Bu səhər saat 03:58 radələrində Azərbaycanın xalq artisti Səyavuş Aslan dünyasını dəyişib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Anspress-ə verilən məlumata görə, gecə saatlarında 77 yaşlı xalq artistinin vəziyyəti pisləşib. Bu barədə çağırış olub. Həkimlər gəlincə o, dünyasını dəyişib.
Səyavuş Aslanın oğlu Çingiz Aslanın Anspress-ə verdiyi məlumata görə, xalq artistinin vəziyyəti gecə saatlarında qəflətən pisləşib. Dərhal təcili yardıma zəng vursalar da, S.Aslan bir neçə dəqiqədən sonra dünyasını dəyişib.
Xalq artistinin oğlu Çingiz Aslanov APA-ya bildirib ki, aktyor bu gün dəfn olunacaq.
Allah rəhmət eləsin!