Evlilik proqramları nəylə nəticələnə bilər?

 
Evlilik proqramları nəylə nəticələnə bilər?


Telekanalların hazırladığı verilişlərə qatılan qızların qadın alverçilərinin hədəfinə çevriləcəyi ehtimal olunur

Azərbaycan telekanalları Türkiyədəki həmkarlarının ardından başladıqları layihələrin ağrısını çəkməyə başlayacaqlar. Çünki Türkiyədə baş verən hadisələrin bizdə də təkrarlana biləcəyi ehtimalının böyüklüyü hökuməti narahat etməli olacaq. Söhbət evlilik proqramları və onun yaratdığı fəsadlardan gedir. «İzdivac» kimi proqramları bir qədər dəyişib Azərbaycan tamaşaçısına sırıyan bizim telekanallar isə artıq Türkiyə təcrübəsi ilə tanış ola bilərlər.

Evlilik verilişlərinin nə qədər faydalı və ya zərərli olduğu barədə müzakirələr xeyli əvvəldən başlamışdı. Təbii ki, hər iki iddianın müəllifləri öz dediklərini təsdiqləmək üçün müxtəlif arqumentlər gətirirlər. Ancaq işin içində olan bir vacib məsələ var ki, «ayı» və «aslan»ın döyüşdüyü bir meydanda «tülkü» kənardan baxaraq, məqam gözləyir. Bu barədə bir qədər sonra.

Bu gün ANS və ATV kimi telekanalların ciddi-cəhdlə girişdiyi evləndirmə proqramları cəmiyyət tərəfindən nə qədər maraqla qarşılansa da, bunun zərərli tərəflərini görmək üçün bir qədər zaman lazım gəldiyi dəqiqdir. Artıq işin zərərli tərəfi özünü göstərir. Və təcrübə yenə də Türkiyədən alınmadır.

Bu yaxınlarda Türkiyənin tanınmış telekanallarından birində yayımlanan evlilik proqramına qatılan vətəndaşlardan biri tanış olub, evlənmək istədiyi qızı əvvəlcə evinə dəvət edib. Bursaya dəvət etdiyi qadını orada bir gün qonaq olaraq qəbul edən həmin şəxs səhəri günü onu işləməyə məcbur edib. İş yeri isə qadınların satıldığı bir məkan çıxıb. Bir gün sonra edilən bu təklifin ardından təcili polisə baş vuran qadın ona evlənmək təklif edən kişinin həbsini tələb edir. Türkiyə qanunlarına görə, həmin şəxsi ən azı 15 il həbs cəzası gözləyir.

İndi isə Azərbaycana dönək. Yerli telekanallarda yayımlanan məlum verilişlərin günlərin birində ciddi fəsadlara gətirib çıxaracağına qəti şübhə yoxdur. Yazının əvvəlində «tülkü»nün kənarda dayanaraq, hadisələrin gedişatına baxdığını vurğulamışdıq. Elə «tülkü» yaxın dönəmlərdən etibarən yəqin ki, hərəkə keçəcək.

«Tülkü» dedikdə təbii ki, qadın alverçilərini nəzərdə tuturuq. Çünki bu işlə məşğul olan qruplar öz «qurban»larını çox maraqlı şəkildə müəyyənləşdirir və ələ keçirirlər. Belə ki, Türkiyədə saxlanılan və qadın alverinin qurbanı olmuş Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti polisə verdikləri ifadələrində necə «qurban» olduqlarını anladıblar. Həmin məlumatlardan aydın şəkildə görünür ki, qadın alverçiləri öz «hədəf»lərini qəzetlərə verdikləri «iş elan»ları ilə müəyyən ediblər. Qeyd edək ki, qəzet elanlarında «dayə axtarılır», «yaşlılara baxıcılıq» kimi sözlər yazılıb. Göstərilən ünvana getdikdən sonra orada aparılan danışıqlar da ciddi şübhə doğurmayıb. İşin üstü isə Türkiyədə açılıb və onları aparan şəxslər qızların sənədlərini əllərindən alaraq, fahişəliyə cəlb ediblər.

Türkiyədə baş verən məlum hadisədən sonra Azərbaycanda da analoji olayın baş verməyəcəyinə təminat yoxdur. Faktiki olaraq, qəzetlərdə elan verərək, qızları aldadan qadın alverçiləri bundan sonrakı dövrdə həmin əməliyyatlarını telekanallarda davam etdirəcək. Hər halda onların proqrama qatılıb, orada ərə getmək istəyən qızları şirnikləndirici vədlərlə aldada bilmələri elə də çətin məsələ deyil. Telekanalların da elə bir imkanı yoxdur ki, bu niyyətlə proqrama qatılan şəxslərin istəklərini öncədən müəyyənləşdirsin. Ən yaxşı halda, verilişdə tanış olub, evlənən cütlüyü bir-neçə ay nəzarətdə saxlamaq mümkündür. Ki, ondan sonrakı dövrü da taleyin ümidinə buraxmaqdan başqa variant yoxdur.

Nəhayət, bu gün TV-lərdə «evlənmək istəyən»lərin aqibəti «aslan»la «ayı»nın aqibətinə bənzəyir. «Tülkü» isə kənardan gedişata baxıb, zamanı çatanda «ovu» aradan çıxarmaq üçün marıqda dayanıb. Və günlərin birində həmin verilişlərdən birində özünə cütlük tapmış azərbaycanlı bir qızın səsi başqa dövlətlərin «priton»larından gələndə heç kim təəccüblənməsin. Ən azından ona görə ki, bu gec və ya tez baş verəcək.


Geri dön

CandyGirl

  • 9 yanvar 2011 19:41
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
ora qelenlerin aqli yoxdu eeeeeeee

--------------------

MuslimGirl

  • 8 yanvar 2011 15:13
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Sitat: L_SimuS
ozune hormet eden qizin ve oglanin orda ne iwi var ki.......

bax cox duz soz dedin. Bele verlislerden xeyir gelmez. Tesekkurler

BaKiNkA_

  • 8 yanvar 2011 14:35
  • Məqalə: 1
  • Şərh: 264
  • Bal:
{awards}
Thanks bilirdim zehlem gedir uje bu veriliwlerden eh onun yarisi baglanib buda baglansa super, ela olar

Black_eagle

  • 8 yanvar 2011 10:54
  • Məqalə: 5
  • Şərh: 93
  • Bal:
{awards}
sehf etmiremse zaurun verliwi baglanib ele yaxwida baglanib ////xebere gore 4ox sagol qardawim//

--------------------
I keep waiting here by the phone with your pictures hanging on the wall

Morning_Star

  • 8 yanvar 2011 10:47
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
{awards}
Zaurun verilişi bağlansa yaxşıdı.Deyirlər ki,gizli-gizli pul götürürmüş

damla15

  • 8 yanvar 2011 10:39
  • Məqalə: 3
  • Şərh: 232
  • Bal:
{awards}
men isteyirem Zaurun verilisi baqlansin

ahu_gozlu

  • 8 yanvar 2011 09:55
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
Allah yer üzerindeki bütün qizlari, qadinlari bu dehwetli beladan qorusun...AMIN

FERID

  • 8 yanvar 2011 09:12
  • Məqalə: 77
  • Şərh: 327
  • Bal:
{awards}
cox gozal xeberdi tewekkurler

--------------------

DaMLa

  • 8 yanvar 2011 02:59
  • Məqalə: 31
  • Şərh: 330
  • Bal:
{awards}
Hmmmm... bəs nə bilmişdilər? Bunun fəsadları ortaya çıxacağı gün kimi aydındır. Deyirəm verilişə gələnlərin ağılları haradadıree? 2-3 gün, 1 həftə içərisində tanış olduğun adamla ailə qurmaq olar???? Dəhşət!!! Əlbəttə ki, bundan da ağır fəsadların olacağına şübhə yoxdur... Ehhh.. nə isə... Allah ağıl-fikir versin belələrinə, daha nə deyəsən ki)

--------------------

kukla_2019

  • 8 yanvar 2011 02:32
  • Məqalə: 20
  • Şərh: 349
  • Bal:
{awards}
angry
EYYYYYY
QIZLAR......
OTURUN EVDE.VAXTI GELENDE GEDERSIZDE.NE OLUB ?????????? QURDLARDAN YER QALMAYIB MEGER SIZDE????!!!!!!
NENEM BIR SOZ DEYIR HER ZAMAN---MINCIG YERDE QALMIR,GEC TEZ AXIR BIRI GOTURUB IP SALIR QOYUR CIBINE.

MiYasKa KrEoZi

  • 8 yanvar 2011 01:57
  • Məqalə: 35
  • Şərh: 699
  • Bal:
{awards}
ozLeRi biLeR fellow

--------------------

L_SimuS

  • 8 yanvar 2011 01:51
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ozune hormet eden qizin ve oglanin orda ne iwi var ki.......

tewekkur xebere ve izaha gore

Irane

  • 8 yanvar 2011 01:48
  • Məqalə: 8
  • Şərh: 651
  • Bal:
{awards}
Maraqli xeber idi cox sagolun Vallah orda gedib evlenenlerin agli yoxdu axi....hem qizlarin hemde eele oglanlarin Xebere gore tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 27

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}