İsveçin paytaxtı Stokholm şəhərində beynəlxalq “Stokholm şokolad festivalı” keçirilir. Dünyanın ən yaxşı 44 şokolad firmasının iştirak etdiyi festivala gələnlər dünyanın ən ləzzətli şokoladlarını dadmaq imkanı əldə ediblər. Müxtəlif növ və dadda şokoladlar haqqında ziyarətçilərə məlumat da verilir.
Festivalda Belçika, Danimarka, İspaniya, İsveçrə, İtaliya, Ekvador və Meksika kimi şokolad istehsalında məşhur olan ölkələrin nümayəndələri iştirak edir.
Qeyd edək ki, beynəlxalq şokolad festivalı artıq 9-cu ildir ki, keçirilir və hər il festivala təxminən 20 min insan qatılır. Festival 3 gün davam edəcək.