Kiçik bir uşaq və duası

 
Kiçik bir uşaq və duası


Dəniz kənarında oturmuş, gözlərini irəlidəki bir nöqtəyə dikmişdi. Bəlkə də bir saatdır eləcə dayanırdı. Onun bu halı, alver üçün balıqçı qayıqlarının sahilə dönməsini gözləyən bir qocanın diqqətini çəkdi. Yaşlı adam, yavaş-yavaş onun yanına gəlib:

- Salam cavan!. dedi. Bu gün dəniz çox möcüzə deyilmi?

Kiçik uşaq, başını çevirmədən:

- Amma küləkli, dedi. Topum dənizə düşüncə sürüyüb apardı.

Adam, uşağın yanında oturub:

- Əgər bir az gənc olsaydım, üzüb onu götürərdim!. dedi. Amma indi addım belə ata bilmirəm.

Kiçik uşaq, ona cavab vermədi. Və sahildən uzaqlaşan topunu daha yaxşı görə bilmək üçün, dərhal yanındakı hündür bir daşın üzərinə çıxdı.

Yaşlı adam, sakit bir səs tonuyla:
Kiçik bir uşaq və duası

- Ümidini heç bir zaman itirmə!. dedi. Məncə dua etsən çox yaxşı olar.

Uşaq, böyük bir sevinclə:

- Dua etsəm topum geri gəlirmi? deyə soruşdu. Dənizə düşdüyü yeri bilərmi?

- Allah istəsə əgər, ona öyrədər!. dedi qoca. Topun geri gəlməsə də, duaların savabı sənə yetər.

Kiçik uşaq, yaşlı adamın sözlərini bir az düşündükdən sonra, hər oxuduğunda babasından bəxşiş qopardığı duaları ard-arda sıraladı. Daha sonra da, topun dönməsi üçün Allahdan kömək istədi. Amma kədəri azalmamışdı. O topa bir çox pul xərcləmiş, bayram pulunu belə ona qatmışdı. İndi artıq tək şansı, bəzən olduğu kimi, küləyin birdən istiqamət dəyişdirməsi idi. Amma dəniz çox böyük idi, topu isə kiçik.
Kiçik bir uşaq və duası

Axşamüstü hava bir az daha sərtləşdi. Və günəş batmaq üzrəykən qayıqlar döndü. Uşaq, evə getmək istəmirdi. Buna görə də qocayla birlikdə əyləndi. Yaşlı adam, həmişə eyni balıqçıdan alver edərdi. Sonunda onu tapıb:

- Ovunuz inşallah yaxşı keçmişdir!. dedi. Əgər varsa, bir neçə kilo ala bilərəm.

Qayıqdakı adam, bir vedrə içindəki balıqları göstərib:

- Onsuz da ancaq o qədər tutmuşdum, dedi. Dənizdə "ov" deyə bir şey qalmadı.

- Dua etməyi sınadınızmı? deyə atıldı uşaq. Ümidinizi əsla itirməyin!.

Balıqçı üçün hər şey təsadüf idi. Bunun üçün də "təsadüfi" deyərdilər. Amma indi bir şey xatırlamışdı. İllər ili unutduğu bir şeyi. Uşağın yanaqlarını oxşayarkən:

- Dua ha!. deyə zümzümə etdi. O zaman tuta biləcəyəmmi?

- Tutmasanız belə, duaların savabı sizə yetər, dedi uşaq. Bunu yeni öyrəndim.
Kiçik bir uşaq və duası

Balıqçı, belə bir sözü ilk dəfə idi eşidirdi. Başını ağır ağır yelləyərək:

- Mən də yeni öyrəndim!. deyə gülümsədi. Üstəlik də kiçik bir müəllimdən.

Uşaq, bu sözlərdən çox xoşlanmışdı. Artıq topun getməsinə kədərlənmirdi. Yanındakı yaşlı adam ona bir göz qırparkən, balıqçı təkrar qayığa yönəldi və şəbəkələrin üzərindəki köhnə örtünü açdı. Bir top vardı orda. Hələ yaş olduğundan, işıl işıl parıldayan bir futbol topu. Balıqçı, onu uşağa uzadıb:

- Müəllimlərin haqqı heç ödənməz!? dedi. Bunu bir az əvvəl dənizdə tapdım!.

Kiçik uşaq, yuxuda olmalı idi. Heç gözlənilməz şeylərin yaşandığı bir yuxu. Tələsiklə sağa sola baxdı, amma hər şey gerçək idi. Balıqçı da, qayıq da, qoca da...

Topu isə, əllərində idi. Ona möhkəmcə sarılıb:

- Bir daha məndən icazəsiz gəzmək yox!. dedi. Ya dua etməsəydim nə olardın o zaman?

Kiçik bir uşaq və duası

Sizlər də dua etməyi sınadınızmı çətin anlarınızda?...

Bəlkə dualarınız həmin an reallaşmaya bilər, amma o duaların savabı yetər sizlərə...

Yeni öyrəndim mən də....

Dua ən qiymətli xəzinə bizim üçün...

Yetər deyə qorxmayın nə qədər istəyirsiniz istəyin...

Elə bir xəzinə ki, sərhədsiz və qarşılıqsız verilmiş həm də...


Geri dön

crazy_baby

  • 27 aprel 2011 00:11
  • Məqalə: 4
  • Şərh: 52
  • Bal:
superdiee,,tehekkurler Allah razi olsun smile

--------------------
HeRŞeYi aNLaTaN gÖzLeR vaRKen sÖzLeR koLaYCıLıK oLuR YeTMeZdE zAtEn !

::..ONSLAUGHT::..

  • 26 aprel 2011 21:45
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
tesekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 17 mart 2011 20:04
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
tesekkurler maraqli xeberdir

--------------------

CrazyGirl

  • 18 yanvar 2011 09:21
  • Məqalə: 601
  • Şərh: 2349
  • Bal:
{awards}
tsehekkur.......

--------------------
Sən varsansa həyat çox gözəl!

L_SimuS

  • 17 yanvar 2011 23:53
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler eziyyete gore

фея

  • 17 yanvar 2011 23:05
  • Məqalə: 594
  • Şərh: 2972
  • Bal:
{awards}
Bəlkə dualarınız həmin an reallaşmaya bilər, amma o duaların savabı yetər sizlərə... cox gozel ela


YazYamuru,amin

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

LOVE IS DEAD

  • 17 yanvar 2011 20:32
  • Məqalə: 0
  • Şərh: 1372
  • Bal:
{awards}
teshekkurler cox maraqlidir

--------------------
Он игрок, ты -- мишень, и любовь, как тир...
Он обещал тебе в подарок целый мир.
Но сказки о принце на белом коне всего лишь миф.

Cici-Kiz

  • 17 yanvar 2011 20:20
  • Məqalə: 38
  • Şərh: 654
  • Bal:
{awards}
Cox sevdim bu hekayeni. Allah razi olsun! Nece mene xos geldi, bir bisez. Allah her kesin saf qelbden gelen dualarini cin elesin! Xeberin muellifinin de hemcinin!

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

nilayka

  • 17 yanvar 2011 20:16
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
{awards}
cox sag olun

--------------------

YazYamuru

  • 17 yanvar 2011 19:39
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
ALLAH HƏR KƏSİN ETDİYİ DUALARI QƏBUL ETSİN BİZDƏ İÇİNDƏ OLMAQLA love

--------------------



FERID_HESENLI

  • 17 yanvar 2011 19:30
  • Məqalə: 1
  • Şərh: 668
  • Bal:
{awards}
allah her kesin duasini yerine yetrsin amin cox gozl xbere gore tesekkur

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 50
Cəmi: 70

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 62
Cəmi: 236
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 875
 
Limon qoxusu
Xəbərləri: 56
Cəmi: 77
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 549
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
aytc.sza
Xəbərləri: 27
Cəmi: 27
 
Lmzade
Xəbərləri: 25
Cəmi: 25
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}