Müasir diş fırçaları misvaqdırmı?

 
  • 21.06.2013, 20:49
  • Bölmə: İslam
  • Müəllif: ceci
Müasir diş fırçaları misvaqdırmı?

İslam dini təmizliyə çox böyük önəm vermiş və bunu imanın göstəricilərindən saymışdır. Bədənin, namaz qılınacaq yerin, iş, istirahət yerinin təmiz tutulması ilə bağlı əmr və tövsiyələri sünnətdə tapmaq mümkündür. Bədən təmizliyi ilə bağlı fitrətdən gələn keçmiş peyğəmbərlərin də tətbiq etdiyi bəzi təmizlik nöqtələrinə diqqət çəkilmişdir.

Dırnaqların kəsilməsi,bığların uzun hissəsinin qısaldılması, sünnət olmaq və xüsusilə də dişlərin təmiz tutulması da bunların arasında sayıla bilər. (Müslim Tahara 56, Əbu Davud Tahara, 29)

Dört şey keçmiş peyğəmbərlərin sünnətindəndir. Həya duyğusu, ətirlənmək, diş təmizliyi və nikah. (Tirmizi Nikah,1)
Dişlərin təmizlənməsi üçün istifadə olunan misvaqın İslamda xüsusi bir yönü də vardır.


Aişə (r.a) dan rəvayət edildiyinə görə Rəsulullah (s.a.s) belə buyurmuşdur: "Misvaq istifadə edilərək qılınan namazın, misvaqsız, namaza üstünlüyü yetmiş qatdır." (Əhməd b. Hənbəl, Müsnəd, VI,272)

Başqa bir hədisdə də, namazla birlikdə diş təmizliyinə belə diqqət çəkilir: "Əgər ümmətimə ağır gəlməsəydi, onlara hər namazda misvaq istifadə etməsini əmr edərdim." (Buxari, Cümə,8, Təmənni, 9, Savm, İbn Macə Taharə,7)

Rəsulullah (s.a.s) in dəstamaz və ya namazla əlaqəli olmadan da, misvaq istifadə etdiyi, xüsusilə də Quran oxumaqdan öncə də diş təmizliyinə diqqət etdikləri görülməkdədir. Misvaq istifadə edilməsində məqsəd ağız təmizliyidir. Şübhəsiz ki, misvaq ağız üçün təmizləyicidir. (Buxari Savm, 27,Nəsai Təharə,4)


Peyğəmbər (s.a.s) in gecə misvaq yanında olmadan yatmadığı, səhər qalxar-qalxmaz ilk işinin dişlərini təmizləmək olduğu nəql edilir. (Əbu Davud Taharə, 30, Əhməd b. Hənbəl,I,373)
Bəzi səhabələr, Onun gündə neçə dəfə dişlərini misvaqladığını saya bilmədiklərini söyləmişdilər.

Digər yandan da Peyğəmbər (s.a.s) dişləri saralmış bir halda hüzuruna çıxan bəzi səhabələrə belə buyurduğu bildirilir: "Heyrət edirəm, necə olur ki, belə saralmış dişlərlə dolaşıb gəzirsiniz? Dişlərinizi misvaqla təmizləyin!" (Əhməd b. Hənbəl I, 214)

Bütün bu hədislər göstərir ki, diş təmizliyi yalnız dəstəmaz və namaz, ya da Qurani-Kərim oxuyarkən deyil, sağlıq baxımından və toplum içinə çıxarkən diqqət edilməsi lazım olan önəmli təmizlənmə şəklidir. Diş təmizliyinin bu dərəcədə önəmli olmasını diqqətə alan İslam alimləri beş vaxtda bu təmizliyinin müstəhab olduğuna diqqət çəkiblər.
Bu vaxtlar aşağıdakılardır:

1)Dişlər saralarkən.
2) Ağız qoxusu dəyişildikdə.
3)Yuxudan oyanarkən.
4) Namaz qılmazdan öncə.
5) Dəstamaz alarkən.

Sivaq - fel olub təmizləmək deməkdir.
Misvaq - təmizliyi icra edərkən istifadə edilən nəsnədir.
Sivaq sözü misvaqla eyniköklü söz olub hədislərdə daha çox istifadə edilmişdir.

Misvaq alətinin əsli olan ərak ağacında diş sağlığı baxımından faydalı olan florin maddələrinin olduğu, ağıza gözəl bir qoxu verdiyi və mədə üçün bir qisim faydalarının olduğu müəyyən edilmişdir. Lakin müasir dövrümüzdə islamı ölçülərə uyğun olaraq hazırlanmış fırça (yəni donuz tükü və s. maddələr istifadə edilməyən ) misvaq kimi istifadə edilə bilər. İnsan diş firçasını misvaq niyyətilə istifadə edərsə, ərak ağacının misvaqından aldığı əcri alar. Buxarinin hədisindən bəlli olur ki, Peyğəmbər (s.a.s) ölüm yatağında olarkən palma ağacının gövdəsindən hazırlanmış misvaqla dişlərini təmizləmişdir. Burdan aydın olur ki, dişi təmizləmək üçün istifadə olunan hər bir şey misvaq adlana bilər.

Önəmli olan ağızın içinə - dişlər də daxil olmaqla düzgün və mütamadi qulluq etməkdir. Sünnət olan ərak ağacı deyil, sünnət olan diş, damaq və s. də daxil olmaqla ağız boşluğunun təmizliyinə diqqətlə riayət etməkdir.


Geri dön

ShoKKi_MoKKi

  • 23 iyun 2013 03:08
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
Allah razi olsun...

--------------------

GuNaY_83

  • 22 iyun 2013 23:26
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

: Sensizde Babatdi :

  • 22 iyun 2013 17:37
  • Məqalə: 38
  • Şərh: 3283
  • Bal:
{awards}
Allah razi olsun.........

--------------------

★Alison MicCan★

  • 22 iyun 2013 16:22
  • Məqalə: 4
  • Şərh: 1389
  • Bal:
{awards}
tewekkurler

--------------------
''Ben'' kattım sana biraz, öyle sevdim seni. Çünkü sen de bensiz; o kadar güzel değilsin hani..'':)))

Nara huseynova

  • 22 iyun 2013 14:56
  • Məqalə: 21
  • Şərh: 2418
  • Bal:
{awards}
tewekkurler............

^^Nazli^^

  • 22 iyun 2013 11:28
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

★KaRaMeLKa★

  • 22 iyun 2013 10:13
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Allah razi olsun

surawka

  • 22 iyun 2013 07:40
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
Allah razı olsun

colkali ayka

  • 22 iyun 2013 00:42
  • Məqalə: 0
  • Şərh: 1188
  • Bal:
{awards}
.Allah köməyiniz olsun.

Adsiz yazici

  • 22 iyun 2013 00:31
  • Məqalə: 15
  • Şərh: 3015
  • Bal:
{awards}
Allah razı olsun

-chanel-

  • 21 iyun 2013 23:51
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
Önəmli olan ağızın içinə - dişlər də daxil olmaqla düzgün və mütamadi qulluq etməkdir.



Priya

  • 21 iyun 2013 22:59
  • Məqalə: 115
  • Şərh: 1946
  • Bal:
{awards}
Şükür hər səhər əməl edirəm.Allah köməyiniz olsun.

--------------------




sebnem98

  • 21 iyun 2013 22:41
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
1)Dişlər saralarkən.
2) Ağız qoxusu dəyişildikdə.
3)Yuxudan oyanarkən.
4) Namaz qılmazdan öncə.
5) Dəstamaz alarkən.

--------------------

HUSEYN ASHIQI

  • 21 iyun 2013 22:29
  • Məqalə: 84
  • Şərh: 2550
  • Bal:
{awards}
COX WUKUR EMEL EDE BILIREM ALLAH RAZI OLSUN

--------------------



Eger menim Şie olmağim kimise narahat edirse------>Men bu narahatciliğa göre fexr edirem (Alhamdul'illah)

FIRA C-VA

  • 21 iyun 2013 22:12
  • Məqalə: 0
  • Şərh: 54
  • Bal:
{awards}
tewekkur ALLAH razi olsun

--------------------
Nə qədər sevirsən sev, bəlli etmə sevgini... Çünki sevdiyin insan sevildiyi qədər üzəcək səni!

Dikaya_Kavkazka

  • 21 iyun 2013 21:52
  • Məqalə: 0
  • Şərh: 2791
  • Bal:
{awards}
Tewekkurler melumat ucun.

..:Crystal:..

  • 21 iyun 2013 21:20
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
təşəkkürlər!!!!

--------------------

★WirinKa★

  • 21 iyun 2013 21:01
  • Məqalə: 14
  • Şərh: 4476
  • Bal:
{awards}
Allah Razi olsuN

--------------------

so_sad

  • 21 iyun 2013 20:59
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Allah razi olsun

GuNaY_83

  • 21 iyun 2013 20:56
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Bu vaxtlar aşağıdakılardır:

1)Dişlər saralarkən.
2) Ağız qoxusu dəyişildikdə.
3)Yuxudan oyanarkən.
4) Namaz qılmazdan öncə.
5) Dəstamaz alarkən.

--------------------

★Angelocka★

  • 21 iyun 2013 20:56
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
tesekkurler siftesi menden

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

Roya_____

  • 21 iyun 2013 20:51
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tesekkurler

Banned1

  • 21 iyun 2013 20:50
  • Məqalə: 1528
  • Şərh: 12551
  • Bal:
{awards}
təşəkkürlər Allah razı olsun ilk şərh mənnəntongue.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 13
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 10
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 10
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}