Şərabı necə içməli? (Araşdırma)

 
Şərabı necə içməli? (Araşdırma)

Xristianlar şərabı Allahın lütfü kimi qəbul etdiyi halda, islam aləmində bu içki məqbul sayılmır. Müsəlmanlar tərəfindən haram bilinsə də xristian kilsəsinin keşişləri tarix boyunca üzüm əkib və ondan şərab istehsal ediblər. İudaizmdə isə xüsusi dini qaydalara riayət edilərək hazırlanan şərabların içilməsinə icazə var. Müqəddəs kitab olan İncildən Nuh peygəmbərin də şərab içdiyi barədə məlumat ala bilərik.

Dahi Lui Paster şərabın ən sağlam və gigiyenik cəhətdən təmiz içki olduğunu deyib. Roma imperatoru Avqustun xanımı Liviya isə 82 yaşında sağlam olmasını şərabın sehrində görürdü. İmperator Sezar öz qeydlərində Dunay sahillərində yaşayan bir tayfa haqqında yazırdı: "Onlar şərab içmir və hətta onun ərazilərindən keçirilərək başqa ölkələrin bazarlarına aparılmasına da icazə vermirlər. Mən də onları şərabla sərxoş etdikdən sonra məğlub etdim". Elə şərabın geniş ərazilərə yayılması və əsilzadə içkisinə çevrilməsi Roma imperiyasının istilaları sayəsində baş verib. Təkcə Pompey şəhərində amforalarla dolu 200-ə yaxın şərabxana olub. Roma istilası nəticəsində Fransanın yerli xalqı olan qalliyalılar da şərabçılıq ilə məşğul olmağa başlayıb. Yaşadıqları Ron vadisi, Burqundiya, Bordo xüsusi şərab istehsal edən asma bağçalı ərazilərə çevrilib.

Zaman irəlilədikcə şərabın istehsal texnologiyası da, onun saxlanması və hətta süfrələrə verildiyi qablar da dəyişirdi. Eramızın ilk minilliyində yunanlar və romalılar şərabın artıq 80-dən çox növünü istehsal edirdilər. O vaxtdan şərabçılıq çox böyük yol qət edib. Müasir zamanımızda dünyanın onlarla ölkəsində min adda şərab istehsal edilir. 1999-cu ildə Avropada, Asiyada, Avstraliya və Afrikada, Şimali və Cənubu Amerikada ümumilikdə 280 milyon hektolitr şərab istehsal olunub. Əsas binası Fransada yerləşən 1924 ildən fəaliyyət göstərən Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatı isə bu gün öz nəzdində 45 istehsalçı ölkəni birləşdirir.

İştahsızların və təzyiqi aşağı olanların dərmanı
Tibbin atası Hippokratın öz xəstələrinə şərab içməyi tövsiyyə etdiyi də məlumdur. Ta o zamanlar üzünü gözəlləşdirmək, saçların uzatmaq, dişlərini təmizləmək istəyənlərə də şərabdan hazırlanan məcunlar verilərmiş. Artıq müasir tibb elmi də şərabın ürək xəstəliklərində müalicəvi əhəmiyyətə malik olduğunu sübut edib.

Az içildiyində faydalı, çox içildiyində zərərli olan bu sehrli içkinin yaşı da çox önəmlidir. Daha çox yaşı olan şərab içildikdə ertəsi gün onun sadəcə, xoş dadı yada düşər, müxtəlif yollarla bazara çıxarılan dincə qoyulmayan şərablar isə onu içən adamda yorğunluq, baş ağrısı, halsızlıq yarada bilər. Əgər bu şərablara xüsusi rəng və dad verən qatqı maddələri qatılıbsa, onun zərəri daha da böyük olar.

Rəngli və dadlı

Bu gün süfrələri ən çox bəzəyən qırmızı və ağ şərablardır. Çəhrayı şərab isə elə də məşhur ola bilməyib. Onlar rəngləri ilə yanaşı əsasən dadlarına görə növlərə ayrılır. Şəkəri tamamilə alkoqola dönmüş, içində az miqdarda şəkəri qalan və ya bilərəkdən şəkəri çox buraxılan, xüsusi valehedici qoxusu olan şərablar müxtəlif zövqlərin seçimi ola bilər.

Restorana gedəndə orada demək olar ki, bütün isti xörəkləri, qırmızı ət, pendir növlərini sizə ancaq qırmızı, soyuq qəlyanaltılar, ağ ət və balıq çeşidlərini isə ağ şərabla dadmağı təklif edəcəklər. Desert və meyvələr ilə isə çəhrayı şərabı dadın. Ən yaxşı şərablar ekspertlər tərəfindən seçilmış üzümlərdən çəkilir. Əlbəttə ki, şərabların keyfiyyətinə iqlim, istilik, torpaq, günəş, külək də ilk təsir edən amillərdəndir. Bilicilər şərab nə qədər çox dincə qoyularsa, o qədər keyfiyyətli olar, deyir. Amma bunun üçün onun düzgün saxlanma şəraitini bilmək lazımdır. Şərabın saxlanması ən azı, onun istehsalı qədər diqqət tələb edir. Meşə ağacından hazırlanmış çəlləklərdə saxlanan şərab ən az 4-5 il sakit və sərin zirzəmidə saxlandıqdan sonra içildiyində sizə zövq verə bilər. Çəlləkdə maksimum saxlanılma vaxtı 70 il olan şərabın bu vaxtdan sonra buxarlanmasının qarşısını almaq üçün onu “dam jonı” adlanan şüşə butulkalara yerləşdirirlər. Şüşə qablarda şərab saxlamaq daha çətin olur. Onların içərisinə az da olsa, hava keçdiyi zaman ondan ancaq üzüm sirkəsi kimi istifadə etmək olar. Şərab işığı sevmədiyi üçün onu rəngli şüşələrdə saxlamaq dadının daha da ləzzətli olmasına kömək edər. Şüşə qablarda çaxır tamamilə heç bir dəyişikliklərə uğramır və onu istənilən onilliklər saxlamaq olar. Maraqlısı da odur ki, üzümün bu dadlı sehrinin yaşı onun çəlləyə töküldüyü ildən hesab olunmur, çəlləkdə saxlanma müddətinə əsasən hesaba alınır. Məsələn, 1893-cü ilə aid olan çaxırın yaşı 70 hesab olunur, çünki çəlləkdə saxlanma müddəti 70 il olub.

Marketlərdən şərab alarkən butulkaların üzərindəki etiketlərində olan işarələrin mənasını bilirsinizmi? Məsələn, V.S. işarəsi yaşı 2 ildən, V.S.O.P. 4 ildən, X.O. isə 6 ildən az olmayan şərabların etiketidir.

Yaxşını pisdən necə fərqləndirməli?

Şərabın dequstasiyası da ciddi bir işdir. Qədəhə otaq temperaturunda olan 30 milli litr şərab süzülür. Sonra göz səviyyəsindən bir azca yuxarı qaldırılır. Onun rəng və çalarlarına diqqət yetirilir. Keyfiyyətli şərab qəhvəyi çalarlarla əks olunacaq. Açıq – küləş rəngində olan içki sizə şərabın çox cavan olmasından və az saxlanılmasından xəbər verir. Küləş sarısı və yaxud qızılı şərablar orta ölçülü saxlanılmanın göstəricisidir. Yantar, alov qırmızısı rəngində olanlar çox vaxt saxlanılmış və köhnə şərab olduğunu xəbər verir. Badənizi yüngülvari tərpədin ki, şərab onun divarlarını islatsın. Bu zaman damcıların şüşə divarlarından düşmə sürətinə diqqət yetirin. Damcı nə qədər gec düşərsə, şərabın yaşı bir o qədər çoxdur.

Onu qoxlayın. Bu zaman sizin hiss etdiyiniz qoxu montant adlandırılır. İlk olaraq siz meyvələrin və güllərin ətrini hiss edə bilərsiniz, bənövşə, qızılgül, jasmin, əncir, ərik, meşə qozu, gavalı, albalı və bir çoxlarını hiss edəcəksiniz. Əla şərab həmişə öz qoxusunu durmadan dəyişir və incə qoxudan ən dərin və sərt qoxuya qədər irəliləyə bilir. Şərabı içərkən heç vaxt tələsməyin, onu qurtum – qurtum dadın, qoxusunu hiss edərək için.


Müasir dövrümüzdə Fransa, İspaniya, Portuqaliya dünyada şərab istehsal edən ölkələr sırasında öz üstünlüyü ilə fərqlənməyi bacarıb. Bordo, Medok, Graves, Emillion, Burqondiya bölgəsi ən keyfiyyətli şərab istehsal bölgəsi olaraq qəbul edilib.

Necə içməli?


Tərkibi vitamin, dəmir, kalium kimi element və mineralları birləşdirən qırmızı şərabı 18-20 dərəcədə, ağ şərabdan fərqli olaraq daha böyük qədəhlərdə içilir. Ağ şərab isə 5-10 dərəcə istilikdə içilsə, daha ləzzətli olar. Onun içinə heç vaxt buz atmayın, bu, sizin ancaq ağzınızın dadını poza bilər.
Qadının bədən quruluşunu gözəlləşdirən şərab

Amerika alimləri araşdırmalar nəticəsində qırmızı şərabın qadınları artıq çəkidən qoruduğu qənaətinə gəliblər. Kalorili olmasına baxmayaraq, ondan çox olmamaq şərti ilə içmək qadının bədən quruluşunu gözəlləşdirir. Onun qadın metabolizminə təsirini öyrənməyə çalışan alimlər 19.220 amerikalı qadının iştirak etdiyi araşdırmalarda şərab içən qadınların çəkisinin mineral su və hətta suya üstünlük verənlərdən fərqli olaraq gec artdığı nəticəsinə gəliblər. Eksperiment gedişində məlum olub ki, şərab içməyən qadınların çoxunun çəkisi artıb. Pivə və daha sərt içkilər isə çəkinin artmasına gətirib çıxarıb.


Geri dön

★Love Pearl★

  • 15 iyul 2013 04:33
  • Məqalə: 335
  • Şərh: 4367
  • Bal:
İçmjrəm tərgitmişəmlol

--------------------
Azerbaijan Medical University smile

Adsiz yazici

  • 26 iyun 2013 23:30
  • Məqalə: 15
  • Şərh: 3015
  • Bal:
{awards}
nifret eliyirem ickiye

Angry Boy

  • 26 iyun 2013 17:43
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
he bilmirem neye amma serab faydalidir

surawka

  • 25 iyun 2013 19:06
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
tesekkurler

lady anna

  • 25 iyun 2013 14:00
  • Məqalə: 26
  • Şərh: 2973
  • Bal:
{awards}
tewekkurler

--------------------

^^Nazli^^

  • 25 iyun 2013 13:56
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
tesekkurlerrrrrrrrr

--------------------

★Angelocka★

  • 25 iyun 2013 13:46
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
tesekkurler beyendim

tesekkurler beyendim

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

Bash Belası

  • 25 iyun 2013 13:32
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Xəbərçün təşəkkür...

★WirinKa★

  • 25 iyun 2013 13:25
  • Məqalə: 14
  • Şərh: 4476
  • Bal:
{awards}
Tesekkkurler melumat ucun

--------------------

★KaRaMeLKa★

  • 25 iyun 2013 13:03
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Tesekkurler

colkali ayka

  • 25 iyun 2013 12:54
  • Məqalə: 0
  • Şərh: 1188
  • Bal:
{awards}
tewekkurler

pessimistka hebibe

  • 25 iyun 2013 12:29
  • Məqalə: 8
  • Şərh: 5629
  • Bal:
{awards}
tewekkurler

Nara Neznakomka

  • 25 iyun 2013 12:12
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
LAZIM DEILLLLLLLLL

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

angeL :(

  • 25 iyun 2013 12:10
  • Məqalə: 16
  • Şərh: 1007
  • Bal:
{awards}
tesekkurlerrr

tesekkkurlerrrr

--------------------

I am princess

Aysel_

  • 25 iyun 2013 12:08
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
{awards}
Tewekkurler...

HUSEYN ASHIQI

  • 25 iyun 2013 12:05
  • Məqalə: 84
  • Şərh: 2550
  • Bal:
{awards}
werab icmek haramdi

--------------------



Eger menim Şie olmağim kimise narahat edirse------>Men bu narahatciliğa göre fexr edirem (Alhamdul'illah)

Roya_____

  • 25 iyun 2013 11:25
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tesekkurlerr

ღKiRaZ MeVsİmCiღ

  • 25 iyun 2013 11:19
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
twkkk melumata gore

--------------------

so_sad

  • 25 iyun 2013 11:11
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
twk...........

GuNaY_83

  • 25 iyun 2013 11:09
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Rəngli və dadlı

Bu gün süfrələri ən çox bəzəyən qırmızı və ağ şərablardır. Çəhrayı şərab isə elə də məşhur ola bilməyib. Onlar rəngləri ilə yanaşı əsasən dadlarına görə növlərə ayrılır. Şəkəri tamamilə alkoqola dönmüş, içində az miqdarda şəkəri qalan və ya bilərəkdən şəkəri çox buraxılan, xüsusi valehedici qoxusu olan şərablar müxtəlif zövqlərin seçimi ola bilər.

--------------------

^^KuKuLKa^^

  • 25 iyun 2013 11:05
  • Məqalə: 765
  • Şərh: 11543
  • Bal:
{awards}
Tərkibi vitamin, dəmir, kalium kimi element və mineralları birləşdirən qırmızı şərabı 18-20 dərəcədə, ağ şərabdan fərqli olaraq daha böyük qədəhlərdə içilir. Ağ şərab isə 5-10 dərəcə istilikdə içilsə, daha ləzzətli olar. Onun içinə heç vaxt buz atmayın, bu, sizin ancaq ağzınızın dadını poza bilər.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 24

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}