Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib

 
Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib

Bu gün Azərbaycan Respublikası Baş Prokurorluğunda 2010-cu hesabat ilində prokurorluğun Mərkəzi Aparatı tərəfindən görülmüş işlərin nəticələri və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müşavirədə məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov 2010-cu ilin Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün uğurlu hesabat dövrü olduğunu bildirib. Ölkənin digər hüquq-mühafizə orqanları, ilk növbədə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirlikləri ilə qarşılıqlı əlaqəli birgə fəaliyyətin nəticəsində 2010-cu il ərzində cinayətkarlığa qarşı mübarizənin gücləndirildiyi qeyd edən Z.Qaralov kriminogen durumun daha da stabilləşməsi ilə nəticələnən göstəricilərə nail olunduğunu, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görüldüyünü vurğulayıb.

Əməliyyat müşavirəsində 2011-ci ildə korrupsiya cinayətlərinə qarşı səmərəli mübarizənin təşkili və yaranmış vakansiyalara təyinatların aparılması yolu ilə kadr tərkibinin gənc mütəxəssislər hesabına komplektləşdirilməsi məqsədilə 2011-ci ildə 100 ştat vahidi üzrə elan edilmiş qulluğa qəbulun mütəşəkkil şəkildə həyata keçirilməsi, 2010-cu ilin yekunlarının təsdiq edilmiş qrafikə uyğun olaraq Baş Prokurorluğun struktur qurumlarında müzakirələrinin aparılması, Baş Prokurorluğun geniş Kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar zəruri təşkilati tədbirlərin görülməsi barədə konkret göstərişlər verilib.

Əməliyyat müşavirəsində baş prokurorun birinci müavini Rüstəm Usubov 2010-cu ildə cinayətkarlığa qarşı mübarizənin, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili, cinayət təqibi çərçivəsində insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlər barədə, Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Əzizağa Həsənov isə 2011-cu ilin birinci yarım ili üçün Baş Prokurorluğun iş planı barədə məlumat verib


Geri dön

_RONALDO_

  • 14 may 2011 10:37
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
tewekkurler xebere gore

--------------------

L_SimuS

  • 17 yanvar 2011 22:24
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler xebere gore

vuska_90

  • 17 yanvar 2011 19:38
  • Məqalə: 1
  • Şərh: 7
  • Bal:
{awards}
tesekkur xebere ve ezyete gore

nilayka

  • 17 yanvar 2011 12:47
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
thanks winked

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 29
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}