Əlimdə olsaydı

 
Əlimdə olsaydı

Bəzən həyatda fikirləşirik ki, kaş ki, əlimizdə olsaydı kimisə, nəyisə dəyişmək.
Çünki ətrafımızdakılar bizi məyus edir. Bunun üçün bəzən əlimizdən gəlsə də, daha çoxunu edə bilsəydik deyirik.
Bəs nələri dəyişmək istərdik?Əxlaqı pozulmuş gəncliyimizi?Nə etdiklərindən xəbərsiz olan, kimlərinsə əyləncəsi olan qızların namusunu?
Əyləncə kim olmaq istəyər? Çoxları deyəcək ki, heç kəs istəməz.Bəs istəmədikləri halda əyləncə vəziyyətdinə qalan onlar deyilmi?
Əxlaqı pozulmuş bir insanı dəyişdirmək mümkündürmü? Mümkündürsə bunu necə edə bilərik?Bunun üçün gec deyilmi?
Bəzən bir şeylər üçün əlindən gələni etsən də, çox gec olur. Bəzən başındaykən kiməsə dəstək olmaq, onu düz yola çəkmək
kiminsə həyatını xilas edir.Bəzən isə gec olduğu üçün faydasız olur. Puldan başqa heçnə fikirləşməyən insanları dəyişərdiniz?
Sizcə bunu edəcək qədər gücə maliksinizmi?İlk əvvəl dəyişdirmək istədiyimizi necə dilə gətirə bilərik?
Necə etirazımızı bildirə bilərik?Bizim fikrilərimiz nəzərə alınarmı?

- - -

Pul hər şey deyil!Bunu hər kəs deyir.Ancaq unutmayın ki, eyni sözləri pulun dəlisi olan insanlarda deyir.
Pul hal-hazırda o qədər güclüdür ki, o insanlardan belə dəyərlidir. Onun sayəsində çoxları hörmət qazanır.
Onun sayəsində kimlərsə əziz,üstün hesab olunur. Şan-şöhrətdə onun kimidir. İstər realda olsun istərsədə virtualda
statuslu insanlar nədənsə bir addım öndə olan insanlar kimi görünür. Onlara qeyri-adi münasibət bəslənir.
Onlarda bizim kimi adi insanlardır ancaq nədənsə onlara göstərilən münasibətin süni olduğunu görürük səbəbini isə
hər birimiz yaxşı bilirik. Varlı-kasıb təbəqələrini dəyişdirmək imkanı olsaydı bir çoxlarımız bunu edərdik.
Ancaq fikirləşin ki,dəyişsəydik daha çox qazanmağın,pulun dəlisi olmağın heç bir mənası qalmazdı.Onsuz nə qədər işləsək də,
eyni maaşı alacayıqsa,hər birimiz eyni təbəqədə olacayıqsa onda bu qədər işləmək nəyə gərək?

- - -

Hörmət,mədəniyyət yaradılışdan, daxilən insanın içindən gələn bir şeydir. Onu dəyişdirmək üçün bəzən əlindən
gələnin ən yaxşısını etsəndə dəyişdirmək qeyri-mümkün olur. Çünki daxilən. içdən gələn bir şeyi dəyişdirmək
hər zaman mümkün olan bir şey kimi görünmür. Bu eynən bir insanın xarakterini dəyişdirməyə bənzəyir.
Çoxların hər zaman dilə gətirdiyi bir şey var. Məni olduğum kimi qəbul et. Çünki xarakteri bu cür formalaşmış
bir insanı dəyişdirmək heçdə asan deyil, bəzən isə qeyri-mümkündür. Məsələnin bu tərəfidə var ki, dəyişdirmək
istədiklərimiz bəlkə də, bizim üçün xoş görünə bilər ancaq əlsində düşündüyümüz cəmiyyət deyil özümüz ola bilərik.
Dəyişdirməyi də,məhz özümüz üçün istəyərik.Həyat bizim istədiyimiz kimi olsaydı bu qədər mənalı olmazdı.İnsanlar
bizim istədiyimiz kimi formalaşsaydı.Pis-yaxşı, paxıl-ürəyiaçıq insanları ayırd edə bilməzdik.Bəzən fikirləşirəm ki,yaxşı ki,
islər var. Yaxşı ki,dəyişdirmək arzusunda olduqlarımız var.

- - -

Əlimdə olsaydı dəyişərdim!
Əxlaqı pozulmuş qızları,
Övladını uşaqlar evinə atan ana və ataları,
Mədəniyyətsiz, hörməti olmayan insanları,
Pul üçün mənliyini satan insanları,
Puluna, şöhrətinə görə yaltaqlananları!
Əlimdə olsaydı müharibələrə son deyərdim!
Günahsız uşaqların ölümünə son deyərdim!


Geri dön

_RONALDO_

  • 17 mart 2011 20:09
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
tesekkurler maraqli xeberdir

--------------------

CrazyGirl

  • 14 yanvar 2011 21:34
  • Məqalə: 601
  • Şərh: 2349
  • Bal:
{awards}
maraqli yazi idi

--------------------
Sən varsansa həyat çox gözəl!

Sergio Ramos

  • 11 yanvar 2011 15:46
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
Artıq dəyişməzdim keçən keçib
Belə olacaqmış belə də oldu

--------------------

kukla_2019

  • 10 yanvar 2011 05:22
  • Məqalə: 20
  • Şərh: 348
  • Bal:
{awards}
Elimde oldu ama etmedim.
Qarwimda oldu ama baxmadim.
Ruhuma girmek istedi ama icaze vermedim.
---ama seviniremki bunlarin hech birine yaxin durmadim.chunki xestelikdir.

R_O_M_A

  • 9 yanvar 2011 23:30
  • Məqalə: 463
  • Şərh: 1132
  • Bal:
{awards}
TEW GOZEL SOZLERDIR ELIMDE OLSAYDI MENDE ELEMEK ISTEYERDIM

--------------------

canimmm

  • 9 yanvar 2011 22:14
  • Məqalə: 0
  • Şərh: 48
  • Bal:
{awards}
cox sag ol bu sozlere gore kaski sizin yazdiqlariniz heyata kecerdi

L_SimuS

  • 9 yanvar 2011 21:52
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler eziyyete gore

_PiSiKoPaTkA_

  • 9 yanvar 2011 21:39
  • Məqalə: 3
  • Şərh: 63
  • Bal:
{awards}
superdiiiiiiiiii

CandyGirl

  • 9 yanvar 2011 21:29
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
maraqluyidiiiii

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 56
Cəmi: 82

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 49
Cəmi: 223
 
NIGAR
Xəbərləri: 43
Cəmi: 865
 
Limon qoxusu
Xəbərləri: 42
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 276
 
aytc.sza
Xəbərləri: 15
Cəmi: 15
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 13
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}