Bu yay xanımların saç dəbi necə olacaq?

 
Bu yay xanımların saç dəbi necə olacaq?

İyun ayının sonları - iyul ayının əvvəli əsasən qadınlar üçün saç düzümlərinin və rənglərinin dəyişilməsi ilə əlamətdardır. Belə ki, günü-gündən gözəlləşən hava, yay, dəniz mövsümü və el şənliklərinə gələn dəvətnamələr xanımların bərbərxanaya gedən yolunu açır. Bəs görəsən, bu yay hansı saç düzümləri dəbdə olacaq? Gözəl xanımlar hansı saç rənginə üstünlük verəcəklər, saçlar hansı uzunluqda olacaq? Milli.Az bu suallara cavab tapmaq məqsədilə mövzunu araşdırmağa qərar verdi.

Bu yayın saç dəbi keçən illərdəkinə qətiyyən bənzəməyəcək

Mövzunu araşdırmaq məqsədilə şəhərimizdəki məşhur gözəllik salonlarından birində çalışan və 10 ildən çox təcrübəsi olan usta Vaxtanqa müraciət etdik. Vaxtanq bildirdi ki, "bu yay saç dəbi digər illərdəkindən təmamilə fərqlənir. Adətən yay gələndə açıq rəngli, dalğalı saçlar görməyə öyrəşsək də, bu yay elə olmayacaq.

Uzun saçlara “əlvida” deyin

Dünya üzrə məşhur və dəbin bütün qanunauyğunluqlarına əməl edən ulduzların yeni saç düzümlərinə fikir vermisinizmi? Əgər cavabınzı “hə”dirsə, onda həmin məşhurların saçının son modelinin necə qısa olduğunu artıq bilirsiniz. Çünki bu yayın ən dəbli saç uzunluğu maksimum dərəcədə qısalıqdır.

Canım qurtardı...

Usta deyir ki, çoxları düşünürlər ki, qısa saç kəsdirdinsə, artıq nə "ukladka" etməyə, nə də formaya salmağa ehtiyac yoxdur. Amma əslində bu çox səhv düşüncədir. Çünki qısa saçı formada saxlamaq uzun saçdan daha çətindir. Yandan tağ ilə ayrılmış, bir tərəfi digərinə nisbətən uzun kəsilmiş və idman stilində forma verilmiş saçlar bu yay zövq oxşayacaq.

Saçlarınızı kəsməyə cəsarətiniz yoxdur?

Təbiidir ki, hər qadın saçını çox qısa kəsdirməyə cəsarət etmir. Amma uzun saçlar da nə fəslin dəbidir, nə də istilərdə rahatlıq verir. Bu səbəbdən də isti günlərdə xanımların köməyinə saçlarını toplamaq üçün broşlar gələcək. Çünki bu yay toplanmış və ya hörülmüş saçlar dəbdə olacaq. Yuxarıdan topuz şəklində toplanmış və ya səliqəli şəkildə hörülmüş saçlar xoş təsəvvür yaradacaq.

Saxta sarışınlar, tünd saçlı əsmərlər bu yay dəbdən düşəcəklər

"Artıq bir neçə ildir ki, yay üçün saç rəngi proqnozunu ya sarı, ya da tünd rəngli saç rəngləri kimi verirdik. Bu yay isə keçən illərdən tam fərqli olaraq nə saxta sarışınlar, nə də tünd saçlı əsmərlər dəbdədirlər. Çünki fəslin dəbi şirni rəngləri olacaq. Belə ki, karamel və şokolad rəngi fəslin ən dəbli saç rəngidir. Xüsusilə qısa saçlarda bu rəng çalarları çox gözəl görünür", - deyə Vaxtanq proqnozlarını verdi.

Fransada saçını hər həftə kəsdirən insanlar var

Usta Vaxtanqa “Saçları hansı müddət ərzində kəsdirmək lazımdır?” sualını verdim. O isə məsələyə aydınlıq gətirdi ki: “Bəzi ustaların fikrincə, saçı iki aydan bir kəsmək lazımdır. Bəziləri üç, hətta, altı aydan bir "vaxt qoyurlar". Amma əslində saçların növləri kimi, uzanma sürətləri də fərqlidir. Məsələn, yağlı saçlar daha tez uzandığı üçün onların kəsilmə və qulluq müddəti iki aydan birdir. Normal saçlar isə hər 3 aydan bir kəsilməlidir. Quru saçlar ən gec uzanan saç növü olduğu üçün bəzən kəsilmə müddəti beş və ya altı ay arası dəyişir. Aldığım son məlumatlara görə, Fransada bəzi aristokrat ailələr saçlarını hər həftə bir neçə millimetr kəsdirirlər ki, təbiiliyi qorunsun”.

Aygün Kazımova və Röya yeni saç modeli etdirəndə müştərilərimizin sayı artır

Son olaraq ustamızdan “Xanımlar ən çox hansı model saçları sifariş verirlər?” sualını soruşduq və cavab aldıq ki: “Tək mənim yox, eyni zamanda bir çox saç ustalarının ortaq problemi var ki, müştərilərin əksəriyyəti onlara yaraşacaq saç modeli əvəzinə, sevdiyi xanım müğənnidə gördüyünü sifariş edir. Etiraz etdikdə isə bu ya müştərinin itirilməsi ilə nəticələnir, ya da elə düşünürlər ki, sən həmin saç modelini yarada bilmirsən. Əslində isə mənim o insanla şəxsi-qərəzliyim yoxdur ki, nə həmin insanı pis günə qoyum, nə də ona yaraşmayan saç düzümünü hazırlamaqla öz adımı batırım. Bu səbəbdən də kimliyindən asılı olmayaraq hər hansı müştəri gəlib ona yaraşmayacaq, amma sevdiyi müğənnidə gördüyü saç modelini sifariş verəndə mən həmin sifarişdən imtina edirəm. Artıq bir neçə ildir ki, Aygün Kazımova və Röya yeni saç düzümü etdirəndə xanımlar müraciət edərək həmin modeli sifariş verirlər. Hətta etiraf etmək lazımdır ki, onlar saç modellərini dəyişdirəndə müştərilərimizin sayı artır.

Dəyişmək, diqqət cəlb etmək istəyirəm

Saç düzümü seçimində zövqlə yanaşı, psixoloji vəziyyət də əsasdır. Bu səbəbi əsas götürərək psixoloq Şəhla Məmmədovaya müraciət etdik. Şəhla xanım dedi ki, qadınların psixologiyasında həmişə dəyişmək, diqqət cəlb etmək və sevilmək arzusu var. Bu səbəbdən də onlar həmin arzularını həyata keçirmək üçün daim dəyişik saç düzümlərini seçirlər və yaraşacağına da inanırlar. Amma təəssüflər olsun ki, bu inam çox vaxt sonda peşmançılıq ilə nəticələnir.

Saç ustasının sözünə qulaq asın, amma öz bildiyinizi edin

"Saçınızı əmanət etdiyiniz saç ustası ilə məsləhətləşməyiniz mütləqdir. Amma hər şeyi də o dediyi kimi etdirməyin. Çünki əks halda özünüzə inamınız azala və sevdiyiniz şəxs, ətrafınızdakı insanlar tərəfindən birmənalı qarşılanmaya bilərsiniz. Nə olursa-olsun, özünüzə inamınızı itirməyin. Saçlarınız istədiyiniz kimi alınmasa belə, toplayaraq yeni saç modeli yaratmağa çalışın. Unutmayın, ən pis saç düzümü belə, sizə ən azından həmin səhvi bir daha təkrarlamamalı olduğunuz təcrübəsini qazandıracaq. Qadının xarici gözəlliyində saçların önəmi danılmazdır, amma gözəl daxili aləmi olan qadın dünyanın ən gözəl qadınından daha gözəl və xoşbəxtdir", - psixoloq bildirdi.

Sonda isə onu qeyd etmək istərdik ki, dəb də, stil də dəyişkən və gəldi-gedərdir. Amma təbii gözəllik əbədi və qalıcıdır. Odur ki, çalışın, özünüzə yaraşan saç modelilni tapasınız və gözəlliyinizi qoruyasınız. Hər xanıma qalıcı və sonsuz gözəllik arzsusu ilə...


Geri dön

★Angelocka★

  • 1 avqust 2013 02:26
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
Xəbərçün tşk edirəm

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

melek.sansli.95

  • 26 iyul 2013 16:22
  • Məqalə: 0
  • Şərh: 10
  • Bal:
{awards}
coooooooooox sagolun

sebnem98

  • 3 iyul 2013 16:38
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
twk.................

--------------------

★Love Pearl★

  • 3 iyul 2013 16:29
  • Məqalə: 335
  • Şərh: 4368
  • Bal:
{awards}
cox sağ ol...

--------------------
Azerbaijan Medical University smile

✰ ♥..Золушка..♥ ✰

  • 3 iyul 2013 16:04
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
xebere gore sagol

angeL :(

  • 3 iyul 2013 13:10
  • Məqalə: 16
  • Şərh: 1007
  • Bal:
{awards}
tesekkurlerrrrrrrrrrrrrrrrrrrrr

--------------------

I am princess

^^KuKuLKa^^

  • 3 iyul 2013 13:08
  • Məqalə: 772
  • Şərh: 11591
  • Bal:
{awards}
Bu yayın saç dəbi keçən illərdəkinə qətiyyən bənzəməyəcək

--------------------

★Angelocka★

  • 3 iyul 2013 12:39
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
tesekkurler...maraqli idi...

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

Alone_But HAPPY

  • 3 iyul 2013 12:16
  • Məqalə: 2
  • Şərh: 1192
  • Bal:
{awards}
Saclarimi kesmerem!!!!

--------------------
Aşk, sakızdan çıkan sözler kadar basit olmaya devam ettikçe, insanlar da onu çiğneyip tükürmeye devam edecekler

-chanel-

  • 3 iyul 2013 12:12
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
Melumata gore twkler...


Roya_____

  • 3 iyul 2013 12:04
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tesekurlerrr

★Miss Love★

  • 3 iyul 2013 11:17
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Melumaтa gore тewekkurler=)

Zehra Awiqi

  • 3 iyul 2013 10:56
  • Məqalə: 39
  • Şərh: 3019
  • Bal:
{awards}
♥♥♥♥♥♥♥TeSeKKuRlEr♥♥♥♥♥♥♥

--------------------
http:// [?] Загрузить с интернета:

Gun--ka

  • 3 iyul 2013 10:50
  • Məqalə: 3
  • Şərh: 3128
  • Bal:
{awards}
"Artıq bir neçə ildir ki, yay üçün saç rəngi proqnozunu ya sarı, ya da tünd rəngli saç rəngləri kimi verirdik. Bu yay isə keçən illərdən tam fərqli olaraq nə saxta sarışınlar, nə də tünd saçlı əsmərlər dəbdədirlər. Çünki fəslin dəbi şirni rəngləri olacaq. Belə ki, karamel və şokolad rəngi fəslin ən dəbli saç rəngidir. Xüsusilə qısa saçlarda bu rəng çalarları çox gözəl görünür"

--------------------

BƏZƏN deyirəm ki ÇıXıM gedim buralardan sonra fikirləşirəmki hara qacib getsəmdə yenə özümdən qaça bilmərəmki(((((((

Adsiz yazici

  • 3 iyul 2013 10:04
  • Məqalə: 15
  • Şərh: 3015
  • Bal:
{awards}
tesekkurlerr

GuNaY_83

  • 3 iyul 2013 09:37
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
cox sag ol........

--------------------

^^Nazli^^

  • 3 iyul 2013 08:50
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
tesekkurlerr

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 39
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 30
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 67
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 3
Cəmi: 1144
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}