Həzrət Fatimənin (s.ə.) boyunbağı

 
Həzrət Fatimənin (s.ə.) boyunbağı

Cabir ibni Abdullah Ənsari deyir: “Bir gün Peyğəmbəri-Əkrəm (ə) əsr namazından sonra məsciddə səhabələri ilə bir yerdə əyləşmişdi. Paltarı çırılmış və gücsüz bir qoca məscidə daxil oldu. Kişi dedi: ”Mən aclıqdan gücsüz düşmüşəm, mənə nicat verin”. Peyğəmbəri-Əkrəm (s) buyurur ki, “indi mənim yanımda heç bir şey yoxdur, ancaq mən səni elə bir yerə göndərəcəyəm ki, ehtiyaclarını aradan qaldıracaqdır. Mən səni elə bir evə göndərəcəyəm ki, Allahın, Peyğəmbərin (s) aşiqidirlər”. Peyğəmbər (s) Bilala göstəriş verir ki, onu Həzrət Fatimənin (s.ə) evinə tərəf aparsın. Bu yoxsul insan evin qapısına yaxınlaşıb salam verir. Ev əhli də soruşur ki, sən kimsən?
Cavab verir ki, çarəsiz bir insanam və Peyğəmbərin (s) xidmətindən gəlirəm. Sonra da hacətini söyləyir. Bu üçüncü gün idi ki, Həzrət Fatimə (s.ə) oruc tuturdu və evdə heç bir yemək yox idi. Həzrət Fatimə (s.ə) bu kişiyə vermək üçün evdə bir şey tapmır. Nəhayət, belə qərara alır ki, Həsənlə (ə) Hüseynin (ə) üzərində yatdığı qoyun dərisini bu kişiyə versin. Kişi bu qoyun dərisini görəndə deyir: “Peyğəmbərin qızı, mən aclıqdan taqətsizəm və sən mənə bu qoyun dərisini verirsən”. Həzrət Fatimə (s.ə) bu sözləri eşidən zaman Əbdulmüttəlibin qızının ona bağışladığı boyunbağını ona verir. Kişi bu boyunbağını götürür və məscidə gedir. Peyğəmbərə (s) deyir ki, Həzrət Fatimə (s.ə) boyunbağını mənə verdi və dedi ki, onu satıb, ehtiyaclarımı ödəyim.
Həzrət Peyğəmbər (s) bu sözləri eşidən zaman ağlayır və buyurur: “Allah niyə və nə üçün işlərini həll etməsin ki, keçmişdəkilərin və gələcəkdəkilərin xanımı öz boyunbağını sənə vermişdir”. Əmmar Yasir deyir: “Ya Rəsullah! Mənə izn verirsinizmi ki, bu boyunbağını alım?”.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah bu boyunbağını alana əzab verməz”. Əmmar ərəbdən soruşur ki, bu boyunbağı üçün nə qədər istəyirsən? Deyir: Tox olmaq üçün yemək, geyinmək üçün paltar və vətənimə getmək üçün dinar istəyirəm. Əmmar deyir: “Sənə 200 dinar verəcəyəm, səni doyuzduracağam, geyindirəcəyəm və öz dəvəmlə məmləkətinə göndərəcəyəm”. Sonra Əmmar onu evinə aparır və Xeybərdən gətirdiyi qəniməti ona verir.
Sonra ərəb Peyğəmbərin (s) xidmətinə gəlir və Peyğəmbər (s) soruşur: “Səni doyuzdurdular və geyindirdilər?”. Dedi: “Bəli, hətta məni ehtiyacsız etdilər”. Sonra Peyğəmbər (s) Həzrət Fatimənin (s.ə) fəzilətləri haqqında danışmağa başladı. Həzrət buyurdu: “Qızım Fatiməni qəbrə qoyanda ondan soruşacaqlar ki, Allahın kimdir? Deyəcək Allahım Rəbbdir. Deyəcəklər: Peyğəmbərin kimdir? Deyəcək: Atamdır. Deyəcələr ki, İmam və Vəlin kimdir? Deyəcək ki, o kəs ki, qəbrimin yanında dayanmışdır.
Əmmar boyunbağını götürür və Səhəm adlı bir qul ilə bir yerdə Peyğəmbərin (s) xidmətinə göndərir. Həzrət Peyğəmbər (s) də bu boyunbağını qul ilə bir yerdə Həzrət Fatimənin (s.ə) evinə göndərdi. Qul boyunbağını Xanıma verir və Xanım bu qulu azad edir. Qul Xanımın üzünə gülür və Xanım soruşur ki, niyə gülürsən? Deyir: Bu boyunbağının bərəkətinə görə gülürəm ki, acı doyuzdurdu, yoxsulu ehtiyacsız etdi, paltarı olmayanı paltar sahibi etdi və qulu da azad etdi. Sonra da sahibinə qayıtdı”.


Geri dön

ShoKKi_MoKKi

  • 23 iyun 2013 03:03
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
Allah razi olsun

--------------------

GuNaY_83

  • 22 iyun 2013 23:21
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
ALLAH Razi Olsun

--------------------

: Sensizde Babatdi :

  • 22 iyun 2013 17:54
  • Məqalə: 38
  • Şərh: 3283
  • Bal:
{awards}
Allah razi olsun........

--------------------

★Alison MicCan★

  • 22 iyun 2013 16:07
  • Məqalə: 4
  • Şərh: 1389
  • Bal:
{awards}
TEWEKKURLER.....

ALLAH RAZI OLSUN

--------------------
''Ben'' kattım sana biraz, öyle sevdim seni. Çünkü sen de bensiz; o kadar güzel değilsin hani..'':)))

angeL :(

  • 22 iyun 2013 15:52
  • Məqalə: 16
  • Şərh: 1007
  • Bal:
{awards}
ALLAH Razi Olsun

--------------------

I am princess

^^Nazli^^

  • 22 iyun 2013 11:09
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

★KaRaMeLKa★

  • 22 iyun 2013 10:06
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
ALLAH Razi Olsun

surawka

  • 22 iyun 2013 07:44
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
ALLAH Razi Olsun

Adsiz yazici

  • 22 iyun 2013 00:20
  • Məqalə: 15
  • Şərh: 3015
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!!!

✵Дорогой✵

  • 21 iyun 2013 22:47
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
ALLAH Razi Olsun

-chanel-

  • 21 iyun 2013 22:31
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
Sagolun...



sebnem98

  • 21 iyun 2013 22:30
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
Bu boyunbağının bərəkətinə görə gülürəm ki, acı doyuzdurdu, yoxsulu ehtiyacsız etdi, paltarı olmayanı paltar sahibi etdi və qulu da azad etdi. Sonra da sahibinə qayıtdı”.

--------------------

★WirinKa★

  • 21 iyun 2013 21:51
  • Məqalə: 14
  • Şərh: 4476
  • Bal:
{awards}
Dikaya_Kavkazka,
ALLAH razi olsun. cox maraqli idi

--------------------

Dikaya_Kavkazka

  • 21 iyun 2013 21:44
  • Məqalə: 0
  • Şərh: 2791
  • Bal:
{awards}
ALLAH razi olsun. cox maraqli idi

so_sad

  • 21 iyun 2013 21:06
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Allah razi olsun

★Angelocka★

  • 21 iyun 2013 21:02
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
Allah razi olsun!

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

colkali ayka

  • 21 iyun 2013 20:58
  • Məqalə: 0
  • Şərh: 1188
  • Bal:
{awards}
Allah razı olsun

GuNaY_83

  • 21 iyun 2013 20:58
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!!!

--------------------

Roya_____

  • 21 iyun 2013 20:57
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

..:Crystal:..

  • 21 iyun 2013 20:56
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!!!

--------------------

Banned1

  • 21 iyun 2013 20:56
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
təşəkkürlər ilk şərh mənnəntongue.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 22
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}