Pul yoxsa İnsanlıq?!

 
Pul yoxsa İnsanlıq?!

Pul! Nədir pul? Varlı üçün hər şeydir, kasıb üçün heç nədir. Bu yerdə bu misralar düşür yada.
Demək ki, təki pulun olsun. Pulu olub onu necə xərcləyə bilməyənlər var, pulu olmayıb xərcləməyə ehtiyacı olanlar da var. Pulu çox olub borc verməyənlər var, pulu olmayıb borcunu verə bilməyənlər də var. Pulu çox olub "Allah”ı unudanlar var, pulu olmayıb "Allah” kəlməsi dilindən düşməyənlər də var. Pulu çox olub ”Bəlkə Allah məni imtahan edir, ehtiyacı olanlara verim” düşünməyənlər var, pulu olmayıb "Bəlkə Allah məni imtahan edir” düşünənlər də var. Pulu çox olub israf edənlər var, pulu olmayıb israfın nə olduğunu bilməyənlər də var. Pulu çox olub kababı yemək saymıyanlar var, pulu olmayıb quru çörək tapmayanlar da var. Pulu çox olub bu gün aldığı paltarı sabah bəyənmiyənlər var, pulu olmayıb geyinməyə paltar tapmıyanlar da var. Pulu çox olub faiz yeyənlər var, pulu olmayıb faiz ödəyənlər də var. Pulu çox olub gündə kef məclisi quranlar var, pulu olmayıb ehsan verə bilməyənlər də var. Pulu çox olub özəl xəstəxanalar tikdirənlər var, pulu olmayıb xəstələrini müalicə etdirə bilməyənlər də var. Bir sözlə pulu çox olub na şükür olanlar var, pulu olmayıb şükür edənlər də var.

Bu dünya sizin üçün bir imtahandır. Kimi malı ilə, kimi canı ilə, kimi də övladı ilə imtahan olunar. Heç vaxt açılan əlləri boş qaytarmayın. Verdiyiniz zəkat ilə malınızı artırın, verdiyiniz sədəqə ilə başınıza gələn bəlanı qaytarın, verdiyiniz borc pul ilə savabınızı artırın. Hər yaxşı əməli Allah üçün edin, bəndə bilməsə də olur. Əsl yaxşılıq odur ki, gizlində də aşkarda da gördüyün işi görəsən (Hz. Muhamməd s.v.s). Allah hər şeyi görəndir, biləndir.

Bəs insanlıq nədir? Mirzə Əlkbər Sabirin bu misralarını xatırlamamaq mümkün deyil.
Niyə biz insanlara insanlığına görə deyil, varına, dövlətinə, vəzifəsinə görə qiymət veririk. Axı insanlıq pulnan ölçülmür, axı insanlıq vəzifə ilə də ölçülmür. İnsanlıq elə insanlıqnan ölçülür, insanlıq səmimiyyətlə ölçülür. İstər vəzifədə ol, istər fəhlə ol, istər dövlətli ol, istərsə də kasıb ol, əsas odur ki, insan ol və insan olduğunu heç vaxt unutma. Əsl insan odur ki, özündən kiçiklərə salam verə bilsin, özündən böyüklərə hər kəs salam verə bilir, əsl insan odur ki, özündən kiçiklərlə səmimi olsun, özündə böyüklərlə hər kəs səmimi ola bilir. Əsl insan odur ki, bütün insanların xoş gününə sevinsin, pis günündə yardımçısı olsun. Bəli, bax budur əsl insanlıq.


Geri dön

★KaRaMeLKa★

  • 1 iyul 2013 16:20
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
Elbette insanliq! feel

^^Nazli^^

  • 1 iyul 2013 12:57
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
tesekkurlerrrr

--------------------

★Angelocka★

  • 1 iyul 2013 12:29
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
tesekkurler...

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

★Love Pearl★

  • 1 iyul 2013 02:06
  • Məqalə: 335
  • Şərh: 4367
  • Bal:
{awards}
Allah razı olsun....

--------------------
Azerbaijan Medical University smile

^^KuKuLKa^^

  • 1 iyul 2013 01:10
  • Məqalə: 766
  • Şərh: 11558
  • Bal:
{awards}
Bəs insanlıq nədir? Mirzə Əlkbər Sabirin bu misralarını xatırlamamaq mümkün deyil.

--------------------

lady anna

  • 30 iyun 2013 23:47
  • Məqalə: 26
  • Şərh: 2973
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Bash Belası

  • 30 iyun 2013 22:18
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Allah razı olsun...

surawka

  • 30 iyun 2013 17:40
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
tewekkurler

ZeHRa AsİQi

  • 30 iyun 2013 15:24
  • Məqalə: 5
  • Şərh: 478
  • Bal:
{awards}
cox maraqla oxudur meqaleye gore sagolun...

--------------------
asiqem candan ELI kelmesine,can ELIDIR
ol sebebden bu konul,mulkune sultan-ELIDIR!
haqqa iman edene qibleyi iman ELIDIR,
Kebedi-qible,feqet,Kebede unvan-ELIDIR!

tinker bell

  • 30 iyun 2013 15:05
  • Məqalə: 0
  • Şərh: 3885
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 30 iyun 2013 12:50
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
tewekkur...

Nara Neznakomka

  • 30 iyun 2013 12:37
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Bu dünya sizin üçün bir imtahandır. Kimi malı ilə, kimi canı ilə, kimi də övladı ilə imtahan olunar. Heç vaxt açılan əlləri boş qaytarmayın. Verdiyiniz zəkat ilə malınızı artırın, verdiyiniz sədəqə ilə başınıza gələn bəlanı qaytarın, verdiyiniz borc pul ilə savabınızı artırın. Hər yaxşı əməli Allah üçün edin, bəndə bilməsə də olur. Əsl yaxşılıq odur ki, gizlində də aşkarda da gördüyün işi görəsən (Hz. Muhamməd s.v.s). Allah hər şeyi görəndir, biləndir.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

GuNaY_83

  • 30 iyun 2013 11:58
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Adsiz yazici

  • 30 iyun 2013 10:23
  • Məqalə: 15
  • Şərh: 3015
  • Bal:
{awards}
Allah razi olsun...

so_sad

  • 30 iyun 2013 10:21
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Allah razi olsun tongue

★KaRaMeLKa★

  • 30 iyun 2013 10:17
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Allah razi olsun...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 55
Cəmi: 76

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}