Zalımlıq və rəhmsizlik inancsızlığın nəticəsidir

 
Zalımlıq və rəhmsizlik inancsızlığın nəticəsidir

Bəzi insanların aqressiv, zalım, mərhəmətsiz olmasının səbəbləri nədir?

Mərhəmətsizliyin cəmiyyətdə səbəb olduğu problemlərin həlli nədir?

Demək olar ki, hər gün KİV-lərdə ailəsini saxlamaq üçün dilənən, çörək tapmadığına görə aclıqdan ölən, evi olmadığına görə çadırlarda yaşayan, haqsızlığa məruz qalan insanların xəbərlərini görürük. Özünə qəsd edən, bir-birlərini öldürən, hücuma məruz qalan, şikəst olan, dalaşan insanlarla bağlı xəbərlərə rast gəlirik. Bu, illərdir dəyişmədən davam edən haldır. Bu mövzuya müxtəlif həll yolları düşünülür, xeyriyyə qurumları işə qarışır, pulsuz yeməkxanalar açılır və bənzər tədbirlər görülür. Ancaq bütün səylərə baxmayaraq, bu xəbərlər azalmır, əksinə, artaraq davam edir.

Hətta dövrümüzdə vəziyyət elə səviyyəyə çatıb ki, mənfəəti olmadıqca kimsə kimsəyə yardım etmir. Bəzi insanlar yüzlərlə insanı doyuracaq yeməyi zibilliyə atır, bəzi insanlar isə küçədə ac yaşayır, aclıqdan ölür. Bu cür insanlar saxta üsullara əl ataraq bir-birlərinin malını haqsızlıqla yeməkdən, başqalarının hüquqlarını pozaraq pul qazanmaqdan çəkinmir, ətrafda gördükləri ədalətsizliyə, xətalara qarşı mübarizə aparmır, haqsızlığa qarşı səslərini çıxarmırlar. Ona görə, belə bir mühitdə zalım, mərhəmətsiz insanlar zəif və gücsüzləri istədikləri kimi əzirlər.

Müasir cəmiyyətdə qarışıqlığın əsas səbəbi inancsızlığın meydana gətirdiyi zalımlıq və rəhmsizlikdir

Mərhəmətin əsl mənasını və mərhəmətli insanın xüsusiyyətlərini öyrənmək üçün ən doğru mənbə Qurandır. Quranda insanları mərhəmətə təşviq edən bir çox ayə var.

İslam əxlaqının hakim olduğu cəmiyyət həm maddi, həm də mənəvi cəhətdən rahat olar. Belə cəmiyyətdə ehtiyacı olanlara ətrafdakı insanlar mütləq kömək edərlər. Uşaqlar sevgi və mərhəmətin hakim olduğu mühitdə böyüyərlər. Güclülər zəifləri qoruyarlar. Heç kim başqasının hüququnu tapdalamaz. Hamının bir-birinə dəstək olduğu bir cəmiyyətdə, əlbəttə, qorunmalı heç kim qalmaz.

Quran əxlaqı ilə tam yaşayan cəmiyyətdə ədalətsizlik, qarışıqlıq, təzyiq, zülm olmaz. Belə mühitdə həmişə şəfqət, mərhəmət, sülh və ədalət hakim olar.

Mərhəmət Allah sevgisi və Allah qorxusundan meydana gəlir. Allah’ı çox sevən insan Allah’ın yaratdıqlarını da çox sevər, onlara şəfqət və mərhəmətlə yanaşar. Rəbbimizə olan güclü sevgisi və bağlılığına görə, Quranda əmr edildiyi kimi insanlarla mərhəmətlə davranar.

Mərhəmət hissləri ilə dolu insan baxdığı hər şeydə gözəllik və xeyir görər. Yoxsulları ehtiyacını təmin edər, acizləri qoruyar, ehtiyacı olana kömək edər. Allah sevgisi və Allah qorxusundan qaynaqlanan mərhəmətin olmadığı cəmiyyətdə isə varlı kasıbı doyurmaz, haqsızlığa məruz qalanın hüququ müdafiə edilməz, evsiz-eşiksiz insana kömək edilməz.

Dinsizliyin səbəb olduğu qarışıqlıq və zülm mühitindən xilas olmağın yeganə yolu Allah’ın Quranda öyrətdiyi və Peyğəmbərimizin (s.ə.v) tövsiyə etdiyi mərhəmət anlayışını mənimsəməkdir. Quranda bu əxlaqın əhəmiyyəti belə bildirilmişdir:

Sonra da iman gətirən və bir-birinə səbir tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır! Onlar sağ tərəf sahibləridir! (Bələd surəsi, 17-18)

Cəmiyyətdə zülm və mərhəmətsizliyin qəti həllini tapmamasının səbəbləri eqoistlik, şəxsi mənfəət və dünyəvi istəklər, laqeydlik kimi əxlaqi pozuntulardır. Bu pozuntuların aradan qalxmasının yeganə yolu da Quranın təqdim etdiyi əxlaq modelini təbliğ etmək, vicdansızlığa görə axirətdə cavab veriləcəyini xatırlatmaqdır.

Cəmiyyətdə mərhəmətin yayılması üçün

Cəmiyyətdə bir davranışın yayılması üçün əvvəlcə o cəmiyyətin fərdləri bu davranışı və kökündəki anlayışı dərk edib mənimsəməlidirlər. Din əxlaqından uzaq yaşayan insanların gözəl əxlaqa yönəlmələri isə çox asandır. Mərhəmətə yönəlmək insanın verdiyi bircə qərar və niyyətdən asılıdır.

Bu niyyətdən sonra insan həm dünyada, həm də axirətdə gözəl həyat yaşayacaq və Quran əxlaqı ilə yaşamağın mükafatını Allah qatında alacaq. Bundan əlavə, uca Allah Quran əxlaqı ilə yaşamağa qərar verib zülmdən əl çəkən insanın günahlarını da bağışlayacağını bildirmişdir:

Lakin hər kəs gördüyü haqsız işdən sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Maidə surəsi, 39)

Quranda bildirilən mühitin təmin edilməsi üçün insanlar əvvəl özlərindən başlayaraq Quran əxlaqı ilə yaşamağa niyyət etməli, daha sonra insanlar arasında Quran əxlaqını yaymaq üçün cəhd göstərməlidirlər. Quranda bildirilən əxlaqla yaşadıqda cəmiyyətdə heç bir ayrı-seçkiliyə yol vermədən hər kəs ədalətli, mərhəmətli, anlayışlı, sevgi dolu, hörmətcil, dürüst olar, Allah’ın izni ilə, yer üzündə sülh və əmin-amanlıq bərqərar olar. Rəbbimiz bunun üçün möminlərin üstün əxlaqa yiyələnmələrini bir ayəsində belə bildirmişdir:

İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar, həqiqətən, nicat tapmış şəxslərdir. (Ali-İmran surəsi, 44)

Həqiqi ədalətin bərqərar olduğu cəmiyyətdə saxtakarlıq, mənfəət güdmə, bir-birinin hüququnu tapdalama kimi əxlaqi pozuntulara insanlar yol verməz. Çünki Quran əxlaqının əsas xüsusiyyətlərindən biri olan xeyirxahlıq, mərhəmət kimi vicdanlı davranışlar nəticəsində mütləq ədalətli mühit formalaşar və hər kəsin hüququ qorunar. Bütün bunların nəticəsində də cəmiyyətə sülh və əmin-amanlıq hakim olar. Elə isə bütün müsəlmanlar Allah’ın razı qaldığı əxlaqı, haqq dini bütün dünyaya təbliğ etməlidirlər. Çünki bu, inananların Quranda diqqət çəkilən ən əsas xüsusiyyətlərindən biridir. Allah ayələrdə belə buyurur:

Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz, yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allah’a inanırsınız… (Ali-İmran surəsi, 110)

Möminlər vicdanla hərəkət edərək hadisələrə laqeyd yanaşmazlar

Hadisələrə vicdan və ağılla yanaşan insanlar sürətlə çatışmayan cəhətləri və ehtiyacları müəyyənləşdirib həll yolu düşünürlər. İnsanlar, əsasən, çatışmazlıqları görmür və ya görməməzliyə vururlar. Vicdanlarını narahat etsə də, nə edəcəklərini bilmir və hərəkətə keçməyə ərinirlər. Çünki həyatlarının böyük hissəsini həmin məsələyə ayırmalı olacaqlarını düşünür və rahatlıqlarından əl çəkmək istəmirlər. Ancaq ağıllı, vicdanlı kəslərin bu insanlara yol göstərməsi, qətiyyətsiz, nə edəcəyini bilməyən insanları əllərində olan güc və imkanları ilə istiqamətləndirməsi, şövqləndirməsi nəticəsində bir çox problem həll yolunu tez tapar.

Təşviq etmək və insanları hərəkətə keçirərək xeyir işlərə vəsilə olmaq Quranda göstərilən yaxşı əməldir:

Yaxşı işə vasitəçi olana (onun savabından), pis işə vasitəçi olana (onun günahından) bir pay düşür. Əlbəttə, Allah hər şeyi qoruyandır. (Nisa surəsi, 85)


Geri dön

✰ ♥..Золушка..♥ ✰

  • 24 iyun 2013 11:53
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
ALLAH RAZI OLSUN

★KaRaMeLKa★

  • 24 iyun 2013 11:08
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Tesekkur edirem

★Украду Девушку★

  • 24 iyun 2013 10:53
  • Məqalə: 100
  • Şərh: 3646
  • Bal:
{awards}
Demək olar ki, hər gün KİV-lərdə ailəsini saxlamaq üçün dilənən, çörək tapmadığına görə aclıqdan ölən, evi olmadığına görə çadırlarda yaşayan, haqsızlığa məruz qalan insanların xəbərlərini görürük. Özünə qəsd edən, bir-birlərini öldürən, hücuma məruz qalan, şikəst olan, dalaşan insanlarla bağlı xəbərlərə rast gəlirik. Bu, illərdir dəyişmədən davam edən haldır. Bu mövzuya müxtəlif həll yolları düşünülür, xeyriyyə qurumları işə qarışır, pulsuz yeməkxanalar açılır və bənzər tədbirlər görülür. Ancaq bütün səylərə baxmayaraq, bu xəbərlər azalmır, əksinə, artaraq davam edir.

--------------------

★Alison MicCan★

  • 23 iyun 2013 23:43
  • Məqalə: 4
  • Şərh: 1389
  • Bal:
{awards}
tewekkurler

--------------------
''Ben'' kattım sana biraz, öyle sevdim seni. Çünkü sen de bensiz; o kadar güzel değilsin hani..'':)))

lady anna

  • 23 iyun 2013 15:55
  • Məqalə: 26
  • Şərh: 2973
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

..:Crystal:..

  • 23 iyun 2013 14:26
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!!!!

--------------------

colkali ayka

  • 23 iyun 2013 14:02
  • Məqalə: 0
  • Şərh: 1188
  • Bal:
{awards}
Yaxşı işə vasitəçi olana (onun savabından), pis işə vasitəçi olana (onun günahından) bir pay düşür. Əlbəttə, Allah hər şeyi qoruyandır. (Nisa surəsi, 85

GuNaY_83

  • 23 iyun 2013 13:07
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

HUSEYN ASHIQI

  • 23 iyun 2013 12:55
  • Məqalə: 84
  • Şərh: 2550
  • Bal:
{awards}

Yaxşı işə vasitəçi olana (onun savabından), pis işə vasitəçi olana (onun günahından) bir pay düşür. Əlbəttə, Allah hər şeyi qoruyandır. (Nisa surəsi, 85)

--------------------



Eger menim Şie olmağim kimise narahat edirse------>Men bu narahatciliğa göre fexr edirem (Alhamdul'illah)

Nara Neznakomka

  • 23 iyun 2013 12:48
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Bəzi insanların aqressiv, zalım, mərhəmətsiz olmasının səbəbləri nədir?

Mərhəmətsizliyin cəmiyyətdə səbəb olduğu problemlərin həlli nədir?

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

Roya_____

  • 23 iyun 2013 12:33
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Meleyım Allah razı olsun senden

sebnem98

  • 23 iyun 2013 12:32
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Adsiz yazici

  • 23 iyun 2013 12:14
  • Məqalə: 15
  • Şərh: 3015
  • Bal:
{awards}
Allah razi olsun

Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 28
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}