Bir təbəssümə milyonlarca pul istərlər bizdən

 
Bir təbəssümə milyonlarca pul istərlər bizdən

Yenə gəldin... Özüdə qələmimin daşa ilişdiyi bir vaxtda. Hisslərimi pərişan etməyə, məni dəlicəsinə böyük bir eşqlə divanə etməyə gəldin. Bəlkə dəyişər nələrsə, kim bilir? Bəs niyə bu qədər yubandın?!

Amma yaxşısı budur ki, biləsən: daha heç nə ötənlərdəki kimi olamayacaq. Elə mən də, bəlkə sən də. Sən gəldin, gözlədiklərim isə gəlmək bilməz. Bəlkə yollar usandırdı onları, kim bilir?
Sevdiklərimdən bir tək sən vəfalı çıxdın. Bilirəm, bahar öz aşiqlərini üzməz, gözü yolda qoymaz... Zamanında gəlməyi bir tək sən bacardın. Gedənlər dönməz oldu. Gedənlər gedər gəlməz oldu. ..
Sözüm bu dəfə sənə deyil, sözüm bir türlü gəlmək bilməyənlərədir.
...O kimsəsiz bağlarda iki yer boş qaldı, xarabalıqlardan iki iz daha azaldı. O bağları, o yoları indi başqaları mənzil seçib. Bizdən daha vəfalı, sədaqətli biriləri. Görünür biz sadiq olmağı, əhdə vəfa etməyi bacarmadıq... Boşa nəfəs tükətmişik, boşa xərcləmişik sözlərimizi, boşuna aldadmışıq bir-birimizi. Bəlkə də bizi bir-birimizin qarşısına çıxararaq ən böyük oyunu zaman oynayıb, ən böyük yalanı o danışıb bizə. Hər gün bir az daha bağladı bizi bir-birimizə...
Aslan” ı da tarimar etdilər qəddarlar, heç tərəddüd etdilərmi görəsən?! İki yeri daha sildilər bu dünyadan. “Aslan” ı dağıtmadılar, yerimizi sökmədilər, həm də xatirələrimizi, yaşantılarımızı param-parça etdilər. Kimsəsiz, yalın küçələrdə hərəsi bir tində bir əyyaşın ayaq tozuna çevrildi.
... O çay verən oğlan da daha qalmadı oralarda. Onun da məkanı dəyişdi bizdən sonra. Daha kim çəkər bizim nazımızı, daha kim gülər üzümüzə?! Bir təbəssümə milyonlarca pul istərlər bizdən. Kofeni alarıq, təbbəssümə gücümüz çatmaz...
Axtarsan məni, azarsan şəhərin küçələrində. Heç itənləri axtarmaq məsləhət də deyil. Sən Xoşqədəmə baxma...Tapsan nə olacaq ki? ! Hara aparacaqsan məni...?
Universitetə- demə. Orda da yer yoxdu bizə. Bir ovucluq rəngi bilinməyən diplomu uzadıb, üzümüzə qapı bağladılar . Bir quru diploma aldatdılar bizi. Yerimizi satıblar başqasına, tərpədə bilmərik onları yerlərindən. Yaşantılarımızın üzərinə yaşayıblar yaşadıqlarını. Ləkəli yaşantılardan bizə nə kənd olar, nə kasaba...
Düşünmə daha, heç mən də düşünmürəm...Sadəcə yazıram. Yazıram ki, qaralamağa, ürəklə cırıb yelə verməyə köhnə kitablarımın arasında saralmış vərəqlər olsun...
Bax, göylərə sovurmağa, tinlərdə azdırmağa sənə bolluca kağız-kuğuz var, baharım. Təki sən ürəklə sovur onu boşluqlara... Yaşadıqlarımız boşluqların payı imiş, günah səndə deyil...
Bircə bizi o mənzil başına yetirən yollar dəyişməyib. Yollar bizim qədər vəfasız deyil, Püstə. Sən o yolların həsrətini çəkirsən, amma bir ola bilmərik daha. Nəyinki bu yaz, heç qızmar yay da isidə bilməz içimizi, elə soyumuşuqsa, bəlkə də buzdan fərqsiz deyilik indi...
Gəl, elə ayrı-ayrılıqda anaq, xatırlayaq bir-birimizi. Özümüz bədbəxt olsaq da yaşadıqlarımız bu dünyadakı xoşbəxtlərin payı idi. Daha kimlərdənsə nələrsə çalmaq istəmirəm. Öz payımı yaşamaq istəyirəm. Öz doğrularımın arasında ağlamaq istəyirəm. Nəyimə gərək bu dünyanın şirin yalanları???
... Ümidimi tamamilə üzmüşdüm. Bu günlərdə əlimə bir kitab düşdü. Acgözlüklə oxudum kitabı, ac deyildim, sadəcə görəcək başqa bir işim yoxdu... Cəmisi bircə cümlə yadımda qaldı: “Bu dünyada heç kəs tamamilə bədbəxt deyil”. Oxuduğum bu bir cümləni daha sonra çox düşündüm. Oxumağa nə var ki, dərd bir cümlə oxuyub, min cümlə düşünməkdi .
... Bəli, bu dünyada heç kəs tamamilə bədbəxt deyil... Bilirsən niyə? Çünki yaşanmışların yükünü daşıyır qəlbimiz. Bəlkə də dünyanın ən gözəl yüküdür xatirələr. Elə TƏLƏBƏLİK DƏ. 4 ilin sevincini çaldıq biz. Tanrı isə bəndədən çalınanları insana qüsur bilər. Narahat olma biz həyatdan çaldıq... Heç həyat özü də məsum deyil axı. O da bizdən çaldı...


Geri dön

Roya_____

  • 11 iyul 2013 13:05
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
coxsagolunnn

Sevgi Nagili94

  • 29 iyun 2013 19:30
  • Məqalə: 4
  • Şərh: 356
  • Bal:
{awards}
... Bəli, bu dünyada heç kəs tamamilə bədbəxt deyil... Bilirsən niyə? Çünki yaşanmışların yükünü daşıyır qəlbimiz. Bəlkə də dünyanın ən gözəl yüküdür xatirələr. Elə TƏLƏBƏLİK DƏ. 4 ilin sevincini çaldıq biz. Tanrı isə bəndədən çalınanları insana qüsur bilər. Narahat olma biz həyatdan çaldıq... Heç həyat özü də məsum deyil axı. O da bizdən çaldı...

--------------------
...Когда-нибудь мы встретимся,
ты пройдёшь мимо, не
проронив ни слова...А потом
обернёшься, чтоб посмотреть
в мои глаза и увидеть в них
прошлое... Но я буду далеко...

lady anna

  • 24 iyun 2013 19:38
  • Məqalə: 26
  • Şərh: 2973
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkkkkkkkkk

--------------------

Sevgi Nagili94

  • 23 iyun 2013 21:26
  • Məqalə: 4
  • Şərh: 356
  • Bal:
{awards}
... Bəli, bu dünyada heç kəs tamamilə bədbəxt deyil... Bilirsən niyə? Çünki yaşanmışların yükünü daşıyır qəlbimiz. Bəlkə də dünyanın ən gözəl yüküdür xatirələr. Elə TƏLƏBƏLİK DƏ. 4 ilin sevincini çaldıq biz. Tanrı isə bəndədən çalınanları insana qüsur bilər. Narahat olma biz həyatdan çaldıq... Heç həyat özü də məsum deyil axı. O da bizdən çaldı...

--------------------
...Когда-нибудь мы встретимся,
ты пройдёшь мимо, не
проронив ни слова...А потом
обернёшься, чтоб посмотреть
в мои глаза и увидеть в них
прошлое... Но я буду далеко...

colkali ayka

  • 23 iyun 2013 14:22
  • Məqalə: 0
  • Şərh: 1188
  • Bal:
{awards}
Tesekkurler

come back

  • 23 iyun 2013 06:27
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
Tesekkurler oxumaqa deyer bir yazidir cox beyendim. Hisslerden gozel behs olunub.

ShoKKi_MoKKi

  • 23 iyun 2013 02:55
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
saol canim menim

--------------------

GuNaY_83

  • 22 iyun 2013 23:01
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Tesekkurler

--------------------

sebnem98

  • 22 iyun 2013 22:08
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
Yenə gəldin... Özüdə qələmimin daşa ilişdiyi bir vaxtda. Hisslərimi pərişan etməyə, məni dəlicəsinə böyük bir eşqlə divanə etməyə gəldin. Bəlkə dəyişər nələrsə, kim bilir? Bəs niyə bu qədər yubandın?!

--------------------

Victorious

  • 22 iyun 2013 19:20
  • Məqalə: 62
  • Şərh: 1327
  • Bal:
{awards}
Tesekkurler

--------------------

: Sensizde Babatdi :

  • 22 iyun 2013 18:22
  • Məqalə: 38
  • Şərh: 3283
  • Bal:
{awards}
twkler canimin ici.........

--------------------

..:Crystal:..

  • 22 iyun 2013 17:12
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
!!!!TEŞEKKÜRLEER

--------------------

Silent_ Night

  • 22 iyun 2013 15:37
  • Məqalə: 647
  • Şərh: 5280
  • Bal:
{awards}
Tesekkurler..........

--------------------

surawka

  • 22 iyun 2013 14:59
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
“Bu dünyada heç kəs tamamilə bədbəxt deyil”

Nara huseynova

  • 22 iyun 2013 13:51
  • Məqalə: 21
  • Şərh: 2418
  • Bal:
{awards}
tewekkurler.......

Dikaya_Kavkazka

  • 22 iyun 2013 13:50
  • Məqalə: 0
  • Şərh: 2791
  • Bal:
{awards}
Tewekkur maraqli idi...

WITH_YOU

  • 22 iyun 2013 13:26
  • Məqalə: 0
  • Şərh: 1724
  • Bal:
{awards}
TƏŞƏKKURLƏR

--------------------
LƏNKƏRANLIYAM ..... (TALIŞ)
VƏƏƏ BUNUNLA DA "ÇOX FƏXR EDİRƏM" !!!

RoMaNTiK SerSeRi

  • 22 iyun 2013 13:16
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
Hamisini oxudum qeweydi ;) bu cumle daha Cox xowuma geldi :/ 'Oxuduğum bu bir cümləni daha sonra çox düşündüm. Oxumağa nə var ki, dərd bir cümlə oxuyub, min cümlə düşünməkdi .'

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Adsiz yazici

  • 22 iyun 2013 12:54
  • Məqalə: 15
  • Şərh: 3015
  • Bal:
{awards}
tesekkurler

Cholkali_Delishka

  • 22 iyun 2013 12:29
  • Məqalə: 2
  • Şərh: 1204
  • Bal:
{awards}
thanks..........

--------------------

Ey şeytan, sən nə qədər girsən də qanımıza, biz bilirik ki, Rəbbimiz var şah damarımızda...

so_sad

  • 22 iyun 2013 12:20
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Cəmisi bircə cümlə yadımda qaldı: “Bu dünyada heç kəs tamamilə bədbəxt deyil”.

★Angelocka★

  • 22 iyun 2013 11:59
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
tesekkurler beyendim eee

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

sonzeng2015

  • 22 iyun 2013 11:40
  • Məqalə: 449
  • Şərh: 7099
  • Bal:
{awards}
tesekkurler

Nara Neznakomka

  • 22 iyun 2013 11:13
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Aslan” ı da tarimar etdilər qəddarlar, heç tərəddüd etdilərmi görəsən?! İki yeri daha sildilər bu dünyadan. “Aslan” ı dağıtmadılar, yerimizi sökmədilər, həm də xatirələrimizi, yaşantılarımızı param-parça etdilər. Kimsəsiz, yalın küçələrdə hərəsi bir tində bir əyyaşın ayaq tozuna çevrildi.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

Banned1

  • 22 iyun 2013 10:55
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
"Bu dünyanda heçkəs tamamilə bədbəxt deyil"- bu düzdü xanım ama Günəşim "Bu dünyada heçkimdə tamamilə xoşbəxt deyil".

HUSEYN ASHIQI

  • 22 iyun 2013 10:52
  • Məqalə: 84
  • Şərh: 2550
  • Bal:
{awards}
tewekkurler oxudum

--------------------



Eger menim Şie olmağim kimise narahat edirse------>Men bu narahatciliğa göre fexr edirem (Alhamdul'illah)

pessimistka hebibe

  • 22 iyun 2013 10:46
  • Məqalə: 8
  • Şərh: 5629
  • Bal:
{awards}
hmmm maraqlidir tewekkurler..

xata azerin

  • 22 iyun 2013 10:32
  • Məqalə: 0
  • Şərh: 393
  • Bal:
{awards}
Bu dunyada hec kes tamamile bedbext deyil

^^Nazli^^

  • 22 iyun 2013 10:16
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
tesekkurlerrrrr

--------------------

★KaRaMeLKa★

  • 22 iyun 2013 09:53
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Tesekkurler))

<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}