İmam Mehdi (e.f) Mövludu

 
İmam Mehdi  (e.f) Mövludu

[olor=#333333]
On ikinci İmam Həzrət Məhdi ibn Həsən Əsgəri (ə) (11-ci imam) hicrətin 255-ci ili şaban ayının 15-də Samirra şəhərində dünyaya gəlib. Onun adı İslam Peyğəmbərinin adından, yə’ni, Muhəmməd, künyəsi də Peyğəmbərin künyəsindəndir, yəni, Əbülqasimdir. Qeyd edək ki, İmamlar onun əsl adının çəkilməsini qadağan etmişlər. Bu üzdən dini ədəbiyyatda onu bir qayda olaraq ləqəbləri ilə çağırırlar. Onun məşhur ləqəbləri Huccət, Qaim, Xələfisaleh, Sahib əz-zaman və Bəqiyyətullah, Əba Saleh (salehlər atası rəmzi məna daşıyır). Ən məşhur ləqəbi isə Məhdidir. Atası on birinci İmam Həzrət Həsən Əsgəri (əleyhissəlam), anası isə Nərcis (Nərgiz) adlı xanım olub.

Qeyd edək ki, sonuncu İmamın doğulması o zamankı İslam xilafətinin mərkəzi olan Samirrada baş verir və mümkün olduqca gizli saxlanılır. Mənbələrdə qeyd olunur ki, Məhdi qeybdən əvvəlki 5 illik həyatında çox az insan onu görüb. Bunlar ailə üzvləri və atasının ən yaxın səhabələri olub. Bu onunla izah olunurdu ki, hələ doğulmamışdan çox-çox əvvəl Məhdi barəsində çoxsaylı məlumatlar vardı. Bir çoxları üçün, xüsusən də Abbasi xilafəti üçün sonuncu xilaskarın dünyaya gəlməsi xəbəri təhlükə idi. Çünki narazı müsəlmanlar üsyan qaldıra bilərdilər. Bu səbəbdən tarix Məhdinin gizli doğulduğunu və insanlardan gizli saxlanıldığını qeyd edir. Hicri 260-cı ildə Samirrada bir zirzəmidə qeybə çəkilir.

Hicri 260-cı ildə atası 11-ci İmam Həsən Əskəri (ə) zəhərlənərək öldürüldükdən sonra 5 yaşlı Məhdi qeybə (insanların gözünə görünmür) çəkilir. Qeyd edək ki, İmam Məhdi əleyhissəlamın qeyb dövrü iki hissəyə bölünür: kiçik qeyb dövrü və böyük qeyb dövrü. Kiçik qeyb dövrü (qısamüddətli qeyb) (İmam Həsən Əskəri əleyhissəlamın şəhadətindən) hicri 260-cı ildən 329-cu ilədək (dördüncü xüsusi naibin vəfatına qədər) davam etmişdir. Bu müddət təxminən altmış doqquz il davam edib.

Kiçik qeyb dövründə şiələrin əlaqəsi İmamla tamamilə kəsilməmiş, onlar xüsusi və çox məhdud şəkildə İmamla əlaqə saxlaya bilib, hətta bəziləri Onunla görüşüblər. Bu müddət ərzində müəyyən şəxslər o Həzrətin xüsusi vəkili olmuş, yəni demək olar ki, İmam Məhdi (ə.f) bu müddət ərzində həm qeybdə, həm də aşkarda olmuşdur (əgər belə demək mümkünsə).
İslam ədəbiyyatında kiçik qeyb dövrünü böyük qeyb dövrünə hazırlıq mərhələsi kimi qiymətləndirirlər. Çünki sonrakı mərhələdə müsəlmanların İmamla əvvəldə olan azacıq əlaqələri də kəsilir və müsəlmanlar öz məsələlərində İmamın ümumi vəkillərinə, yəni, müctəhidlik səlahiyyəti olan və İslam hökmlərinə dərindən bələd olan alimlərə müraciət etməli olurlar.

İmam Məhdi əleyhissəlamın qeybə çəkilməsinin birinci mərhələsi başa çatdıqdan sonra, yəni hicri 329-cu ildən uzunmüddətli və böyük qeyb dövrü başlamış və bu mərhələ indiyədək davam edir. Yalnız ALLAH Təala ona qiyam etmək üçün zühur — üzə çıxma icazəsi verənə qədər davam edəcək. On ikinci İmamın qeybə çəkilməsinin hər iki mərhələsi ondan əvvəlki İmamlar tərəfindən qabaqcadan xəbər verilmiş və elə həmin dövrdən də ravi və hədisyazarlar tərəfindən öyrənilərək hədis kitablarında qeyd edilmişdir.

Qeyd edək ki, İslam mətnlərində, hədis mənbələrində İmam Məhdi (ə.f.) barəsində Peyğəmbərdən (s) söylənmiş onlarla hədis mövcuddur. O cümlədən Peyğəmbər Əhl-Beytinə mənsub İmamlar (ə) Həzrət Məhdi barəsində çoxlu hədislər (onların hamısı demək olar ki, RəsulALLAHın kəlamlarına söykənir) söyləyiblər.

1) Əmirəl-mö’minin Əli (ə) – 51 hədis;
2) İmam Həsən (ə) – 5 hədis;
3) İmam Hüseyn (ə) – 14 hədis;
4) İmam Zeynül-abidin (ə) – 11 hədis;
5) İmam Baqir (ə) – 63 hədis;
6) İmam Sadiq (ə) – 124 hədis;
7) İmam Museyi-Kazim (ə) – 6 hədis;
8) İmam Rza (ə) – 19 hədis;
9) İmam Cavad (ə) – 6 hədis;
10) İmam Əliyyən-Nəqi (ə) – 6 hədis;
11) İmam Həsən Əskəri (ə) – 22 hədis


Həzrət Əli (əleyhissəlam) buyurmuşdur: “Bizim qeybə çəkiləcək (İmamımızın) iki qeyb dövrü olacaq. Onlardan biri digərindən daha çox olacaq. Onun qeybdə olduğu müddət ərzində onun İmamətinə yalnız imanı möhkəm və mərifəti kamil olan şəxslər inanacaq”.

Yenə İmam Əli (ə) deyir: “Peyğəmbər (s) buyurmuşdur ki: dünyada zülm və haqsızlıq baş alıb getdiyi zaman Hüseynin (ə) nəslindən bir nəfər ümmətimə rəhbərlik edib haqq-ədaləti bərpa etməyənə qədər dünyanın axırı gəlib çatmaz”.

İmam Əli (ə) “Nəhcül-bəlağə” kitabında bu mövzuya bir neçə yerdə toxunur. ALLAH Təala Quranda buyurmuşdur ki, “Biz yer üzündə zəif düşüb əzilənlərə bol nemət vermək, onları yer üzünün (rəhbər və) varisi etmək istəyirik”.
İmam Hüseyn (əleyhissəlam) buyurmuşdur: “Əgər dünyanın sonuna təkcə bir gün qalsa, ALLAH Təala həmin günü, mənim nəslimdən bir kişinin qiyam edib zülmlə dolu olan dünyanı haqq-ədalətlə dolduracağına qədər uzadar. Mən Peyğəmbərin (s) bu cür buyurduğunu eşitmişəm”.

Qeyd edək ki, İslam tarixində var ki, hələ doğulmamışdan öncə İmam Məhdi barəsində bir sıra alimlər kitab yazıblar. Bu kitablardan Məhdi barəsində hədislər toplanıb və müsəlman inancında Məhdiyə münasibət məsələsi araşdırılıb. Sonuncu İmam barəsində hədislər isə qeyd etdiyimiz kimi, xeyli saydadır. Bu hədislərdə Məhdinin doğuluşu, qeybə çəkilməsi, qeybin zərurəti, həmçinin zühur, zühurun əlamətləri, zühurdan sonra baş verəcək hadisələr qeyd olunur. Müsəlman alimləri bu hədislər içərisində səhih, ciddi mənbələrə söykənənləri seçərək toplamışlar.

Həzrət Məhdinin (ə.f.) qiyamı və hakimiyyəti

Həzrət Məhdinin (ə.f.) nə zamana qədər qeybdə qalacağı dəqiq deyil. Amma İslam Peyğəmbərindən (s) axırzaman, Məhdinin zühur əlamətləri ilə bağlı hədislər söylənilib. Ancaq həm ALLAH Rəsulu (s), həm də Məhdi özü hədislərində insanlara müraciət edərək zühur üçün dua etməyi tövsiyə edib, zühurun sırf Tanrının iradəsinə bağlı olduğunu bəyan ediblər. Ümumu olaraq hədislərdə dünyada əxlaqi aşınmaların baş verdiyi, fitnə-fəsadın, müharibələrin, haqsızlıqların geniş yayıldığı zaman baş verəcək.

Tarix və hədis qaynaqları Həzrət Məhdinin (ə.f) zühurunun Məkkə şəhərində, Həcc mövsümündə (Hicri təqvimin Zilhiccə ayı), cümə günü baş tutacağı qeyd olunur. Zühurdan sonra Məhdinin Bədr müharibəsində Peyğəmbərlə birlikdə savaşmış müsəlmanların sayı qədər, yəni 313 nəfər naibi (köməkçi, nümayəndə) toplanacaq. Bu nümayəndələr planetin müxtəlif bölgələrindən (o cümlədən hədislərdən naiblər arasından Azərbaycandan da şəxs və ya şəxslərin olacağı bildirilir) olmaqla, yüksək intellekt və bacarıqları ilə seçilən insanlar olacaqlar. Yeri gəlmişkən, 6-cı İmam Cəfər Sadiqdən nəql olunan rəvayətdə zühur öncəsi Azərbaycanda mühüm, birbaşa zühur hadisəsi ilə əlaqədar olacaq hadisələrin baş verəcəyi ilə bağlı məlumat verilir. Tarixin qarmaqarışıq dövründə baş verəcək zühurdan sonra bir sıra müharibələr baş verəcək. İlk növbədə İlahi ədalətin bərqərar olmasını qəbul edə bilməyən müsəlmanlar arasından olan müqavimətçilərlə, daha sonra bir sıra xarici qüvvələrlə müharibələr baş verəcək. Qeyd edək ki, bu barədə müxtəlif mənbələr çoxlu sayda hədis və rəvayətlər söyləyiblər. Ancaq İslam alimləri bu məlumatların bir hissəsinin səhih mənbələrə söykənmədiyini əsas gətirərək qəbul etmirlər. Bu mövzuda əsas diqqət olunan məqam sonuncu İmamın (ə.f) şəxsiyyəti və yerinə yetirəcəyi İlahi missiyasıdır. Məsum İmamlardan söylənilənlərə əsasən sonuncu İmamın zühurunu gözləmək yüksək əxlaqi, mənəvi dəyərlərə söykənən intizar fəlsəfəsidir. İntizar fəlsəfəsinə səbir, müqavimət, iman, ədalət (Məhdinin əsas missiyasının dünyada İlahi ədaləti bərqərar etmək olduğunu unutmamalı) və digər yüksək keyfiyyətlər daxildir.

Qeyd edək ki, tarix boyu çoxlu sayda insanlar (hətta Məhdinin doğumundan öncə) Məhdi adından istifadə edərək böyük hərəkatlar yaradıblar. Bir sıra müharibələrin, üsyanların, müqavimət hərəkatlarının liderləri özlərini Məhdi elan etməklə xalqdan dəstək alıblar. Orta əsrlərdə daxili müharibələrdə, 19-cu əsrdə müstəmləkə işğallarına qarşı savaşda (Sudanda 20 ildən artıq davam edən müqavimət hərəkatının lideri Mehdi olduğunu elan etmişdi) və nəhayət, son illərdə Məhdi və ya onun nümayəndəsi olmağa iddia edənlər meydana çıxmışdı. Ancaq onların hamısı tez bir zamanda doğru olmadığı aydın olub. Bu zaman bir sual ortaya çıxır ki, Məhdiliyə bu qədər iddiaçı olub. Bəs görəsən həqiqi Həzrət Məhdi (ə.f) zühur edəndə ona necə inanacaqlar? Hədislərdə bu mövzuya toxunulur və qeyd edilir ki, insanlar zühur edəcəyi zaman Məhdini tanıyacaqlar. Yalnız Məhdinin gəlişinin və İlahi ədalətin bərpasını qəbul edə bilməyən insanlar Məhdini inkar edəcəklər. Təbii ki, doğrusunu ALLAH bilir.

İMAM ZAMANDAN(ə.f) hədislər

1- İmama Zaman (e) buyurdu: «Haqq biz Ehli-beytledir.Kiçik bir destenin bizden ayrılması qorxumuza sebeb olmur.Çünki, biz Alahın yetirmeleri , diger mexluqlar ise bizim yetirmelerimizdir».(Əl-ğeybət,seh 285)

2- İmam Zaman buyurdu: «Heqiqeten men yer sakinlerinin amanıyam.Nece ki, ulduzlar səma əhlinin amanıdır».(Kəmaluddin,c2,seh485)

3- İmam zaman buyurdu: «ALLAHın canişinleri o şəxslərdir ki, Tanrı onların vasitesi ilə dinini yaşadır, nurunu onlarda genişlendirir.ALLAH onlarla qohumları arasında ferq qoymuş ve bu vasite ile hüccet qeyrihüccetden, imam memumdan seçilir.Bu ferq onları günah, nöqsan, fesad, xətaya yol vermekden uzaq ve onlara elm xezinesi , gizli elmlerden xeberdar olma töhvesi ata edir , onları delil ve subutla tesdiq edir.Eger bele olmasaydı bütün insanlar bir-birileri ile beraber olar ve her yerinden duran imamalıq iddiası ederdi.Bele ki, haqla batil ,alimle cahil arasında ferq olmazdı».(Ehticac,c2,seh280)

4- İmam Zaman (ə) buyurdu: «Biz Ehli-beytin elmi üç qisme bölünür; keçmişe, geleceye və hadisə olan elm.Keçmişin elmi tefsir, geleceyin elmi moquf, hadis elmi ise qelblerin sirrinden xeberdar olmaq ve qulaqlarda zümzüme etmekdir.Bu bizim en mühüm elmimizdir.Peyğemberden sonar (s) nebi gelmeyecekdir».(Dəlaili-əimmə, səh 524)

5- İmam Zaman (ə) buyurdu: «Yer üzü heç vaxt höccətsiz qalmayacaq.İster o hüccət gizli , istər aşkar olsun».(Kəmaluddin,c2, səh 511)

6- İmam Zaman (ə) buyurdu: «Qəlbimiz ALLAHın istəkləri üçün bir qabdır.Biz də ALLAHın iradə ve istəyini iradə edir və istəyirik.Necəki ALLAH buyurur:Sizin istəyiniz ALLAHın istəyidir».(Təkfir ayəsi:29,Qeybəti Tusi,səh248)

7- İmam Zaman(ə) buyurdu: «Heç bir şey Nmaz qədr şeytanın burnunu yere sürtmür.Belə isə Namaz qılın və şytanın burnunu yerə sürtün». (Fəqih, c1, səh 498)

8- İmam Zaman (e) buyurdu «Sühb namazını göydə ulduzlar itənə qədədr təxirə salan şəx lənətlənmişdir».( Əl-qeybət, səh271)

9- İmam zaman buyurdu: » Şükr səcdəsi ən lazım , ən vacib İlahi müstəhəblərdəndir».

10- İmam Zaman buyurdu:» ALLAHın istəyini yetirən şəxsin hacətini də ALLAH yerinə yetirər». (Biharul-ənvar,c51,səh331)

12 əsrdir müsəlmanlar məhz o anın yetişməsi üçün dua edir, hər dəfə adı çəkiləndə “ALLAH onun zühurunu tezləşdirsin” deyə dua edirlər. Bu şəxs ALLAHIN yer üzünə təyin etdiyi sonuncu imam — Həzrət Məhdidir (ə.f). İmam Məhdi (ə.f) Qiyamət öncəsi zühur edərək, dünyada İlahi ədaləti bərqərar edəcək şəxsdir. Əhməd Hənbəl «Müsnəd» kitabında (məşhur hədis toplusu) Həzrət Peyğəmbərdən (s) belə nəql edir: «Əgər dünyanın sonuna bir gün belə qalmış olsa, ALLAH mənim Əhli-beytimdən bir kişini göndərəcək ki, Yer üzünü zülmlə dolduğu halda ədalətlə doldursun”.

Müsəlman inancına görə, dünyanın sonuna az qalmış (hədislərdə bu dövr fəsadların artması ilə işarə olunur) zühur edəcək sonuncu İmam (ilahi rəhbər) yer üzündə İlahi ədaləti tətbiq edəcək. Bu günə qədər olan və insanlar arasında sirli qalan müqəddəs hadisələrin izahını verəcək, insanlara ALLAHın dinini hər təhrifdən uzaq, olduğu kimi çatdıracaq. Həzrət Mehdi ALLAHın yer üzündə sonuncu hüccəti, dəlili, hakimidir. Bu, həm də missiyası başa çatmaqda olan Yerdə insanlara Tanrının istədiyi ədalətli dünyanın praktiki nümayişi olacaq.

İslam elminin atası İmam Sadiq (ə) bu mövzu ilə bağlı buyurur: “ALLAH Təala Həzrət Adəmi yaratdığı gündən Qiyamətə qədər yer üzü heç vaxt İlahi hüccətsiz olmamış və olmayacaqdır. İstər zahiri və aşkar hüccət olsun, istərsə də qeybdə və gizlində olan. Əgər yer üzündə İlahi bir hüccət olmasa, ALLAHA sitayiş olunmaz”.
Rəvayəti söyləyən şəxs İmamdan soruşur ki, camaat qeybdə olan İmamdan necə istifadə edəcək? İmam Sadiq (əleyhissəlam) buyurur: “Günəşdən bulud arxasında olarkən istifadə etdikləri kimi”.
Allah Teala İMAM MEHDİ (e.f) zühunu təcil etsin inşallah Amin Allah................


Geri dön

Adsiz yazici

  • 27 iyun 2013 00:15
  • Məqalə: 15
  • Şərh: 2961
  • Bal:
Allah razi olsun bacim

^^Nazli^^

  • 25 iyun 2013 15:33
  • Məqalə: 134
  • Şərh: 7629
  • Bal:
{awards}
ALLAH raziolsun

--------------------

colkali ayka

  • 25 iyun 2013 13:38
  • Məqalə: 0
  • Şərh: 1176
  • Bal:
{awards}
Allah razi olsun!

GuNaY_83

  • 25 iyun 2013 10:33
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

ღKiRaZ MeVsİmCiღ

  • 25 iyun 2013 10:25
  • Məqalə: 316
  • Şərh: 5421
  • Bal:
{awards}
Allah razi olsun!

★Angelocka★

  • 24 iyun 2013 22:54
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

Nara Neznakomka

  • 24 iyun 2013 21:47
  • Məqalə: 174
  • Şərh: 10792
  • Bal:
{awards}
İslam ədəbiyyatında kiçik qeyb dövrünü böyük qeyb dövrünə hazırlıq mərhələsi kimi qiymətləndirirlər. Çünki sonrakı mərhələdə müsəlmanların İmamla əvvəldə olan azacıq əlaqələri də kəsilir və müsəlmanlar öz məsələlərində İmamın ümumi vəkillərinə, yəni, müctəhidlik səlahiyyəti olan və İslam hökmlərinə dərindən bələd olan alimlərə müraciət etməli olurlar.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

əzız dost...

  • 24 iyun 2013 19:42
  • Məqalə: 1
  • Şərh: 104
  • Bal:
{awards}
“Bizim qeybə çəkiləcək (İmamımızın) iki qeyb dövrü olacaq. Onlardan biri digərindən daha çox olacaq. Onun qeybdə olduğu müddət ərzində onun İmamətinə yalnız imanı möhkəm və mərifəti kamil olan şəxslər inanacaq”.

--------------------
Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada sevgidən savayı demək olar ki, heç nə yoxdur.

★KaRaMeLKa★

  • 24 iyun 2013 18:12
  • Məqalə: 166
  • Şərh: 6629
  • Bal:
{awards}
Allah razi olsun

✰ ♥..Золушка..♥ ✰

  • 24 iyun 2013 17:04
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

★Alison MicCan★

  • 24 iyun 2013 17:04
  • Məqalə: 4
  • Şərh: 1371
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
''Ben'' kattım sana biraz, öyle sevdim seni. Çünkü sen de bensiz; o kadar güzel değilsin hani..'':)))

hello hello

  • 24 iyun 2013 16:22
  • Məqalə: 0
  • Şərh: 85
  • Bal:
{awards}
cox sagol bacim ALLAH razi olsun

--------------------
Я люблю его, потому что

so_sad

  • 24 iyun 2013 15:54
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
Allah razi olsun

surawka

  • 24 iyun 2013 15:31
  • Məqalə: 123
  • Şərh: 7029
  • Bal:
{awards}
Allah razi olsun tewekkurler

Gözlüklü

  • 24 iyun 2013 14:39
  • Məqalə: 216
  • Şərh: 9220
  • Bal:
{awards}
Allah razi olsun

Aykanin_Ruyasi

  • 24 iyun 2013 14:39
  • Məqalə: 3
  • Şərh: 144
  • Bal:
{awards}
1) Əmirəl-mö’minin Əli (ə) – 51 hədis;
2) İmam Həsən (ə) – 5 hədis;
3) İmam Hüseyn (ə) – 14 hədis;
4) İmam Zeynül-abidin (ə) – 11 hədis;
5) İmam Baqir (ə) – 63 hədis;
6) İmam Sadiq (ə) – 124 hədis;
7) İmam Museyi-Kazim (ə) – 6 hədis;
8) İmam Rza (ə) – 19 hədis;
9) İmam Cavad (ə) – 6 hədis;
10) İmam Əliyyən-Nəqi (ə) – 6 hədis;
11) İmam Həsən Əskəri (ə) – 22 hədis

--------------------
ALLAH HERKESDEN RAZI OLSUN

✰_DeLNoLiNi_✰

  • 24 iyun 2013 13:56
  • Məqalə: 156
  • Şərh: 5824
  • Bal:
{awards}
_Allah_Razi_OlSUN_

--------------------
[

-chanel-

  • 24 iyun 2013 13:54
  • Məqalə: 136
  • Şərh: 6136
  • Bal:
{awards}
Allah komeyiniz olsun...



ZeHRa AsİQi

  • 24 iyun 2013 13:54
  • Məqalə: 5
  • Şərh: 471
  • Bal:
{awards}
baci bilirdim yenede bildirdiyin ucun sag ol...

--------------------
asiqem candan ELI kelmesine,can ELIDIR
ol sebebden bu konul,mulkune sultan-ELIDIR!
haqqa iman edene qibleyi iman ELIDIR,
Kebedi-qible,feqet,Kebede unvan-ELIDIR!

Roya_____

  • 24 iyun 2013 13:41
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Allah razı olsun bacı

lady anna

  • 24 iyun 2013 13:34
  • Məqalə: 26
  • Şərh: 2910
  • Bal:
{awards}
Allah razi olsun bacim

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 27
Cəmi: 47

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 22
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 14
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}