Saqqızın xeyri nədir, ziyanı nə?

 
Saqqızın xeyri nədir, ziyanı nə?

Əsasını yeyilməyən elastik maddə təşkil edən, tərkibində müxtəlif tamlı və ətirli əlavələr olan saqqızın xeyri barədə kifayət qədər reklamların verilməsinə baxmayaraq, dünyada aparılan bir çox təcrübələr onun zərərli məhsul olduğunu təsdiq edib
Bu səbəbdən də, mütəxəssislər saqqızın düzgün saxlanılma və daşınma qaydalarına riayət etməyi vacib sayır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, əhali bilməlidir ki, saqqız tərkibində çoxsaylı inqredientlər, kimyəvi maddələr olan və heç də reklamlarda göstərildiyi kimi istənilən an, necə gəldi və harada gəldi çeynənilən bir mal deyil. Saqqızı yeməkdən sonra 6 dəqiqədən artıq çeynəmək tövsiyə olunmur. Saqqızın da digər məhsullar kimi buraxılma və yararlılıq müddəti olur. Saqqız alarkən buna fikir vermək lazımdır. Belə ki, onsuz da sağlamlıq üçün zərərli olan saqqız yararlılıq müddətini keçdikdən sonra istifadəsi təhlükəlidir.

E.Hüseynov bildirib ki, bu gün saqqızın satılması və saxlanılması qaydalarına riayət olunmur: "Saqqız satış şəbəkəsində 18-20 dərəcə temperaturdan yuxarı temperaturda saxlanmalı deyil. Lakin saqqızın harada və necə gəldi satıldığını görürük. İsti bir şəraitdə, gigiyena qaydalarının gözlənilmədiyi yerlərdə kifayət qədər saqqız satılır".

Həmsöhbətimiz saqqızın küçədə satılmasını da düzgün saymır. "Əhali gərək belə mallara tələbat yaratmasın. Qəzet köşklərində saqqızın isti şəraitdə və kütləvi şəkildə saxlanılması düzgün deyil. Əhali bu cür saqqızı almaqla özünü tədricən zəhərləyir".

Bazarda saqqızın saxta variantlarının da olduğunu deyən AİB sədri saqqızla bağlı hər ay 3-4 şikayət zənglərinin gəldiyini bildirib. "Zəng vuranları saqqızın keyfiyyəti maraqlandırır. Onları daha çox saqqızı çeynəyərkən ağızda ağ rəngdə mayenin əmələ gəlməsi narahat edir və bunun nə üçün yarandığını soruşurlar. Bununla yanaşı, istehlakçılar saqqızın dadının dəyişdiyini, bir müddət çeynədikdə acı tam verdiyini də söyləyirlər".

AİB sədri onu da qeyd edib ki, saqqız biznesində, xüsusilə də qiymət siyasətində böyük problemlər yaşanır: "Bizə məlumdur ki, supermarket sahibləri saqqızı kassada yerləşdirmək üçün saqqız distribyutorlarından böyük miqdarda pul alırlar. O pullar da sonra istehlakçılardan çıxır. Və biri digərinin malını bazardan çıxarmaq üçün satış şəbəkələrinə böyük pullar verirlər" deyən Hüseynov diqqətə çatdırıb ki, bu yaxınlarda qiymətlərin süni artımının qarşısının alınması üçün supermarketlərin sahiblərini, İqtisadi İnkişaf Nazirliyinin nümayəndələrini və bu sahədə maraqlı qurumları toplayıb danışıqlar aparacaqlar: "Təsadüfi deyil ki, ölkə prezidenti Nazirlər Kabinetinin yığıncağında süni artırılmış qiymətlərə görə narazıçılığını bildirdi və bunun mövcudluğunu diqqətə çatdırdı".

Onun dediyinə görə, saqqızı çeynədikdən sonra istehlakçılar onu küçəyə və s. yerlərə atırlar ki, bunu yığışdırmaq olduqca çətin olur. Qeyd edək ki, bir çox parkların, insanların çox olduğu yerlərdə saqqız yerə yapışıb tünd dairə formasında qalır. E.Hüseynov bildirir ki, bir çox ölkələrdə saqqızı küçəyə atmaq qadağandır. Misal üçün, Sinqapurda küçəyə saqqız atan adamı qanunla 3 min dollar məbləğində cərimə edirlər. "Yaxşı olar ki, Azərbaycanda da belə hallar olsun və küçədə saqqız çeynəməsinlər. Maraqlısı odur ki, Azərbaycan kişiləri arasında tum çırtlamaq, saqqız çeynəmək çox dəbdədir".

Terapevt Solmaz Əhmədovanın sözlərinə görə, yeməkdən sonra cəmi 3-5 dəqiqə saqqız çeynəməyin faydası var. Ona görə ki, saqqızı çeynəyərkən mədə şirə buraxır və həzm prosesini yaxşılaşdırır və ağız boşluğunu qalıqlardan təmizləyir. Lakin saqqızı daim çeynəmək pis vərdişə çevrilir və mədə yarası və başqa xəstəliklərin yaranmasına şərait yaradır. Bununla yanaşı, saqqızı uzun müddət çeynəmək dişdəki plombları, qoyma dişləri və s. tərpədir və çıxmasına səbəb olur. "Bəzi adamlar siqaret çəkdikdən sonra iyin keçməsi üçün saqqız çeynəyir ki, bu olduqca ziyandır. Ona görə ki, bu zaman saqqızdakı kanserogen maddələr tütünün zərərli maddələri ilə birgə tüpürcəklə mədəyə daxil olur".

S.Əhmədova reklamlarda saqqızın xeyri barədə, dişlərdə çürümənin qarşısını aldığı haqqında məlumatların verilməsinin yalan olduğunu bildirib: "Reklamlara aldanmayın. Belə ki, saqqız dişlərin yalnız səthini təmizləyir, çürümə isə dişlərin arasında başlayır. Əslində reklamda deyildiyi kimi saqqız xeyirli deyil, zərərli məhsuldur. Saqqızı ac olduqda və ya yeməklərin qəbulu arasındakı fasilələrdə çeynədikdə mədə sürətlə şirə buraxmağa başlayır. Çox vaxt dişləri ağartmaq üçün reklam olunan diş ağardan saqqızdan da istifadə edirlər. Nəticədə isə uzun müddət belə saqqızı çeynədikdə tərkibində olan kimyəvi əlavələr dişləri zədələyərək onların çürüməsini sürətləndirir. Parodontoz, dişləri damaqda boş oturan tərpənən adamlara da saqqız çeynəmək ziyandır".

Müsahibimizə görə, saqqız çeynəyərkən onun miqdarına da fikir vermək lazımdır. Həkimlər hər qida qəbulundan sonra bir saqqız çeynəməyi məsləhət görürlər. Belə ki, saqqızı çox çeynədikcə orqanizm daha çox zərərli maddələr qəbul edir.

Terapevtin dediyinə görə, saqqızın zərərini nəzərə alaraq, uşaqları saqqız çeynəməyə vərdişkar etmək olmaz: "Uşaqlar çox tez-tez saqqızı udur və bununla da sağlamlığını təhlükə altına atırlar. Yaxşı olar ki, saqqız əvəzinə uşaqlara şəkərsiz olan adi və ya saqqız kimi çeynənilən konfet verəsiniz. Nəzərə alın ki, 3 yaşa qədər uşaqlara saqqız vermək, ümumiyyətlə qadağandır".

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidmətinin məlumatına görə, hər bir istehlakçı saqqız alarkən onun qutusunu nəzərdən keçirməlidir. Orijinal saqqız qutusunun üzərində olan şəkli əllə sürtərkən silinməməlidir. Saqqız görünüşcə təmiz olmalı, üzərində heç bir ləkəyə rast gəlinməməlidir. İstehsal tarixindən etibarən saqqızın saxlama müddəti drajeləşdirilmişlərdə 6 ay, drajeləşdirilməmişlərdə isə 9 aydır. Saqqız normativ sənədlərə əsasən paçka, paket və qutulara qablaşdırılır. Bu məmulatlar qablaşdırıldıqdan sonra mütləq markalanmalı və orada saqqızın əmtəə nişanı, istehsalçısının adı və ünvanı, məhsulun adı, xalis çəkisi, istehsal tarixi, saxlama müddəti, həqiqi standartı və s. öz əksini tapmalıdır.

Ticarət şəbəkələrinə saqqızı üstü bağlı bütün növ nəqliyyat vasitələrində daşımaq mümkündür. Saqqız 18 dərəcə C temperatur və havanın nisbi rütubəti 75% olan quru, təmiz və havalandırma sistemi olan, kənar qoxu və ziyanvericilərin təsirinə məruz qalmayan yerlərdə saxlanılmalıdır. Saqqız günəş şüalarından uzaq olmalı, spesifik qoxusu olan məhsullarla bir yerdə saxlanmamalıdır.


Geri dön

^^Nazli^^

  • 29 iyun 2013 11:53
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
tewekkurler

--------------------

★Angelocka★

  • 28 iyun 2013 14:33
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
tesekkurler...

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

Victorious

  • 28 iyun 2013 14:18
  • Məqalə: 62
  • Şərh: 1327
  • Bal:
{awards}
Xebere gore tesekkurler

--------------------

Adsiz yazici

  • 26 iyun 2013 21:17
  • Məqalə: 15
  • Şərh: 3015
  • Bal:
{awards}
XEBERE GORE SAGOL

so_sad

  • 26 iyun 2013 20:01
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
E.Hüseynov bildirib ki, bu gün saqqızın satılması və saxlanılması qaydalarına riayət olunmur: "Saqqız satış şəbəkəsində 18-20 dərəcə temperaturdan yuxarı temperaturda saxlanmalı deyil. Lakin saqqızın harada və necə gəldi satıldığını görürük. İsti bir şəraitdə, gigiyena qaydalarının gözlənilmədiyi yerlərdə kifayət qədər saqqız satılır".

Angry Boy

  • 26 iyun 2013 18:44
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
men bilen yaddasi zeiflkledir

colkali ayka

  • 26 iyun 2013 17:58
  • Məqalə: 0
  • Şərh: 1188
  • Bal:
{awards}
Ticarət şəbəkələrinə saqqızı üstü bağlı bütün növ nəqliyyat vasitələrində daşımaq mümkündür. Saqqız 18 dərəcə C temperatur və havanın nisbi rütubəti 75% olan quru, təmiz və havalandırma sistemi olan, kənar qoxu və ziyanvericilərin təsirinə məruz qalmayan yerlərdə saxlanılmalıdır. Saqqız günəş şüalarından uzaq olmalı, spesifik qoxusu olan məhsullarla bir yerdə saxlanmamalıdır.

Nara Neznakomka

  • 26 iyun 2013 16:09
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
hmmmmmmmmmmmmmm

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

Silent_ Night

  • 26 iyun 2013 15:35
  • Məqalə: 647
  • Şərh: 5280
  • Bal:
{awards}
Sitat: ✰gul beceren✰
tesekkurlerrr men saqqiz ceynemirem nadir hallarda ceyniyerem

--------------------

★Angelocka★

  • 26 iyun 2013 15:34
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
tesekkurler melumata gore

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

BalamsanGetxowbextol

  • 26 iyun 2013 13:25
  • Məqalə: 0
  • Şərh: 71
  • Bal:
{awards}
Əsasını yeyilməyən elastik maddə təşkil edən, tərkibində müxtəlif tamlı və ətirli əlavələr olan saqqızın xeyri barədə kifayət qədər reklamların verilməsinə baxmayaraq, dünyada aparılan bir çox təcrübələr onun zərərli məhsul olduğunu təsdiq edib

★KaRaMeLKa★

  • 26 iyun 2013 13:10
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
təşəkkür məlumat üçün

HUSEYN ASHIQI

  • 26 iyun 2013 13:05
  • Məqalə: 84
  • Şərh: 2550
  • Bal:
{awards}
melumat ucun tewekkur

--------------------



Eger menim Şie olmağim kimise narahat edirse------>Men bu narahatciliğa göre fexr edirem (Alhamdul'illah)

sonzeng2015

  • 26 iyun 2013 13:03
  • Məqalə: 449
  • Şərh: 7099
  • Bal:
{awards}
tesekkurler melumata gore.xosum gelir saqqizdan love

^^Nazli^^

  • 26 iyun 2013 12:50
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
tesekkurlerrr men saqqiz ceynemirem nadir hallarda ceyniyerem

--------------------

legend sun girl

  • 26 iyun 2013 12:27
  • Məqalə: 89
  • Şərh: 1623
  • Bal:
{awards}
təşəkkür məlumat üçün

Aykanin_Ruyasi

  • 26 iyun 2013 12:20
  • Məqalə: 3
  • Şərh: 144
  • Bal:
{awards}
tewekkkulrer...................

--------------------
ALLAH HERKESDEN RAZI OLSUN

Ghost of legend

  • 26 iyun 2013 12:13
  • Məqalə: 13
  • Şərh: 1199
  • Bal:
{awards}
tesekkurler......

Dikaya_Kavkazka

  • 26 iyun 2013 11:41
  • Məqalə: 0
  • Şərh: 2791
  • Bal:
{awards}
Tewekkur Xosum gelir saqqizdan winked

★CaNdy GiRL★

  • 26 iyun 2013 11:38
  • Məqalə: 32
  • Şərh: 1561
  • Bal:
{awards}
uzundu oxumadim ama secilmise atdim oxuyacam

--------------------

★NuTeLLa★

  • 26 iyun 2013 11:19
  • Məqalə: 278
  • Şərh: 5715
  • Bal:
{awards}
RöyaşkA,
xD maaaaaaa oxawamisandaaaaaaaaaaa

Roya_____

  • 26 iyun 2013 11:09
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
can bacıwkom melumat ucun coxsagol saqqızı cox sevırem ama ceyneye bılmırem cunkı o deq uduramwink

Zayn Malik Fanati

  • 26 iyun 2013 11:01
  • Məqalə: 1
  • Şərh: 221
  • Bal:
{awards}
twk...............

--------------------
__________***Hic kimse icin********
___________ ***Hayal kırıklıgına ugramadım*****
Çünki kimse için_________________
Hayal kırmadim________________

lady anna

  • 26 iyun 2013 11:00
  • Məqalə: 26
  • Şərh: 2973
  • Bal:
{awards}
melumat ucun sag olun

--------------------

surawka

  • 26 iyun 2013 10:50
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
melumat ucun twkler

GuNaY_83

  • 26 iyun 2013 10:35
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Əsasını yeyilməyən elastik maddə təşkil edən, tərkibində müxtəlif tamlı və ətirli əlavələr olan saqqızın xeyri barədə kifayət qədər reklamların verilməsinə baxmayaraq, dünyada aparılan bir çox təcrübələr onun zərərli məhsul olduğunu təsdiq edib

--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 26 iyun 2013 10:32
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
ILK WERH MENDEN...XEBERE GORE SAGOL

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 55

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}