Kişilər xanımlarını anlamaq istəsələr

 
Kişilər xanımlarını anlamaq istəsələr

Səhər yuxudan durub yüksək əhvali-ruhiyyə ilə işə yollanırsan.

Xanım da həmişəki kimi oturur evdə. Düşünürsən ki, evdə Allah bərəkət versin, yemək-içməyə bir şey var, uzaqbaşı evdə bir az təmizlik işi görüləcək, vəssalam. Yəni sənə görə, evdə oturan xanımın işi çox rahatdır. Düşünürsən ki, evin-eşiyin ən ağır yükü sənin çiynindədir, bütün əzab-əziyyəti kişilər çəkirlər, qalan hamısı boş şeydir. Bu düşüncə, bu yanaşma tərzi illərdir bizimlə birgədir.

Üzünə vurmasaq da, işdən evə gəlib qapıdan içəri girəndə xanıma hiss etdiririk ki, oturub evdə kef çəkirsən, mən isə səhərdən axşama kimi əlləşib-vuruşuram ki, dolanışığımızı qazanım, di tez ol çay-çörəyi hazırla. O da heç nə olmamış kimi səbirlə, ya gülərüzlə, ya da soyuqqanlı şəkildə öz işini görür. Siz yeyib-içəndən, süfrə yığışandan sonra xanım bu gün çox yorulduğunu söyləyir. Ya üzünə deyirsən, ya da içində fikirləşirsən ki, axı bu balaca evdə görüləcək nə iş var ki, hələ yorulasan da... Uzaqbaşı qab-qacağı yuyub-təmizləyib, evi silib-süpürüb, uşağa baxıb və s. Bunlar sənə çox adi görünür. Hələ kənddə doğulub boya-başa çatmısansa, fikirləşirsən ki, kənddə qadınlar həyəti süpürürlər, toyuq-cücəyə baxırlar, evin bütün işlərini görürlər, inək sağırlar və s. Bu düşüncə, bu yanaşma, bu yuxarıdan aşağı baxma ta o vaxta kimi davam edir ki, hansısa səbəbdən, heç olmasa, bircə gün sən evdə xanımını əvəz etməli olursan: uşaqlara baxırsan, evdə bacardığın bir işin qulpundan yapışmağa çalışırsan. Məhz onda başa düşürsən ki, xanımının çəkdiyi əziyyəti qiymətləndirməmisən, ya görməmisən, ya da görə bilməmisən.

"Silib-təmizlədin,
xörək hazırladın, vəssalam"


Belə bir mövzuda yazı yazmağı açığı, planlaşdırmırdım. Amma son bir neçə ayadək bizimlə eyni düşüncədə olan Rasim Məmmədovun başına gələnlər olmasaydı. Onun dediklərini elə öz dilindən eşidək: "Özəl müəssisələrdən birində çalışırdım. Sonradan işimi dəyişməli oldum. Yeni iş yerində fəaliyyətə başlayanadək gözləməliyəm. Odur ki, müvəqqəti işsiz sayılıram. Yoldaşım isə işləyirdi, ona görə də bir müddət onu evdə mən əvəz eləməli oldum. Həmişə işdən evə gələndə yorulduğum üçün özümü çox "kaprizli” aparırdım. Sözarası yoldaşım yorulduğunu deyəndə içimdə düşünürdüm ki, axı yorulmalı nə var, 2 otaqlı evdir, silib-təmizlədin, xörək hazırladın, vəssalam. Lakin sən demə, elə deyilmiş. Qadınların dedikləri həqiqətən, doğru imiş. Bunu ev işlərinin içərisinə girəndə gördüm”.

"İşdən evə gələndən sonra 2-3 saatı
dəyərləndirməliyik"


Rasim Məmmədovun sözlərinə görə, bəlkə də, bu işlər qadınlar üçün müəyyən mənada adiləşib, yəni əlləri öyrəşib, lakin bir kişinin qab-qacaqları yuyub mətbəxdən çıxması, ən azı 1 saat vaxt alır. Evi təmizləmək, səliqəyə salmaq da həmçinin. "Kişi evdə az olur. Yəni səhər durub getdin işə, axşam gəldin evə, çörək yedin, çay içdin və yorğun olduğunu əsas gətirib, sakitcə bir az televizora baxandan sonra yıxılıb yatdın. Səhər tezdən yenə də işə. Halbuki, evdə çox qalandan sonra başa düşdüm ki, biz kişilər işdən evə gələndən sonrakı 2-3 saatı dəyərləndirməliyik. Yəni yorğunluğumuzu bir kənara qoyub gülərüzlü davranmalı, xoş rəftar göstərməliyik. Bir sözlə, evdə olmadığımız müddətin boşluğunu qısa zaman çərçivəsində imkan daxilində doldurmağa çalışmalıyıq. Bundan başqa, həftəsonunu dəyərləndirmək lazımdır. Məsələn, mən yorğun olduğumu əsas gətirib, ailəmi həftəsonu parka aparmağa tənbəllik edirdim. Halbuki bəhanə gətirmək lazım deyilmiş”.

Bütün bunları sizinlə ona görə paylaşıram ki...

R. Məmmədov etiraf edir ki, evdə vəziyyət onun düşündüyü kimi deyilmiş, yəni iş kifayət qədər çox imiş: "Evdə olanda adi bir işə də vaxt çox gedir. Xanımlar ev işləri ilə yanaşı, uşağa vaxt ayırırlar, əgər uşaq birdən artıqdırsa, bu daha çox zaman alır. Belə deyək, qadın bütün günü evdə saat kimi işləyir. Özün görmədiyin müddətcə bunu hiss eləmirsən. Şərt o deyil ki, kimsə mənim kimi, müvəqqəti də olsa, uzunmüddətli evdə otursun. Əsas odur ki, özüm də daxil, bütün kişilər ev işlərində azdan-çoxdan xanımlara köməklik göstərsinlər, ən azından onları başa düşsünlər. Qadınlar çox səbirlidirlər. Kişilər heç bir halda onları əvəz edə bilməzlər. Bu, mənə bir dərs oldu. Bütün bunları isə sizinlə ona görə paylaşıram ki, başqaları da müəyyən mənada nəticə çıxarsınlar. Xanımların əziyyətini başa düşmək, onu dəyərləndirmək lazımdır, ən əsası "evdə iş yoxdur” deməməliyik”.

Onu ruhdan salmayın

Mövzu ilə bağlı türkiyəli psixoloq Yasemin Yalçın Aktosun maraqlı açıqlamaları var. Psixoloqun sözlərinə görə, bir çox kişilər fərqinə varmasalar da, ev xanımı axşama qədər həm fiziki, həm də psixoloji mənada çox yorulur. Onun fikrincə, buna görə də kişilərin xanımlarını ruhlandırmalarına ehtiyac var: "Həyat yoldaşı xanımın evdə çəkdiyi əziyyəti görməzliyə vuranda, anlayışla qarşılamayanda, qiymətləndirməyəndə xanımlar sanki daha çox yorulurlar. Bir çox kişilər xanımlarına: "Mən olsam, bu qədər işi bir saata tamamlayardım. Axşama qədər nə edirsən? Görmürsən görmə, özün bilərsən”,- deyirlər. Yasemin xanımın sözlərinə görə, bu kimi cümlələr xanımların enerjisini bitirməyə kifayət edir.

Psixoloqdan kişilərə tövsiyə...

Psixoloq kişilərə bu tövsiyələri verir: "Xanımına qarşı anlayışlı olan bir kişi "səni anlayıram, axşama qədər bizim üçün yorulursan, sənin üçün nə edə bilərəm?” kimi ifadələrlə münasibət bildirəndə xanım daha da ruhlanır. Yoldaşından belə gözəl və anlayışlı ifadələr duyan qadın "evim üçün başqa nələr edə bilərəm?” - deyə düşünür və pozitiv enerji ilə dolub-daşır, hətta bütün əziyyətlərini, yorğunluqlarını belə unudur. Ailə fərdləri arasındakı bu yardımlaşma və münasibət xanımlar üçün ən önəmli motivasiya qaynağıdır. Belə bir ailədə ən qarmaqarışıq işlər asanlıqla çözülür, ən dağınıq evlər asanca düzənlənir. Başqa işlərə zaman ayırmaq da asanlaşır”...


Geri dön

Dunyanin Sevinci

  • 19 iyul 2013 19:37
  • Məqalə: 0
  • Şərh: 272
  • Bal:
gun erzinde xanimlara bir gozel soz deyin sizden ne gedir

ShคмKiʀKค

  • 16 iyul 2013 23:34
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
tesekkur.........

pervis

  • 12 iyul 2013 13:16
  • Məqalə: 68
  • Şərh: 4366
  • Bal:
{awards}
tewekkurlerrr

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

Roya_____

  • 11 iyul 2013 13:21
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
coxsagolunnnn

^^Nazli^^

  • 3 iyul 2013 12:02
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
"Silib-təmizlədin,
xörək hazırladın, vəssalam"
hmm duzduu ev isleri tekce bundan ibaret deyil

--------------------

sebnem98

  • 2 iyul 2013 19:15
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
"Silib-təmizlədin,
xörək hazırladın, vəssalam"

--------------------

★Angelocka★

  • 2 iyul 2013 16:15
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
tesekkurler...

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

Rozalinda

  • 2 iyul 2013 15:02
  • Məqalə: 0
  • Şərh: 185
  • Bal:
{awards}
coxlu coxlu teşekkürler)

^^Nazli^^

  • 2 iyul 2013 14:31
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
tesekkurlerr

--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 2 iyul 2013 13:42
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
tewekkur...

tinker bell

  • 2 iyul 2013 12:18
  • Məqalə: 0
  • Şərh: 3885
  • Bal:
{awards}
Səhər yuxudan durub yüksək əhvali-ruhiyyə ilə işə yollanırsan.

--------------------

Feat Deniz

  • 2 iyul 2013 10:43
  • Məqalə: 10
  • Şərh: 2004
  • Bal:
{awards}
tewekkurler....

--------------------

Roya_____

  • 2 iyul 2013 10:34
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
twklerrrrrrrrrrrrrrr

Zehra Awiqi

  • 2 iyul 2013 09:33
  • Məqalə: 39
  • Şərh: 3019
  • Bal:
{awards}
tesekkurler...

--------------------
http:// [?] Загрузить с интернета:

★KaRaMeLKa★

  • 2 iyul 2013 08:10
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
COX SAGOLUN

surawka

  • 2 iyul 2013 07:00
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
maragli meqaledir twkler

Nəmişka

  • 2 iyul 2013 03:35
  • Məqalə: 13
  • Şərh: 317
  • Bal:
{awards}
Tewekkurler...

★Love Pearl★

  • 2 iyul 2013 00:33
  • Məqalə: 335
  • Şərh: 4367
  • Bal:
{awards}
tewekkurlerr

--------------------
Azerbaijan Medical University smile

✰_DeLNoLiNi_✰

  • 1 iyul 2013 23:58
  • Məqalə: 155
  • Şərh: 6036
  • Bal:
{awards}
Sözarası yoldaşım yorulduğunu deyəndə içimdə düşünürdüm ki, axı yorulmalı nə var, 2 otaqlı evdir, silib-təmizlədin, xörək hazırladın, vəssalam. Lakin sən demə, elə deyilmiş. Qadınların dedikləri həqiqətən, doğru imiş. Bunu ev işlərinin içərisinə girəndə gördüm”.

--------------------

★KaRaMeLKa★

  • 1 iyul 2013 23:42
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Tewekkurler...

-chanel-

  • 1 iyul 2013 23:30
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
tewekkurlerr..



Nara Neznakomka

  • 1 iyul 2013 22:56
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkkkkkkkkkk

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

★Angelocka★

  • 1 iyul 2013 22:38
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
tesekkurler...

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

lady anna

  • 1 iyul 2013 22:21
  • Məqalə: 26
  • Şərh: 2973
  • Bal:
{awards}
tewekkurler

--------------------

angeL :(

  • 1 iyul 2013 21:54
  • Məqalə: 16
  • Şərh: 1007
  • Bal:
{awards}
Tewekkurler...

--------------------

I am princess

★WirinKa★

  • 1 iyul 2013 21:52
  • Məqalə: 14
  • Şərh: 4476
  • Bal:
{awards}
tesekkurlerr oxudum

--------------------

deniz kimi gozel

  • 1 iyul 2013 21:30
  • Məqalə: 0
  • Şərh: 321
  • Bal:
{awards}
Tewekkurler...

Gun--ka

  • 1 iyul 2013 21:04
  • Məqalə: 3
  • Şərh: 3128
  • Bal:
{awards}
bunu etiraf eden her kimdirse halal olsun....

--------------------

BƏZƏN deyirəm ki ÇıXıM gedim buralardan sonra fikirləşirəmki hara qacib getsəmdə yenə özümdən qaça bilmərəmki(((((((

MADİNKA MPİ

  • 1 iyul 2013 20:51
  • Məqalə: 0
  • Şərh: 856
  • Bal:
{awards}
tewekkurler

^^Nazli^^

  • 1 iyul 2013 20:48
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
tesekkurlerrr

--------------------
<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 29
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}