Məhəmməd (s.ə.s) Peyğəmbərdən kəlamlar.

 
  • 26.05.2010, 01:26
  • Bölmə: İslam
  • Müəllif: Ulya
Məhəmməd (s.ə.s) Peyğəmbərdən kəlamlar.

Həyatda insanın üç dostu var: dostunun dostu, öz dostu və düşməninin düşməni.

Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. Həqiqətən, Allah yalnız Onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir.

Öz ümmətin üçün hər şeydən çox danışdıqda mahir olan münafiqlərdən qorxuram.

Allah-təala sevdiyi bəndəsini çətinliyə salar ki, onun ahuzarını eşitsin.

Bir şəxsi işlətmək üçün əcir tutduqda, haqqını ona əvvəlcədən elan edin.

Elm öyrənənin (din tələbəsinin) əcəli çatdıqda, şəhid kimi ölər.

Əgər öz yaxşı işindən sevinib, pis işindən narahat olursansa, deməli, möminsən.

Məhəmməd (s.ə.s) Peyğəmbərdən kəlamlar.


Qəzəbləndiyin zaman, sakit ol.

Tanışlarınızdan biri öldüyü zaman onu rahat buraxın və haqqında pis danışmayın.

Bir bəndə öldükdə camaat deyər: "Özündən sonra nə qoydu getdi?" Və mələklər deyər: "Özü ilə nə gətirdi?"

Ölənlərinizin yaxşılıqlarını yada salın və pisliklərinə göz yumun.

İki saleh qohumundan həyat etdiyin kimi Allahdan həya et.

Xalqa möhtac olmayın və ondan bir diş çöpü belə istəməyin.

Xalqın ən şücaətlisi öz nəfsinə qalib gələn şəxsdir.

Beşikdən qəbrədək elm axtarışında olun.

Möminin çətinliyi hamıdan çoxdur, çünki o həm dünya, həm də axirət işləri ilə məşğul olmalıdır.


Məhəmməd (s.ə.s) Peyğəmbərdən kəlamlar.


Az günah etsən, ölüm sənə asan olar.

Dünyada hamıdan tox olan, qiyamətdə hamıdan ac olacaq.
Sədəqə var-dövləti artırar.

Allah-təala ata və anaya yaxşılıq edən insanın ömrünü uzadar.

Allah-təala bütün danışanların dilinə nəzarətçidir. Bəndə Allahdan qorxmalı və nə danışdığına fikir verməlidir.

Allah-təala duada israr edənləri sevər.

Allah-təala, bəndəsinin Ona tərəf uzadılmış əlini geri qaytarmaqdan və onu ümidsiz qoymaqdan həya edər.

Allah-təala boş söz-söhbətləri sizə qadağan etdi.

İsrafın bir növü də ürəyin istədiyi hər bir şeyi yeməkdir.

Hər kəs Allahdan bir şey istəməsə, Allah ona qəzəblənər.


Məhəmməd (s.ə.s) Peyğəmbərdən kəlamlar.

Öz sübhünüzü sədəqə verməklə başlayın, çünki bəla sədəqənin üstündən keçə bilmir.

Sübh tezdən ruzi və hacət dalınca gedin, cünki tezdən durmaq bərəkət və qurtuluşa səbəbdir.

Varlıların yediyi, fəqirlərin isə məhrum olduğu toy xörəyi necə də pisdir.

Paxıl o şəxsdir ki, adım çəkiləndə mənə salavat göndərmir.

Çox yemək qəlbdə qəsavət (daşürəklilik) yaradır.

Oruc tutarkən obaşdan yeyin, çünki obaşdanlıq bərəkətin əsasıdır.

Bir-birinizə əl verin ki, qəlbinizdən kin xaric olsun.

Günahdan tövbə odur ki, onu təkrar etməyəsiniz.

Məhəmməd (s.ə.s) Peyğəmbərdən kəlamlar.


Dünyanın şirinliyini axirətin acılıgı və dünyanın acılığı axirətin şirinliyidir.

Qadının cihadı ərinə yaxşı baxmasıdır.

Evlənməyin ən yaxşısı odur ki, asan başa gəlsin.

Dostlarınızın ən yaxşısı eyblərinizi sizə deyəndir.

Allah rəhmət etsin o kəsə ki, öz dilini islah edər.

Çox gülmək qəlbi öldürər.

Əməl olunan elmdən savayı, bütün elmlər qiyamət günündə vizrü-vəbal olacaqdır.

Heç bir işi sabaha saxlama ki, hər günün öz işi var.

Özünüz yemədiyinizi yoxsullara yedirməyin.

Məhəmməd (s.ə.s) Peyğəmbərdən kəlamlar.


Cahil bir şəxs ya ifrat edər, ya da geridə qalar.

Kim məsləhətləşsə peşman olmaz və kim də orta həddi gözləsə, yoxsul olmaz.

Bir şəxs özü üçün istədiyini din qardaşı üçün də istəmədikcə mömin olmaz.

Heç bir kəs gücü catmayan şeyi qonağı üçün hazırlamamalıdır.

Camaata verilən heç bir sədəqə onların arasında yayılan elmdən üstün deyildir.

O işi ki, istəmirsən camaat səndən görsün, təklikdə də əncam vermə.

Mən hara, dünya hara?! Mənim dünyadakı vəziyyətim bir ağacın kölgəsində oturan, sonra onu orada qoyaraq durub gedən müsafir kimidir.

Sədəqə verməklə mal azalmaz.

Hər kəs çox yeməyi adət etsə, ürəyi qəsavət bağlayar (daşlaşar).

Hər kəs özünü hansı dəstəyə oxşadırsa, həmin dəstədəndir.

Sizin qiymətiniz yalnız behiştdir, özünüzü ondan ucuzuna satmayın.

Elm ilə birgə olan yuxu, cəhl ilə birgə olan ibadətdən üstündür.

Məhəmməd (s.ə.s) Peyğəmbərdən kəlamlar.


Allah-təala övladlarınız arasında, hətta onları öpərkən belə ədalətə riayət etməyinizi sevir.

Allah-təala yalnız rəhimli bəndələrinə rəhm edər.

Qadının bərəkətli olmasının əlaməti budur ki, elçiliyi asan, mehriyyəsi isə yüngül olsun.

Bu dünyada sizin üçün bir müsafirin azuqəsi qədər olan mal kifayətdir.

Allah-təala behişti nə dediyinə və onun haqqında nə deyildiyinə əhəmiyyət verməyən pis danışıqlı adamlara haram etmişdir.

Sizin ən yaxşınız dünyada daha rəğbətsiz, axirətdə isə daha rəğbətli olanınızdır.

Qardaşın (öz din) qardaşına olan gizli duası rədd ediləsi deyil.

Dünya möminin zindanı, kafirlərə behiştdir.

Allah o kəsə rəhmət etsin ki, sözlərindən artığını saxlayar, malının artığını isə sədəqə verər (paylayar).

Alimin iki rəkət namazı, alim olmayan adamın yetmiş rəkət namazından üstündür.

Allaha diqqətlə qılınan iki rəkət namaz, Allahdan qəflətdə qılınan min rəkət namazdan üstündür.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 12:34
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

CandyGirl

  • 11 iyul 2011 22:28
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
eladi coox saqolun

--------------------

gul_93

  • 4 mart 2011 17:16
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
tewekkurler

nilayka

  • 20 fevral 2011 15:14
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

L_SimuS

  • 6 yanvar 2011 01:08
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler

Azeri_Gozeli

  • 12 oktyabr 2010 16:29
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

STORM MEN

  • 12 avqust 2010 16:37
  • Məqalə: 146
  • Şərh: 541
  • Bal:
{awards}
Maraqli melumata gore cox saqol.

--------------------

FERID

  • 3 iyun 2010 01:42
  • Məqalə: 77
  • Şərh: 327
  • Bal:
{awards}
TEWEKKURLER COOOX GOZALDI

--------------------

Ulya

  • 29 may 2010 05:10
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
Allah haminizdan razi olsun...

VESNA

  • 28 may 2010 11:31
  • Məqalə: 0
  • Şərh: 758
  • Bal:
{awards}
Qəzəbləndiyin zaman, sakit ol.Dostlarınızın ən yaxşısı eyblərinizi sizə deyəndir. TWK

Orxan okv

  • 27 may 2010 11:09
  • Məqalə: 0
  • Şərh: 10
  • Bal:
{awards}
Təşəkkür eyləyirəm

Dj_Tural

  • 26 may 2010 04:19
  • Məqalə: 852
  • Şərh: 1606
  • Bal:
{awards}
tewekkurler

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..

_LeGenDa_

  • 26 may 2010 01:45
  • Məqalə: 133
  • Şərh: 548
  • Bal:
{awards}
Allah razi olsun baciwim cox maraqli movzu idi

--------------------

Mr_Unlimited

  • 26 may 2010 01:43
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
tewekkurler gozel kelamlardi. ellerin derd gormesin eziyyte cekmisen

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 32
Cəmi: 51

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}