Dumanlı düşüncələr

 
Dumanlı düşüncələr

Bezdim, usandım bu düşüncələrin əlindən. İnsan nə qədər düşünər?!

Axı bu düşüncələr heç bir dərdə dərman deyil. Daha düşünmək istəmirəm. Qorxuram mənə düşüncəsiz deyərlər. Lakin yenədə düşünmək istəmirəm. Bəyəm düşüncəsiz olmaq pisdir?! Yaşamağın ən asan yoludur bəlkə də, bu günə qədər tapmamışam o yolu. Daha düşünməyəcəm – bu sözü son dəfə təkrarlayıb avtobus qalxıram. Yollar uzandıqca uzanır. Bir az öncə səkidə ağır-ağır addımladığımda daha düşünməyəcəm deyə qəti qərar vermişdim. Bəs indi burda düşünməyib neyləyəsən?!

... Oğrun-oğrun bir-birlərinin üzünə baxanlar, əyləşmək üçün kiminsə yerinə göz dikib pusquda dayananlar, qulağına qoyduğu telefonda bütün söz-söhbətlərini, şəxsi məsələlərini tanımadığı insanların arasında heç çəkinmədən çürüdənlər, beynində avtobusun günlük planını hesablayan sürücü.... bunların hamısı, hamısı ayrıca bir düşüncədən xəbər verir. Bu uzanan yollar da mənə ayrıca bir düşüncədən danışır....

Çox istədim şeir yazmaq. Lakin hər dəfəsində qələmi yerə ataraq “şair olmayacam”– dedim. İndi isə bu yollara, yol boyu uzanan yarpaqlarını tökmüş ağaclara baxıb şair olmaq nə qədər gözəl söz varsa onlara həsr etmək istərdim. Şair olsaydım indi bəlkə də bu yollar, hansısa bir şeirimin ilhamı olar, bu ağaclar necə də gözəl və cazibədar görünərdi gözlərimdə. Lakin təəssüf ki, şair deyiləm. Bu yollar adi, ağaclar isə cansız və heç bir məna ifadə etməyən nəfəssiz, dilsiz quru budaqlardır.

Dili olsaydı gecələrin sirrini söyləyərdimi görəsən bu ağaclar? Məni qorxudan bu şəhər küçələrinin sükuta dalmış qaranlığından kim bilir nələr danışardı, ona da danışmaq hüququ verilsəydi. İçib küçələrdə yatan əyyaşlardan ağız dolusu şikayət edər, gileylənərdi bəlkə də.

Tinlərdə dayanıb yoldan ötən hansısa bir qadının sumkasını əlindən alıb qaçan və kiminsə uşaqlarını ac qoyan, kiminsə bir aylıq zəhmət haqqını özünə siqaret, içki və s. pis əməllər üçün istifadə edən vicdansızları, atasından-anasından küsüb şəhər küçələrində ətrafı seyr edən avaraları, iki və daha artıq övlad böyütmüş insanın ahıl vaxtında düçar olduğu yalqızlığı, küçələri özünə mənzil seçən və onun-bunun qabağına qaçıb “sən Allah kömək elə” deyən 7-8 yaşlı qaraçıları, taleyin ağır cəzasına məhkum olunan əlilərin utancaq-utancaq küncdə dayanıb çörək pulu üçün imdad diləyən zavallı baxışalırını, evinə, uşaqlarına çörək pulu aparmaq üçün əlləri dona-dona qaranlıq küçələrdə özünün düzəltdiyi bəzəkli uşaq oyuncaqları satan yaşlı kişiləri və ən nəhayət iki məsum sevgilinin bir-birlərinin qulaqlarına söylədiyi gözəl sözləri ondan soruşmaq istərdim. Lakin təəssüf ki, o danışmaq hüququndan məhrumdur. Axı o, Tanrı tərəfindən cansız yaradılıb. Bəlkə də gördüklərini, bildiklərini danışmasın deyə dilsizdir o!

Düşüncələr arasında o tərəf-bu tərəfə vurnuxduğum anda çiynimə bir əl toxunub yuxudan ayıldır məni, diksinərək çevrilirəm...

“Xanım 5 -i 1 manata nəm salfetka var”
– deyib, gözlərini üzümə zilləyir almağım üçün. Günahı olmadığı bir vaxtda qəzəblənərək hirslə “yox, istəmirəm”, deyirəm. Bir addım geri çəkilib getmək istəyir və nə düşünürsə “yaxşı 6- na 1 manat ver” deyir. Üzünə elə baxıramsa cavabımı gözləmədən avtobusdan düşür həmyaşıdım olan bu 20-21 yaşlı oğlan. Düşür, lakin düşüncələrimdə buraxdığı izlər yol boyu təqib edir məni.

Qəzəblənirəm ona... gedib hər-hansı bir işlə məşğul olmaq yerinə əlinə salfetka yığıb avtobusları gəzərək onun-bunun qarşısında dayanıb, dili ilə deməsə də, gözləri ilə “bir salfetka al da”- deyə yalvarır sanki. Bumu bizim gəncliyimiz? Bumu bizim gələcəyə ümidimiz? Hər halda heç vəchlə içimdən həyata boylanan ümidlərimin ölməsi ilə barışa bilmərəm. Bu məqamda yağı tapdağındakı torpaqlarımızın taleyi də məni düşündürdü. İstər-istəməz Azərbaycan gəncliyini belə nisgin görməyim ürəyimi qanatdı...

Deyəsən Rus nəsrindən belə bir əsər adı xatırladım: “Kimdir müqəssir” Bu sualın cavabı barədə var-gəl etməyi qeyri düşüncələrimə qurban verə bilmərəm. Hər halda günahkar axtarmıram. Günahkar axtarmaq zəiflərin işidir, mənsə zəif deyiləm... Həm də ona görə zəif deyiləm ki, istəsəm də düşüncələrimi susudura bilmirəm.


Geri dön

Sevgi Nagili94

  • 7 iyul 2013 19:10
  • Məqalə: 4
  • Şərh: 348
  • Bal:
tewekkur edirem

--------------------
...Когда-нибудь мы встретимся,
ты пройдёшь мимо, не
проронив ни слова...А потом
обернёшься, чтоб посмотреть
в мои глаза и увидеть в них
прошлое... Но я буду далеко...

sebnem98

  • 2 iyul 2013 19:20
  • Məqalə: 0
  • Şərh: 6592
  • Bal:
{awards}
maraqli idi

--------------------

★Angelocka★

  • 2 iyul 2013 16:16
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:
{awards}
tesekkurler...

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

Rozalinda

  • 2 iyul 2013 15:07
  • Məqalə: 0
  • Şərh: 184
  • Bal:
{awards}
maraqlıdı yazan elleriniz var olsun)

^^Nazli^^

  • 2 iyul 2013 14:33
  • Məqalə: 134
  • Şərh: 7629
  • Bal:
{awards}
tesekkurlerrrrr

--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 2 iyul 2013 13:46
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
maraqli idi

angeL :(

  • 2 iyul 2013 12:11
  • Məqalə: 16
  • Şərh: 982
  • Bal:
{awards}
superr tesekkurlerrrrrrrrrrrr

--------------------

I am princess

VitamiN_Ka

  • 2 iyul 2013 11:36
  • Məqalə: 160
  • Şərh: 2060
  • Bal:
{awards}
təşəkkürlər bacı

--------------------

Feat Deniz

  • 2 iyul 2013 10:48
  • Məqalə: 10
  • Şərh: 1950
  • Bal:
{awards}
Deyəsən Rus nəsrindən belə bir əsər adı xatırladım: “Kimdir müqəssir” Bu sualın cavabı barədə var-gəl etməyi qeyri düşüncələrimə qurban verə bilmərəm. Hər halda günahkar axtarmıram. Günahkar axtarmaq zəiflərin işidir, mənsə zəif deyiləm... Həm də ona görə zəif deyiləm ki, istəsəm də düşüncələrimi susudura bilmirəm.

--------------------

Zehra Awiqi

  • 2 iyul 2013 09:39
  • Məqalə: 39
  • Şərh: 2948
  • Bal:
{awards}
tewekkurler=)

--------------------
http:// [?] Загрузить с интернета:

★KaRaMeLKa★

  • 2 iyul 2013 08:21
  • Məqalə: 166
  • Şərh: 6629
  • Bal:
{awards}
Cox sag ol..

surawka

  • 2 iyul 2013 06:57
  • Məqalə: 123
  • Şərh: 7029
  • Bal:
{awards}
tewekkurler recourse

Favorit Sweet Girl

  • 2 iyul 2013 03:40
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Cox sag ol..
Nolub hamiz yamisixe

★Love Pearl★

  • 2 iyul 2013 00:35
  • Məqalə: 335
  • Şərh: 4257
  • Bal:
{awards}
Cox sag ol..

sonzeng2015

  • 2 iyul 2013 00:33
  • Məqalə: 448
  • Şərh: 7004
  • Bal:
{awards}
İnsan nə qədər düşünər?!

Axı bu düşüncələr heç bir dərdə dərman deyil. Daha düşünmək istəmirəm.
tesekkurler

✰_DeLNoLiNi_✰

  • 2 iyul 2013 00:02
  • Məqalə: 156
  • Şərh: 5824
  • Bal:
{awards}
Deyəsən Rus nəsrindən belə bir əsər adı xatırladım: “Kimdir müqəssir” Bu sualın cavabı barədə var-gəl etməyi qeyri düşüncələrimə qurban verə bilmərəm. ///////////

--------------------
[

-chanel-

  • 1 iyul 2013 23:43
  • Məqalə: 136
  • Şərh: 6136
  • Bal:
{awards}
tewekkurler



Nara Neznakomka

  • 1 iyul 2013 23:15
  • Məqalə: 174
  • Şərh: 10792
  • Bal:
{awards}
Bezdim, usandım bu düşüncələrin əlindən. İnsan nə qədər düşünər?!

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

★Angelocka★

  • 1 iyul 2013 22:40
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:
{awards}
tesekkurler...

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

lady anna

  • 1 iyul 2013 22:30
  • Məqalə: 26
  • Şərh: 2910
  • Bal:
{awards}
tewekkurlerrrrr smile

--------------------

★WirinKa★

  • 1 iyul 2013 22:09
  • Məqalə: 14
  • Şərh: 4283
  • Bal:
{awards}
uffff recourse twkler supper yazmisiz

--------------------

tinker bell

  • 1 iyul 2013 21:52
  • Məqalə: 0
  • Şərh: 3806
  • Bal:
{awards}
Bezdim, usandım bu düşüncələrin əlindən. İnsan nə qədər düşünər?!

--------------------

jelibomka

  • 1 iyul 2013 21:29
  • Məqalə: 4
  • Şərh: 132
  • Bal:
{awards}
tewekkurler

--------------------
Gözləri yol çəkən birinin, uzaqlarda olan bir hekayəsi vardır.

MADİNKA MPİ

  • 1 iyul 2013 21:07
  • Məqalə: 0
  • Şərh: 838
  • Bal:
{awards}
coox maraqli idi twkler

Gun--ka

  • 1 iyul 2013 20:54
  • Məqalə: 3
  • Şərh: 3016
  • Bal:
{awards}
maraqli idi..tewekkurler

--------------------

BƏZƏN deyirəm ki ÇıXıM gedim buralardan sonra fikirləşirəmki hara qacib getsəmdə yenə özümdən qaça bilmərəmki(((((((

^^Nazli^^

  • 1 iyul 2013 20:51
  • Məqalə: 134
  • Şərh: 7629
  • Bal:
{awards}
tesekkurlerr

--------------------

Roya_____

  • 1 iyul 2013 20:48
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
tesekkurlerrrr

★KaRaMeLKa★

  • 1 iyul 2013 20:47
  • Məqalə: 166
  • Şərh: 6629
  • Bal:
{awards}
cox sag ol..

Adsiz yazici

  • 1 iyul 2013 20:42
  • Məqalə: 15
  • Şərh: 2961
  • Bal:
{awards}
cox sag ol..

GuNaY_83

  • 1 iyul 2013 20:39
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
cox sag ol..

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 47
Cəmi: 79

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 44
Cəmi: 586
 
♔Hе важно∞
Xəbərləri: 25
Cəmi: 114
 
MiSS HaPPy)
Xəbərləri: 22
Cəmi: 31
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 424
 
ஐ Payiz ஐ
Xəbərləri: 12
Cəmi: 13
 
AyliN BunyaminovA
Xəbərləri: 11
Cəmi: 402
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 675
 
Arzu_zadeh
Xəbərləri: 6
Cəmi: 135
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
 
{slinks}