri əridir və orqanizmi cavanlaşdırır. Bu şirə, həmçinin angina və böyrək müalicəsi, stress və üşütmə zamanı faydalıdır. O, mədəaltı vəzinin işinə yaxşı təsir edir, orqanizmdən mayeni çıxarır ki, bu da sellülitin prafilaktikasına kömək edir. Ananas şirəsi ayaq şişkinliyi və tromboz zamanı da məsləhət görülür. Bu şirəni içə-içə rahat arıqlaya bilərsiniz.

Qreypfrut şirəsi
Bir qreypfrut ilə gündəlik vitamin C ehtiyatınızı ödəyəcəksiniz. Qreypfrut stresin müalicəsi üçün təbii həbdir. Həzmetmə sistemində problemi olanlara bu şirəni içmək məsləhətdir. Yeni sıxılmış şirə qan təzyiqi və böyrək pozğunluğu zamanı içilməlidir. Həmçinin iştahasızlıq, yuxusuzluq, yorğunluq problemini də aradan qaldırır. Qreypfrutda çoxlu vitamin, az kalori olduğundan müxtəlif pəhrizlər üçün əvəzolunmazdır.

Nar şirəsi
Nar şirəsi hemoqlobini artıran müxtəlif təbii maddələr arasında birincidir. O, orqanizm tərəfindən rahat həzm olunur, iştahanı artırır və mədə fəaliyyətini nizama salır. O, sidikqovucu, antiseptik, ağrıkəsici vasitədir. Mədə xəstəliklərində nar şirəsini içmək olmaz. Ümumiyyətlə, nar şirəsini su ilə qarışdırıb içmək məsləhətdir. Nar şirəsi insann radiasiyaya qarşı müqavimətini artırdığından hazırda çox populyardır.

Şirəni sıxılan kimi içmək lazımdır, 10 dəqiqədən sonra faydalı xüsusiyyəti itəcək.

Şirə və nektar - fərq nədədir?
1.Şirə meyvə və tərəvəzlərdən birbaşa sıxma yolu ilə alınan təbii məhsuldur. Onun tərkibində konservant, rəngləyici, dadverici maddələr olmur. Dadverici kimi meyvə və giləmeyvələrdən alınan təbii maddələrdən istifadə olunur. Belə şirənin qiyməti baha olur.

2.Nektar 25-50% təbii şirədən, qalan hissə isə su, şəkər və baldan ibarətdir. Amma düşünməyin ki, nektar təbii şirədən pisdir. Axı albalı və qarağatın şirəsi çox turş olduğundan onu içmək olmur. Ona görə nektarı su ilə qarışdırmalı olurlar. Unutmayın ki, nektarda meyvənin vitamini qalır, ona görə onu içmək məsləhətdir.

3.Şirətərkibli içkidə təbii şirə cəmi 10-40% olur. Şəkər və limon turşusundan başqa, tərkibində süni dadverici, rəngverici, şəkər əvəzedicisi, qida əlavələri olur. Belə içki susuzluğunuzu yatırsa da, tərkibində vitamin yoxdur.


Geri dön

In_The_Dark

  • 31 avqust 2011 10:23
  • Məqalə: 0
  • Şərh: 474
  • Bal:
tesekkurler

music_angel

  • 25 avqust 2011 18:04
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
xebere gore tesekkur edirem

--------------------

NELLY19

  • 27 iyul 2011 21:17
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
TWK MARAQLI MELUMATA GORE...

only-girl

  • 12 iyul 2011 10:06
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
tewekkur edirem

--------------------

::..ONSLAUGHT::..

  • 4 aprel 2011 23:08
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Sagol melumata gore

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Made_In_Bakinka

  • 17 yanvar 2011 03:30
  • Məqalə: 87
  • Şərh: 2350
  • Bal:
{awards}
cox maraqli xeber idi tesekkurler

CandyGirl

  • 9 yanvar 2011 19:30
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
portaqal siresi en yaxsisidi

--------------------

L_SimuS

  • 8 yanvar 2011 00:18
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkur xebere gore

ALYANS

  • 7 yanvar 2011 21:34
  • Məqalə: 0
  • Şərh: 28
  • Bal:
{awards}
Teşekkürler

Teşekkürler

nilayka

  • 7 yanvar 2011 19:51
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
maraqlidir twk winked

--------------------

Lindo

  • 7 yanvar 2011 19:22
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
twk xebere gore

R_O_M_A

  • 7 yanvar 2011 18:21
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
{awards}
Portağal şirəsi,Nar şirəsi XOSUM GELIR BUNLARDAN TEW MARAQLIYDI

--------------------

MuslimGirl

  • 7 yanvar 2011 18:05
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Cox maraqli xeber idi. Tesekkurler gozel xebere gore. Men butun sireleri sevirem

Black_eagle

  • 7 yanvar 2011 17:33
  • Məqalə: 5
  • Şərh: 93
  • Bal:
{awards}
4ox sagol xebere gore

--------------------
I keep waiting here by the phone with your pictures hanging on the wall
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 41
Cəmi: 84

 

Top 10 Müəllif

SiYiNeMe
Xəbərləri: 34
Cəmi: 909
 
azer_
Xəbərləri: 34
Cəmi: 532
 
·٠• Sevgi Nağılı •٠·
Xəbərləri: 33
Cəmi: 292
 
Sαmmyyy_✰
Xəbərləri: 28
Cəmi: 350
 
Islam_awki
Xəbərləri: 27
Cəmi: 105
 
♣LeGEnd of Kİng♣
Xəbərləri: 26
Cəmi: 227
 
EsKeR_BaLaM
Xəbərləri: 26
Cəmi: 67
 
ヅKapriznaya Dəlişkaヅ
Xəbərləri: 22
Cəmi: 220
 
Light_Of_God
Xəbərləri: 21
Cəmi: 76
 
★Glamurka AnGeL★
Xəbərləri: 20
Cəmi: 72