Sevgilərin ən gözəli sənsən, əziz körpəm

 
Sevgilərin ən gözəli sənsən, əziz körpəm


Körpəm, hələ yoxsan mənsə artıq sadəcə və sadəcə sənin xəyalını qururam hər gün. Körpəm... Sevimli və əziz körpəm... O anı gözləyirəm ki, sənə "həyatıma xoş gəldin, körpəm" deyəcəm. Səninlə həyat tam bambaşqa olacaq, səninlə həyatım başlayacaq...
Səni ilk hiss edəcəyim anı düşünürəm. Artıq bu həyatdaki varlığını öyrənəcəyim anı gözümün önündə canlandırıram. Həyəcanlanıram.. öz-özümə gülümsəyirəm. Bəzənsə elə o xəyalımda qalıram, bir anlıq özümü artıq ana hiss edirəm, bətnimdə səni hiss edirəm... əlimi bətnimin üzərinə qoyub ordakı istiliyini hiss edirəm... özümü qucaqlayıram, əlimi çəkmirəm bətnimdən... və sonra utanıram...
Ən qəmli anlarımda xəyalınla dayanıram. Yanımda heç kim olmadıqda yenidən sənı qayıdıram. Səninlə söhbət edirəm. Ananın səhvlərini və ya acısını sənə danışıram. Sevincimi bölüşürəm səninlə. Çox ehtiyyatlı davranıram özümə həmin anlar, çünki xəyalımdakı mənim o an bətnində sən varsan. Səni xəyalımda belə hər şeydən qorumaq istəyirəm...

Sənə indidən ad fikirləşirəm. Oğlan olsan Ali, qız olsan Əsma olacaq adın düşünürəm. Saatlarla bu xəyalın içində qalmaq istəyirəm. Sənin ilk tərpənişlərini hiss edirəm bəzən... unuduram, yanımda kiminsə olmasını unuduram və kimsə nəyə gülümsəyirsən soruşduqda çaşıb " bəbişimin hərəkətlərinə " deyərək cavab verirəm.

Dünyaya gəlişini arzulayıram. O hissi yaşamaq, səni əllərimə almaq, qoxlamaq, öpmək istəyirəm. Heç kimə verməyim səni, heç kim toxunmasın sənə. Ancaq mənim ol, ancaq mən oxşayım səni, mən sığal çəkim o yanağına, saçlarına. Paylaşmayım səni kimsəylə...
Sənin üçün bir mələk olum. Hər oyandqda ilk öncə məni gözün axtarsın, mənim ətrimi bütün ətirlərdən çox sev. Məni gözü yumulu belə tanı. Nəfəsimi hiss etdikdə rahatlan, mənim qucağımı istə. Başqasına can atma. Bapbalaca əlinlə barmağımdan tut, səni yedizdirim.

Hər oyandığında necə gərnəşməyinə baxım. Sənə görə narahatlıqları keçirim. Sənin üçün yuxusuz qaldığım gecələr mənə şirin gəlsin. Sən ol hər an ağlımda, sən ol hər an yanımda. Gözlərim sənin varlığının sevinc göz yaşıyla dolsun. Yanımda yuxula, mənimlə birgə oyan. Gecə yuxudaykən əllərin üzümə toxunsun.
İlk mənim adımı səslə, ilk məni çağır. Ana sözünü mənə de, hər ana dedikdə ən doğmanı çağırdığını hiss et. Hər çağırışına qaçaraq gəlim. Hər şeydən üstün ol, hər kəsdən üstün ol mənim üçün. Hər saniyələrini izləyim. İlk addımlarını mənim əlimdən tutaraq at, mənim üztümə qaçaraq at.

Mən yanındaykən heçnədən qorxma. Güvənli ol. Zamanla bu güvənin daha da artsın. Böyü körpəm. Səni mən böyüdüm. Əzizləyim, qayğına qalım. Sevgimlə əhatə olun. Bağça da ilk oyununda yıxılan kimi yanıma qaç. Öpüm yerə dəyib əzilən dizlərindən, əllərindən. Körpə göz yaşlarını yanağından öpərək silim. Sən heç ağlama, bütün ağrılarını öz üzərimə götürüm.
Elə bir xoşbəxtliyi yaşat ki mənə itirdiyim hər bir itkilərim unudulsun. Bir tək sən ol yaddaşımda. Varlığınla işıqlandır həyatımı. Yenidən mənə bir həyat ver. O həyatda səndən, sənin sevgindən başqa heçnə olmasın. Kimsə girməsin aramıza, kimsə səni almasın məndən. Hər zaman ən çox məni istə. Hər an məni səslə...
Yazıram. Elə xoşbəxtəm ki bu an, yazdıqca yenidən duydum sənin şirinliyini. Qoynuma aldım səni, öpüb-qoxladım. Mələk kimisən, elə gözəl ətrin varki. Əm gözəl gülüş sənindi, ən gözəl gözlər səndədi. Və o gözlərin mənə bu sevgiylə baxması mənə dünyanı verir. Şıltaqlıqlarını izləyirəm. Doymuram səndən. Ancaq səni yaşayıram...
Məsumsan, safsan, Allahdan göndərilən ən böyük paysan. Mənimsən. Mənimsən deyə biləcəyim yeganə varlıqsan. Ruhən o qədər gözəlləşdirmisən ki məni. Səninlə birgə mən də sanki məsumlaşıram. Sanki bütün pisliklər həyatımdan silinir. Sanki dünya mənimdir kimi gəlir. Hər səsini duyduqda şükr edirəm Allaha!!! Xəyalına görə şükr edirəm. Heç olmasa xəyalımda izn verir bu sevinci duyum. Məni sənin sevgindən məhrum etmir...

Davam et əziz körpəm. Oynamağa davam et, hər saniyəylə böyü, dağıt hər yeri, mənə aid olan hər bir şey sənə aiddi. Özümün uşaq ikən keçirmədiyim bütün xoş anları sənə yaşatmaq istəyirəm. Hər zaman kənardan izlədiyim anları sənə yaşatmaq istəyirəm. Heçnəyə kənardan baxası olma. Ən gözəli sənin olsun hərşeyin...
Sevimli körpəm, duyma sən həyatın pis üzünü, görmə sən yaşanılan və yaşanılacaq pislikləri. Üzülmə sən bu həyatda heçnəyə. Heç bir zaman gülüş əksik olmasın o yanağından. Həmişə xoşbəxt ol. Həmişə sənə layiqli ana olduğumu hiss etdir mənə. Ana sevgisinin gözəlliyini duydur mənə. Səninlə birgə mən də parlayım... Hər şeyim sən ol... Çünki...

Sevgilərin ən gözəli sənsən, körpəm mənim!!!

Sevgilərin ən gözəli sənsən, əziz körpəm


Geri dön

★Angelocka★

  • 1 avqust 2013 05:20
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
Əllərinizə sağlıq

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

WITH_YOU

  • 22 iyul 2013 08:48
  • Məqalə: 0
  • Şərh: 1724
  • Bal:
{awards}
TƏŞƏKKURLƏR

--------------------
LƏNKƏRANLIYAM ..... (TALIŞ)
VƏƏƏ BUNUNLA DA "ÇOX FƏXR EDİRƏM" !!!

★Angelocka★

  • 11 iyul 2013 12:41
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
Sevgilərin ən gözəli sənsən, körpəm mənim!!!

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

^^KuKuLKa^^

  • 9 iyul 2013 23:54
  • Məqalə: 766
  • Şərh: 11558
  • Bal:
{awards}
Sənə indidən ad fikirləşirəm. Oğlan olsan Ali, qız olsan Əsma olacaq adın düşünürəm. Saatlarla bu xəyalın içində qalmaq istəyirəm. Sənin ilk tərpənişlərini hiss edirəm bəzən... unuduram, yanımda kiminsə olmasını unuduram və kimsə nəyə gülümsəyirsən soruşduqda çaşıb " bəbişimin hərəkətlərinə " deyərək cavab verirəm.

--------------------

sevgi yolunda

  • 9 iyul 2013 06:43
  • Məqalə: 0
  • Şərh: 396
  • Bal:
{awards}
AYYY NE GOZEL BALADI ALLAH SAXLASIN wink

sebnem98

  • 8 iyul 2013 19:54
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
Sevgilərin ən gözəli sənsən, körpəm mənim!!!

--------------------

Nara huseynova

  • 8 iyul 2013 14:23
  • Məqalə: 21
  • Şərh: 2418
  • Bal:
{awards}
tewekkurler....

Roya_____

  • 8 iyul 2013 11:06
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
twklerrr..

classic_guiter_girl

  • 8 iyul 2013 10:33
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
TeWeKKuRLeR

Nəmişka

  • 8 iyul 2013 01:15
  • Məqalə: 13
  • Şərh: 317
  • Bal:
{awards}
Sevgilərin ən gözəli sənsən, körpəm mənim!!!

★Love Pearl★

  • 8 iyul 2013 00:19
  • Məqalə: 335
  • Şərh: 4367
  • Bal:
{awards}
ayyy superdiree çox sağol

--------------------
Azerbaijan Medical University smile

lady anna

  • 7 iyul 2013 23:54
  • Məqalə: 26
  • Şərh: 2973
  • Bal:
{awards}
cox ama cox sag olunnnnnn

--------------------

^^Nazli^^

  • 7 iyul 2013 23:48
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
canikom tesekkurlerr eziyyete goree ama uzundu cnm sora oxuyacam

--------------------

tinker bell

  • 7 iyul 2013 23:36
  • Məqalə: 0
  • Şərh: 3885
  • Bal:
{awards}
Körpəm, hələ yoxsan mənsə artıq sadəcə və sadəcə sənin xəyalını qururam hər gün. Körpəm... Sevimli və əziz körpəm... O anı gözləyirəm ki, sənə "həyatıma xoş gəldin, körpəm" deyəcəm. Səninlə həyat tam bambaşqa olacaq, səninlə həyatım başlayacaq...
Səni ilk hiss edəcəyim anı düşünürəm. Artıq bu həyatdaki varlığını öyrənəcəyim anı gözümün önündə canlandırıram. Həyəcanlanıram.. öz-özümə gülümsəyirəm. Bəzənsə elə o xəyalımda qalıram, bir anlıq özümü artıq ana hiss edirəm, bətnimdə səni hiss edirəm... əlimi bətnimin üzərinə qoyub ordakı istiliyini hiss edirəm... özümü qucaqlayıram, əlimi çəkmirəm bətnimdən... və sonra utanıram...
Ən qəmli anlarımda xəyalınla dayanıram. Yanımda heç kim olmadıqda yenidən sənı qayıdıram. Səninlə söhbət edirəm. Ananın səhvlərini və ya acısını sənə danışıram. Sevincimi bölüşürəm səninlə. Çox ehtiyyatlı davranıram özümə həmin anlar, çünki xəyalımdakı mənim o an bətnində sən varsan. Səni xəyalımda belə hər şeydən qorumaq istəyirəm...

--------------------

мυsLiмαηκα

  • 7 iyul 2013 21:52
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
maraqlidir tewekkurler

evil_angel

  • 7 iyul 2013 21:41
  • Məqalə: 56
  • Şərh: 1187
  • Bal:
{awards}
Təşəkkürləər..

--------------------

-chanel-

  • 7 iyul 2013 21:14
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
Cox beyendim meqaleni twk...

Adsiz yazici

  • 7 iyul 2013 21:10
  • Məqalə: 15
  • Şərh: 3015
  • Bal:
{awards}
ayy supeer yazidir cox beyendim

Sudan Bikmis Balik

  • 7 iyul 2013 21:08
  • Məqalə: 38
  • Şərh: 574
  • Bal:
{awards}
Cox Sagolun Twk

Roya_____

  • 7 iyul 2013 20:47
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tesekurler canım

MADİNKA MPİ

  • 7 iyul 2013 20:44
  • Məqalə: 0
  • Şərh: 856
  • Bal:
{awards}
AYYY NE GOZEL MEQALEDI twk

ShoKKi_MoKKi

  • 7 iyul 2013 20:41
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
ayy supeer yazidir cox beyendim ellerine saglik :winked:

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 53
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}