Allaha edilən zəng (Olmuş hadisə)

 
Allaha edilən zəng (Olmuş hadisə)

Tanınmış alim və şair Məhəmmədəli Mücahidi dövlət nəşriyyatında nəzarət şöbəsinin rəisi vəzifəsində işlədiyi vaxt başına gəlmiş qəribə əhvalatlardan birini aşağıdakı şəkildə nəql edir: -
Öz iş otağımda oturub işimlə məşğul idim. Bu vaxt qapı döyüldü və ardınca xoş simalı bir ruhani içəri daxil oldu.Salam verib hal-əhval tutduqdan sonra dedi:-Vaxtınızı çox almayacağam; bir kitab yazmışam, onu çap etmək üçün sizin köməyinizə ehtiyacım var.Hansı çap müəssisəsinə müraciət etdimsə, icazə kağızı istədilər.Mən dedim:- Bu qədər kitab da izin kağızı istəyir.Hamı da tələsdiyini deyir.Kişi mehribanlıqla:-Oğlum bu kitab çox vacibdi.Allaha etdiyim zəng barədədi.
(Qısaca qeyd edim ki, kitabın çapı barədə hər iki tərəf raılığa gəlir.)
Kitabı çap etməyə razılıq verirəm amma bu nə məsələdir, Allaha zəng? Açıqlamağınızı rica edirəm.Kişi sözə başladı:-

Ali-dini təhsil üçün yaşadığım Ərak şəhərindən Qum elmi hövzəsinə gələndə cavan bir tələbə idim. O vaxtlar Ayətullah Bürucerdinin mərcəiyyət illəri idi. İyirmi beş yaşım ancaq olardı. Bununla belə, tələbə ola-ola beş nəfərlik ailəmin dolanışığını da tə`min etməli idim.
Elmi hövzənin ayda verdiyi təqaüd ev kirayəsini və aylıq xərclərimi ödəmirdi. Başqa heç bir yerdən də kömək almırdım. Həyat yoldaşım hədsiz kasıblığımıza görə gileylənməsə də əksər vaxtları evin xərclərini tə`min etmək üçün naçar qalıb borca girməli olurdum.
İki-üç il bu minvalla keçdi. İş o yerə çatdı ki, məhəllənin bütün mağazalarına çörəkçidən tutmuş qəssabına qədər borclu qaldım. Artıq gedib onlardan alış-veriş eləməyə üzüm gəlmirdi.

Vəziyyətimin belə çətin anlarında ev sahibi də bir tərəfdən məni sıxışdırıb evin neçə aylıq gecikmiş kirayəsini bu ayın kirayəsi ilə bir yerdə tələb edirdi. Axırıncı dəfə qapıya gəlib dedi: Əgər iki günə kimi borclarını verməsən incimə, evinin əşyalarını boşaldacam həyətə, evi də kirayə ödəmək gücü olan başqa birisinə verəcəyəm.
Artıq bıçaq sümüyə dirənmişdi.
Çox fikirləşəndən sonra son qərarımı çıxardım... Səhər tezdən heç kimə bir söz demədən evdən çıxdım. Özlüyümdə belə qərara gəldim ki, bu iki günü gözə görsənməyim. Başımı lap itirmişdim, nə edəcəyimi bilmirdim; artıq səbrim tükənmişdi... Uşaqlarımın sönük gözlərinə baxa bilmirdim, məhəllədəki dükan sahiblərinin eyhamlı baxışlarına dözə bilmirdim. Hamısından betəri də evimin əşyalarının çölə boşaldılacağını təsəvvürümə gətirəndə az qalırdı bağrım çatlasın.
Qozərxan məhəlləsindən keçəndə bir anlığa gözüm həzrət Mə`sumənin (ə) hərəminin günbəzinə sataşdı. İxtiyarsız olaraq kövrəldim... qəlbim sındı; gözlərimdən yaş süzülüb yanaqlarıma oturdu. Qəlbimin dərdini sinəmdə sıxılıb qalmış qəhərlə dilimə gətirdim. Mə`sumə xanımla (ə) dilsiz bir dillə dərdləşib hərəmə tərəf üz tutdum. Sübh namazını hərəmdə qılıb çölə çıxdım.
Xiyabanın kənarında dayanmış bir neçə avtobus maşına sərnişin yığırdı. Ürəyim qüssə ilə dolu, ciblərim isə boş idi. Ciblərimin künc bucağını eşələyib axırı qoltuq cibimdən 50 qəpik pul tapdım. Tehrana gedən avtobuslardan birinə əyləşib xəyala dalaraq maşının yola çıxmasını gözlədim.
Yol boyu Allahla olan qəlbi bağlılığım bir an da olsun üzülmürdü. Arada özümdən asılı olmayaraq qəhərlənir, göz yaşı axıdırdım. Bütün vücudum qəribə bir həyəcana bələnmişdi. Sanki köz üstündə oturmuşdum.
Sürücünün səsinə xəyaldan ayrıldım:
Ağa! Çatmışıq, enə bilərsiniz!

Maşından yerə enəndə başımı qaldırıb günə baxdım. Gün bir adam boyu qalxmışdı. Hara getməliyəm?! Bu suala cavabım yox idi. Asta addımlarla üzü İmam Hüseyn meydanına tərəf yola düşdüm.
Yol kənarındakı mağazalar biri digərinin ardınca açılır, camaatın get-gəli hər dəqiqədə artırdı. Camaatın arasında getməyə yeri olmayan avaraya bənzəyirdim. Mənə elə gəlirdi ki, kənardan baxanlar mənə rişxənd edirlər. Buna görə də sə`y edirdim ki, qırağa-bucağa çox boylanmayım və düz bir istiqamətdə hərəkət edim.
Birdən yadıma düşdü ki, qardaşım deyirdi onun İmam Hüseyn meydanına birləşən yuxarı xiyabanda, pasajların düzüldüyü istiqamətdə xalça dükanı var. Dükanın dəqiq ünvanını bilməsəm də, qardaşımın dediyinə görə mağazanın üstündə rəngli, böyük reklam tablosu olmalı idi.
Dedim gedib qardaşıma bir baş çəkim.
Qardaşımın məni görməyə gözü yox idi. Mən dini mədrəsəyə girəndən qardaşım da daxil olmaqla ailəmizin üzü məndən dönmüşdü.
Axtarıb qardaşımın dükanını tapdım.Dükan mən təsəvvür etdiyimdən çox böyük idi. Dörd iri qapısı, hündür divarları olan dükanın vitrini zövqlə bəzədilmişdi. Dükanın qarşısında qapısı açıq mersedes maşın dayanmışdı. Hiss olunurdu ki, qardaşım dükanın qapılarını yeni açmışdı və maşının qapısını bağlamaq ya yaddan çıxmış, ya da dükandan nəsə götürüb tez geri qayıtmaq istəyirmiş.
Dükana girib salam verdim. Qardaşımın gözü mənə sataşcaq tə`nə ilə dedi: Əleykum! Gün hayandan çıxıb ki, biz kasıbları da yad etmisən?! Sən hara, bura hara? Heç bilirsən neçə ildir bir-birimizi görmürük? Axı böyük var, kiçik var; bəs qanacaq, mə`rifət... Hər nə olsa da mən sənin böyük qardaşınam! Amma yox... Səndə taqsır yoxdu, ağıllı adam Qumu qoyub Tehrana gəlməz ki! Hər necə olsa da, sən mollasan; gedənin, gələnin... Biz tehranlıları adam saymırsız ki... Haqqın var qardaş. Nolar, bizim də Allahımız var.

Ürəyimdə dedim, İlahi! Bu yenə başladı atmacalı sözləri ilə məni təhqir etməyə.
Başımı aşağı salıb dinmədim. Qardaşım stolun siyirməsindən bir-iki bağlama pul götürüb dedi: Əgər bir az gec gəlsəydin, mən artıq getmişdim. Pulları aparıb banka qoymalıyam. İşin yoxdursa burda otur, mən indi gəlirəm. Tərslikdən satıcım da bu gün gəlməyəcək. Çox çəkməz, bir saata tez gedib qayıdacam. Qayıdanda, inşəallah oturub əməlli-başlı söhbət edərik.
...O getdi. Dükanda bir mən qaldım, bir də qalaq-qalaq yığılmış ipək xalçalar.Bu qədər mal-dövləti görmək olan-qalan hövsələmi də əlimdən aldı. Qəhər ilişib boğazımda qalmışdı, nəfəsim get-gedə təngiyirdi. Öz günümə bir də qardaşımın vecsizliyinə baxanda əsəbiləşirdim.Üzümü göyə tutub dedim: Ay Allah! Biz hər ikimiz Sənin bəndələrinik, hər ikimiz də qardaşıq. Qisməti verən Sənsən! Onun hər şəraiti var, malı-pulu başından aşır, amma mən cavanlığımı din yolunda qoymuşam, elə bir anım yoxdur ki, kasıbçılıqla çarpışmayım. Axı, bu qədər də olmaz. Səni and verirəm izzət və cəlalına, bundan artıq məni onun-bunun yanında xəcalətli eləmə! Mənə elə bir dünya malı nəsib elə ki, onunla Sənin möhtac bəndələrinə əl tutum, mənə verəcəyin ne`məti ehtiyacı olanların yolunda xərcləyim. Bir kişi üçün yoxsulluqdan böyük dərd ola bilməz. Necə ki, buyurmuşlar: “Bir kəsin dolanışığı olmasa axirəti də olmaz.”
Bu əsnada gözüm stolun üstündəki telefona sataşdı...

ARDI VAR...


Geri dön

..:Crystal:..

  • 3 avqust 2013 02:13
  • Məqalə: 61
  • Şərh: 7144
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------

★Angelocka★

  • 1 avqust 2013 05:32
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

★Angelocka★

  • 11 iyul 2013 12:59
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

pervis

  • 10 iyul 2013 15:51
  • Məqalə: 68
  • Şərh: 4257
  • Bal:
{awards}
tewekurlerrrrrrrrr

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

Nara huseynova

  • 8 iyul 2013 16:41
  • Məqalə: 21
  • Şərh: 2358
  • Bal:
{awards}
Allah razi olsun.....

sebnem98

  • 8 iyul 2013 16:09
  • Məqalə: 0
  • Şərh: 6592
  • Bal:
{awards}
ardini gozleyirem

--------------------

Roya_____

  • 8 iyul 2013 11:35
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Allah razı olsun

★Love Pearl★

  • 8 iyul 2013 00:58
  • Məqalə: 335
  • Şərh: 4258
  • Bal:
{awards}
çox maraqlı idi ardı tez olsun

tinker bell

  • 7 iyul 2013 23:55
  • Məqalə: 0
  • Şərh: 3806
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

MADİNKA MPİ

  • 7 iyul 2013 22:35
  • Məqalə: 0
  • Şərh: 838
  • Bal:
{awards}
ardi tez olsun ama 1az qeribe geldi heqiqieten yeqin her wey ardinda belli olar

ShคмKiʀKค

  • 7 iyul 2013 20:00
  • Məqalə: 74
  • Şərh: 5547
  • Bal:
{awards}
davami..................

allahin adi ile

  • 7 iyul 2013 17:44
  • Məqalə: 14
  • Şərh: 489
  • Bal:
{awards}
qeribedir davamini tezlikle oxumaq isteyerem..l.

--------------------
...BIR SEY ISTEYENDE INSANDAN ISTEME, VERSE MINNETDIR, VERMESE ZILLET... ISTEYENDE ALLAHDAN ISTE VERSE NEMETDIR, VERMESE HIKMET...

Priya

  • 7 iyul 2013 17:28
  • Məqalə: 115
  • Şərh: 1890
  • Bal:
{awards}
ARDINI TEZLİKLƏ GÖNDƏRDİRƏM.İNŞAALLAH.
ALLAH CÜMLƏMİZDƏN RAZI OLSUN.

--------------------




gunahsiz_gunahkaram

  • 7 iyul 2013 17:12
  • Məqalə: 0
  • Şərh: 531
  • Bal:
{awards}
bu ehvalatda sanki bir az qarisiqliq var zamane baximindan

★KaRaMeLKa★

  • 7 iyul 2013 17:09
  • Məqalə: 166
  • Şərh: 6629
  • Bal:
{awards}
Nolar, bizim də Allahımız var.

sonzeng2015

  • 7 iyul 2013 17:05
  • Məqalə: 448
  • Şərh: 7004
  • Bal:
{awards}
tesekkurler maraqlidi

✰_DeLNoLiNi_✰

  • 7 iyul 2013 16:57
  • Məqalə: 156
  • Şərh: 5825
  • Bal:
{awards}
Inanmagim gelmir nedense

--------------------
[

Adsiz yazici

  • 7 iyul 2013 16:47
  • Məqalə: 15
  • Şərh: 2961
  • Bal:
{awards}
Qeribedir..............

Gun--ka

  • 7 iyul 2013 16:12
  • Məqalə: 3
  • Şərh: 3016
  • Bal:
{awards}
Sitat: ★KaRaMeLKa★
ALLAH razi olsun

--------------------

BƏZƏN deyirəm ki ÇıXıM gedim buralardan sonra fikirləşirəmki hara qacib getsəmdə yenə özümdən qaça bilmərəmki(((((((

TAYNA VOSTOKA

  • 7 iyul 2013 16:06
  • Məqalə: 653
  • Şərh: 4001
  • Bal:
{awards}
: “Bir kəsin dolanışığı olmasa axirəti də olmaz.”

--------------------

Silent_ Night

  • 7 iyul 2013 15:55
  • Məqalə: 647
  • Şərh: 5114
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

elvin rahimov

  • 7 iyul 2013 15:37
  • Məqalə: 1
  • Şərh: 398
  • Bal:
{awards}
Cox gözel idi Ardini gözleyirem

--------------------
Acizlik göstərməyin və kədərlənməyin.
Möminsinizə üstün olacaqsiniz!

Roya_____

  • 7 iyul 2013 15:35
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Allah razı olsun

★KaRaMeLKa★

  • 7 iyul 2013 15:34
  • Məqalə: 166
  • Şərh: 6629
  • Bal:
{awards}
ALLAH razi olsun

^^Nazli^^

  • 7 iyul 2013 15:17
  • Məqalə: 134
  • Şərh: 7629
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

Gözlüklü

  • 7 iyul 2013 15:07
  • Məqalə: 216
  • Şərh: 9220
  • Bal:
{awards}
Allah razi olsun

Lonely_Alone

  • 7 iyul 2013 14:45
  • Məqalə: 5
  • Şərh: 424
  • Bal:
{awards}
Tewekkurler

--------------------
Mən bu həyatda ALLAHdan başqa heç kimdən qorxmuram!..

Banned456

  • 7 iyul 2013 14:42
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
Maragli ve qeribedir...ALLAH razi olsun cox meraq ediyorum xahiw edirem ardini tez yazin ...

★Angelocka★

  • 7 iyul 2013 14:37
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:
{awards}
Allah razi olsun!!!ikinci serh de menden wink

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

-chanel-

  • 7 iyul 2013 13:52
  • Məqalə: 136
  • Şərh: 6136
  • Bal:
{awards}
Ilk serh menden ...Qeribedir

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 42
Cəmi: 58

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 52
Cəmi: 229
 
NIGAR
Xəbərləri: 47
Cəmi: 868
 
Limon qoxusu
Xəbərləri: 45
Cəmi: 69
 
Nergiz__Sirinova
Xəbərləri: 23
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 277
 
aytc.sza
Xəbərləri: 18
Cəmi: 21
 
Lmzade
Xəbərləri: 16
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}