Masaj üçün qüvvətli bilək lazımdır

 
Masaj üçün qüvvətli bilək lazımdır

Sağlamlaşdırıcı masaj tibb üçün çox vacib prosedurdur. Bu yolla bir sıra xəstəliklərdən yaxa qurtarmaq və ya ən azından profilaktik tədbir görmək olar. Əslində müalicə metodu olan masaj zaman-zaman insanların inamını da itirib. Artıq masajçılara elə də etibar qalmayıb. Səbəb isə bu işin həddindən artıq ucuzlaşdırılması və bu yolla pul qazanılmasının təmin edilməsi olub.

Demək olar ki, bütün iş elanlarında masajçı xanım axtarılır. Belə elanların iştahına düşənlər də az olmur. Hazır işdən imtina etmək istəməyən xanımlar sonda sürprizlə qarşılaşır.

Maraqlısı budur ki, belə iş elanlarına müraciət edənlər də tez işlə təmin olunmurlar.

Elan saytlarının birindən nömrə götürüb əlaqə saxlayırıq. İş axtardığımızı deyən kimi ilk sualları belə olur: "Neçə yaşın var? Ailəlisənmi? İş saatında gəlib-getmək problemi yaşanmasını istəmirik". Sonda isə müsahibəyə dəvət olunuruq. Masajist və müsahibənin nə əlaqəsi olduğunu soruşduqda isə növbəti maraqlı cavabla qarşılaşırıq. "Üzünüzə baxmalıyıq. İndi işə qəbul olunduğunuzu bilmək istəyirsinizsə, elektron poçt göndərək şəkil yollayın, ya da müsahibəyə gəlin". Sağollaşdıqda isə israrla eyni sualı eşidirik: "Gələcəksinizmi?"

Elə bu səbəbdən də sağlamlaşdırıcı üsul olan masajdan əksər insanlar imtina edir. Klinikalarda isə bu xidmət pulludur. Üstəlik müalicə məqsədi ilə edilir. Masajist Elmira Nağıyevanın sözlərinə görə, masajı hər insan edə bilmir. "Bu üsuldan bir sıra xəstəliklərdə istifadə olunur. Böyüklərlə yanaşı, uşaq orqanizminin masajı da çox gözəl effekt verir. Bu, daha çox əzələlərin iş prinsipinə təsir edir. Orqanizmdə 400-dən çox əzələ var və onların hər birinin sinir-damar təchizatı mövcuddur. Ona görə də əzələlərin qısalması, ifliclər zamanı masaj prosedurları mütləqdir. Bundan əlavə, onurğasında problem olan uşaqların da masajla bu problemini aradan qaldıra bilirik. Skalioz olan uşaqlara hovuz və masaj vacibdir. Masajın da yolları var. Bilməyən, başı çıxmayan insan necə gəldi masaj etsə bu, sadəcə bədən ətinin əzilməsi ola bilər. Elanlardakı masaja qaldıqda isə onların niyyətləri artıq bəllidir. Normal klinikada fəaliyyət göstərməsən, masajist olmağın bir mənası olmur, çünki çörək pulu qazana bilmirsən. Bir də bu iş üz-gözlə olan iş deyil, bilək qüvvəti lazımdır, yorulmamaq lazımdır. Arıq bir insan masajist işləsə, təbii ki, effektsiz olacaq, çünki müalicəvi masaj üçün bilək qüvvəti lazımdır".

Böyük Britaniya Kraliyyət Universitetinin alimləri müəyyən ediblər ki, əzələlərin masajı zamanı beyinə sakitləşdirici impulslar çatır və bu, arterial təzyiqi aşağı salır. Masaj hipertoniya xəstəliyi və onun fəsadlarına qarşı profilaktikada və müalicəsində mühüm rol oynayır. Tədqiqatın müəllifləri apardıqları işlər barədə açıqlamalarına onu da əlavə ediblər ki, boyun nahiyəsinin masajı zamanı əldə olunan effekt lazımi dərman preparatlarının verdiyi effektə bərabərdir. Masaj növlərinin içərisində ən təsirli akva-masajın olduğunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, üzgüçülük bir çox ağır xəstəliklərin dərmanıdır. İmkan daxilində təbii üsullara üstünlük verməyə, dərman preparatlarından yayınmağa çalışmaq lazımdır. Çünki hər bir dərman zəhərdir. Hər hansı bir orqana xeyri varsa, digər bir orqana da zərəri var.

Psixoloq Emil Behrudi də masajın faydalı olduğunu bildirir. İnsanın rahatlamasına, fikirlərinin yayınmasına kömək edən masaj mütəxəssis tərəfindən edilməlidir: "Masajın təsiri artıq insanlara məlumdur. Bu gün doğrudan da iş elanları həddindən artıq çoxdur. Elanın mətninə baxdıqda insan həvəslənir. Zəmanənin bu vaxtı işlə təmin olunmaq, üstəlik, elə maaş almaq asan deyil. Amma bu işin görünməyən tərəfinə də nəzər salmaq lazımdır ki, əksər insanlar bunu unudur. Elanlar insana psixoloji təsir edir, onu işin ciddi iş olduğuna inandırır və tora salır. İşə qəbul olunduqdan sonra hətta bir müddət işçi ilə çox yaxşı davranırlar. Onu işin ciddiliyinə inandırdıqdan sonra isə məkana bağlı saxlamaq üçün tədbir görürlər. Ya şəxsiyyət vəsiqəsini alırlar, ya onu qorxutmaq üçün başqa üsullardan istifadə edirlər. Qısası, hər şey insanın bir anlıq şirin vədə inanıb addım atmasından başlayır".

Psixoloq xüsusən gənc xanımlara iş üçün müraciət etməzdən əvvəl diqqət etməyi məsləhət görür. Dediyinə görə, iş axtaran xanımlar özlərini həvəsli kimi təqdim etməsinlər: "Elə ilk cümlədən nəyin nə olduğunu bilmək mümkündür. Ən yaxşısı isə özünü valideyn kimi təqdim etməkdir. Belə olduğu halda başqa niyyətli iş sahibləri sizi işə almaqdan çəkinəcək. Maaşın yüksək olması o demək deyil ki, elə iş yerləri daim həmin maaşı verəcək. Əgər firmanın, yaxud bir iş yerinin elə yüksək maaş vermək imkanı varsa, niyə də normal fəaliyyət göstərib o maaşı işini bilən birisinə verməsin? Belə elanlara qarşı heç kim şikayətçi olmur. Ona görə də, gənc xanımlar üçün torlar yaradılır. Bu isə cəmiyyətin bir bəlasıdır".


Geri dön

★Angelocka★

  • 1 avqust 2013 05:29
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
Təşəkkürlər

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

WITH_YOU

  • 23 iyul 2013 08:45
  • Məqalə: 0
  • Şərh: 1724
  • Bal:
{awards}
TƏŞƏKKURLƏR

--------------------
LƏNKƏRANLIYAM ..... (TALIŞ)
VƏƏƏ BUNUNLA DA "ÇOX FƏXR EDİRƏM" !!!

sevgi yolunda

  • 18 iyul 2013 21:10
  • Məqalə: 0
  • Şərh: 396
  • Bal:
{awards}
oxumadim twkkk

oxumadim twkkk

★Angelocka★

  • 11 iyul 2013 12:55
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
Tesekkurler

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

sebnem98

  • 8 iyul 2013 14:40
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
oxumadim ama yenede twk.

--------------------

Roya_____

  • 8 iyul 2013 11:27
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
twklerrrrrr

^^Nazli^^

  • 8 iyul 2013 10:39
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
hmmm uzunduye oxumadim amma eziyyte gore tesekkurlerr

--------------------

★Love Pearl★

  • 8 iyul 2013 00:53
  • Məqalə: 335
  • Şərh: 4367
  • Bal:
{awards}
ay maşAllah

--------------------
Azerbaijan Medical University smile

tinker bell

  • 7 iyul 2013 23:51
  • Məqalə: 0
  • Şərh: 3885
  • Bal:
{awards}
oxumadim ama yenede twk.

--------------------

evil_angel

  • 7 iyul 2013 21:57
  • Məqalə: 56
  • Şərh: 1187
  • Bal:
{awards}
Oy çox uzundu

--------------------

MADİNKA MPİ

  • 7 iyul 2013 21:56
  • Məqalə: 0
  • Şərh: 856
  • Bal:
{awards}
Tesekkurler

-chanel-

  • 7 iyul 2013 21:27
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
tewekkurlerrr

Adsiz yazici

  • 7 iyul 2013 18:59
  • Məqalə: 15
  • Şərh: 3015
  • Bal:
{awards}
Tesekkurler

★Angelocka★

  • 7 iyul 2013 18:23
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
ywk melumata gore

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

Roya_____

  • 7 iyul 2013 18:21
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tesekkurler

ღ★Yağmur★ღ

  • 7 iyul 2013 18:07
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Təşəkkürlər bacım

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

Sevgi Nagili94

  • 7 iyul 2013 17:58
  • Məqalə: 4
  • Şərh: 356
  • Bal:
{awards}
Təşəkkür edirəm meslehete gore )

--------------------
...Когда-нибудь мы встретимся,
ты пройдёшь мимо, не
проронив ни слова...А потом
обернёшься, чтоб посмотреть
в мои глаза и увидеть в них
прошлое... Но я буду далеко...

Silent_ Night

  • 7 iyul 2013 17:56
  • Məqalə: 647
  • Şərh: 5280
  • Bal:
{awards}
tewekkurler..

--------------------

★KaRaMeLKa★

  • 7 iyul 2013 17:52
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Twk meslehete gore )

✰GlaMurKa✰

  • 7 iyul 2013 17:34
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
Tesekkurler canim:)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}