Sevmirəm! (Bölüm 4)

 
Sevmirəm! (Bölüm 4)

-Əvvəlcə gözlərini yum.
-Nə?! Niyə?
-Yasəmən surpriz deyirəm. Xahiş edirəm yum gözlərini.
-Of! Yaxşı...-deyib əsəbi şəkildə yumdu gözlərini Yasəmən.
Aydın yerindən qalxıb, gəlib Yasəmənin qarşısında diz üstə çökdü. Gödəkcəsinin cibindən qutunu çıxartmaq istəyəndə Yasəmənə çox yaxın olduğunun fərqinə varıb əlini saxladı. O qədər yaxın idiki başını azca uzatsa onu öpə bilərdi. Aydında bunu anlamış olacaq ki, bic bir gülümsəməylə Yasəmənə biraz da yaxınlaşdı.
Yasəmən artıq Aydının nəfəsini dodaqlarında hiss edirdi. Qorxu qarışıq həyacandan ürəyi sürətlə çırpınırdı. Gözlərini açıb Aydını itələmək istədisədə üzündə dolaşan isti nəfəsini sehrinə elə qapılmışdıki, güclə nəfəs ala bilirdi.
Aydın onu öz inadkarlığıyla bu qədər incidən qızın əslində nə qədər gözəl olduğunu indi görürdü. İpək kimi uzun, qara saçları, qapalı gözlərinin uzun kirpikləri, həyəcandan daha da allanmış yanaqları, hələ o kiçik " çəhrayı dodaqları Aydını elə sehirləmişdiki. "İlahi yəni insan bu qədər şirin, bu qədər gözəl ola bilər? Özünə gəl Aydın! Unutma, sənin planların var. Qarşında bu mələk qədər məsum görünən qızın səni necə alçatdığını unutma. Keşkə hər şey fərqli olsaydı. Onda doyunca öpərdim dodaqlarından. Mənə kim mane olurki? O nişanlım sayılır. Cəhənnəm olsun planlarım!" deyə düşünüb Yasəməni öpmək istəyirdiki hələ də cibində olan əlindəki qutunu hiss etdi. Ani bir hərəkətlə qutunu cibindən çıxarıb "aç"-deyə qışqırdı. Yasəmənin gözlərini açdığını görüb, dərindən nəfəs alıb, özünü vaxtında saxlaya bilməsinə sevinib gülümsədi.
Yasəmən gözlərini açanda Aydının ona düşündüyündən də yaxın olduğunu görüb daha da həyəcanlandı. Amma Aydının əlindəki bənövşəyi rəngli qutunu görüb, özünü sakit aparmağa çalışaraq soruşdu:
-Bu nədi?
-Qutu.
-Aaa doğurdan? Mən bilmirdim.
-İndi bildin gözəlim...
-Of! İçindəki nədi?
-Açmasan bilməyəcəksən.
Yasəmən əsəbi şəkildə qutunu Aydından alıb, qapağını yavaşca qaldırdı. Qutunun içindəkinə əvvəlcə təəccüblə baxıb, sonra Aydının gözlədiyinin əksinə böyük bir sevinclə gülümsədi. Qutunun içində üzük var idi. Qızıl halqanın üstündə kiçik qaşlardan ləçəkləri olan yarpaqlı bir çiçəkdən ibarət olan bu üzük olduqca sadə və zərif idi. 10gün əvvəl bu üzüyü alanda, Aydın onun Yasəmənin heç xoşuna gəlməyəcəyini düşünmüşdü. Yasəmənin də başqa qızlar kimi daş-qaşlı və çox bahalı üzük sevdiyini düşünüb, acığa bu sadə üzüyü almışdı. Amma indi Yasəmənin sevinclə gülümsədiyini görüb təəccübdən donub qalmışdı.
-Aydın bu mənim üçündü?-deyib sevinclə hələdə təəccübdən donub qalmış Aydına baxdı Yasəmən.
-Hə...hə. Bəyəndin?
-Çox...çox gözəldi bu.
-Ciddi deyirsən? Bax indidən deyirəm o qaşlar briliant deyil ha.
-Bilirəm. Amma çox gözəldi.
Aydın Yasəmənin əlindən qutunu alıb içindəki üzüyü çıxardı. Yasəmənin əlini tutub nişan barmağına üzüyü taxdı. Hələ də tutduğu əli öpüb, üzündə kinayəli bir təbəssümlə Yasəmənə baxıb dedi:
-Ömrünün sonunadək çıxartma əziz nişanlım.
Yasəmən əlini onun əlindən çəkib, barmağındaki üzüyə sevinclə baxdı. Başını qaldırıb zərifcə Aydının yanağından öpüb dedi:
-Üzüyə görə çox sağ ol və deyəsən doğurdan da ömrümün sonunadək taxmalı olacam, çünki çıxmır.
Bunları deyərkən həqiqətən də bütün gücüylə dartıb üzüyü çıxarmağa çalışırdı. Onda alınmadığını görüb, üzüyü çıxarmaqdan vaz keçdi.
-Nəysə, gəl açıq danışaq Aydın. Bu evlilik oyununu niyə istədiyini təxminən anlayıram. Amma bu oyun ikili oynanar. Mənim bir təklifim var: valideynlərimizin, qohumlarımızın, uzaq dostlarımızın yanında bir-birini sevən cütlük kimi davranaq, ikimiz tək qalanda da...
-Ooo bax bu yeri mənə maraqlı gəldi.
-Özünə gəl! Tək qalanda bir-birindən zəhləsi gedən cütlük ola bilərik.
-Hmm... Düşündüyümdən ağıllısan.
-Onda gəl saxta sevgilim, saxta nişanımızı və saxta toyumuzu planlıyaq.
İkisi 1 saat boyunca gah gülərək, gah inadlaşaraq, gah da ciddi şəkil də nişan və toylarını planladılar. Əslində yad bir insan onları görsə həqiqətən də bir-birini sevən cütlük zənn edərdi onları.
Hər şeyi danışıb qurtardıqda Aydın getməli olduğunu anladı:
-He indi getməliyəm deyəsən...
-Vau... Bu indiyədək səndən eşitdiyim ən ağıllı cümlədi.
-Hmm... Sən mənimlə bu cür danışmağa dəvam etsən, eşidəcəyin son cümlə olacaq gözəlim.
-Yaxşı...yaxşı, zarafat etdim.-deyib ürkək nəzərlərlə Aydına baxıb gülümsədi Yasəmən.
Aydın Yasəmənin bu uşaq şirinliyinin qarşısında ciddiyyətin saxlaya bilməyib gülümsədi. Ayağa qalxıb otaqdan çıxanda yadına nəsə düşmüş kimi ayaq saxlayıb soruşdu:
-Üzük doğurdan xoşuna gəldi?
-Hə Aydın.
Aydın təəccüblə çiynini çəkib otaqdan çıxan kimi, Yasəmən barmağındaki üzüyə sevinclə baxıb öz-özünə dedi:
-Gülnar haqqlıymış, Aydın doğurdan da axmaqcığazdı. Adı belə gül adı olan qıza, üstündə çiçək olan üzük alıb bəyənməməyini gözləyir.-Bunları deyib gülümsərkən dəhlizdən gələn səslə ürpərdi:
-Bunu eşitdim!
1 həftə sonra:
Yasəmənin etirazlarına baxmayaraq, Aydının israrları nəticəsində toy bu gün olacaqdı. Əslində buna toy demək olmaz, evdə keçirilən sadə nigah mərasimi idi. Çünki Yasəmən belə istəmişdi.
Aydın da toyun tez olması şərtiylə razılaşmışdı. İkisi də bu evlilik oyununun tez başlamasını istəyirdi. İkisi də bu nigahı həyəcanla gözləyirdi. Niyyətləri fərqli idi: birinin tək istəyi intiqam, digərinin ki, isə sevgi idi. İkinci ortaq istəkləri bu oyunun mümkün olduqca uzun sürməsiydi.
Aydın səbirsizcə otaqda var-gəl edərək Yasəmənin hazır olmasını gözləyirdi. Hər şey hazır idi, çiçəklərlə bəzənmiş nigah masası, yeməklər, onsuzda çox az olan qonaqlar, nigah məmuruda gəlmişdi. Tək əskik olan gəlin idi. Aydın gözləməkdən bezib Yasəmənin anasına səsləndi:
-Mehriban xala nə uzun çəkdi bu?
-Oğlum, gəlini bəzəmək elədə asand deyil.
-Xala mən gözləməkdən yoruldum. İnciməyin.-deyib Yasəmənin otağına tərəf getdi. Əlini qapının dəstəyinə atıb qapını açdıqda gördüyü mənzərədən yerindəcə donub qaldı.
Qarşısındaki Yasəmənin gözəlliyi onu elə heyran etmişdiki heç tərpənə bilmirdi. Tək qollu ağ donunda, qara uzun saçları yüngül dalğalandırılmış, sürməylə qara gözlərini daha da gözəlləşmiş, ağ üzünə yaraşan qırmızı boyalı dodaqlı Yasəmən Aydını öz sehrinə salmışdı sanki. Aydın yerindən tərpənmədən ağ donunda mələyə bənzəyən Yasəmənin saçlarına, gözlərinə, dodaqlarına təkrar-təkrar, doymadan baxırdı. Əlində olsa sonsuzadək heç bezmədən baxardı ona, amma bu "sonsuzluq" cəmi 5 dəqiqə çəkdi. Bayaqdan Yasəmənin yanında duran, amma gözlərini Yasəməndən çəkə bilməyən Aydının görmədiyi Gülnar, dilləndi:
-Ey, cənab Aydın qapının ağzında evlənmək istəmirsizsə gəlininizə yol verin.
Aydın yuxudan ayılmış kimi diksinib qapının ağzından çəkildi. Artıq nigah masasına yaxınlaşmış Yasəmənin arxasınca baxıb, yumruğunu sıxıb pıçıldadı: "yox Yasəmən xanım. Bu gecə sizi gözəlliyiniz xilas edə bilməyəcək. Mənə "qız kimi" deməyin cəzasını çəkəcəksən!" üzünə gülümsəmə yerləşdirib nigah masasına yaxınlaşdı...
Artıq nigah mərasimi çoxdan bitmiş. "Hə"lər deyilmiş, imzalar atılmış, onsuzda az olan qonaqlar belə getmişdi. Geriyə sadəcə "xoşbəxt cütlüyün" yeni evlərinə yola salınması qalmışdı. Afət xala və Yasəmənin ata-anası dəfələrlə cütlüyü qucaqlayıb, xeyir-dua verdikdən sonra, sıra Yasəmənlə Gülnarın vədalaşmasına gəlmişdi. Öz sevimli xalaqızısın bərk qucaqlayan Gülnar, Yasəmənin qulağına pıçıldadı-"bax indi istədiyin qədər hirsləndirə bilərsən kuzen", sonra Yasəmənə baxıb göz vurdu. İkisinində gülməyini Aydının səsi kəsdi:
-Yasəmən tez olun, hələ bir saatlıq yolumuz var.
-Aydın ev 2bina sonradı, yəni tısbağalar qoşulmuş arabayla belə getsək, 15 dəqiqədən gec çatmamız mümkün deyil.
Aydın gülümsəyərək Yasəmənə yaxınlaşıb dedi:
-Aaa həyatım sənə deməmişəm? Biz anamla yaşamayacağıq, mərkəzdəki evimdə yaşacağıq.
-Nə?!
-Hazırlaş gözəlim-deyib qalib gəlmiş kimi gülümsədi Aydın.
Yasəmən belə olacağını heç gözləmirdi. Aydının niyə belə etdiyini düşünərkən, yadına öz dediyi söz düşdü: "tək qalanda bir-birindən zəhləsi gedən cütlük ola bilərik". Aydın da bunu təşkil etmişdi, bəlkə də bir ömür tək qalacaqdılar.
Yasəmən yeni evində, yatağında qorxu qarışıq həyacanla Aydını gözləyirdi.

P.S:
Ardı Var.


Geri dön

★Angelocka★

  • 2 avqust 2013 01:41
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
Oxumuşam......

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

BaLaMiN★BaLaSiYaM

  • 30 iyul 2013 16:49
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
{awards}
bunu mene butun halinda gondere bilersen?

--------------------
nikaqda niqovori ALLAXU wto u tebya est problemu... qovori problema wto u tebya est ALLAX

WITH_YOU

  • 22 iyul 2013 08:58
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
TƏŞƏKKURLƏR

Sevgi Nagili94

  • 7 iyul 2013 19:17
  • Məqalə: 4
  • Şərh: 356
  • Bal:
{awards}
maraqli ve gozel hekayedi.....

--------------------
...Когда-нибудь мы встретимся,
ты пройдёшь мимо, не
проронив ни слова...А потом
обернёшься, чтоб посмотреть
в мои глаза и увидеть в них
прошлое... Но я буду далеко...

★KaRaMeLKa★

  • 7 iyul 2013 19:04
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Werhlere gore twk

sebnem98

  • 6 iyul 2013 18:56
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
tewekkurler

--------------------

^^Nazli^^

  • 6 iyul 2013 14:49
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
ayyyy cox xosm gelir menim bu hekayeden canikoo ardini tez atdaaa

--------------------

GunaySelena

  • 6 iyul 2013 12:15
  • Məqalə: 5
  • Şərh: 20
  • Bal:
{awards}
super...Bu hekayenin oz adi nedir? laughing

--------------------
G

Gül Əliyeva

  • 6 iyul 2013 00:43
  • Məqalə: 1528
  • Şərh: 12551
  • Bal:
{awards}
saol cadıcım benim çok güzel hikaye ardını tez atda))

★Love Pearl★

  • 6 iyul 2013 00:41
  • Məqalə: 335
  • Şərh: 4368
  • Bal:
{awards}
ayyy oluremde bu hekaye ucun superdir tsk

--------------------
Azerbaijan Medical University smile

lale464

  • 5 iyul 2013 23:09
  • Məqalə: 0
  • Şərh: 543
  • Bal:
{awards}
twk cox uzun idi evelinen axirin oxudum axirin oxudum gorum nolur axiri bunun

Nara Neznakomka

  • 5 iyul 2013 18:59
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Əvvəlcə gözlərini yum.
-Nə?! Niyə?
-Yasəmən surpriz deyirəm. Xahiş edirəm yum gözlərini.
-Of! Yaxşı...-deyib əsəbi şəkildə yumdu gözlərini Yasəmən

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

tinker bell

  • 5 iyul 2013 18:45
  • Məqalə: 0
  • Şərh: 3885
  • Bal:
{awards}
secilmiwlere atdim oxuyacam

--------------------

Lonely_Alone

  • 5 iyul 2013 17:43
  • Məqalə: 5
  • Şərh: 435
  • Bal:
{awards}
Cox maraqliydi, twk, ardini sebirsizlikle gozleyirem))

--------------------
Mən bu həyatda ALLAHdan başqa heç kimdən qorxmuram!..

Masan

  • 5 iyul 2013 17:24
  • Məqalə: 0
  • Şərh: 1050
  • Bal:
{awards}
karamelka nolar tez yazda bunun ardini ureyim partdadiaxi.....twkler

ShคмKiʀKค

  • 5 iyul 2013 17:02
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
bunu oxumuwam men ama 5 cini tapa bilmirem...

Zehra Awiqi

  • 5 iyul 2013 17:01
  • Məqalə: 39
  • Şərh: 3019
  • Bal:
{awards}
♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥tewekkurler♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥

--------------------
http:// [?] Загрузить с интернета:

Zayn Malik Fanati

  • 5 iyul 2013 16:58
  • Məqalə: 1
  • Şərh: 221
  • Bal:
{awards}
tewekkurler

--------------------
__________***Hic kimse icin********
___________ ***Hayal kırıklıgına ugramadım*****
Çünki kimse için_________________
Hayal kırmadim________________

GözəlQız

  • 5 iyul 2013 16:54
  • Məqalə: 0
  • Şərh: 740
  • Bal:
{awards}
Ardini qoyunda maraqlidi nolar xahiw edirem...

★Angelocka★

  • 5 iyul 2013 16:12
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
tesekkurler maraqli idi

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

sevmek isdeyirem

  • 5 iyul 2013 15:49
  • Məqalə: 0
  • Şərh: 247
  • Bal:
{awards}
Ardi yaman maraqlidi xaiw ardini tez qoyun

--------------------
Insan bezen o qeder kuskun olar ki, 3 herfi bir araya getirib " DON" deye bilmez

★KaRaMeLKa★

  • 5 iyul 2013 15:38
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Sitat: ★ღAfter_Life★ღ
maraqli deyil cunki evvelin oxumamisam maraqli gelmir..yenede twkler

Oxuyardin ...oxumamisan onda werh yazma!!

Silent_ Night

  • 5 iyul 2013 15:31
  • Məqalə: 647
  • Şərh: 5280
  • Bal:
{awards}
maraqli deyil cunki evvelin oxumamisam maraqli gelmir..yenede twkler

--------------------

Jasmi

  • 5 iyul 2013 15:13
  • Məqalə: 0
  • Şərh: 700
  • Bal:
{awards}
oxumusam bunu..cox maraqlidi winked

--------------------

Gözlüklü

  • 5 iyul 2013 14:53
  • Məqalə: 216
  • Şərh: 9553
  • Bal:
{awards}
Tewekkurler

★WirinKa★

  • 5 iyul 2013 14:47
  • Məqalə: 14
  • Şərh: 4476
  • Bal:
{awards}
cox sagol maraqlidi

--------------------

★Miss Love★

  • 5 iyul 2013 14:13
  • Məqalə: 77
  • Şərh: 10001
  • Bal:
{awards}
Cox maraqli hekaуedi oxumuwam men bunu тewekkurler=)

GUNI

  • 5 iyul 2013 14:11
  • Məqalə: 0
  • Şərh: 6492
  • Bal:
{awards}
ardini tez verinde nolarrrr....

--------------------

Nikimi pisiy apadi

  • 5 iyul 2013 14:06
  • Məqalə: 2
  • Şərh: 357
  • Bal:
{awards}
cox maraqlidi

Roya_____

  • 5 iyul 2013 14:06
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
ardını gozleyırem maraqlasmile

<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 545
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 92
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}