Soyuqdu… üşüyürəm. Bu 4 divarın içində Ana. Bu rejimde sıxıldım artıq. Hər gün eyni yeməklər, eyni saatda yatmaq, eyni oyunları oynamaq… Burdakı müəllimələrdən hər dəfə “Anam hardadı?” Sualın verəndə, illərdir “Anan gələcək balaca, sadəcə bir az işi var”. Nə işidi bu Ana, illərdir bitməyən? Gəl apar nolar burdan məni… Istəmirəm burda qalmaq, istəmirəm hər gün sup yemək, istəmirəm hər dəfə üstümə qışqıran bu kök, kobud qadınları görmək… Ana, bezmişəm mən hər “rəsm saatı” gəldiyində 3 nəfərdən ibarət “Xoşbəxt Ailə” tablosunu çəkməkdən. Hər gün yalandan gözumu yumub, özümü yatmış kimi göstərib, halbuki gecələr boyu ağlamaqdan… Bura qışda çox soyuq olur, bizə kobud davranırlar… Ana, burda bir qız var, atası hər gün içib döyüb, bura gətirir onu. Amma sən yanımda olsaydın məni döyməzdin. Canım Anam, mənim saçlarım elə qəşəng uzanıbki, uzun qapqara saçlarım var… Hər gecə təəssüfki saçlarımı sən yox, burdakı qadınlar darayır. Ana, qorxuram, istəmirəm 18 yaşım olsun. 18 yaşım olan kimi, tullayacaqlar məni burdan… Qorxuram, nə edəcəm mən? Yəqin tək çarə şəhərdəki boş skamyalarda gecələmək olacaq… Mən illərlə gözlədim, amma səndən nə zəng gəldi, nə də xəbər… Heç birgə şəklimizdə olmadı, tanımadım ailəmi. Həyat tərəfindən tərk edilmiş uşaqlar sırasındayam məndə. Bizim talehimiz çoxdan bəllidi. Kimsəsiz məhkumlarıq biz.Və illər keçdi…. Ana, 18 yaşım var indi. Atdılar məni, bir zibil kimi, tulladılar çolə. Kimsəsiz tənha hər gün gecələyirəm orda-burda, xadiməlik edə-edə. Birdə ən çox bilirsənmi nəyə pis oluram? şəhərdə balaca uşaqlarıyla gəzən, ailələri görəndə, onların üzündəki təbəssümə paxıllığım tutur. Bir daha o günləri yaşamayacağım üçün, bir daha səningeri dönməyəcəyini bildiyim üçün…